Neftçala rayonu haqqında bilmək istəyirsinizmi? Tərtib edən: Məmmədova Nəzakət



Yüklə 5,14 Mb.
səhifə24/24
tarix10.01.2022
ölçüsü5,14 Mb.
#106264
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   24
2009
DEKABR:

29.12.2009.

Rayonumuzun küçələri rənbərəng işıqlarla, şarlar və bayraqlarla bəzədilmişdir. Rayon Mədəniyyət və İncəsənət sarayının qarşısında böyük yolka qurulmuşdur. Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilmünasibətilə möhtəşəm bayram tədbiri keçirildi. İnanırıq ki, bura toplaşan əhali ilin ağrı-acılarını şənliyin gözəl abu-havası ilə yaddan çıxardaraq, təzə ilə ilə təzə ruhla qədəm qoyacaqlar.BAYRAMINIZ MÜBARƏK!

23.12.2009.

Bu gün Bələdiyyələrə seçkilər günüdür. Rayon camaatı seçkilərdə iştirak etmək üçün seçki məntəqələrinə üz tuturlar.

12.12.2009.

Bu gün Neftçala şəhərinin mərkəzi meydanına insan axını var. Hamı dəstə-dəstə Ümummilli lider Heydər Əliyevin anım mərasimində iştirak etmək üçün bura axışıb gəlir. Ulu öndərin xatirəsini yad edən insanlar, hüzünlü musiqi sədaları altında Heydər Əliyev abidəsi önünü əklillər, təzə-tər gül dəstələri ilə bəzədilər.

07.12.2009.

Qış özünü göstərməyə çalışır. Bu gün ilk olaraq sulu qar yağdı.

06.12.2009.

Bir aya yaxın idi ki, rayonda quru hava hökm sürürdü. Bu gündən başlayan sıqın yağış buna son qoydu.

29.11.2009.

3 gündür ki, ölkəmizdə müqəddəs bayramımız olan Qurban bayramı qeyd olunur. Qəlblərdə təmiz hislər, duyğular oyadan bu müqəddəs bayram, təkcə ibadət edənlərin deyil, hər kəsin günahlarının bağışlanması, içdən təmizlənməsinə yol açır, insanı Allaha bir daha yaxınlaşdırır. Rayonun bütün kənd və qəsəbələrində, məscidlərdə Allah yolunda qurbanlar kəsilib camaata paylanıldı. Məscidlərdə bayram namazı qılındı, dualar oxundu. Hamı böyüklərini, qohum-əqrabanı təbrikə tələsdi. Nişanlı qızlara boynuna qırmızı, lent, xalat bağlanmış qurbanlıq qoyunlar aparıldı. Allah qurbanınızı qəbul etsin! 3 gün demək olar ki, hər kəsin qazanında qurban əti qaynadı.

Bayramınız mübarək olsun!


26.11.2009.

Ölkə Prezidentinin sərəncamı ilə noyabırın 26-dan dekabırın 1-nə kimi müqəddəs Qurban bayramı ilə əlaqədar bütnümüəssisə və məktəblərdə bayram tətili elan olundu.


24.11.2009.

"Xatimə" şadlıq sarayında 23 dekabr 2009-cu il tarixdə keçiriləcək Bələdiyyə seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədlərlə treninq keçirildi. Treninqdə Milli Məclisin Regional Məsələlər üzrə Daimi Komissiyanın sədri Rəhimzadə Arif Qəfər oğlu, millət vəkili Abdullayev Əkrəm Kamal oğlu, Yeni Azərbaycan qəzetinin baş redaktoru Məmmədov Hikmət Baba oğlunun çıxışları iştirakçılar arasında maraqla qarşılandı.

19.11.2009.

Rayonumuzda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Neftçala Rayon İcra Hakimiyyəti ilə birgə seminar treninq keçirtdi. Tədbirdə rayon dindarları da iştirak edirdi.

19.11.2009.

İki gündür səhər-axşam dayanmadan sızqın yağış yağır.


18.11.2009.

13-dən 18-nə qədər olan məktəblilərin payız tətili artıq sona çatdı. Məktəblilər bu gün yağışlı bir gündə məktəbə yollandılar.

15.11.2009.

Prezident İ.Əliyevin sərəncamı ilə 2009-cu il “Uşaq ili” elan olunması ilə əlaqədar ölkəmizdə oktyabrın 20-si noyabrın 20-nə qədər “Uşaqları dinləyək, onların iştirakını təmin edək ” devizi irəli sürülmüşdür. Bu məqsədlə rayonumuzda da bir sıra işlər görülmüşdür. Rayon təhsil şöbəsi, rayon Gənclər və İdman idarəsi və mədəniyyət, səhiyyə şöbəsi tərəfindən həyata keçirilən tədbirlər buna nümunə ola bilər. məktəblərdə açıq dərslər, müxtəlif müsabiqələr, tibbi müayinələr keçirilmişdir.

12.11.2009.

Rayon İcra hakimiyyətinin akt zalında Konstitusiya günü ilə əlaqədar tədbir keçirildi.

07.11.2009.

Hər şənbə günü rayonumuzun bütün müəssələri və onların ətrafında təmizlik, iməclik işləri həyata keçirilir. Bu gün rayonun müxtəlif yerlərində yaşıllaşdırma işləri aparıldı, ağaclar əkildi.

04.11.2009.

Mədəniyyət işçilərinin seminar məşğələsi keçirildi. Seminarda Rayon İcra başçısının I müavini V.Novruzova, Mədəniyyət şöbəsinə müdir təyin olunmuş Mərkəzi kitabxananın direktoru E.Kazımovanı kollektivə təqdim etdi. Təbrik edirik!


30.10.2009.

Rayon “İnam" intelektual resurs mərkəzində “Bələdiyyə seçkilərinə vətəndaşların hüquqi biliklərini və marağını artırmaq məqsədilə "Azərbaycanda Yerli Demokratiya Həftəsi" çərçivəsində Bələdiyyələrin milli assosiasiyaları və "İrəli" İctimai Birliyi tərəfindən birgə keçiriləcək tədbirlər üçün tələb olunan məsələlər” lə əlaqədar tədbir keçieildi. Tədbirdə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosasiyasının icraçı katibi Mehtiyev Əli Məhərrəm oğlu, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyası Deportamentinin direktor, icraçı katibin müavini Qasımov Qasım Nurməhəmməd oğlu, "İrəli" İctimai Birliyinin nümayəndəsi Həmzəyev Naqif Vaqif oğlu, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosasiyasının məsləhətçisi Vəliyev Nikbin Yaşar oğlu bu məsələ ilə bağlı geniş məruzə etdilər.


28.10.2009.

Bənkə qəsəbəsində 17 yaşlı qız nəmalum səbəbdən özünü asdı.
27.10.2009.

Bu gün Mədəniyyət şöbəsinin müdiri B.Məcidovun öz xahişi ilə işdən azad olunduğunu eşitdik.


25.10.2009.

2009-cu ilin yanvar ayında Neftçala rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmış Xolqarabucaq kənd sakini, 1990-cı il təvəllüdlü Məlikov Nurlan Zabil oğlu 25 oktyabr 2009-cu il tarixində Mingəçevir şəhərində xidmət etdiyi N - saylı hərbi hissədə qəza hadisəsi nəticəsində vəfat etmişdir. Mərhum anadan olduğu Xolqarabucaq kəndində dəfn olunmuşdur.


22.10.2009.

Rayon İcra Hakimiyyətinin akt zalında “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə” şura iclası keçirildi. İclasda rayon İcra başçısı T.Qaraşovun, idarə və müəssisə rəhbərlərinin bu məsələ ilə bağlı məruzələri və təklifləri dinlənildi.

21.10.2009.

21 oktyabr 2009-cu il tarixində saat 19:00 radələrində faciə baş verdi. Qardaş bacıya qəsd etdi. Neftçala şəhəri sakini 1980-cı il təvəllüdlü Babayev Vüsal Valeh oğlu, bacısı 1977-ci il təvəllüdlü Babayeva Təranə Valeh qızını öz mənzillərində kəndirlə boğaraq qətlə yetirdi. Bu hadisəyə səbəb, narkoman qardaşın güya namusunu təmizləməsi oldu.

11.10.2009.

11 oktyabr 2009-cu il tarixində saat 16:45 radələrində Lerik rayon sakini olan, lakin Neftçala rayon ərazisində yerləşən Piləsuvar obasında yaşayan 1981-ci il təvəllüdlü, ruhi xəstə Hüseynov Qafur Alxos oğlunun meyiti Həsənabad qəsəbəsi ərazisində şor su kanalından tapılmışdır.

02.10.2009.

02.10.2009-cu il tarixində saat 21:22 radələri arasında Aşağı Surra kənd sakini 1987-ci il təvəllüdlü Şərbətova İranə Xankişi qızının meyiti Kür çayından tapılmışdır.

29.09.2009.

İkigünlük fasilədən sonra yenidən şimşək çaxdı, bərk yağış yağdı. Temperatur aşağı endi, soyuq külək kəsdi.


27.09.2009.

Bu gün gözəl isti payız havasıdı. Neçə günün yağışından, nəmişliyindən sonra insanların bu istiyə çox ehtiyacı var. Əhali küçələrdə, həyətlərdə qalan gölməçələrin quruyacağına inanır.

23.09.2009.

3 gün davam edən yağış kəsdi. Qara buludların qəzəbi günəşin şüaları altında çəkilib getdi.


22.09.2009.

20-21 sentyabr 2009-cu il tarixdə rayon ərazisində yağan leysan yağışları Rayon Mədəniyyət və İncəsənət Sarayının tavan ortüyünü və divar qatını yarasız hala salmış, dam örtüyünün şiferlərini sıradan çıxmışdır. Dairə Seçki Komissiyasının inzibatı binasının dam örtüyündə də şifer örtüyünü sıradan çıxmış, yağış suları binanın içərisinə axaraq yararsız hala salmışdır. Rayon 1 saylı orta məktəbin yeni salınmış dam örtüyünü də külək, təmamən sıradan çıxartmışdır. Bu təbiət hadisəsi rayonda və kəndlərində neçə-neçə yaşayış evlərinə də ciddi ziyan vurmüşdur.

20.09.2009.

Bütün günü yenə yağış yağdı. Göl halını almış küçələr sudan ləpə vurur. Keçilməz hala düşmüşdü. Həyətlərdə dizdən su dayanmış, yerdən olan evlərə su dolmuş, hündür evlərin altını su basmışdı. əhali öz hesablarına onlara dəyən ziyanı aradan qaldırmağa çalışırlar.

19.09.2009.

Bu gün bayram günüdür. Erkən saatlardan hər kəs böyüklərini, əsasən də oruc tutanları təbrik etməyə tələsir. Lakin gözlənilmədən günorta başlayan leysan yağış bayram gəzintisinə, qonaq evinə gedənləri çaşqına döndərdi. Qəflətən başlayan yağış, çaxan şimşək axşam daha da gücləndi. Bu artıq leysan yox, fəlakətə bənzəyirdi. 2005-ci ilin bu ayında rayonumuzda baş verən cəmi 1 saatlıq yağan leysanın nəticəsi, o cümlədən Türkiyədə yağışın, selin gətirdiyi bədbəxtlik hamını qorxuya saldı. Gecəni qorxu içində , qaranlıqda keçirən əhali Allahdan kömək dilədi. Kür sahili kəndlərin sakinləri çayin daşmasından ehtiyat etdilər.

19.09.2009.

ANŞAD Petrol müəssisəsinin təşkil etdiyi “20 sentyabr Neftçilər günü” rayon neftçilərinin böyük sevincinə səbəb oldu. Peşə bayramınız mübarək olsun əziz neüftçilər
18.09.2009.

Bu gün bayram axşamıdı. Sabah Ramazan bayramıdı.

15.09.2009.

Bu gün küçələrdə izdiham var. Əllərində gül dəstələri, səliqəli geyimli uşaqlar, valideynlər və müəllimlər məktəblərə tələsirlər. İlk dəsr günü başladı.

15.09.2009.

15 sentyabr 2009-cu il tarixində səhər saat 7:00 radələrində Neftçala rayonu Aşağı Surra kənd sakini 1951-ci il təvəllüdlü Əzizova Gülzar Urfulla qızı həyətyanı sahələrində mal-qara üçün tikilmiş tikilidə özünü asaraq intihar etmişdir.

14.09.2009.

Artıq III əhyə gecəsidir.

10.09.2009.

Mərkəzi Kitabxanada 15 sentyabr “Bilik günü” ilə əlaqədar “Təhsil bizim gələcəyimizdir” adlı tədbir keçirildi. Tədbirə tələbə adını yeni almış və yüksək bal toplamış tələbələr və müəllimlər dəvət olunmuşdu. Rayonumuzun tanınmış ziyalılarından İmamverdi Zeynalov, İbrahim Nurlu, Zərxanım Ülvi tədbirdə iştirak edərək, gözəl, qəlbəyatan fikirləri ilə çıxış etdilər və bu bayramın insan həyatında nə qədər önəm daşıdığını, elmə, biliyə yiyələnməyin faydalı olmağını vurğuladılar.

09.09.2009.

Bu gün II əhyə gecəsidir.

07.09.2009.

Bu gün I əhyə gecəsidir. Rayon əhəlisi bu günə çox önəm verir. Məsciddə gecədən səhərə qədər dualar oxundu, əhyə namazı qılındı.

05.09.2009.

Respublikamızın texnikum və kolleclərinə bal toplamış abuturyentlərin cavabları bu gün məlum oldu.

30.08.2009.

Respublikamızın texnikum və kolleclərinə sənəd vermiş abuturyentlər arasında imtahanlar keçirildi. Onlara uğurlar arzulayırıq.

22.08.2009.

Bu gün ayların sultanı Orucuq ayı girdi. İl-ildən oruc tutanların sayı artır.


14.08.2009.

Rayonun Kurkasa kəndində balıqçı qayığı tutuldu. İran vətəndaşları bu qayıqla narkotik maddə keçirməyə cəhd edirlərmiş. onların arasında 1 nəfər Neftçala vətəndaşı olduğu da aydınlaşdı.


10.08.2009.

Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirildi. Yığıncaq ilin 6 ayı üzrə rayonumuzun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuşdu. Verilən hesabata görə rayonda 551 körpə doğulub. 2007-2008-ci illərdə doğulan körpələrin sağlamlıq kartı alınıb. Rayonumuzun mərkəzində qarabağ əlilləri üçün 16 mənzillik yeni yaşayış binasının tikintisinə başlanılıb. Respublika olimpiadasında 7 nəfər iştirak edib 2 nəfər III-IV yerləri tutub. Rayonumuzda keçirilən “Araz” kursu test imtahanında Qədimkənd məktəbinin şagirdi qalib gəlib, ona televizor hədiyyə olunub. Bundan başqa rayonumuzdan 520 nəfər məzun ali məktəblərə sənəd vermişdir. 2009-cu ilin aprelində keçirilən şahmat üzrə olimpiadada 10 yaşlı Aytən Səfərova respublika çempionu olmuşdur. Şura iclasında 14 qərar və tövsiyə oxundu.

05.08.2009.

Artıq bu gün ali məktəblərə daxil olan abutiriyentlər məlum oldu. Tələbə adını qazanmış gənclərə uğurlar diləyir, onlara daha da yüksək məqama çatmağı və vətənimizin inkişafına layiqincə xidmət etməyi arzulayırıq.


01.08. 2009.

Bu gün Astanlı kənd sakini olan 60 yaşlı bir kişi özünə qəsd edərək öldürdü. Səbəb isə kənd camaatının dediyinə görə vaxtaşırı ailəsində baş verən narahatçılıqlar olmuşdur.


22.07.2009.

“İnam” intellektual resurs mərkəzində “Mətbuat günü” ilə əlaqədar bayram tədbiri keçirildi.

21.07.2009.

21.07.2009-cu il tarixdə saat 16:30 radələrində tükürbədici, ağır avtomobil qəzası baş veridi. Neftçala_Salyan şössesinin 34-cü kilometrində baş verən bu hadisədə Neftçala şəhər sakini 1985-ci il təvəvəllüdlü Əzizov Mübariz Raqib oğlu idarə etdiyi VAZ 21 avtomobilini yüksək sürətlə idarə edərək aşırmışdır. Nəticədə Əzizov Mübariz Raqib oğlu, Neftçala şəhər sakini 1985-ci il təvəllüdlü Təhməzov Hacı Adil oğlu yerindəcə həlak olmuş, avtomaşında olan digər 2 nəfər ağır yaralanmış və Mərkəzi Rayon Xəstəxanasında yerləşdirilmişdir.

14.07.2009.

Ümummilli lider H.Əliyevin hakimiyyətə gəlişinin 40 illiyi münasibətilə rayon İcra aparatınnın akt zalında tədbir keçirildi.


02.07.2009.

Rayon İcra Hakimiyyətində Polis işçilərinin Peşə bayramı ilə əlaqədar toplantı keçirildi. İlk öncə pollis işçiləri və rayonunun məsul şəxsləri şəhidlər, sonra isə Ulu Öndər H.Əliyevin abidəsini ziyarət etdilər, önünə əklillər qoydular. Toplantıdan sonra rayon “İnam” intellektual resurs mərkəzində Polis günü ilə əlaqədar bayram tədbiri keçirildi.

25.06.2009.

Rayonda yerləşən “N” saylı hərbi hissədə “26 İyun Silahlı Qüvvələr günü” böyük konsert proqramı ilə qeyd olundu. Bayramınız mübarək olsun!

25.06.2009.

Mərkəzi Kitabxanada 6-17 yaşlı istedadlı uşaqlar arasında “Uşaqlar gələcəyimizdir” müsabiqə keçirildi. Tədbirdə seçilən istedadlar uşaqlar I, II, III yerlərlə və hədiyyələrlə qiymətləndirildilər.

23.06.2009.

Rayon İcra Hakimiyyətinin akt zalında Dövlət Quluqçularınnı Peşə bayramı qeyd olundu. Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin abidəsini ziyarət etdilər, xatirəsini yadetdilər, əklil və gül dəstələri qoydular.

20.06.2009.

Bu gündən rayon şahmat məktəbində şahmat üzrə cənub zonası üzrə birincilik yarışı keçirildi. Yarış iyunun 29-na qədər davam edəcək.

17.06.2009.

Mərkəzi Rayon Xəstəxanasının akt zalında Səhiyyə işçilərinin Peşə bayramı qeyd olundu. Tədbirdə qabaqcıl həkimlərə hədiyyə və mükafatlar təqdim olundu.

16.06.2009.

Bu gün rayonun "Kür-Xəzər" şadlıq sarayında Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) "Azərbaycanda məhkəmə və hüquqi islahatların dəstəklənməsi" layihəsi çərçivəsində tədbir keçirildi. 30 nəfərin qtıldığı tədbirin qonaqları-Prezident Adminstrasiyası "Qanunvericilik və Hüquqi Ekspertiza" şöbəsinin məsləhətçisi Əsədova Sürayyə, Milli Məclis aparatının "İnzibati və Hərbi Qanunvericilik" şöbəsinin baş məsləhətçisi Səyyad Kərimov, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti GTZ-nin "Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" layihə bürosunun rəhbəri Səfərbəyov Şakir, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Tədris və Metodiki şöbəsinin rəisi Məmmədov Yahya, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının müəəlimi Hacıyev Cahangir, Milli Məclis aparatının "İnzibati və Hərbi Qanunvericilik" şöbəsinin baş məsləhətçisi İlqar Cəfərov maraqlı layihələrlə şıxış etdilər.

14.06.2009.

İyun ayıının 13-dən 14-nə keçən gecə saat 2:00 radələrində Neftçala şəhərində Heydər Əliyev prospekti ilə 20 yanvar küçəsinin kəsişdiyi 4 yol ayrıcında dəhşətli yol hadisəsi baş verdi. Toydan çıxan gənclər sərxoş halda, iki maşınla avtoşluq edərkən, yersiz zarafatları ağır qəza ilə nəticələndi. Belə ki, Bakı şəhər Xətai rayon sakini 1983-cü il təvəllüdlü 600 saylı Hərbi Hissədə xidmət edən baş leytinant Dadaşov Mirsaleh Mirkazım oğlunun idarə etdiyi Mersedes ilə, Neftçala şəhər sakini 1981-ci il təvəllüdlü Əliyev Azər Nəbi oğlunun idarə etdiyi Nivanın toqquşması nəticəsində Mersedes hərəkət istiqamətini itirərək yol kənarında dayanmış Neftçala şəhər sakini 1979-cu il təvəllüdlü Abıyev Faiq Qardaşxan oğluna məxsus avtobusuna vurmuşdur. Nəticədə Mersedesdə olan sərnişin Neftçala şəhər sakini 1984-cü il təvəllüdlü 600 saylı Hərbi Hissədə xidmət edən baş leytinant Əliyev Emin İbadulla oğlu aldığı xəsarətdən Neftçala rayon Mərkəzi Xəstəxanasında vəfat etmişdir.

13.06.2009.

Rayonun “Gənclər” parkında “Milli Qurtuluş günü”nə həsr olunmuş möhtəşəm konsert oldu. Konsertdə Bakıdan xüsusi dəvət olumuş müğənnilər də iştirak edirdi. Öz sevilən mahnıları ilə çıxış edən bu musiqili qonaqlar izləyicilərin zövqünü oxşadılar.
12.06.2009.

Bu gün rayon üzrə 3 məktəbdə-1, 2, 3 saylı orta məktəblərdə Maarif Bazirliyinin müşahidəçilərinin nəzarəti şagirdlərin planlı, xüsusi bölgüsü nəticəsində saat 10-dan 13-ə qədər 8 fən üzrə mərkəzləşmiş imtahanı keçirildi.


06.06.2009.

Bu gündən artıq yayın isti havaları hökm sürür.

01.06.2009.

Rayon 1 saylı orta məktəbinin akt zalında “1 İyun Uşaqların müdafiəsi günü” münasibətilə təhsil şöbəsinin dəstəyi ilə bayram tədbiri keçirildi. Tədbirdə, həmçinin ehtiyacı olan uşaqlar hədiyyələr verildi.

01.06.2009.

Bu gün ömrümüzün bəzəyi şirin-şəkər baların “1 İyun Uşaqların müdafiəsi günü”dür. Rayonun bir çox məktəbəqədər müəssisələrində uşaqlar üçün rəngarəng tədbirlər keçirildi. Bayramınız mübarək əziz balalar!

30.05.2009.

Bu gün respublikamızın, o cümlədən rayonumuzun bütün ümumtəhsil məktəblərində çalınan “Son zəng”, 2008-2009-cu il dərs ilinə vida etdi.”Məzun-2009”, müəllimlərin, valideynlərin, həmçinin, 10, 20, 50 ilin məzunlarının sevinc və həyacananı çalınan “son zəng”in sədalarına qarışdı. Maarif şöbəsinin məlumatına əsasən bu il rayonumuzun ümumtəhsil məktəblərindən 1028 şagird onbirinci sinfi, 1476 şagird isə doqquzuncu sinfi bitirmiş oldu. Ali məktəblərə qəbul imtahanlarında onlara uğurlar diləyirik!


29.05.2009.

Mərkəzi Kitabxananın “Uşaq bölməsi”ndə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş tədbir keçirildi.

28.05.2009.

Bu gün rayonun “Gənclər” parkında Azərbaycan Xalq Cümhuriyyəti yaranmasının 91-ci ildönümü böyük təntənə ilə qeyd olundu.

27.05.2009.

Mərkəzi kitabxananın akt zalında “28 May-Respublika günü” münasibətilə tədbir keçirildi.


26.05.2009.

Aşağı Qaramanlı kənd məktəbində həmyerli şairimiz S.Abbasın anadan olmasının 75 illiyi keçirildi.
22.05.2009.

Rayonun Milli Qəhrəman Z.Məcidov adına Uşaq Yaradıcılıq Mərkəzində Uşaq Təşkilatı yaradılmasının ildönümü münasibətilə şəhərin 1, 2. 4 saylı və bir neçə kənd məktəblərinin şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə son ildə fərqlənən şagirdlər həvəsləndirici hədiyyələrlə mükafatlandırıldılar.


16.05.2009.

“18 May-Muzeylər günü” ilə əlaqədar rayon diyarşünaslıq muzeyində bayram tədbiri keçirildi. Maraqla qaşılanan tədbirdə mənəvi sərvətimiz olan muzeylərimizin bəşəriyyət tarixində çox böyük rolu olduğu vurğulandı.


15.05.2009.

Mərkəzi kitabxananın “Kənd təsərrüfatı bölməsi”ndə rayonumuzun balıqçılıq sahəsində öz elmi tədqiqat işləri, elmi-səmərəli təklifləri ilə fərqlənən ziyalı mütəxəssis, biologiya elmləri namizədi Mirzağa Ağabala Qasımovun anadan olmasının 95 illik yubileyi ilə əlaqədar, onun həyat və fəaliyyətinə həsr olunmuş elmi-konfrans keçirildi. Konfransda bu sahə üzrə çalışan müəssisə rəhbərləri, nümayəndələr iştirak edirdi. Tədbirdə həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi su hövzələrində bioloji resursların artırılması və mühavizəsi departamentinin şöbə müdiri Ağasadıq Qasımov da iştirak edirdi. Tədbir oxucuların marağına səbəb oldu.


13.05.2009.

“15 May Beynəlxalq Ailə günü” ilə əlaqədar rayonumuzun bir çox müəsisələrində tədbirlər keçirilir. O cümlədən, MKS-in 1 saylı Xıllı qəsəbə kitabxanasında “Ailə ənələrimiz” adlı tədbir keçirildi.
12.05.2009.

Rayon Mədəniyyət Sarayının rəsm qalereyasında həvəskar məktəbli rəssamların iştirakı ilə “Beynəlxalq Ailə günü” nə həsr olunmuş sərgi keçirildi. Balaca rəssamların ailə mövzusunda böyük həvəslə çəkdikləri, onların fırça vasitəsilə rənglər dünyasından və ailə sevgisindən danışan rəsmlərisərgiyə tamaşa edənləri öz rəngarəngliyi ilə valeh etdi.


11.05.2009.

Rayonumuzda baytarlıq xidmətini yüksəltmək üçün rayonun mərkəzində 2 mərtəbəli bina tikildi. Tezliklə istifadəyə veriləcək binanın daxilində tamamlama işləri aparılır.

10.05.2009.

Bu gün Ümummilli liderimiz H.Əliyevin anadan olmasının 86 illik yubileyi ilə əlaqədar möhtəşəm bayram tədbiri keçirildi. Axşam saatlarında başlayan konsert proqramı hava qaralana qədər davam etdi. Musiqili fontanın qarşısında düzənlənən bayram tədbiri atəşfəşanlıqla sona yetdi.


09.05.2009.

Bu gün səhər saatlarında rayonda yenə də canlanma var. Bu gün 9 may faşızim üzərində “Qələbə günü”dür. İllər bir-birini əvəz etdikcə bir-bir aramızdan seyrələn müharibə veteranları, rayon İcra hakimiyyətinin başçısı, idarə və müəssisə rəhbərləri, bu günə hörmətlə yanaşan insanlar Ana abidəsi önünə toplaşmışdı. Abidə önünə əklil və gül dəstələri qoyulduqdan sonra rayon İcra başçısı T.Qaraşov odlu-alovlu illərin yadigarları olan veteranları ürəkdən təbrik etdi, onlara cansağlığı arzuladı. Həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmları Ağaşirin Cəfərovun, əlif Piriyevin, İvan Ostapenkonun büstləri önünə də gül dəstələri qoyuldu. Mərasim “İnam” intellektual resurs mərkəzində veteranlar üçün təşkil olunmuş banketlə başa çatdı.

07.05.2009.

Mərkəzi kitabxananın “Oxu zalı bölməsi”ndə ümummilli lider H.Əlliyevin anadan olmasının 86 illik yubileyi münasibətilə “Mən həmişə səninləyəm, Azərbaycan” adlı tədbir keçirildi.

27.04.2009.

İcra Hakimiyyətinin akt zalında 165 nəfər rayonun məsul şəxslərinin iştirakı ilə "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kobinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran vəzifələr" barədə tədbir keçirildi.

23.04.2009.

Mərkəzi kitabxananın “İncəsənət şöbəsi”ndə sevimli bəstəkarımız Ş.Axundovanın anadan olmasının 85 illik yubileyinə həsr olunmuş “Musiqiyə həsr olunmuş ömür” adlı musiqili ədəbi-bədii gecə keçirildi.
20.04.2009.

Rayonumuza yaraşıq verən yenilik. H.Əliyev prospekti və A.Cəfərov küçəsinin kəsişdiyi dairədə quraşdırılan “Palma” gecə sayrışan işıqları, müasirliyi və gözəlliyi ilə sakinlərin zövqünü oxşayır.


17.04.2009.

“İnam” intellektual resurs mərkəzində insan alverinə qarşı mübarizə ilə bağlı elmi-praktik konfrans keçirildi. Respublika Daxili İşlər Nazirliyi və rayon İcra Hakimiyyətinin birgə keçirdikləri bu konfransda müxtəlif təşkilatların, bələdiyyələr, məktəb, təhsil, səhiyyə, mədəniyyət şöbəsinin nümayəndələri iştirak edirdi. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşı Əliyev Anar Allahverdi oğlunun, eləcə də Qeyri-hökumət təşkilatları koalisiyasının üzvü, Azərbaycan Uşaqlar Birliyinin sədri Ağazadə Kəmalə Yusif qızının Kəmalə Ağazadənin çıxışı və məlumatları iştirakçılar tərəfindən maraqla qarşılandı. Tədbir diskusiya şəklində keçdi.


14.04.2009.

Yazın 18-ci günüdür. Lakin təbiət öz şıltaqlığını göstərir. Hələ də havalar soyuq keçir. Bir-birini əvəz edən yağışlı və küləkli günlər davam edir.


12.04.2009.

Rayonda təmir-abadlıq işləri davam edir. Məhkəmə binası əsaslı təmir olunub, yenidən qurulur.


08.04.2009.

Rayonun Xıllı qəsəbəsində, yolun kənarında yaraşıqlı xidmət obyekti əhalinin istifadəsinə verildi. Kənd sakinlərinin sevincinə səbəb olan bu obyekt “Arzu” şadlıq evidir.


06.04.2009.

Rayon İcra Hakimiyyətində cari ilin I rübündə rayonumuzda görülən işlər, həyata keçirilən tədbirlərlə bağlı geniş şura iclası keçirildi.


04.04.2009.

Artıq hər həftənin şənbə günləri bütün idarə və müəssisələrində, küçə və meydanlarda ümumrayon iməclikləri keçirilir. Bu iməcliklərin iyun ayına qədər davam etdiriləcəyi bildirildi.


31.03.2009.

Mərkəzi kitabxanada “31 Mart azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar tədbir keçirildi.


29.03.2009.

Hörmətli prezidentimizin qərarı ilə ölkəmizdə ilk dəfə olaraq bayram tətili bütün idarə və təşkilatlara da martın 20-dən 29-na qədər, məktəblilərin yaz tətili isə 17-dən 29-na qədər uzadıldı.


29.03.2009.

Səhər saat 4-dən etibarən bu gün Azərbaycanda yay vaxtına keçildi.

27.03.2009.

Rayonda yeni bir canlanma görünür. Bu gün Maarif nazirliyi tərəfindən təşkil olunmuş gözlənilən mərkəzləşmiş sınaq imtahanı həyata keçirildi. İmtahan rayonun əsas məktəblərində şagirdlərin qabaqcadan təyin olunmuş xüsusi bölgüsü ilə aparıldı. Nəticələr diqqətlə yoxlanıldıqdan sonra elan olunacaqdır.


20.03.2009.

Artıq Bahar ölkəmizə öz xoş, bərəkətli qədəmlərini qoydu. Novruz bayramımız mübarək olsun! Bolluq, bərəkət, aydınlıq və sülh hər birimizin nəsibi olsun!


19.03.2009.

H.Cavid adına parkda ümumrayon səviyyəsində maraqlı Novruz şənliyi keçirildi. Tədbirdə bahar təravətli nəğmələr səsləndi, kosa, keçəlin min-bir oyunları nümayiş olundu. Faytonla səhnəyə gətirilən Bahar qızı tədbirə şirinlilk bəxş etdi.

18.03.2009.

Bu gün rayon əhalisi Referendumda iştirak etdi. Maraqlıdır ki, artıq rayonumuzda illərlə səsverməyə getməyən evdar qadınlar da məntəqələrdə şəxsən iştirak etməyə başlayıblar.

17.03.2009.

Mərkəzi kitabxananın həyətində çal-çağır, canlanma var. Bu gün il-axır çərşənbədir. Novruz bayramı kitabxanaçılar tərəfindən böyük təntənə ilə qeyd olunur. Kosa-keçəlin min-bir oyunu, süfrələrimizin bəzəyi növbənöv şirniyyatlarla dolu xonçalar, səmənilər, gül-çiçəkli səhnə göz oxşayırdı. Bayramın bəzəyi Bahar qızının at üstündə səhynəyə gəlişi tamaşaçıların rəğbətinə səbəb oldu. Şənlikdə milli adət-ənənələrimizi nümayiş etdirən səhnəciklər, bir-birindən gözəl mahnılar izləyicilərə xoş ovqat bəxş elədi.

16.03.2009.

Rayon Təhsil şöbəsində fəaliyyət göstərən Respublika Uşaq Fondunun rayon təşkilatı əziz bayramımız Novruz münasibətilə yığıncaq keçirildi. Burada şəhid ailələri uşaqlarına, valideyn himayəsindən məhrum olmuş və az təminatlı ailələrin uşaqlarına Novruz hədiyyələr verildi.


15.03.2009.

15 mart 2009-cu il tarixdə saat 20:30 radələrində Neftçala şəhər sakini 1949-cu il təvəllüdlü Mehtiyev Vaqif Məmməd oğlu bıçaqlanmış və aldığı xəsarətdən vəfat etmişdir. Deyilənə görə o, özü-özünü bıçaqlamışdır.

07.03.2009.

Xıllı qəsəbəsində magistral yolun kənarında yeni şadlıq evi tikilib istifadəyə verilmişdir. “Arzu” adlanlandırılan bu şadlıq evi yeni ailə quran gənclərimizi arzularına aparan yoldur.

06.03.2009.

İki gözəl hadisə eyni məkanda. Rayonda yeni yaraşıqlı və müasir üslubda tikilmiş xeyriyyəçi Əlipaşa Əliyevə məxsus “Xatimə” şadlıq sarayının açılışı oldu. Bu sarayın özünəməxsusluğu həm də ondan ibarətdir ki, rayonda ilk olaraq yeni evlənənlərə gəlin maşını da xidmət göstərəcəkdir. Bu gün həm sarayın açılışı, həm də rayonumuzun qadınlarına həs olunmuş 8 Mart Qadınlar günü ilə əlaqədar rayon tədbiri təşkil olundu.


04.03.2009.

04 mart 2009-cu il tarixində saat 18:30 radələrində Bankə qəsəbəsində 1992-ci il təvəllüdlü Rəhimov Tural Rəhim oğlu həyətdə yemək hazırlamaq üçün tikilmiş aşxanada özünü asaraq intihar etmişdir. Yoldaşları, ailəsi və çevrəsi tərəfindən sevilən Turalın intiharı onu tanıyanlar üşün çox üzüntülü hadisə oldu və hadisənin səbəbini o, bir sirr olaraq, özü ilə apardı.


25.02.2009.

Bu gün xalqımızın tarixində ən dəhşətli faciələrdən biri olan Xocalı faciəsinin 17-ci ildönümüdür. Rayonun bütün idarə və müəssisələrində bu məqsədlə mərasimlər təşkil olunmuş, Mərkəzi kitabxanada “Xocalı fəryadı” adlı ədəbi kompozisiya keçirilmişdir.

20.02.2009.

Rayonumuz gündən-günə adadlaşır, gözəlləşir. Yeni inzibati binalar tikilir, yenidən təmir olunur. Bu gün də belə əlamətdar günlərdən biridir. Neftçala 1 saylı Poçt Şöbəsinin açılışına çoxlu insan toplaşıb. Buradakı səliqə-səhman, əvvəlki binadan fərqli olaraq, genişlik əhaliyə gözəl xidmətdən xəbər verir. Açılışda rayon İcra nümayəndələri, idarə və qurumların rəhbərləri, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Neftçala-Salyan rayonları üzrə səlahiyyətli nümayəndəsi Səxavət İmanov da iştirak edirdi.


18.02.2009.

Mərkəzi kitabxanada fondumuza daxil olan Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 12 yanvar 2004-cü il sərəncamına əsasən 2008-ci ildə kitabxanalara hədiyyə edilən latın qrafikalı ədəbiyyatların təqdimatı keçirildi.
12.02.2009.

12 fevral 2009-cu il tarixində saat 21:22 radələrində Neftçala rayonu Yenikənd kənd sakini, 1990-cı ildə anadan olmuş Cəlilov Fərəc Rufulla oğlu yaşadığı evlərində özünü asaraq intihar etmişdir.

09.02.2009.

Rayonda Qoltuq kənd yolunun üstündə, “Axmaz” gölünün kənarında, müasir tipli, yeni motel-restoran, şadlıq evi tikilib istifadəyə verildi.


06.02.2009.

Rayon İcra Hakimiyyətinin akt zalında “Neftçala İcra Hakimiyyəti başçısı aparatının 2008-ci ildə gördüyü işlərə dair hesabatı”na dair şura iclası keçirildi. Şurada Milli Məclisin Regional Məsələlər üzrə Daimi Komissiyanın sədri Rəhimzadə Arif Qafar oğlu, Azərbaycan Respublikası Prezident Aparatında Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Abdullayev Dəyanət Qurbanəli oğlu iştirak edirdi.

05.02.2009.

Rayonda “Axmaz gölü”nün üstündə yaraşıqlımotel-restoran tikilib istifadəyə verildi. Yolun kənarında tikilən müasir tipli bu bina öz görkəmi ilə rayona çox yaraşıq verir.

20.01.2009.

Bu gün 20 Yanvar faciəsinin 19-cu ildönümüdür. Rayon əhalisi :"20 Yanvar" abidəsinin qarşısına toplaşaraq Qanlı yanvar şəhidlərini yad edirlər. Təxminən 4000-nə qədər insan Şəhidlərin abidəsi önünə əklil və qırmızı qərənfillər qoyaraq onların xatirəsini andılar.

17.01.2009.

Mərkəzi kitabxanada 20 yanvar şəhidlərinə həsr olunmuş “Şəhidlər mehrabı, rəhmət duası” adlı anım mərasimi keçirildi.


02.01.2009.

Neftçala Azeryod MMC-də yod istehsal edən yeni sex işə düşdü. Sevindirici haldır ki, müəyyən qədər yeni iş yerləri açılıdı və rayonumuzun iqtisadiyyatı inkişaf edir. Burada Şüşə sexi də fəaliyyət göstərir.



2008-ci ilin statistik hesablamalarına görə rayon əhalisinin sayı 79405 (79,4) nəfər olmuşdur.

Statistikaya görə 2008-ci ildə rayonda 82 fərdi ev tikilmişdir.



2008
30.12.2008.

Rayonumuzun nəğməli qonaqları “Embrazes” qrupu və “Azəristar” müsabiqəsinin iştirakçıları bu gün mədəniyyət sarayında əhali qarşısında konsert proqramı ilə çıxış etdi. 2 saat davam edən maraqlı keçən konsertin ahəngini tutan şaxta baba və qar qız iştirakçıları daha da sevindirdilər.


29.12.2008.

Məhərrimlik ayı girdi. Hüzn ayı olduğu üçün, dinimizə və adət-ənələrimizə böyük hörmətlə yanaşan hörmətli Prezidentimiz İ.Əliyev, ölkə də küçə və meydanlarda böyük yolkaların qurulmasına, bəzədilməsinə baxmayaraq, yeni ilin qarşılanması ilə əlaqədar böyük şənliklərin keçirilməməsinə dair sərəncam verdi. Əhali bunu rəğbətlə qarşıladı.

26.12.2008.

Rayon İcra Hakimiyyətinin akt zalında “Çağdaş Azərbaycan Cəmiyyəti-Mövcud dini durum” mövusunda tədbir keçirildi. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Səfalı Nəzərl, Dini Qurumlarla İş üzrə Dövlət Komitəssi Cənub Bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov iştirak etdi.

20.11.2008.

Mərkəzi kitabxanada ürək açan lirik şeirləri ilə yaddaşlarda qalan Ə.Kürçaylının anadan olmasının 80 illik yubileyi münasibətilə “Səfərdən qalmayan ömür” adlı ədəbi-bədii gecə keçirildi. Gecədə rayon ziyalıları, o cümlədən bir-çox tanınmış şair və yazıçılar iştirak edirdi.Şair Oktay Rza, Qulam Sadiq Zərxanım Ülvi, Zabil Pərviz və başqaları çıxış etdilər.


20.11.1008.

Rayon İcra Hakimiyyətinin akt zalında “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kobinetinin 2008-ci ilin ikinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasdan iərli gələn vəzifələrin müzakirəsi”nə dair iclas keçirildi. Tədbirdə rayonun idarə və müəssisə rəhbərləeinin bu məsələ ilə bağlı çıxışları dinlənildi.

19.11.2008.

Gecə saat 1 radələrində Qaraqaşlı kənd sakini 1957-ci ildə anadan olmuş Abbasov Dilavər Mürsəl oğlu qısqanclıq zəminində həyat yoldaşı 1961 -ci ildə anadan olmuş Abbasova Tubu Müxtəsər qızını ov tüfəngi ilə vurub qətlə yetirmişdir.

15.11.2008.

Bu gün Azərbaycan Respublikasında Prezident seçkiləri günüdür. Əhali seçki məntəqələrinə tələsir. Artıq illərlə seçkilkərə gəlməyən vətəndaşlar belə öz səslərini vermək üçün özləri bu məntəqələrə üz tutur. Bütün seçki məntəqələrində şəffavlığı müşahidə etmək üçün xarici ölkələrin, təşkilatların nümayəndələri iştirak edir.

12.11.2008.

Rayon Mədəniyyət və İncəsənət sarayında “12 noyabr-Konstitusiya günü” ilə əlaqədar tədbir keçirildi.


08.11.2008.

08 noyabr 2008-ci il tarixində saat 10:00 radələrində Bankə qəsəbə ərazisində Kür çayından bir kişi meyidi tapılmışdır. Rayon polisinin araşdırmasından sonra meyidin şəxsiyyəti aşkar olmuş, onun 1957-ci ildə anadan olmuş, Sumqayıt şəhər sakini Səfərov Həsənalı Mahir oğlu olduğu dəqiqləşdirilmişdir.

01.11.2008.

01 noyabr 2008-ci il tarixdə saat 16:00 radələrində Şirvanlı kənd sakini, 1991-ci ildə anadan olmuş Musayev Mirqiyas Mirilyas oğlu qayıqla balıq ovu edərkən qayıqda olan ov tüfəngindən ehtiyatsızlığı üzündən atəş açılımış, nəticədə o, qarın nahiyəsindən yaralanmışdır. Musayev Mirqiyas saat 16:50 radələrində xəstəxanaya çatdırılıb ona ilkin yardım göstərilsə də aldığı xəsarətdən vəfat etmişdir.

18.10.2008.

18 oktayabr 2008-ci il tarixdə saat 22:30 radələrində Binəqədi rayonundan rayonumuzda yerləşən “N” saylı hərbi hissədə xidmət edən, 1981-ci ildə anadan olmuş baş-leytinant Cabbarov Anar Fərman oğlu Xıllı qəsəbə ərazisində yolüstü elektrik dayağından özünü asaraq intihar etmişdir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

13.10.2008.

Mərkəzi kitabxanada I Uşaq-Bilik Festivalı keçirildi.Tədbirdə məktəblilər arasında tamaşa, mahnı, şeir müsabiqəsi də təşkil olunmuşdu. Tədbir izləyicilərin yaddaşında gözəl gün kimi qaldı.


03.10.2008.

İdarə və müəssilərərin işçiləri və yuxarı sinif şagirdləri rayon stadionuna yığıldı. Burada onlara sabah olacaq böyük görüşdə çıxış edənlərə necə dəstək olacaqları barədə təlimatlar verildi. İştirakçılara futbolkalar və kepkalar paylanıldı.

04.10.2008.

Rayonda mərkəzi küçəsi ilə böyük bir izdiham bayraq və şüarlarla stadion tərəfə yürüyür. Həqiqətən də bu möhtəşəm bir yürüşü xatırladır. Dünəndən bəri hər kəsə paylanılan ağ, göy və yaşıl rəngli futbolkalar və kepkalar bu izdihamın möhtəşəmliyini daha da artırır. Bu gün stadionda YAP Seçki Qərargahının “İlhamla irəli” təşviqat qrupu rayon əhalisi qarşısında çıxış etdi. Öz çıxışlarında millət vəkilləri A.Rəhimzadə, BDU-nun rektoru A.Məhərrəmov, Əkrəm Abdullayev və başqaları gənc müstəqil respublikamızın, məhz Ulu öndər H.Əliyevin siyasi kursunun varisi İ.Əliyev və YAP-nın yürütdüyü dövlət siyasəti sayəsində inkişaf edəcəyindən danışdılar. Sonra tanınmış müğənnilərin möhtəşəm konserti oldu. Müğənnilər Sevda Əliqızı, Aqşın Abdullayev, Asalan, Elçin Hüseynov, Nadiq Qafarzadə, Səməd Səmədov, Ədilə Əflayi, Elza Seyidcahan, meyxana ustası Namiq Məna, həmçinin Aftandil İsrafilov və Sadıq Zərbəliyev öz gözəl sənətkalıqları ilə Neftçalalıların ovqatını yüksəltdilər. Hər şey yaxşı keçdi, amma insanlara polislər tərəfindən zor tətbiq edilməsindən başqa. Beləki, hər kəs demək olar ki, məcburi şəkildə stadionun içərisinə həbs edilmişdi. Qıraqda qalanlar isə içəru buraxılmırdı.

15.09.2008.

Əsaslı təmirdən sonra “15 Sentyabr-Bilik günü”ndə 1 saylı orta məktəb şagirdlərə üzünə açıldı. Lazımı, yeni avadanlıqlarla təmin olunmuş məktəbin sinif otaqları hər-tərəfli, gözəl təmir olunmuşdu. Məktəbin isitilik sistemi də yenidən qurulmuşdu. Əvvəlki illərdən fərqli olaraq, hər sinfin özünə aid otağı olacaqdı. Açılışda rayon İcra başçısı, maarif şöbəsinin nümayəndələri və Milli məclisin deputatı A.Rəhimzadə iştirak etdi.

15.09.2008.

Respublikanın bütün ümumtəhsil məktəblərində yeni dərs ili başlandı. Yeni dərs ili rayonun Kürqarabucaq kənd sakinləri üçün yeni töhfə ilə başladı. H.Əliyev fondu hesabına tikilib istifadəyə verilən, müəllim və şagirdlərin rahatlığı, lazımı təlim-tədrisi üçün lazımı şəraiti olan 200 yerlik yeni məktəb binası hamının son dərəcə sevincinə səbəb oldu. Məktəbin açılışında Bakı Dövlət Universitetinin rektoru, millət vəkilli Abel Məhərrəmov iştirak etdi.


10.09.2008.

Qəzetdə çıxan sevindirici xəbər tez bir zamanda bütün rayonda danışıldı. 2007-2008-cu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupu üzrə ən yüksək nəticə göstərmiş və Azərbaycan Respubllikası ali məktəblərinə daxil olmuş bir qrup tələbə, o cümlədən həmyerlimiz Həsənəbad qəsəbə orta məktəbinin məzunu Elvin Şamrud oğlu Abbaslı Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 8 sentyabr 2008-ci il tarixli sərəncamı ilə Prezident təqaüdü verilir. Uğurlar Elvin!
09.09.2008.

"İnam" intelektual resurs mərkəzində Yeni tədris ilinin başlanması ilə əlaqədar Müəllimlərin Konfransı" keçirildi.

06.09.2008.

Bu gün baş vermiş təbiət hadisəsi-güclü ildırım çaxması bir gəncin həyatına son qoydu. Yenicə tələbə adını almış 18 yaşlı Orxanı ildlrlm düz ürək nahiyəsindən vurdu. Allah rəhmət eləsin!


29.08.2008.

"İnam" intelektual resurs mərkəzində “İlk dəfə səs verən gənclərlə görüş” devizi ilə tədbir keçirildi. Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev iştirak etdi.

28.08.2008.

Neftçala rayon Qaraqaşlı kəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inşa etdiyi "Modul tipli sutəmizləyici qurğu"nun açılışı oldu. Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Bağırov Hüseynqulu Seyid oğlu da iştirak etdi.

27.08.2008.

Neftçala rayon Xıllı Nərə Balıqartırma zavodunda BMT-nin "FAO" təşkilatının Ərzaq və Kənd Təsərrüfatı İdarəsinin təşəbbüsü ilə "Azərbaycanda balıqçılığın və Akvakulturanın cari vəziyyəti, problemləri və qarşıda duran vəzifələrə" həsr olunmuş seminar keçirildi. BMT-nin "FAO" təşkilatı Ekspert Raymon Van Anroy, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktoru Rauf Hacıyev, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktor müavini Qabil Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Süni balıqartırma şöbəsinin müdiri Ağasadıq Qasımov, Balıqçılıq Təsərrüfatının Elmi Tədqiqat İnstitutu Direktoru Mehman Axundov və həmin institutun məsul işçisi Tamara Zərbəliyeva tədbirdə iştirak etdilər.

25.08.2008.

İcra Hakimiyyətinin akt zalında Ölkə Prezidenti cənab İlham Əliyevin "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" 21 avqust 2008-ci il tarixli sərəncamı ilə əlaqədar Neftçala rayonunda fəaliyyət göstərən fermer və sahibkarların toplantısı keçirildi.

26.08.2008.

Saat 21:40 radələrində Neftçala şəhər sakini Əliyev Qəhrəman Salman oğlu idarə etdiyi VAZ 21 avtomobili ilə rayonun H. Əliyev prospektində Neftçala şəhər sakini 1951-ci il təvəllüdlü Sadıqov Sədaqət Səlim oğlunu vurmuşdur. Vətəndaş Sadıqov Sədaqət Səlim oğluna ilkin tibbi yardım gösətərilmişdir. Lakin aldığı xəsarətdən saat 3:50 radələrində xəstəxanasında vəfat etmişdir.

12.08.2008.

