Neftçala rayonu haqqında bilmək istəyirsinizmi? Tərtib edən: Məmmədova Nəzakət


Sökülüb, yenidən tikintisi nəzərdə tutulan fərdi yaşayış evləri



Yüklə 5,14 Mb.
səhifə10/24
tarix10.01.2022
ölçüsü5,14 Mb.
#106264
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   24
Sökülüb, yenidən tikintisi nəzərdə tutulan fərdi yaşayış evləri

Təhvil verilmiş evlər

Tikilməkdə olan evlər

Cəmi

 

NK-nın 09.07.2010-cu il tarixli 197s saylı sərəncamına əsasən

 

 

 

1

Sabirabad

1811

 

1811

2

Salyan

144

1

145

3

Saatlı rayonu və qəsəbələri

552

 

552

4

İmişli rayonu və qəsəbələri

803

 

803

5

Zərdab rayonu və qəsəbələri

75

 

75

6

Kürdəmir

533

 

533

7

Hacıqabul

156

 

156

8

Neftçala

42

 

42

9

Beyləqan

50

 

50

10

Füzuli

22

 

22

11

Şirvan şəhəri

29

 

29

CƏMİ:

4217

1

4218


Mart.
31.03.2013.

31 mart tarixi Azərbaycanın tarixində unudulmaz bir gündür. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında 3 gün ərzində erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir.



27.03.2013.

Kürkənd kəndində Ukrayna vətəndaşı Zabit İmanov münaqişə zəminində Bəhlul Mürsəlovu qətlə yetirib. Z.İmanov kənd sakininin başına daşla zərbələr endirib.


19.03.2013.

Respublikamızın hər yerində olduğu kimi Neftçala rayonunda da mart ayının 19-da geniş Novruz şənliyi təşkil olundu. Öz ətrafında istedadlı insanları, tanınan musiqiçiləri, aktyorları birləşdirən rayon mədəniyyət və turizm şöbəsinin təqdim etdiyi Novruz çələngi hamının ürəyindən xəbər verirdi. Rəngarəng nümayişlər iştirakçılara bol sevinc bəxş edir, unudulmaz təsir bağışlayırdı.


18.03.2013.

Martın 18-də axşam saatlarında Neftçala şəhər sakini, 1989-cu il təvəllüdlü Aydın Əsgərov bıçaqlanmışdır. Lakin, onu xəstəxanaya çatdırsalar da, aldığı çoxsaylı bıçaq yaralarından dünyasını dəyişdi. Məlum olub ki, Aydın Əsgərovu tanışı rayonun Kürkənd kənd sakini Rüfət Bağırov bıçaqlamışdır. Aralarında pul üstündə yaranmış mübahisə zamanı həmin qətl hadisəsi baş vermişdir.


Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

15.03.2013.

Konfans 15 mart 2013-cü il tarixdə saat 11:00-da Neftçala rayonu İcra Hakimiyyətinin akt zalında keçirildi. Konfransda Ailə, Qadın və Uşaq Poblemləri Üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyevada iştirak edirdi. Konfrans iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Sonra konfrans öz işinə başladı.

06.03.2013.

06 mart 2013-cü il tarixdə Neftçala rayon Xadimə şadlıq sarayında 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirildi. Neftçala rayonu İcra Hakimiyyətinin başçısı cənab İ.M. Vəliyev iştirakçıları gözəl bayram münasibəti ilə təbrik etdi, onlara səadət və uğurlar arzuladı. Başçı öz çıxışında Ulu Öndərimiz Heydər Əliyevin həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirdiyini, onlara böyük hörmət və ehtiramla yanaşdığını qeyd etdi.


05.03.2013.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısı tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə - sənayeləşmə siyasəti, kənd təsərrüfatının intensiv inkişafının təmin edilməsi, aqrar sahədə yeni texnologiyaların tətbiqi, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, sahibkarlığın inkişafı və s. istiqamətlərdə bir sıra tapşırıqlar verilmişdir.



Fevral.

28.02.2012.

H.Əliyev prospektində hündür şam ağaclarının aşağı budaqları kəsilib müəyyən formaya salınır. Bu ağacların altına piltələr döşənir.
26.02.2013.

26 fevral 2013-cü il tarixdə Respublikanın hər yerində olduğu kimi Neftçala rayonunda da Azərbaycan xalqına qarşı törədilmiş dünyanın ən dəhşətli soyqırımı hadisələrinə bərabər tutulan Xocalı soyqırımının 21-ci ildönümü geniş şəkildə qeyd olunmuşdur.

22.02.2013.

22 fevral 2013-cü ildə Neftçala rayonunda Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş keçirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov və icra katibinin müavini Səyavuş Novruzov iştirak etmişdir.

20.02.2013.

Rayonun Müşfiq qəsəbəsində intihar hadisəsi baş verdi. Qəsəbə sakini Amilə Abdullayeva nəmalum səbəbdən özünü asdı. Deyilənlərə görə O, ruhi xəstə imiş.

15.02.2013.

Neftçala rayonu Qaçaqkənd kəndində vətəndaşa məxsus, ümumi sahəsi 96 kv.m olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.


Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

13.02.2013.

7 fevral 2013-cü il tarixdə Neftçala rayonu İcra Hakimiyyətinin akt zalında rayon Ağsaqqallar Şurasının növbəti hesabat seçki yığıncağı keçirildi. İclasda 120 nəfərə yaxın rayon ağsaqqalı iştirak edirdi. Rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev də yığıncaqda iştirak etmişdir.

13.02.2013.

13 fevral 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayonu İcra Hakimiyyətinin 2012-ci ildə gördüyü işlər, 2013-cü ildə qarşısında duran məsələlər barədə Rayon İcra Hakimiyyəti başçısının hesabatı keçirilmişdir.

07.02.2013.

Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 337 kv.m olan ikimərtəbəli ticarət mərkəzində yanğın baş verib. Yanğın 1-ci mərtəbənin dəhlizində başlayıb. Obyektdə müəyyən qədər sahə, 1 ədəd "Beko" markalı soyuducu və 6 ədəd xalça yanıb. Yanğınsöndürənlərin köməyi ilə Ticarət Mərkəzi yanğından mühafizə olunub. 

01.02.2013.

1 fevral 2013-cü tarixdə Neftçala rayonunda Gənclər günü ilə əlaqədar geniş tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Tədbir sonra rayonun “Xatimə” şadlıq sarayında davam etdirildi. Tədbirə rayonun 160-a yaxın gənci dəvət olunmuşdur.


Yanvar.
30.01.2013.

Neftçala rayon İcra başçısı İ.Vəliyev rayonda fəaliyyət göstərən bir qrup sahibkarlarla görüşüb, onların fəaliyyətləri və istəkləri ilə maraqlanıb.


28.01.2013.

28 yanvar 2013-cü il tarixdə Neftçala rayon İcra Hakimiyyəti başçısının Xəzər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2012-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.

21.01.2013.

28 dekabr 2012 ci ildə itkin düşmuş 1972-ci il təvəllüdlü Neftçala rayon sakini Mayis Manafovun meyidi tapılıb. Rayonun Mirzə Ələkbər Sabir kuçəsində yerləşən qəbiristanligin yanindaki böyurtkən kollugundan taninmaz halda tapılan meyidi tanınmaz halda olduğundan, anasi onu ayagindan taniyib. Hazırda istiqtaq aparılır.


20.01.2013.

Bu gün “20Yanvar” faciəsinin 23-cü idönümü qeyd olunur. 1990-cı il yanvar ayının 20-də Bakıda baş vermiş qanlı faciənin 23-cü ildönümü münasibətilə rayonun idarə, müəssisə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, təhsil müəssisələrində silsilə tədbirlər keçirilmiş, 20 yanvar faciəsində Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda həlak olan həmvətənlərimizin xatirələri böyük ehtiramla yad edilmişdir.



Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin