11.XI.2008
Bu gün sakit havalardan biridir. Kitabxanamızda təmizlik işləri görülür.
13.XI.2008
Bu gün kəndimizdə sakit havalardan biridir. Kəndimizdə "Lalə" şadlıq sarayında Məmmədova Fəridə ilə Əliyev Orxanın toy şənliyidir.
18.XI.2008
Bu gün kəndimizdə sakit havalardan biridir. Kəndimizdə qızğın işlər gedir. Payəz səpini başlamıçdır. Kənd camaatı səpin işləri ilə məşğuldur. Kəndlilər sahəyə buğda, arpa və yonca əkirlər.
20.XI.2008
Bu gün kəndimizdə sakit havalardan biridir. Kəndimizdə asfalt yolda iki maşın bir-biri ilə toqquşmuşdur.
26.XI.2008
Bu gün Qurban bayramıdır. Kəndimizdə demək olar ki, hər evdə qurban kəsildi.
08.XII.2008
Bu gün kəndimizdə sakit şaxtalı havalardan biridir. Bu şaxtalı havada kəndimizdə montyor Əbülfəzin qızı Hüseynova Aynurun toyudur.
13.XII.2008
Bu gün hava çox sakitdir. Kəndimizdə qar yağır.
20.XII.2008
Bu gün kəndimizdə soyuq, şaxtalı havalardan biridir. Bu soyuq, şaxtalı havada biz kitabxanaçılar kitabxanada Yeni 2009-cu ilin gəlişi ilə əlaqədar tədbir keçirdik.
30.XII.2008
Bu gün kəndimizdə kənd icra nümayəndəsi Sehran Məmmədov rayon İcra nümayəndəliyinə hesabat oxudu. Sehran müəllim kənddə görülən işlərdən icra nümayəndəsinə danışdı.
08.I.2009
Bu gün kəndimizdə sakit havalardan biridir. Biz kitabxanamızda şəhidlər gününə həsr edilmiş "Haqqı ölüm də sarsitmaz" başlığı altında tədbir keçirdik.
17.I.2009
Bu gün kəndimizdə Seyid Mirələm rəhmətə getmişdir. Seyid Abdullayev Mirələm Seyidməmməd oğlu 1927-ci ildə anadan olmuşdur.
12.II.2009
Bu gün kəndimizdə Xocalı soyqırımının 17-ci ildönümü münasibətilə Sakit Kərimov adına Qədimkənd kənd məktəbində anım günü keçirilir.
Dostları ilə paylaş: |