Neftçala rayonu haqqında bilmək istəyirsinizmi? Tərtib edən: Məmmədova Nəzakət



Yüklə 5,14 Mb.
səhifə11/24
tarix10.01.2022
ölçüsü5,14 Mb.
#106264
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
2012.

Dekabr.

29.12.2012.

Neftçala rayonunda Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə 29 dekabr 2012-ci il tarixdə tədbir keçirilmişdir. Tədbir iştirakçıları, başda Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev olmaqla əvvəlcə Ulu Öndər-Heydər Əliyevin abidəsi önünə əklil qoymuş və gül dəstələri düzmüşlər.


25.12.2012.

Rayonumuzda daha yeni bir məktəb binası istifadəyə verildi. 25 dekabr 2012-ci il tarixdə Neftçala rayonunun II Qaralı kəndində Təhsil Nazirliyi tərəfindən tikilərək istifadəyə verilən 200 şagird-yerlik II Qaralı kənd tam orta məktəb binasının açılışı oldu. Açılış mərasimində rayon İcra başçısı İ.Vəliyev iştirak etdi.

21.12.2012.

Neftçala rayonunda istehlakçıların maarifləndirilməsi məqsədilə 21 dekabr 2012-ci il tarixində Xanoğlan Məmmədov adına Mədəniyyət və İncəsənət sarayında İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən təşkil olunmuş "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda konfrans keçirilmişdir.


15.01.2012.

H.Əliyev prospektində Heydər Əliyev Mərkəzinin yeni çoxmərtəbəli binası tikilir.


12.12.2012.

Ümummilli lider Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar Neftçala rayonunda da anım tədbirləri keçirilmişdir. Tədbir iştirakçıları, başda Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev olmaqla əvvəlcə Ulu Öndər-Heydər Əliyevin abidəsi önünə əklil qoymuş və gül dəstələri düzmüşlər.



10.12.2012.

Rayonda vətəndaşa məxsus birmərtəbəli beşotaqlı evdə səhər saatlarında yanğın baş verib.Evin 1 otağında tavan hissə yanmışdır. Yanğınsöndürənlər tərəfindən alov ram edilmiş, evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
06.12.2012.

06 dekabr 2012-ci il tarixində Neftçala rayonunda 2012-2013-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon İcra Hakimiyyətində rayonun əlaqədar təşkilatlarının iştirakı ilə müşavirə keçirilmişdir.

02.12.2012.

Rayonun H.Əliyev prospektində boy-boya uzanan dükanlar sökülür.


Noyabr.
30.11.2012.

“Kür çayının sahilində Bulvar salınır və həmin ərazidə Bayraq Meydanı kompleksi inşa edilir. Heydər Əliyev prospektində və digər ərazilərdə abadlıq işləri görülür. Prezident İlham Əliyevin sərəncamı ilə 23 km-lik məsafədə olan Şorsulu – Xolqarabucaq – Xəzər avtomobil yolunun yenidən tikilməsi üçün ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. 5 ərazi vahidliyinin dairəsində 13 min sakinin istifadə edəcəyi həmin yolda tikinti işləri başlanılıb və sürətlə davam etdirilir”.(Neftçala rayon İcra başçısının I müavini D.Əliyev)


28.11.2012.

Noyabrın 28-də Neftçala rayon sakini Alim Quliyev, onun həyat yoldaşı Zinət və qızı Nigar Quliyevalar qidadan zəhərləniblər. Alim Quliyev zəhərlənmədən evindəcə dünyasını dəyişib, arvadı və qızı isə xəstəxanaya yerləşdirilib. Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

26.11.2012.

Yağan sızanaq yağış demək olar ki, aramsız olaraq, bir sutka davam etdi.


17.11.2012.

Rayonda “17 Noyabr Dirçəliş günü” qeyd edildi. Tədbir konsert Mədəniyyət və İncəsənət sarayında konsert proqramı ilə davam etdi.


12.11.2012.

Rayonda “12 Noyabr Konstitusiya günü” qeyd eildi.


13.11.2012.

Küləkli hava və sizanaq yağış yağır.


O3.11.2012.

Dünəndən yağan yağış havanı büsbütün dəyişərək, soyutdu.


03.11.2012.

03 noyabr 2012-ci il tarixdə Neftçala rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının iyirminci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatı Arif Rəhimzadə iştirak etmişdir.



02.11.2012.

Gecə sakit və göy üzü ulduzlu olmasına baxmayaraq, səhər saat 9-dan günorta 3-ə qədər gözlənilmədən şimşək çaxdı dayanmadan leysan yağış yağdı.

01.11.2012.

Bu gün səhər 9-dan axşam 8-ə qədər evlərə qaz verilişi dayandırıldı. Səbəb qaz borularının yenilənməsi göstərildi.




Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin