05.XII.2012
Bu gün kəndimizdə 20 yanvar şəhidlərinə həsr olunmuş anım günü keçirildi.
20.I.2013
Kəndimizin fəal məzunları bunlardır: Süleymanova Ruslan Rafiq oğlu, Eybullayeva Əfsanə Elçin qızı, Abdullayeva Mirnahid Mirnazim oğlu, Məmmədova Səbir Ənvər qızı, Umudov Əfqan Fikrət oğlu.
07.II.2013
Neftçala rayon Sakit Kərimov adına Qədimkənd kənd məktəbinin şagirdləri rayon üzrə hərbi yarışmada birinci yeri, idman üzrə yarışmada isə ikinci yeri tutmuşlar.
12.III.2013
Neftçala rayonunun I Qaralı kəndində Kür çayının sahilində Liman tikilişinin işi başa çatmışdır. Liman istifadəyə verilmişdir. Bir çox insanlar Limana işə düzəlmişlər.
12.IV.2013
Sakit Kərimov adına Qədimkənd kənd orta məktəbində şagirdlər yay tətilinə buraxılmışdır və 11-ci siniflərin buraxılış imtahanları və son zəngi çalınmışdır. 11-cilərlə bərabər 20, 25, 30 il məktəbi bitirmiş məzunların görüşləri olmuşdur. 42 nəfər məzun olmuşdur.
31.V.3013
Qədimkənd kəndində bütün rayonlarda və kəndlərdə olduğu kimi qızğın yay tarla işləri gedir. Bizim kəndimiz də taxılçılıqla məşğuldur. İndi kənddə taxıl biçini başlamışdır. Kənddə işlərin qızğın vaxtıdır.
15.VI.2013
Bu gün kəndimizdə Böyük Britaniyanın OKSFAM Humanitar təşkilatı imkansız ailələrlə görüşmüşdür. OKSFAM Avropa Birliyinə daxil olmayan ölkələrdə təbii fəlakət, yaxud silahlı münaqişə qurbanlarına yardım göstərir. Bu yardım irqindən siyasi və dini çıxışından asılı olmayaraq yalnız zərərçəkmiş insanlara yardım göstərir. Bu təşkilat kənddə palçıqlı yolları abadlaşdırır və asfalt yollarla əvəz edirlər.
Bu təşkilat iyun ayının 21-də kəndlilərlə görüşlər keçirmişlər və əhalinin bir sıra şikayətlərinə qulaq asmışdır və onlara dəstək olmuşdur. Kənddə bir sıra küçələri asfalt yolla əvəz edirlər.
21.VI.2013
Bu gün kəndimizdə OKSFAM təşkilatının dəstəyi ilə kəndin məscidə gedən yolunun təmirinin açılışı olmuşdur. Açılışda OKSFAM təşkilatının üzvləri Məlahət Abdullayeva, Cəvahir Məmmədova, Qədimkənd kənd bələdiyyəsinin sədri Azər Kərimov və başqaları iştirak etmişlər.
13.VII.2013
Dostları ilə paylaş: |