27.II.2008
Bu gün kəndimizdə qonşumuz Talehin kiçik baş heyvanlarını çaqqal dağıtmışdır.
29.II.2008
Bu gün faciəli hadisələrdən biri olmuşdur. Kəndimizdə yaşayan kənd sakini kəndə gəldiyi müddətdə Kamaz maşını Bakı Neftçala rafına vurmuşdur. Nəticədə 50 yaşlı Hökümə Abdullayeva faciəli surətdə vəfat etmişdir.
01.III.2008
Bu gün kəndimizdə sakit havalardan biridir. Yazın gəlişi duyulur.
04.III 2008
Bu gün kəndimizdə Qədimkənd kənd məktəbində IX-XI siniflərə valideyn iclasıdır. Şagirdlərə məktəbli forması verildi.
07.III.2008
Bu gün kəndimizdə hava küləklidir. Möhkəm yağış yağır.
11.III.2008
Bu gün kəndimizdə Teymur Abdullayevin toy şənliyidir.
14.III.2008
Bu gün kəndimizdə dəhşətli hadisə baş vermişdir. Əhədova Zərifənin evi yanmışdır.
16.III.2008
Bu gun Novruz bayramı ilə əlaqədar kitabxanamızda tədbir küçirilmişdir. Tədbirdə Novruz bayramı və milli adət-ənənələrdən danışılmışdır.
Dostları ilə paylaş: |