2011.
Dekabr.
29.12.2011.
Artıq ilin son günlərini yaşayırıq. Rayon başdan-başa bayramsayağı bəzənmişdir. 10 gündən çoxdur ki, rayonun bir-neçə yerində iri yolkalar bəzənmiş, şüarlar, plakatlar, şəkillər asılmışdır. Meydanda bəzənmiş iri yolkanın ətrafında uşaqlar, böyüklər Şaxta baba, Qar qızla şəkil çəkdirirlər. Bu gün Mədəniyyət və İncəsənət sarayında “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibətilə möhtəşəm bayram konserti keçirildi. Müxtəlif yaş qurupu üzrə-ta balaca fidanlardan tutmuş yuxarı sinif şagirdlərinə qədər onların ifasında hazırlanmış yeni il kompozisiyası, köhnə və yeni ilin rəmzlərinin çıxışları, müxtəlif xalqların şaxta babaları, bir-birinin ardınca oxunan gözəl mahnılar uşaqlara və iştirakçılara unudulmaz anlar bəxş etdi. Yeni iliniz mübarək olsun əziz Neftçalılar!
27.12.2011.
Neftçala rayon Aşağı Qaramanlı kəndində Nuruş Əliyevin anadan olmasının 100 illik yubileyi keçirildi. Öz dövrünün ən yüksək mükafatları ilə təltif olunmuş Sosialist Əməyi Qəhrəmanı, dəfələrlə Azərbaycan SSR Ali Sovetin deputatı, Mərkəzi Komitənin üzvi seçilmiş və digər yüksək adlara layiq görülmiş unudulmaz el ağsaqqalının yubileyinə digər rayonlardan 20 nəfərə yaxın hörmətli qonaqlar təşrif gətirmişdilər. Qonaqlar arasında rayonumuzun deputatı, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, Salyan rayon İcra başçısı Tahir Kərimov və başqaları iştirak etdilər. Tədbir boyu Muğan ağsaqqalı haqqında danışılan xatirələr, şagirdlərin söylədikləri şeirlər və ona həsr olunan mahnı və gözəl ürək sözləri ilə yadda qaldı.
25.12.2011.
19-25 dekabr “Azərbaycanda yerli demokratiya həftəsi” çərçivəsində Neftçala rayon ərazisindəki bələdiyyələr də yığıncaqlar, “açıq qapı”lar təşkil edərək əhaliyə il ərzində gördükləri işlər barədə hesabat verdilər.
24.12.2011.
Kürkənd kənd məktəbinin yanında böyük qələbəlik var. Kənd sakinləri sevinclə bu günü gözləyirdilər. Bu gündən Kürkənd qəsəbəsində “mavi alov” şölələndi. Yay aylarından bəri çəkilmiş qaz xəttlərinə mavi qaz buraxıldı. Tədbirdə iştirak edən “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Yusif Süleymanov sakinləri təbrik etdi və digər yaşayış məntəqələrinin də təbii qazla təminatının uğurla həyata keçiriləcəyini qeyd etdi.
Noyabr.
22.11.2012.
Rayonumuzda 2010-cu ildə Kür çayının səviyyəsinin qalxması ilə fərdi yaşayış evlərinə dəymiş ziyana görə FHN tərəfindən rayonun 11 yaşayış məntəqəsində ümumilikdə 42 fərdi yaşayış evi tikilmişdir.
17.11.2011.
17 Noyabr Milli Dirçəliş günü rayonda qeyd olundu. Mədəniyyət və İncəsənət sarayında konsert təşkil olundu.
11.11.2011.
Rayon Mədəniyyət və İncəsənət sarayında “12 Noyabr Kontitusiya günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdən əvvəl Ulu öndərin abidəsi önünə əklillər və tər güllər qoyularaq ehtiramla yad edildi. Sonra isə 700 nəfərin iştirak etdiyi tədbir davam etdi. Rayon İcra başçısı və məsul şəxslər çıxış etdilər.
03.11.2011.
Rayonda abadlıq işləri davam edir. Heydər Əliyev prospektində binaların fəsadları da abadlaşdırılır.
Dostları ilə paylaş: |