İlham Əliyev. 12.06.2012.
11.06.2012.
Qoltuq kəndində məktəbə və uşaq bağçasına yaxın yerdə, illərdir xəstəlik mənbəyi olan 1 hektara yaxın ərazini əhatə edən çirkab gölü hörmətli İcra başçısı İ.Vəliyevin təşəbbüsü ilə dolduruldu. Bununçün günlərlə qızğın iş aparıldı və yüzlərlə maşın dolusu torpaq daşındı.
10.06.2012.
Bütün Xəzər dənizi boyunca görünən nəmalum obyektin xəbərlərdə Rusiya tərəfindən fəzaya buraxılan raket olduğu bildirildi.
09.06.2012.
İyunun 9-da rayonunun Xıllı qəsəbəsində axşam saatıarında Aydın Qurbanova məxsus kafedə qaz balonunun sızmasından yanğına keçən ani partlayış baş verib. Nəticədə pəncərələrin çərçivələri dağılıb, kafenin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Xəsarət alan olmayıb.
07.06.2012.
Bu gün rayonumuzda saat 22:30-da insanlar UNO həyacanı yaşadı. Gecənin qaranlığında 2 parlaq, iri və qəribə işığın səssiz 1-neçə dəqiqə ərzində dayanıb birləşməsini həm rayonumuzda, həm də dünyanın çox yerində seyr etdilər.
03.06.2012.
Nəfəskəsici isti olmasına baxmayaraq, Kapital bankın qarşısında çoxlu insan növbəyə durub. 01.06.2012-ci il tarixindən ilin sonuna qədər respublika Prezidenti İ.Əliyevin 14.03.2012-ci il “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” fərmanına əsasən əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinə başlanılmışdır. Fərmana əsasən bu yalnız 1992-ci ilə qədər olan əmanətçilərə aid olunacaqdır.
02.06.2012.
Statistikaya görə 2006-cı ildən bəri rayonda Qarabağ iştirakçıları və əlilləri üçün dövlət hesabına fərdi evlər tikilmişdir. 2006-cı ildə-24 mənzil, 2008ci il-24 mənzil, 2010-cu il 16 mənzilli ev tikilib istifadəyə verilmişdir.
01.06.2012.
Bu gün rayonun bütün bağçalarında “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü” gözəl bayram sevinci ilə yaşandı.
May.
31.05.2012.
Bu gün respublikanın bütün ümumtəhsil məktəblərində “Son zəng” keçirildi. On bir il məktəbdə təhsil alan məktəblilər artıq bu gün doğma məktəblərinə və sevimli müəllimlərinə vida etdilər.
30.05.2012.
“Kitabxanalar ili” ilə əlaqədar Mərkəzi kitabxanada rayon ziyalıları ilə görüş keçirildi.
28.05.2012.
28 May Respublika günü ilə əlaqədar rayon ictimaiyyətinin iştirakı ilə ümum rayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyduqdan sonra tədbir Gənclər parkında konsert proqramı ilə davam etmişdir. Konsert proqramında rayonun incəsənət ustaları ilə yanaşı tanınmış müğənni Rəksanə xanımda iştirak etmişdir.
25.05.2012.
Neftçala rayon Məşğulluq Mərkəzi Mədəniyyət və İncəsənət sarayında “Əmək yarmarkası” keçirildi. Tədbirdə 37 idarə və müəssisə iştirak etdi.
22.05.2012.
“Kitabxanalar ili” ilə əlaqədar Mərkəzi kitabxanada həmyerli şairimiz Soltan Abasla görüş keçirildi.
19.05.2012.
Bu gün rayonun Mədəniyyət və İncəsənət sarayının qarşısında böyük bir canlanma var. “Azad Azərbaycan” Teleradio Kompaniyasının təşkil etdiyi “Tanıdım səni” layihəsi aparıcısı Zaur Baxşəliyev və heyyətin üzvləri olan sevimli müğənnilərimiz respublikanın əməkdar artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları, Elza Seyidcahan rayonumuzun qonağı oldu. Seçim turunda münsiflər tərəfindən 40 nəfər içərisindən 5-i seçildi. Səbuhi Hüseynov, Səid Mənəfov, Pərvin Səfərov, Ariz Məmmədov öz məlahətli səsləri, 14 yaşlı Təvəkül Əhmədbəyli isə qormanda gözəl və şirin çalğısı ilə münsifləri valeh etdi.
18.05.2012.
Rayonda “18 May Beynəlxalq Muzeylər günü” qeyd edildi.
17.05.2012.
İcra Hakimiyyətində rayon idarə və müəssisə rəhbərlərinin iştirakı ilə toplantı keçirildi. Görülən və görüləcək işlər barədə danışan rayon İcra başçısı İ.Vəliyevin göstərişlərindən biri də rayonda keçiriləcək irimiqyaslı iməciliklər haqında oldu.
16.05.2012.
Rayon Mədəniyət və İncəsənət sarayında idarə və müəssisələrin iştirakı ilə İcbari sığorta ilə bağlı maarifləndirmə tədbiri keçirildi.
15.05.2012.
Mərkəzi kitabxana və filiallarında “15 May-Beynəlxalq Ailə günü” qeyd edildi.
14.05.2012.
Bu gün rayon icra başçısı İ.Vəliyev mədəniyyət işçilərinin bir qrupunu qəbul etdi, onlara rayon tədbirlərində fəaliyyətlərinə görə təşəkkür etdi və arzu və istəkləri ilə maraqlandı.
13.05.2012.
H.Əliyev prospektində “Xəzər kinoteatrı” adlanan, sonralar çayxana kimi işlədilən ikimərtəbəli bina söküldü. Yerində İcra Hakimiyyətinin yeni inzibati binası tikiləcək.
12.05.2012.
Neftçala rayon Mərkəzi xəstəxanasının akt zalında“Bərabər İmkanlar Mərkəzi” İctimai Birliyi “Palliativ qulluqla bağlı regionlarda informasia sessiyalarının keçirilməsi” layihəsi ilə bağlı tədbir keçirildi.
11.05.2012.
1 saylı məktəbdə “Ailə, məktəb, tərbiyə” mövzusunda tədbir keçirildi.
08.05.2012.
Şuşanın işğalının 20 ili əlaqədar Mədəniyyət və İncəsənət sarayında Qalareyada tədbir keçirildi. Tədbirdə rayon icra başçısının müavini G.Sadıqova,” İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsi”nin müdiri A.Cəfərov və b. çıxış etdi.
06.05.2012.
Rayon İcra hakimiyyətininqarşısında rayonumuza gətirilən yeni taksi maşınlarının təqdimat mərasimi keçirildi. Mərasimdə Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri, rayonumuzun deputatı A.Rəhimzadə iştirak etdi.
05.05.2012.
Rayonda ümumrayon iməcliyi keçirildi.
05.05.2012.
Həmyerlimiz, yazıçı-publisist Azər Turanın Neftçala və Salyan rayonlarının daxil olduğu Kürlə Xəzərin birləşdiyi ərazinin qədim tarixindən bəhs edən “Darülmöminin” kitabının təqdimat mərasimi keçirildi. Lakin çox təəssüf ki, yazıçının istyi ilə bu mərasim rayonumuzda deyil, Salyanda kerçəkləşdi. Buna baxmayaraq, rayonumuzun ziyalıları və geniş ictimaiyyəti tədbirdə həvəslə iştirak etdi. Təqdimat mərasimində çıxış edən tanınmış adamlar sırasında Milli Məclisin deputatı Əliağa Hüseynov, Qənirə Paşayeva, Türkiyədən gəlmiş qonaqzlar Nurulla Gənc, Yaqut Akpinar, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, şair Zəlimxan Yaqub, Məmməd Aslan, professor Rahim Hüseynov, tənqidçi Nizami Şəmsizadə və bir çox respublika qəzet və jurnallarının redaktorları kitab haqqında qiymətli fikirlər söyləmiş, yazıçıya yeni yaradıcılıq uğurları diləmişlər.
04.05.2012.
Həsənabad qəsəbəsində qətl hadisəsi baş verdi. Qəsəbə sakini Zaur Əsgərov münaqişə zəminində qaynı Fərhad Əhədovu bıçaqlayaraq qətlə yetirdi.
04.05.2012.
5 May Melioratorların peşə bayramıdır. Rayonun meliorasiya işçiləri ilk öncə Ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoydular. Tədbir rayon suvarmasistemləri idarəsində davam etdi. Tədbirdə rayon İcra başçısınınI müavini Dilavər Əliyev bu əlamətdar gündə fərqlənən işçilərə fəxri fərmanlar və pul mükafatları təqdim etdi.
02.05.2012.
Rayonda su borularının yenilənməsi ilə bağlı işlər aparılır.
Aprel.
30.04.2012.
2010-cu ildə Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması nəticəsində bir neçə rayonun ərazisi daşqın sularının altında qalmış, ölkə iqtisadiyyatına və şəxsi təsərrüfatlara külli miqdarda maddi ziyan dəymişdir. Baş vermiş hadisənin bir daha təkrarlanmaması üçün artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən bir çox tədbirlər həyata keçirilmiş, o cümlədən Kür çayı boyunca və çayın deltasında dibdərinləşdirmə işlərinin aparılmasına start verilmişdir. Nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin tərkibində 2012-ci ilin aprel ayından Neftçala, Salyan, Sabirabad ərazi istehsalat sahələrindən ibarət Dib Dərinləşdirmə İşləri İdarəsi yaradılmışdır. Kür çayının dibinin dərinləşdirilməsi və onun ötürücülük qabiliyyətinin artırılması üçün ilkin olaraq Neftçala, Salyan və Sabirabad rayonları ərazisində daha təhlükəli hesab edilən və hər birinin uzunluğu 10 km olmaqla təmizlənməsi vacib olan yerlər tədqiqatlar nəticəsində müəyyən edilmişdir.
29.04.2012.
Körpə fidanlara töhfə. Rayonun mərkəzində yerləşən 2 saylı bağça təmir olunur və tezliklə kombi istilik sistemi ilə təhciz olunacaq.
27.04.2012.
Rayonun H.Əliyev prospektdə quruculuq işləri davam edir. Uca şam ağacları arasında piyadaların gediş-gəlişi, gəzintisi üçün daşlarla səki çəkilir, kənarları yaşıl otla örtülür. Buradakı saat qülləsi də yenidən qurulur. Prospektin başlanğıcında - Kürün sahilində salınan bulvar kompleksi salınır. Bunun üçün burada olan 5 ev sökülüb, sakinlər isə yeni evlə təmin olunacaq. Kürün sahilində salınan parkın uzunluğu hələlik 500, eni isə orta hesabla 70 metrdir. Əraziyə torpaq gətirilərək yayılmış, çayda suyun səviyyəsi qalxarkən sahilə ziyan vurmaması üçün bulvar boyu hündürlüyü 3 metr olan dəmir-beton istinad divarı hörülmüşdür. Dövlət bayrağı meydanı da burada yerləşir. Obyektdə qızğın iş gedir. 38 metr hündürlükdə üçrəngli Azərbaycan bayrağımız dalğalanır.
23.04.2012.
Neftçala şəhər sakini, 48 yaşlı Əliağa Kazımov yaşadığı evdə özünü asıb. Mərhumun intihar etməsinin səbəbləri hələlik məlum deyil.
22.04.2012.
Rayonun telekommunikasiya işində böyük işlər görülür. Belə ki, rayonun kəndlərilə birgə fiber optik kabel xəttinin quraşdırılması işi başa çatdırıldı.
19.04.2012.
Rayon İcra Hakimiyyətinin akt zalında şura iclası keçirildi. İclas “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2012- ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran məsələlər”ə həsr olunmuşdu.
13.04.2012.
Fövqaladə Hallar Naziri, general-polkovnik K.Heydərov rayonumuzda oldu. Əvvəlcə o, “Axmaz” gölünə, onun sahilində tikiləcək idman kompleksi üçün ayrılmış sahəyə, rayon Tarix-diyarşünaslıq muzeyinə, Heydər Əliyev Mərkəzi üçün ayrılmış geniş sahəyə baxmış, burada görüləcək işlərlə tanış olmuşdur. K.Heydərov I Qaralı kəndində Kür boyunca dib-dərinləşdirmə işlərinin təşkili üçün inşa edilən bazada olmuşdur. Bu baza üçün dib-dərinləşdirən və sahil bərkidən gəmilər də gətirilmişdir.
12.04.2012.
Aprelin 12-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Neftçala rayonunun İkinci Qaralı kəndində olub. Kür boyunca dibdərinləşdirmə işlərinin təşkili üçün burada tikilən əsas bazaya baş çəkən Kəmaləddin Heydərov tikinti işlərinin gedişi ilə maraqlanıb, bazaya gətirilən gəmilərə baxıb, müvafiq tapşırıqlar verib.Qeyd etmək lazımdır ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Neftçala rayonuna Kür çayı boyunca dibdərinləşdirən və sahilbərkidən gəmilər gətirilib. Bu gəmilər üçün Neftçala rayonunun İkinci Qaralı kəndi ərazisində əsas baza tikilir. Sabirabad, Salyan və Neftçala ərazilərində də hazırda lilçökdürmə hovuzları və yardımçı bazalar yaradılır.Hələlik 3 gəmidən biri Kür çayının deltasındadır, ikisi isə əsas bazaya gətirilib. Çayda aparılan dibdərinləşdirmə və sahilbərkitmə işləri nəticəsində çayın dibi dərinləşdiriləcək ki, bu da Kürün daşması və qrunt sularının əhalinin evlərinə ziyan vurması risklərini azaldacaq.Dibdərinləşdirmə işləri deltada, Sabirabad, Salyan və Neftçala rayonları ərazisində daha təhlükəli hesab olunan ümumi uzunluğu 30 km-dən çox olan hissələrdə aparılacaqdır.
10.04.2012.
Rayonda yenə də tikinti-quruculuq işləri davam edir. Heydər Əliyev prospektində yerləşən vaxtilə kino-teatr kimi fəaliyyət göstərən və çoxdan bəri baxımsız qalan, ön hissəsi çayxana kimi işlədilən 2 mərtəbəli “Xəzər”in binası təmamilə söküldü. Yeri və ətrafı təmamilə düzləşdirildi.
03.04.2012.
Bu gün rayonda “Cəsurlar” hərbi idman oyunlarının final mərhələsi keçirildi. Respublikanın müxtəlif rayonlarından, şəhərlərindən gələn “cəsurlar” rayon Hərbi hissəsində bir daha güc və bacarıqlarını sınadılar. Saat 10-da başlayan tədbir Ümummilli ledirimiz heydər Əliyevin xatirəsini əbədiləşdirən abidəsi önünə gül dəstələri qoymaqla başladı. Tədbir rayon mədəniyyət işçilərinin hazırladıqları konsert proqramı ilə başa çatdı.
Mart.
31.03.2012.
Bu gün “31 Mart Azərbaycanlıların soyqırımı günü” bütün respublikada olduğu kimi rayonda da anıldı. Neftçala rayon icra başçısı İ.Vəliyev başda olmaqla rayon icra aparatının nümayəndələri və rayon ictimaiyyəti “Xocalı” abidəsi önünə əklillər tər çiçəklər qoydular.
30.03.2012.
Mərkəzi kitabxanada “31 Mart Azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar tədbir keçirildi.
28.03.2012.
Fövqaladə Halar Nazirliyinin xətti ilə rayonun Kür çayı sahili boyunca yaşayan əhalinin həyətlərinin qurunt sularından təmizlənməsi işi davam etdirildi.
19.03.2012.
Yenə yurdumuza bahar təravətli, yaz ətirli bahar gəlir. Bu əziz bayramın gəlişi həmişə toy bayramla qarşılanır. Deyəsən, bu gün təbiət də öz şıltaqlığına son verərək, ürəklərə olduğu kimi ətrafa da öz yaz nəfəsini, isti təravətini bəxş etməyə razılıq verib. Novruzun atributları Kosa, Keçəl nağara, dəflə camaatı meydan topladı. Saat 11-də başllayan təmtəraqlı el şənliyi gözəl musiqilər, komik tamaşalar, xalq oyunları, xalqımızın adət-ənənəəsini əks etdirən parçalar, deyimlər, kosa və keçəlin min-bir oyunu ilə camaata xoş saatlar, gözəl istirahət bəxş etdi.
13.03.2012.
Rayon İcra başçısı İ.Vəliyevin 13.03.2012-ci il sərəncaına əsasən Neftçalada “Kitabxana ili” elan edildi.
09.03.2012.
X.Məmmədov adına Mədəniyyət və incəsənət sarayında mədəniyyət işçilərinin seminar müşavirəsi keçirildi. Tədbirdə rayon İcra başçısı adından adından G.Sadıqova rayonun ictimai işlərində fərqlənən bir çox mədəniyyət işçilərini mükafat və hədiyyələr təqdim etdi.
Hava bir qədər boşalıb, tempratur nisbətən yüksəldi. Günəş öz şüalarını saçdı, qarlar əriyib dərələr yaratdı. Onun sevinci isə ənənəvi rayon palçığı ilə əvəz olundu. Lakin bu günortaya qədər davam etdi. Yenidən güclü və soyuq külək əsdi. Qara buludlar sıxlaşaraq, günəşin gülər üzünü qapadı.
07.03.2012.
Rayonun “Xatimə” şadlıq sarayında “8 Mart Beynəlxalq Qazdınlar günü”nə həsr olunmuş bayram konserti təşkil olundu. Tədbirdə rayonun fəal ziyalı qadınları, o cümlədən şəhid anaları və ailələri iştirak etdi. Tədbirdə rayon İcra başçısı İsmayıl Vəliyev rayon qadınlarının timsalında bütün anaları, bacıları təbrik etdi, rayonun ictimai işlərində fərqlənən qadınlara isə fəxri fərmanlar və hədiyyələr təqdim etdi.
05.03.2012.
Təbiət öz şıltaqlığını nümayiş etdirməkdədir. Yaz hələ də gəlməyə tələsmir. Gecədən əsən güclü külək və soyuq səhər hər kəsi təəccüb içində qoydu. Hər tərəf ağappaq qarla örtülmüş və hələ də qar yağırdı.
5 Mart respublikada “Bədən tərbiyəsi və İdman günü”dür. Bu gün Neftçala şəhər stadionunda təntənəli bayram tədbiri keçiriləcəkdi. Yağan qar və güclü külək açıq havada geniş rayon ictimaiyyətinin iştirak edəcəyi bu tədbirin keçirilməsinə mane oldu. Lakin tədbir kiçik miqyasda olsa da, rayon Gənclər və İdman idarəsində baş tutdu. Bir çox idmançılar təltif olundu.
05.03.2012.
Martın 5-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Aran iqtisadi rayonu üzrə yerli icra hakimiyyətlərinin, İqtisadi İnkişaf Nazirliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və sahibkarlar iştirak etmişlər.
Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulamış, regionların sosial-iqtisadi mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramlarının xüsusi rolunu qeyd etmişdir. Bildirilmişdir ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ölkənin digər bölgələrində olduğu kimi, Neftçala rayonunda da quruculuq-abadlıq işləri geniş vüsət almış, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılmış, əhalinin məşğulluq səviyyəsi artmışdır.
Fevral:
27.02.2012.
Fövqaladə Halar Nazirliyinin xətti ilə rayonun Kür çayı sahili boyunca yaşayan əhalinin həyətlərinin qurunt sularından təmizlənməsi işi həyata keçirildi.
26.02.2012.
Bu gün respublikanın hər yerində olduğu kimi rayonumuzda da ən ağrılı acımız olan XX əsrin dəhşətli Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirildi. Tədbirdə rayonumuzun deputatı A.Rəhimzadə də iştirak etdi. İlk öncə rayon İcra Başçısı İ.Vəliyev və A.Rəhimzadə başda olmaqla rayon ictimaiyyəti yeni ucaldılmış “Xocalı” abidəsi önünə əklil və tər çiçəklər qoyaraq o günün şəhidlərini andılar. Sonra isə mərasim Mədəniyyət və İncəsənət sarayında o gecənin və onun yaratdığı dəhşətləri əks etdirən “Xocalı harayı” adlı ədəbi-kompozisiya ilə davam etdi.
23.02.2012.
Rayonun Qaçaqkənd kəndində Xocalı faciəsi ilə bağlı tədbir keçirildi.
20.02.2012.
Rayonun H.Əliyev prospektində yerləşən prokurorluğa məxsus bina əsaslı təmir olundu.
18.02.2012.
Bu gün Sovet qoşunlarının Əfqanistandan çıxarılmasının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirildi. Əvvəlcə veteran döyüşçülər “20 Yanvar” şəhidlər abidəsi önünə əklil və gül dəstələri qoydular, sonra tədbir rayonun “Məkan” restoranında davam etdi.
17.02.2012.
Neftçala rayon İcra Hakimiyyətinin akt zalında 150 nəfərin iştirakı ilə FHN-nin Muğan Regional Mərkəzinin "Yanğın təhlükəsizliyi, qarşıda duran vəzifələr və həlli yolları" mövzusunda rayon müşavirəsi keçirildi.
16.02.2012.
Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının VII konfransı keçirildi. Konfransdan əvvəl rayonun məsul işçiləri və qonaqlar Ulu Öndər H.Əliyevin abidəsi önünə əklillər və gül dəstələri qoydular. Tədbirdə rayonumuzun deputatı, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə və YAP-ın Mərkəzi aparatının məsul işçisi Ramil Mirzəyev iştirak etdi.
15.02.2012.
Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 13 fevral 2012-ci il tarixli sərəncamına əsasən respublikanın bütün rayonlarında olduğu kimi Neftçala rayon Hərbi Komissarlığı da rayon Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti məntəqəsi ilə əvəz olundu.
14.02.2012.
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 23-cü ildönümü ilə əlaqədar Əfqanıstan döyüşlərində iştirak edən rayon veteranları ilə görüş keçirildi. İlk öncə, Əfqan müharabəsində həlak olanların xatirəsini əbədiləşdirən abidə ziyarət olundu, sonra isə tədbir, onlar üçün təşkil olunmuş süfrə arxasında davam etdi. Tədbirdə, həmçinin rayon İcra başçısı İ.Vəliyev başda olmaqla rayon İcra aparatının nümayəndələri və qurum rəhbərləri iştirak etdi.
09.02.2012.
Fevralın 7-dən kəsilən qazların verilişində yaranan nasazlıq rayonun bəzi yerlərində bir-neçə saata, bəzi yerlərində 1 günə, bəzi yerlərində isə bu gün təmamilə aradan qaldırıldı.
08.02.2012.
Fevralın 7-dən havalar aran rayonuna xas olmayan şəkildə soyudu. Fevralın 8-də əsən güclü xəzri küləyi və yağan qar havanın hərarətini -8 dərəcəyə qədər aşağı saldı.
07.02.2012.
Neftçala rayon akt zalında 165 nəfərin iştirakı ilə 2011-ci ilin sosial-iqtisadi inkişafın yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrə dair Rayon İcra Hakimiyyəti başçısının hesabatı oldu. Tədbirdə Prezident Adminstrasiyası Yerli Özünüidarəetmə Orqanları İlə İş Şöbəsinin baş məsləhətçisi Dəyanət Qurbanəli oğlu Abdullayev də iştirak etdi.
07.02.2012.
Rayonda qaz xətlərində baş verən nasazlıq üzündən qazlar kəsildi.
07.02.2012.
Neftçala rayon akt zalında 165 nəfərin iştirakı ilə 2011-ci ilin sosial-iqtisadi inkişafın yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrə dair Rayon İcra Hakimiyyəti başçısının hesabatı oldu. Tədbirdə Prezident Adminstrasiyası Yerli Özünüidarəetmə Orqanları İlə İş Şöbəsinin baş məsləhətçisi Dəyanət Qurbanəli oğlu Abdullayev də iştirak etdi.
02.02.2012.
Rayonun “Xatimə” şadlıq sarayında “2 Fevral Gənclər günü” qeyd edildi. Şux musiqilərlə, məktəblilərin təşkil etdiyi tamaşalarla, şən oyunlar və viktorinalarla yadda qalan tədbir gənclərə və iştirakçılara xoş ovqat bəxş etdi.
Yanvar.
30.01.2012.
Rayonun Kür çayı sahili boyunca yerləşən həyətlərin respublika Fövqaladə Hallar Nazirliyinin xətti ilə qurunt sulardan təmizlənməsi işi həyata keçirildi.
28.01.2012.
Yanvarın 27-də axşsamdan başlayan güclü külək havanı daha da kəskin şəkildə soyutdu. Yanvarın 28-nə keçən gecə artıq güclü qar yağmağa başladı. Səhər hər tərəf ağappaq don geyinmişdi. Buna ən çox uşaqlar sevindi.
25.01.2012.
Neftçala rayon Xolqaraqaşlı kəndində Neftçala şəhidlərinin xatirəsinə həsr olunmuş respublika birinciliyi keçirildi. Tədbirdə Respublikanın hər yerindən idmançılar və nümayəndələr iştiraketdi. Qaliblər diplom və medallarla təltif olundular.
25.01.2012.
Rayonun Bankə qəsəbəsində yeni abidənin açılışı oldu. Qəsəbənin mərkəzində Bankə şəhidlərinin əziz xatirəsinə ucaldılan bu abidə Tahir və Böyükağa Xantemirovların şəxsi vəsaitləri hesabına başa gəlmişdir. Rayon İcra başçısı İ.Vəliyev və iştirakçılar abidə önünə əklillər və gül təstələri qoyaraq vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizi yad etdilər. Tədbirin sonunda şəhid atası B.Ağamalıyev çıxış edərək rayon rəhbərliyinə və abidənin tikintisində əməyi olanlara minnətdarlıq etdi.
25.01.2012.
1 saylı orta məktəbin akt zalında rayon İnzibati ərazi nümayəndəliklərinin hesabat yığıncağı oldu. Rayon İnzibati ərazi nümayəndəliklərinin hesabat yığıncaqları yanvar və fevral aylarının müvafiq günlərində yerlərdə-bütün kəndlər üzrə keçiriləcəkdir.
20.01.2012.
Rayonun “20 Yanvar şəhidlərinin abidəsi” önünə 4000-dən çox adam toplanmışdır. Onlar Qanlı Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar şəhidlərin müqəddəs ruhu qarşısında baş əymək üçün burdadırlar. Soyuq, şaxta, güclü külək, əvvəl yağış, ardınca da sulu qar yağmasına baxmayaraq, minlərlə rayon əhalisi, başda rayon İcra Hakimiyyətinin başçısı İ.Vəliyev olmaqla şəhidlərimizi ehtiramla yad etdilər, abidə önünə əklillər və qərənfillər düzdülər. Allah Rəhmət eləsin!
19.01.2012.
Rayonun Hümanitar təmayüllü “Muğan” liseyində “20 Yanvar” Ümumxalq hüzn gününə həsr olunmuş tədbir keçirildi. Müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə şeirlər söylənildi, o anları yad edən çıxışlar edildi və məktəblilərin iştirakı ilə səhnəciklər göstərildi.
16.01.2012.
Rayonda obyekt və müəssisələrin təmir-bərpa işləri davam edir. Kapital bankın əsaslı təmirinə başlanmışdır.
14.01.2012.
Rayonda tikinti-quruculuq işləri davam edir. Rayonun Kürkənd ərazisində Kür çayının sahilində sahəsi 500 kv.m. olan Bayraq meydanının inşasına başlanıldı.
12.01.2012.
Heydər Əliyev prospektində yerləşən köhnə saat qülləsinin bərpasına başlanıldı.
09.01.2012.
Fövqaladə Halar Nazirliyinin xətti ilə rayonun Kür çayı sahili boyunca yaşayan əhalinin həyətlərinin qurunt sularından təmizlənməsi işi həyata keçirildi.
02.01.2012.
19-29 dekabr 2011-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq turnirdə həmyerlimiz rayonun Aşağı Surra kənd sakini Royal Rasim oğlu Bağırov kinboksinq üzrə və həmin kənd sakini Saməddin Hacıyev 63 kq-lıq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək çempion olmuş, vətənə qızıl medal qazandırmışlar. Uğurlar osun sizə!
2011-ci ilin statistik hesablamalarına görə rayon əhalisinin sayı 82170 (82,2) nəfər olmuşdur.
Rayonda 69 fərdi ev tikilmişdir.
Dostları ilə paylaş: |