Neftçala rayon mks-nin 16 saylı Qədimkənd kənd kitabxanasının


IX.2010 7 Noyabr parlament seçkiləri ilə əlaqədar deputatlığa namizəd Arif Rəhimzadə ilə görüş oldu. 20.X.2010



Yüklə 3,32 Mb.
səhifə20/23
tarix10.01.2022
ölçüsü3,32 Mb.
#109207
1   ...   15   16   17   18   19   20   21   22   23
14.IX.2010

7 Noyabr parlament seçkiləri ilə əlaqədar deputatlığa namizəd Arif Rəhimzadə ilə görüş oldu.



20.X.2010

Kəndimizdə ağır faciə baş vermişdir. "Yeni yol" qəzetinin redaktoru Şahin Agazadə avtomobil qəzasında həlak olmuşdur.



27.X.2010

7 Noyabr parlament seçkiləri ilə əlaqədar Neftçala rayon Mədəniyyət və Turizm şöbəsinin qarşısında konsert keçirildi.



05.XI.2010

7 Noyabr parlament seçkiləri ilə əlaqədar bütün seçki məntəqələrində düzgün səsvermə keçirildi və Arif Rəhimzadə çox səs topladı.



07.XI.2010

Neftçala rayon Qədimkənd kənd ərazisində yerləşən L.B.S adına yeni benzindoldurma məntəqəsi sürücülərin istifadəsinə verilərək fəaliyyətə başladı.





26.XI.2010

Kəndimizdə hava çox isti keçir. Ümumiyyətlə, bütün Azərbaycanın rayonlarında havalar çox isti keçir, qışın gəlməsi bilinmir. Belə havalar kənd təsərrüfatına çox ziyandır.



10.XII.2010

Bu gün kəndimizdə ağır itki olmuşdur. Kəndimizin ziyalısı, Bakı Dövlət Universitetinin müəllimi, Filologiya Elmlər naməzədi, BDU-nun dossenti Əhmədov İsmayıl Əhməd oğlu uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.



24.XII.2010

Qədimkənd kəndində bir çox insanlar əl işləri ilə məşğul olurlar. Bunlardan Məmmədova Sevda tikişlə, Məmmədova Hökümə toxuma, Abdullayeva Məlahət toxuma, Məmmədova Fatimə rəsm və toxuma ilə məşğul olurlar.





22.I.2011

Hüseynov Tural Murad oğlu 1990-cı il noyabrın 13-də Aşağı Qaraimanlı kəndində dünyaya gəlib. Orta məktəbi Sakit Kərimov adına Qədimkənd kənd məktəbində bitirib. 2011-ci il fevralın 20-də erməni gülləsinə tuş gəlib. Şəhid Hüseynov Turala Allah rəhmət eləsin!



20.II.2011

Bu gün Sakit Kərimov adına Qədimkənd kənd məktəbi Neftçala rayon məktəbləri ilə KVN-də yarışmışlar. Onlar Qaraimanlı kənd Mədəniyyət evində iştirak etmişlər. Bir neçə məktəb arasında birinci yeri S.Kərimov adına Qədimkənd kənd məktəbinin uşaqları tutmuşlar.



01.III.2011

Mart ayının gəlişi ilə əlaqədar kəndimizdə təmizlik və abadlıq işləri gedir. Biz də kitabxanada bir sıra abadlıq işləri aparmışıq. Kitabxananın həyətinə gül əkilmişdir.





16.III.2011

Kəndimizdə bir çox din xadimləri vardır. Bunlar: Ağayev Böyükağa, Fərəcov Hatəm, Kazımov Xanəhməd, Məşədi Alxas Abdullayev və s.



20.IV.2011

Azərbaycan musiqiçiləri hər il dünyada keçirilən Eurovision musiqi yarışmasında misli görünməmiş qələbəyə imza atdı. Azərbaycanımızı Avropada 43 ölkə arasında birinci yerə qaldiracaq bayrağımızı yüksəklərə qaldırdılar. Eldar və Nigar bizə böyük sevinc yaşatdılar. Bu həm də bizim mədəniyyətimizin dünyada tanınmasında boyük rol oynadı. Gələn il Eurovision musiqi yarışması bizim ölkədə keçiriləcək. Bununla bağlı dünyanın hər tərəfindən bizim ölkəyə çoxlu turistlər gələcək.



14.V.2011

Bu gün respublikanın bütün məktəblərində olduğu kimi sakit Kərimov adına Qədimkənd kənd məktəbində də 11-cilərin son zəng tədbiri keçirilmişdir. Tədbiri məktəbin direktoru K.Cəfərov açaraq 11-cilərə gələcək təhsillərində uğurlar arzulamışdır. Məktəblilərin öz ifasında son zəngə aid şeirlər, mahnılar və müxtəlif səhnəciklər hazırlanıb tədbir iştirakçılarına göstərilmişdir. 38 nəfər məzun olmuşdur.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin