Neftçala rayonu haqqında bilmək istəyirsinizmi? Tərtib edən: Məmmədova Nəzakət



Yüklə 5,14 Mb.
səhifə21/24
tarix10.01.2022
ölçüsü5,14 Mb.
#106264
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   24
2010

DEKABR:
20.12.2010.

Naməlum səbəbdən intihar hadisəsi: 20 dekabr 2010-cu il tarixində gündüz saatlarında Bankə qəsəbə sakini, 1975-ci il təvəllüdlü Quliyev Elxan Ərzuman oğlu həyətyanı sahələrində yerləşən əlavə tikilidə özünü asaraq intihar etmişdir. Polis onu bu işə vadar edən səbəbləri aydınlandırmağa çalışır.


17.12.2010.

Rayonumuzun mərkəzində, Heydər Əliyev prospektində, Mədəniyyət sarayının meydancasında iri yolka bəzənib. Zər-ziba, rənbərəng işıqlarla bəzədilmiş yolkanın gözəlliyini yanıb-sönən lazer işıqları daha da əsrarəngiz edir. Gecənin qaranlığında uçuşan qar dənəcəklərini xatırladan bu işıqlar meydanın hər bir tərəfini əhatə edir. Bununla yanaşı, mərkəzi yoldan asılmış rəngarəng işıqlar bu gözəlliyi tamamlarır, insanı valeh edir.


16.12.2010.

Bu gün Aşura günüdür. Rayon əhalisinin bəziləri müqəddəs ziyarətgahimiz olan Pirə, bəziləri isə məsciddin qarşısına toplaşıb. Mərsiyyə deyilir, zəncir vurulur. Bu gün iş günü olsa da dinimizə hörmət əlaməti olaraq, mərasimdə iştirak etmək istəyənlərə günortaya qədər icazə verilir.


16.12.2010.

Acı bir ölüm xəbəri. Ağır cinayət hadisəsi Bakıda baş verdi. Əslən Mirqurbanlı kəndindən olan 30 yaşlı gəncin meyidini elinə-obasına gətirdilər. Öz qaynı tərəfindən arxadan bıçaqlanan gəncin ölümünə səbəb, həyat yoldaşı ilə tez-tez başverən ailə münaqişələri oldu. Məsələyə və onun həyatına isə qaynı son qoydu.


15.12.2010.

Qışın girməyinə sayılı günlər qalıb. Evlərdə dükanların vitrinlərində bəzəkli yolkalar qurulub. Ancaq buna baxmayaraq, avropa ölkələrindən fərqli olaraq, ölkədə yenə də mülayim hava hökm sürür. İnsanların çoxu yaz-payız geyimizdə gəzirlər.


14.12.2010.

Rayonumuzda “Yaradıcılıq görüşləri-2010” adlı tədbir keçirildi. Konsert proqramı rayon Mədəniyyət və İncəsənət sarayında oldu. Zal bütünlüklə dolmuşdu. Nə qədər insan yer olmadığından iştirak edə bilmədi. Konsert proqramında Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi A.Əhmədzadə, Azırbaycan kinomotaqrafiyasının mısul işçisi A.Sultanzadə, müğənnilər həmyerlimiz Z.Əliyev, xalq artisti B.Əliyev. S.Bayramova, F.K.Nicat, rəqqasə xalq artisti C.Bayramova, aktyorlar xalq artistiT.Qasımov, Ə.Nur, ifaçılar tarda S.Şahbəddinov, kamançada E.Nurməmmədov, nağarada E.Cəbrayılov çıxış etdilər. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin nümayəndəsi A. Cəfərov açaraq, sözü görüşün aparıcısı şair Ç.Əlioğluna verdi. Konsert Neftçala tamaşaçılarının yaddaşında son dərəcə isti və xoş anlarla yadda qaldı.

12.12.2010.

Axşam saatlarında qısa fasilərlə möhkəm burulğanvari külək əsməyə başladı. Xəbərlərdə isə ölkənin cənub rayonlarında güclü küləyin fəsadlarını eşitdik. Allah Qorusun!


11.12.2010.

Bu gün ümumrayon səviyyəsində Muasir Azərbaycanın qurucusu, əbədiyaşar lider. Ulu öndər Heydər Əliyevin anım mərasimi qeyd olunur. Əvvəlki günlərdən fərqli olaraq, bu gün hava çox şaxtalı və soyuqdur. Buna baxmayaraq rayonun H.Əliyev prospekti insan axını ilə doludur. Əllərində əklillər və gül dəstələri olan Neftçala sakinləri xalqımızın əvəzolunmaz oğluna, ölməz Heydərin abidəsi önünə tələsir. Təbiət də eləbil bu insanları, Heydər sevərlərin sonsuz və sönməz məhəbbətini sınamağa çalışır. Rayon əhalisi H.Əliyevin həyat və fəaliyyətini əks etdirən şeirlərin və böyük sevgi ilə bəstələnən musiqilərin sədaları altında onun əbədi xastirəsinə hədsiz ehtiramla baş əyərək, dəstə-dəstə abidə önündən keçirlər. Qəlblərində isə bu şüar səslənir:”Nə qədər ki, Azərbaycan var, o yaşayır, ölməz Heydər idayaları həmişə yaşayacaq və Vətənimizi daim zirvələrə ucaldacaqdır!”


NOYABR:
25.11.2010.

Rayon İcra Hakimiyyətinin akt zalında "Azərbaycanda dövlət-din münasibətləri" mövzusunda seminar treninq keçirildi. Tədbirdə rayon İcra Hakimyyətinin nümayəndələri, ziyalılar və bir qrup dindarlar iştirak etdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub zonası üzrə şöbə müdiri Miryahya Bədirov çıxış edərək Azərbaycanın tolerant dövlət olduğunu vurğuladı.

27.11.2010.

Bu gün deputatlığa namizəd A.Rəhimzadənin Surra kənd camaatı ilə görüşü oldu.

12.11.2010.

Rayon İcra Hakimiyyətinin akt zalında Konstitusiya günü qeyd edildi. Tədbirdə rayonun idarə və müəssisələrinin işçiləri iştirak etdi.

05.11.2010.

Artıq hava boşaldı. Gözəl, mülayim hava var.


03.11.2010.

Oktyabrın son günlərindən havalar birdən-birə soyuyub. Artıq 1 həftədir ki, gecə və səhər kəskin duman və şaxta olur.



Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin