Neftçala rayon mks-nin 16 saylı Qədimkənd kənd kitabxanasının


IX.2011 Qədimkənd kəndinin əhalisinin məşğuliyyəti əkinçilikdir. Kənd əhalisi taxılçılıqla məşğul olurlar. 22.X.2011



Yüklə 3,32 Mb.
səhifə22/23
tarix10.01.2022
ölçüsü3,32 Mb.
#109207
1   ...   15   16   17   18   19   20   21   22   23
19.IX.2011

Qədimkənd kəndinin əhalisinin məşğuliyyəti əkinçilikdir. Kənd əhalisi taxılçılıqla məşğul olurlar.



22.X.2011

Kəndimizdə şəhid oğulları aşağıdakılardır. Bunlar: Kərimov Sakit Əyyub oğlu, Kazımov İltifat Pirverdi oğlu, Babayev Miriş Mirməmməd oğlu, Haqverdiyev Mehman, Ağayev Tehran Mirsəttar oğlu, Hüseynov Tural Murad oğlu. Bu gənclər Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar. Allah bütün şəhidlərə rəhmət eləsin!



24.XI.2011

Sosialist əməyi Qəhrəmanı, əmək veteranı Nuruş Əliyevin anadan olmasının 100 illiyi yüksək səviyyədə qeyd olunmuşdur.



25.XII.2011

Havalar çox soyuqdur. Respublika ərazisinə möhkəm qar yağmışdır. O cümlədən Neftçala rayonuna da.



28.I.2012

Kəndimizdə Kür çayı sahilində bəndvurma işləri gedir.



23.II.2012

Kəndimizdə Kür çayı sahilində çox böyük işlər görülür. Kür çayı sahilində gəmilər üçün liman tikilir.



29.III.2012

Bu gün Neftçala rayon Qaraimanlı kənd Mədəniyyət evində Mədəniyyət işçiləri və kitabxanaçılar ilə birgə seminar-müşavirə oldu. Seminar-müşavirədə ən çox əmək intizamından danışdılar.



08.IV.2012

Bu gün Neftçala rayon Qaraimanlı kənd Mədəniyyət evində ulu öndər Heydər Əliyevin yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon icra nümayəndələri iştirak etmişlər.



02.V.2012

Bu gün kitabxanamızda kitab silinməsi işləri gedir. Kitabxanada köhnəlmiş və əhəmiyyətini itirmiş 500 ədəd kitab silinmişdir.



16.V.2012

Bakı şəhəri Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə "Tanıdım səni" telelayihəsi may ayının 19-da Neftçala rayonunda olmuşdur. "Tanıdım səni" də neftçalalılar da özlərini sınamışdır. Komissiya üzvlərinin içərisində Zaur Baxşəliyev, Elza Seyidcahan, Gülyaz və Gülyanaq Məmmədova bacıları da olmuşdur. Bu yarışda Neftçaladan bəzi uşaqlar "Tanıdım səni"yə seçilmişlər.



19.V.2012

Bu gün daha bir dərs ili başa çatır. Qədimkənd kənd məktəbinin şagirdləri sevinc dolu anlar yaşayırlar. Axı bu gün 11-cilərin son zəngidir. Artıq məzunlarımız müstəqil həyata qədəm qoyacaqlar. Məktəbdən ayrılmaq bir qədər çətin olsa da, şagirdlər məktəbdəki son günlərini şən keçirməyə çalışırlar. Biz də məzunlarımıza gələcək həyatlarında müvəffəqiyyətlər arzulayırıq.



31.V.2012

Bu gün Qədimkənd kənd məktəbinin doqquz və on birinci sinif şagirdləri imtahan verirlər. Şagirdlər qazandıqları bilikləri sınaqdan keçirirlər. Doqquzuncular şəhadətnamə almaq üçün iki fəndən Riyaziyyat və Azərbaycan dilindən imtahan verirlər. On birincilər də attestat almaq üçün yuxarıda qeyd etdiyimiz fənlərdən imtahan verirlər. Biz şagirdlərimizin imtahanları uğurla verəcəklərinə inanırıq. Əvvəlki illərdə qazanılmış nailiyyətlər bunu söyləməyə imkan verir. 35 nəfər imtahan vermişdir.



