Neftçala rayonu haqqında bilmək istəyirsinizmi? Tərtib edən: Məmmədova Nəzakət



Yüklə 5,14 Mb.
səhifə13/24
tarix10.01.2022
ölçüsü5,14 Mb.
#106264
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
Sentyabr.
28.09.2012.

Bu gün səhər saat 06:54-dən rayonda işıqlar söndü. Məlum oldu ki, ildırım vurması nəticəsində Mingəçevir İES-də 4 blokda qəza baş vermiş, respublikanın əksər yeri həmin ərəfələrdə işıqsız qalmışdır. Saat 07:50-dən başlayaraq, qəzanın problemləri aradan qaldırılmağa başlayıb. Rayonumuzda isə işığın verilməsi demək olar ki, saat 11-i çəkdi. Bundan başqa nədənsə rayonda qaz kəsilmişdi.


27.09.2012.

4 gündür tutqun, buludlu rayonumuza xas sərin sentyabr havasını yaşayırıq. Tempraturun 4-6 dərəcə aşağı düşəcəyi və yağışların yağacağı məlumatı digər rayonlara aid oldu.


25.09.2012.

H.Əliyev prospektində aparılan obyektin tikintisi gecə saatlarına qədər davam edir. Rayon əhalisi bu cür səylə aparılan işlərə sözün əsl mənasında tamarzı idi.


20.09.2012.

Rayon İcra başçısı İ.Vəliyev bu gün Mərkəzi Kitabxanaya baş çəkdi. İcra başçısı kitabxananın işi, burda aparılan təmir işləri, eləcə də kitabxana fondu ilə yaxından maraqlandı və əvvəlki rayon rəhbərlərlərindən fərqli olaraq kitabxanaya oxucu kimi üzv yazıldı.

20.09.2012.

Bu gün “Neftçilər günü”dür. Bu münasibətlə rayonda tədbir keçirildi.

15.09.2012.

Yeni tədris ilində Neftçalada tikilərək istifadəyə verilən 220 şagird/yerlik Xıllı qəsəbə 2 saylı ümumi orta məktəb binasının açılışı olub. Binanın açılışında Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev və rayonumuzun deputatı Arif Rəhimzadə iştirak etmişdir.


14.09.2012.

Rayonda su və kanalizasiya borularının yenilənməsi işi davam edir.
13.09.2012.

Hava buludlu olsa da çox istidir.


11.09.2012.

Bu gün rayon təhsil işçilərinin konfransı keçirildi. Konfransda rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov məruzə edərək, bu il rayonun  ümümtəhsil məktəblərində 11 minə yaxın şagird oxuyacaq, 1600 müəllim onların təlim–tərbiyyəsi ilə məşğul olacaq və yeni tədris ilinə hərtərəfli hazırlıq görüləcəyini, həmçinin, 53 təhsil ocağının hamısında cari təmir işləri aparılıb, səliqə -sahman yardıldığını, parta, yazı taxtası, 14 mindən çox yeni dərslik, əyani vəsait və digər avadanlıqlar alınaraq məktəblərə paylanıldığını söylədi.


Bundan başqa, o, qeyd etdi ki, ötən ilki məzunlardan 163 nəfərin ali məktəblərə qəbul olması, onlardan 30 nəfərin 500-dən, 6 nəfərin usə 600 baldan yuxarı nəticə gösərməsi məktəblərin maddi–texniki bazasının möhkəmləndirilməsi təhsilin keyfiyyət göstəricilərinə müsbət təsirini bir daha təsdiq edir. Rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev çıxış edərək,  müəllimləri yeni dərs ili münasibəti ilə təbrik etdi, onlara uğurlar arzuladı. İ.Vəliyev təhsilin inkişafı və onun beynəlxalq standartlara çatdırılması ilə bağlı həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan icra başçısı Neftçalada bu istiqamətdə görülən işlər barədə məlumat verərək bildirdi ki, Xıllı qəsəbə 2 saylı məktəbin şagird və müəllimləri yeni dərs ilinə yeni məktəbdə başlayacaqlar.

11.09.2012.

Hava tutqun və küləklidir. Ara-bir narın yağış yağır.

10.09.2012.

Neçə gündür ki, küləkli, sərin hava hökm sürür. Gecə saatlarında bərk şimşək şaxdı , leysan yağış yağdı.


05.09.2012.

Mərkəzi kitabxanada təmir işləri başladı. Kitabxananın Xidmət şöbəsində fəaliyyət göstərən “İnformasiya-Resurs Mərkəzi və Avtomatlaşdırma kabinəsi”nin oxuculara daha səmərəli xidməti üçün otaqlar genişləndiriləcək və təmir olunacaq.

26.08.2012.

Bu gün Qədr gecəsi oldu. Bütün oruc tutanlar Qədr gecənin namazını qıldılar. Allah qəbul etsin!


Avqust.
23.08.2012.

Binalara su verilişi qaydaya düşdü. Deyilənlərə görə yeni su mühərrikləri istifadəyə verilib.


21.08.2012.

Kəskin istilər yerini sərin havaya verdi.


19-20-21.08.2012.

Mübarək Ramazan Bayramınız Mübarək! Hər kəs bu 3 gün ərzində böyükləri ilə bayramlaşır. Fitrə çıxarılır.

18.08.2012.

Mübarək Ramazan ayında imkansızlara yardımlar etmək, onlar üçün bayram süfrələrinin təşkilində yardımçı olmaq vacib əməllərdən sayılır. Bu istiqamətdə 18 avqust 2012-ci il tarixdə Neftçala rayonunda Ramazan bayramı münasibətilə Access bank və Neftçala Əməliyyat Şirkətinin rəhbərliyi tərəfindən imkansız ailələrə yardımlar paylanmışdır.


17.08.2012.

Rayon rəhbərliyi tərəfindən Ramazan bayramı münasibətilə avqustun 17-də “Xatimə” şadlıq sarayında imkansız vətəndaşlara iftar süfrəsi təşkil edilmişdir.
Tədbir iştirakçılarını mübarək Ramazan ayı münasibəti ilə təbrik edən Neftçala rayonu İcra Hakimiyyətinin başçısı İ. Vəliyev bildirmişdir ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır.

16.08.2012.

Havada az qədər sərinlik hiss olunur. Qocaların dediyinə görə “quyruq dondu” Gündüzlər çox isti olsa da gecələr hava şehli olur.

10.08.2012.

Bu gün saat 17:20 radələrində zəlzələ hiss olundu. Arasında təxminən 5-7 dəqiqə olmaqla 3 dəfə təkan oldu. Təkanlar 17:45 qədər davam etdi.
10.08.2012.

Bu gün axırıncı əhyə gecəsidir. Niyyətli olanlar gecədən səhərə qədər yatmadı, Allaha dua edib, arzu tutdu.


08.08.2012.

Bu gün II əhyə gecəsidir.


06.08.2012.

Bu gün I əhyə gecəsidir.


05.08.2012.

Bu gün II qrup üzrə abuturyentlər imtahan verdi.


İyul.
26.07.2012.

Rayonun “Gənclərin resurs mərkəzi”ndə toplantı keçirildi. Rayon ziyalılarının iştirakı ilə keçirilən ictimai dinləmənin əsas mövzusu “Qadınların inkişafı naminə ictimai maraqlarınqorunması” layihəsi çərçivəsində “Azərbaycan cəmiyyətində qadınların aktiv sosial qrup kimi formalaşmassı:mövcud vəziyyət və yeni imkanlar axtarışı” oldu. Tədbirdə rayon İcra başçısının müavini G.Sadıqova, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış etdi. Tədbir maraqlı diskusiyailə yadda qaldı.


22.07.2012.

Rayonda “22 İyul-Mətbuat günü” qeyd edildi. İcra başçısı İ.Vəliyev rayonda fəaliyyət göstərən mətbuat işçiləri ilə görüşdü, onlara fəxri-fərmanlar təqdim etdi və rayonumuzun orqanı olan “Gündoğar” qəzetinin fəaliyyətini yüksək qiymətləndirdi.

20.07.2012.

Bu gün Ramazan ayı girdi. Havalar isti keçir. Allah bütün oruc tutanların orucunu qəbul etsin!


17.07.2012.

Bu gün “Tibb işçiləri günü” qeyd edildi.

17.07.2012.

2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Neftçala rayonu İcra Hakimiyyətinin başçısı cənab İ.M. Vəliyevin hesabatı keçirilmişdir.


16.07.2012.




Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin