Neftçala rayonu haqqında bilmək istəyirsinizmi? Tərtib edən: Məmmədova Nəzakət



Yüklə 5,14 Mb.
səhifə12/24
tarix10.01.2022
ölçüsü5,14 Mb.
#106264
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   24
Oktyabr.
31.10.2012.

Avropanın bəzi yerlərini vaxtsız sərt soyuq və qar cənginə alsa da, Azərbaycanda havalar hələ də mülayim və günəşli keçir.


29.10.2012.

Noyabrın 25-dən 29-na kimi respublikada Qurban bayramı ilə əlaqədar 5 günlük bayram elan edildi.

29.10.2012.

Bu gün Neftçala rayonunda vətəndaşa məxsus ikimərtəbəli altı otaqlı fərdi yaşayış evində yanğın baş vermişdir. Nəticədə evin hər mərtəbəsində bir otaq və dam örtüyü xeyli sahədə yanmışdır.

28.10.2012.

Rayonda Qobuqırağı deyilən yerdə axşam saat 7-8 radələrində ev yandı. Ev sahibləri evdə olmadığından gec xəbər tutldu və qonşuların yardımı, yanyınsöndürənlərin səyinə baxmayaraq, ev əşyalarıla birgə yanıb yarasız hala düşdü. Yanğına səbəb elektrikdəki qısa qapanma oldu.


28.10.2012.

2 gündür hava dəyişmək istəsə də günəş öz qızdırıcı şüasını yenə də saçır.

19.10.2012.

Bu ay pensiyalar tez verildi.

18.10.2012.

18 oktyabr Dövlət Müstəqillik Günü münasibətilə hər il olduğu kimi bu il də Respublikamızın bütün rayon və şəhərlərində bir-birindən maraqlı bayram tədbirləri təşkil olundu.



16.10.2012.

Oktyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayonu İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə hesabat keçirilmişdir.




13.10.2012.

“Kitabxanalar ili” ilə əlaqədar Mərkəzi kitabxanada kitab bayramı keçirildi.


09.10.2012.

Artıq 3 gündür ki, sentyabrdan bəri hökm sürən günorta saatlarında qızdırcı günəşin, səhər və axşam isə üşüdücü sərin hava, küləkli, toz-torpaqlı, buludlu, bir qədər soyuq hava ilə əvəz olundu. Dünən isə səhər saatlarında yağan az, qısa yağış rayonumuzun küləyin hirslə qovduğu toz-torpağını bir qədər dindirə bildi.


05.10.2012.

Bu gün “Müəllimlər günü”dür. Bu münasibətlə şagirdlər 4-cü dərsdən sonra evə buraxılmış və məktəblərdə tədbirlər keçirildi. Bayramınız mübarək əziz müəllimlər!

04.10.2012.

Neftçala şəhərindəki “Bakı” şadlıq sarayında “5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.



01.102012.

Rayonda abadlıq-bərpa işləri davam edir. Rayonun digər yerlərində görülən işlərlə yanaşı abalıq işləri Rayon Mədəniyyət və İncəsənət sarayının qarşısında da davam etdirilir.



Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin