Neftçala rayonu haqqında bilmək istəyirsinizmi? Tərtib edən: Məmmədova Nəzakət


Prezident İlham Əliyev Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak etmişdir



Yüklə 5,14 Mb.
səhifə14/24
tarix10.01.2022
ölçüsü5,14 Mb.
#106264
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
Prezident İlham Əliyev Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak etmişdir.

                  

Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı Şirvan-Muğan qrup su kəmərinin planını və texniki göstəricilərini əks etdirən stendlərə baxdı.  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin Salyanda 41, Neftçalada 44, Biləsuvarda 23, Sabirabadda 13 – ümumilikdə 121 kəndin tələbatının ödənilməsinə yönəldiləcəkdir. Ümumilikdə, Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsi ilə 470 min insan keyfiyyətli və fasiləsiz su ilə təmin olunacaqdır. Magistral kəmərin çəkilişi ilə yanaşı, hər bir şəhərdə içməli su və kanalizasiya şəbəkəsi müasir standartlara uyğun yenidən qurulacaq, çirkab sularını təmizləyən qurğu inşa ediləcəkdir. Layihəyə uyğun olaraq Şirvan-Muğan qrup su kəmərinin inşası 2013-cü ilin sonuna qədər yekunlaşacaqdır. 

15.07.2012.

Rayonda abdlıq işləri davam edir. H.Əliyev prospektində binaların arasında işıq dirəkləri yeniləri ilə əvəz olunur.
14.07.2012.

14 iyul 2012-ci il tarixində rayonun “Heydər Əliyev Mərkəzi”ndə Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişinin 43 illiyi ilə əlaqədar “H.Əliyev və Azərbaycan” adlı dəyirmi masa keçirildi. Tədbir rayon İcra başçısı və rayon ictimaiyyətinin Ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoyulması ilə başladı və Mərkəzin geniş salonunda davam etdi. Tədbirdə rayon İcra başçısı İ.Vəliyev başda olmaqla qurum rəhbərləri, ziyalılar və müxtəlif təşkilatların nümayəndələri iştirak edirdi. Tədbirin aparıcısı Mərkəzi kitabxananın “Metodika-biblioqrafiya şöbəsi”nin biblioqrafı Nəzakət Məmmədova bütün çıxışı boyu Ulu öndər H.Əliyevin Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxardan böyük şəxsiyyət, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli vətən oğlu, onun siyasi fəaliyyətinin ilk illərindən respublikamız və xalqımız qarşısında danılmaz xidmətləri və müstəqil Azərbaycanımızın bu günki inkişafı və tərəqqisi yolundakı əbədiyaşar, mütərəqqi ideyaları barədə danışdı. Ümummilli liderin həyat yolu haqqında video-çarx göstərildi. Tədbirin sonunda isə iştirakçılar üçün sürprüz görüntülər nümayiş olundu. Bu görüntülər 1979-cu ilin 30 mayında H.Əliyevin Neftçalaya II gəlişini əks etdirən vido-çarx idi. O günlərin canlı şahidi olan rayonumuzun hörmətli ziyalılarından olan Pirverdi Babayev Ulu öndərlə bağlı xatirələrindən danışdı və Ümummilli liderə olan dərin sevgisindən söz açdı.




12.07.2012.

Astanlı kənd sakini Şucayət Quliyevə ehtiyatsızlıqdan pəncərə silərkən yıxılmış, dünyasını dəyişmişdir.

09.07.2012.

1 saylı orta məktəbdə iyunun 30-dan başlamış 2012-2013-cü dərs ilində rayonumuzun ümumtəhsil məktəblərinin V sinif şagirdlərinə dərs deyəcək xarici dil müəllimlərinə təlimlər uğurla başa çatdı. Yeni fənn kurikulumların tətbiqində və təlim kurslarında28 müdavim iştirak etdiOnlardan 25-i I, II, III dərəcəli sertifikat aldı.

02.07.2012.

“2 İyun Polis günü” münasibətilə rayonda polislərimiz yaranmasının 94-cü ildönümü ilə əlaqədar öz peşə bayramlarını qeyd etdilər.Ulu öndər H.Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoymaqla başlayan mərasim polis şöbəsinin akt zalında davam etdi. Tədbirin sonunda bir qrup polis xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə mükafatlandırıldı.
İyun.
29.06.2012.

Respublikamızın bütün rayonlarında olduğu kimi burda da orta ümumtəhsil məktəblərində imtahanlar keçirildi. XI siniflər səhər 11:00-da, IX-lar isə saat 15:00-də imtahan verdilər.


25.06.2012.

Asiya-Avropa (TAE) fiber-optik kabel magistralı üzrə artıq Salyan-Neftçala rayonunda fiber optik kabel xətti quraşdırılması işi tam başa çatdı.

19.06.2012.

Mərkəzi kitabxanada İsveçrəli həmyerlimiz, fəlsəfi yazıları ilə tanınmış Eluca Atalı təxəllüsü ilə yazıb yaradan Mədinə Hüseynova ilə görüş keçirildi.

15.06.2012.

Lənkəran Dövlət dram teatrı bu gün rayonumuzda qostrol səfərində oldu. Onlar M.F.Axundovun 200 illik yubileyi ilə əlaqədar “Sərgüzəşti-Vəziri xan Lənkəran” komediyası ilə Neftçala tamaşaçılarının qarşısında çıxış etdilər.
14.06.2012.

Respublikamızın hər yerində olduğu kimi 15 İyun Milli Qurtuluş günü rayonumuzda da geniş qeyd olunmuşdur. Rayonun idarə, müəssisə və təşkilatlarında qeyd olunan Milli Qurtuluş günü ümumrayon tədbiri ilə yekunlaşmışdır. Bu münasibətlə təşkil olunan konsert proqramında “2007-2011 Muğam festivalının ” qalibi Nişanə Baxışova gözəl səsi ilə Neftçala sakinlərinin zövqünü oxşadı.


13.06.2012.

İyunun 13-də Neftçala rayonunun Mirqurbanlı kəndində qətl hadisəsi baş verib. Belə ki, Anar İmanov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı Samirə İmanovanı kürək, qarın və döş nahiyələrindən bıçaqlayaraq qətlə yetirib, qayınanası Cəmilə Quliyevaya isə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
12.06.2012.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin