15.XI.2007
Bu gün hava çox küləklidir. Biz işçilərimizlə birlikdə həyətdə gül əkirik.
16.XI.2007
Kəndimiz Kür çayının sahilində yerləşir. Kür çayının suyu daşmaq təhlükəsindədir. Kürün sahilində qızğın işlər gedir. Traktorlar bəndvurma işləri görürlər.
23.XI.2007
Qədimkənd kəndində bizim küçədə "Heydər bulağı" adı verilmiş içməli su istifadəyə verildi.
24.XI.2007
Bu gün kəndimizdə faciəli hadisələrdən biri olub. Kəndimizdə Yasər dayını tok vurmuşdur. Yasər dayı faciəli surətdə ölmüşdür.
13.XII.2007
Bu gün möhkəm qar yağır. Kəndin hər tərəfi buz bağlayıb. Təhsil Naziri məktəbləri üç gün bağlı elan edib. Uşaqlar məktəbə getmir.
Dostları ilə paylaş: |