29.VI.2012

Bu gün ali məktəblərə qəbul imtahanlarə başlayır. Qədimkənd kənd məktəbinin məzunları da öz bilik və bacarıqlarını göstərməyə çalışacaqlar. Avqustun 3-dək davam edəcək imtahanlarda məktəbin ən istedadlı məzunları iştirak edəcəklər. Bu işdə məzunlara dəstək olan müəllimlər nəticələrin yaxsı olacağını söyləyirlər. Onu da qeyd edək ki, bu il 20-yə qədər məzunumuz imtahanlarda iştirak edəcək. Biz də məzunlarımıza uğurlar arzulayırıq.



14.VII.2012

Nəhayət, qəbul imtahanlarının nəticələri açıqlandı. Qədimkənd kənd məktəbinin məzunları qazandıqları uğurlara görə çox sevinirlər. Bu il məzunlarımızdan Məmmədova Səbir - 621 bal, Salayeva Günel - 555 bal, Nəsirov İsmayıl - 506 bal, Məmmədova Simuzər - 330 bal toplayaraq müxtəlif ali təhsil müəssisələrinə daxil olublar. Eyni zamanda bir sıra məzunlarımız peşə məktəblərinə və texnikumlara daxil olmuşlar. Biz də tələbələrimizə uğurlu tələbəlik illəri arzulayırıq.



17.VIII.2012

Üç aylıq yay tətilindən sonra yeni dərs ilinə qədəm qoyuruq. Əllərində çiçək dəstələri tutan birincilər Qədimkənd kənd məktəbinin binasının qarşısında dayanaraq məktəb direktoru K.Cəfərovun çıxışını dinləyirlər. Direktorun çıxışından sonra müəllimlər də şagirdləri salamlayırlar. Şagirdlər səbirsizliklə sinif otaqlarına daxil olmağı gözləyirlər. Axı məktəb onların ikinci evidir. İnşallah, bu dərs ilində savadlı şagirdlərimiz elm sahəsində əldə etdikləri uğurları davam etdirmək üçün daha səylə çalışırlar.



17.IX.2012

Neftçala rayon MKS-də "Kitabxana bəşər zəkasının xəzinəsidir" Kitab bayramı ilə əlaqədar tədbir keçirildi. Tədbirdə İcra hakiminin nümayəndələri də iştirak etmişdir. Tədbirdə Gültəkin xanım da iştirak etmişdir. Mədəniyyət və Turizm şöbəsinin müdiri Cahangir müəllim, MKS-nin direktoru E.Kazımova da çıxış etmişlər.



13.IX.2012

Kəndimizdə bir çox yazarlar vardır. Bunlardan Ənvər Qənbəroğlu, Narıngül Sadiq, Müzəffər Məzahim kəndimizin yazarlarıdır. Ənvər Qənbəroğlunun "Oğuz harayı", Narıngül Sadiqin "Ayrılığın acığına", Müzəffər Məzahimin "Ata ocağı" kitabları ozuculara təqdim olunmuşdur.



18.IX.2012

Neftçala rayon Aşağı Qaraimanlı kənd Mədəniyyət evində Xalq şairi Xəlil Rza Ulutürkün 80 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbiri Aşağı Qaraimanlı Mədəniyyət evinin müdiri Ənvər müəllim açmışdır. Sonra isə söz Soltan Abbasa, Zabil Pərvizə verildi. Sonda isə uşaqlar şeir və mahnılar oxudular.



24.X.2012

Kəndimizdə bir çox ağsaqqallar vardır. Hökümağa Zeynalov, Ağayev Böyükağa, Abdullayev Miryusif, Abbasov Mirsədir, Abbasov Mirislam. Bu insanlar kəndin xeyrində, şərində həmişə kənd camaatına dərindən köməklik edirlər.



10.XI.2012

13 mart 2012-ci il Neftçala rayon İcra Hakimiyyətinin başçısı Cənab İ.M.Vəliyevin sərəncamı ilə 2012-ci il Neftçala rayonunda "Kitabxanalar ili" elan olunmuşdur. Kitabxana ili ərzində rəngarəng tədbirlərə görə Neftçala rayon MKS-də seminar-müşavirədə MKS-nin direktoru E.Kazımova bir sıra kitabxanaçılara Fəxri Fərmanlar təqdim etmişdir. O cümlədən bizim 16 saylı filial kitabxanaya da.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin