Neftçala rayonu haqqında bilmək istəyirsinizmi? Tərtib edən: Məmmədova Nəzakət



Yüklə 5,14 Mb.
səhifə22/24
tarix10.01.2022
ölçüsü5,14 Mb.
#106264
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   24
OKTYABR:
29.10.2010.

Rayon Mədəniyyət və İncəsənət sarayında 360 nəfərin iştirakı ilə “Aran iqtisadi rayonu üzrə Neftçala rayonunda keçirilən “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi”nə dair” tədbir keçirildi. Tədbirdə rayon İcra başçısı T.Qaraşov və bir sıra sahibkarlar şıxış etdilər. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun nümayəndələri də iştirak edirdi. Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov, Bakı Biznes Tədris Mərkəzinin Regionlarla iş və əlaqələndirmə şöbəsinin müdiri Qorxmaz Əfəndiyev, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin Sahibkarlığın dəstəklənməsi və təşviqi sektorunun müdiri Rauf Əliyev ölkəmizdə sahibkarlığın vəziyyətindən və inkişafından, bu sahəyə dövlətimizin dəstəyindən söhbət açdılar.


28.10.2010.

Rayon İcra Hakimiyyətinin akt zalında “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2010- cu ilin doqquz ayının sosial -iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə” tədbir keçirildi. Tədbirdə rayonun idarə, müəssisə və qurum rəhbərləri olmaqla 165 nəfər iştirak edirdi.

21 10.2010.

Rayonumuzda Qarabağ şəhidləri və Qarabağ əlillərinə dövlət qayğısı daim diqqət mərkəzindədir. Heydər Əliyev prospektində yeni inşa olumuş 2 mərtəbəli, 16 mənzilli yaraşıqlı müasir tipli yeni yaşayış binasının sahiblərinə bu gün təntənəli surətdə mənzillərin açarları və orderləri təqdim olundu. Mərasimdə rayon İcra başçısı Taleh Qaraşov respublika Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Əkbərov çıxış edərək mənzil sahiblərini təbrik etdilər. Sonda I qrup Qarabağ müharibəsi əlili T.Səmədov, rayonumuzun bütün şəhid və Qarabağ əlillərinin ailələri adından dövlətimizin göstərdiyi diqqətə və qayğıya görə minnətdarlıq etdi.

11.10.2010.

Rayonun “İnam” intelektual mərkəzində 165 nəfərin iştirakı ilə seminar keçirildi. Tədbir Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı Gənclər və idman Nazirliyi tərəfindən sentyabr-oktyabr aylarında respublikanın rayon və şəhərlərində ilk dəfə səs verəcək gənclər üçün məlumat xarakteri daşıyırdı. Tədbirdə Gənclər və idman Nazirliyi Sektor müdiri Hüseynov Elşən Kamal oğlu da iştirak etdi.



Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin