Oktyabr.
28.10.2011.
Neftçala rayon İcra Hakimiyyətinin akt zalında 165 nəfərin iştirak etdiyi şura iclası keçirildi. İclas, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2011- ci ilin doqquz ayının sosial -iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran məsələlərə həsr olunmuşdu.
18.10.2011.
Bu gün rayon Mədəniyyət və İncəsənət sarayında bayram izdihamı yaşandı. Azərbaycanın hər yerində ollduğu kimi Neftçalada da “18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin 20-ci ildönümü münasibətilə möhtəşəm bayram tədbiri keçirildi. “Müstəqilliyimiz əbədidir” adlı bayram konsertində 700 nəfər rayon ictimaiyyəti iştirak etdi.
10.10.2011.
Heydər Əliyev prospekti boyunca səkinin yenilənməsi və döşənməsi işi aparılır. Səkinin qarşı tərəfi də piyadalar üçün hazırlanıb döşənir.
04.10.2011.
Neftçala rayon “Azər Yod MMC” şirkətində "Azər Yod" MMC-nin yod istehsalı qurğusunun III növbəsinin açılış mərasimi keçirildi. Tədbirdə İSR Holding Şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov iştirak etdi.
Dostları ilə paylaş: |