31.V.2011
Bu günlərdə havalar çox isti olur. İstilər 40 dərəcəyə çatır.
09.VI.2011
Bu gün kəndimizdə Qafarov Nurəddin dayını əkdiyi yonca sahəsində gün şüası vurmuş, beyninə qan sızmışdır. Nurəddin dayı rəhmətə getmişdir.
21.VII.2011
Kəndimizin tanınmış müəllimləri bunlardır: Cəfərov Əzizağa, Xankişiyev Zakir, Cəfərova Nəzakət, İsmayılov Rəfael müəllim və başqaları.
06.VIII.2011
Qədimkənd kəndinin əhalisi 1805 nəfərdir. Qədimkənd kəndində bir neçə müəssisələr vardır. Bunlar: Sakit Kərimov adına Qədimkənd kənd məktəbi, Piriyev İltifat adına Aşağı Qaraimanlı kənd xəstəxanası, Qədimkənd kənd uşaq bağçası, Neftçala rayon Pambıqtəmizləmə zavodu, Neftçala rayon Mədəniyyət və Turizm şöbəsinin Qədimkənd kənd klubu, Neftçala rayon MKS-nin 16 saylı filialı Qədimkənd kənd kitabxanası.
Dostları ilə paylaş: |