Ayın 8-də yanan korpusun Evsiz-eşiksiz qalan sakinlərini rayonun icra nümayəndələri müvəqqəti olaraq, internat məktəbinin yataqxanasında sığınacaq verdilər. Məlumata görə, onlar üçün yeni ev tikilməsi nəzərdə tutulub.

08.08.2008.

Neftçala rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə yığıncaq keçirildi. Şura iclasında Çilli Məclisin Regional Məsələlər üzrə Daimi Kommisiyasının sədri Arif Rəhimzadə də iştirak etdi.


08.08.2008.

Rəqəmlərin cütlüyü adamı lap mat qoyur. Saat:16-17 radələrində, yayın istisindən camaatın sərinlənən, istirahət məqamında, rayonun “Köhnə trest” adlanan məkanında 1 korpus evdə qısa bir zamanda yanğın baş verdi. 1937-ci ildə tikilmiş 10 ailəyə məxsus taxta korpus binada baş vermiş yanğın nəticəsində 390 kv.m tavan hissəsinin 248 kv.m-i təmamilə yanmışdır. Nəticədə 9 ailə evsiz qaldı. Evləri yanan sakinlər çaşqın halda yalnız canlarını qurtara bildilər.
05.08.2008.

Neftçala Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Qadınlarının III Qurultayına hazırlıq Mərhələsində Neftçala rayon qadınlarının Konfransı keçirildi. Ailə,Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Qadınlar şurasının üzvü Vəlihə Abdullayeva konfrasda maraqlı fikirlərlə çıxış etdi.

24.07.2008.

Mərkəzi kitabxanada həmyerlimiz şair-publisist Soltan Abbasın anadan olmasının 75 illik yubileyi münasibətilə “Ürəklərə səyyah etdi söz məni” ədəbi-bədii keçirildi. Tədbirdə şair Oktay Rza, Qulam Sadiq, “Xəzər nəğmələri” birliyinin üzvləri iştirak etdilər.

22.07.2008.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi rayon İcra Hakimiyyəti ilə birgə Azərbaycan qadınlarının III qurultayına hazırlıq mərhələsində rayon qadınlarının konfransı keçirildi. Konfransda rayon İcra Hakimiyyətinin başçisi T.Qaraşov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Respublika Qadınlar şurasının üzvü Vəlihə Abdullayeva və rayonumuzun bir-neçə aktiv qadınları çıxış etdilər.Konfransda qurultaya nümayəndələr seçildi və ağbirçəklər şurası yaradıldı.


12.07.2008.

12 iyul 2008-ci il tarixdə saat 15:00 radələrində rayonun Dördlər kəndi ərazisində Salyan - Neftçala Magistral yolunun 25-ci km hissəsində bir ədəd alışdırıcısı bağlanmış vəziyyətdə F-1 tipli əl qumbarası tapılmış və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən götürülmüşdür. Hadisə ilə bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.


12.07.2008.

“İnam” intellektual resurs mərkəzində rayon Ombudsman E.Süleymanova ilə rayon ziyalılarının görüşü oldu. Görüşdə dövlət səviyyəsində insan hüquqlarının müdafiəsi və bu humanist işə diqqət və qayğıdan danışıldı.


11.07.2008.

Neftçala şəhər sakini 1974-cü il təvəllüdlü Məcidov Elxan Yusif oğlunun meyidi, 11 iyul saat 09:30 radələrində dənizdən tapılıb. O, iyulun 8-dən bəri itkin düşmüşdü.

07.07.2008.

Rayonumuz üçün təqdiredici hadisə. Qırmızıkənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Rühangiz Nəcəfova 2007-2008-ci tədris ilində respublika üzrə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazanmış və Azərbaycan Respublikası Prezidenti i.Əliyevin sərəncamı ilə 5000 manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışdır. Təbrik edirik!


01.07.2008.

“İnam” intellektual mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili, Ombudsman Elmira Süleymanovanın iştirakı ilə Azərbaycan Respublikasında "İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın təbliği və tətbiqinin vəziyyəti ilə bağlı Neftçala rayonunda görülmüş işlər barədə yığıncağ keçirildi.

24.06.2008.

Yenə bir boğulma hadisəsi: Neftçala rayonunun Şirvanlı kənd sakini 1962-ci il təvəllüdlü Səmədov Fikrət Həsənbala oğlu 24 iyun 2008-ci ildə saat 12:00 radələrində Kür çayında çimərkən boğulub.

23.06.2008.

Bu gün Dövlət Qulluqçularının Peşə bayramı qeyd olundu.


21.06.2008.

Bankə qəsəbə sakini 1992-ci il təvəllüdlü Ağayev Vüsal Vaqif oğlu saat 18:00 radələrində Kür çayında çimərkən boğulmuşdur.

18.06.2008.

Rayon İcra Hakimiyyətinin akt zalında YAP-ın konfransı keçirildi.


17.06.2008.

Bu gün Səhiyyə işçilərinin peşə bayramıdır. Səhiyyə işçiləri bu bayramı kompüter mərkəzində keçirtdilər.



13.06.2008.

Bu gün “Qurtuluş günü”dür. Bu münasibətlə rayonun H.Əliyev prospektində “Gənclər” parkı əhalinin istifadəsinə verildi. Böyük bayram tədbiri axşam düşənə kimi davam etdi. Sonda musiqili fontan işə salındı və böyük atəşfəşanlıq oldu.
10.06.2008.

Bu gün rayonumuzun ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirildi. İmtahanlar ilk dəfə olaraq qabaqcadan müəyyənedilmiş 5 orta məktəbdə şəhər 1, 2, 3, 4 və internat məktəbdə keçirildi.

06.06.2008.

“Neftçilər” parkı bu gün xüsusən gül-çiçəklə, bayram sayağı bəzədilmişdi. Mərkəzi kitabxana burada unudulmaz şairimiz M.Müşfiqin anadan olmasının 100 illik yubileyi münasibətilə “Ruhun, eşqin nəğmələrdə bəzər Müşfiq” adlı ədəbi-bədii gecə keçirildi. Tədbir axşam saat 6:00-da başladı. Tədbirdə iştirak edənlər xoş ovqatla gözəl saaatlar yaşadılar.


01.06.2008.

Neftçala rayonunun Uzunbabalı kənd sakini, 1977-ci il təvəllüdlü, ruhi xəstə Babayeva Almaz Kərəm qızı 01 iyun 2008-ci il tarixində saat 15:16 radələrində özünü Kür çayına ataraq intihar etmişdir.
28.05.2008.

Mərkəzi Kitabxanada “Respublika günü” ilə əlaqədar “Bir kərə yüksələn bayraq” adlı bayram tədbiri keçirildi.

27.05.2008.

Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90-cı ildönümü ilə əlaqədar tədbir keçirirldi.

10.05.2008.

Bu gün H.Əliyev prospektində yollar bağlanmışdır. Ulu Öndərin adını daşıyan muzeyin qarşısı gözəl bəzənmişdir. Ümummilli liderin andan olmasının 85-illik yubileyi münasibətilə möhtəşəm konsert proqramı təşkil olunmuşdur. Paytaxtdan gələn tanınmış müğənnilər, musiqiçilər əhali qarşısında öz gözəl repertuarları ilə çıxış etdilər.

09.05.2008.

Bu gün Ana abidəsi əsasında yenidən qurulmuş 1941-1945-ci il abidə kompleksinin açılış mərasimi keçirildi. Faşizm üzərində qələbənin 62-ci ildönümü münasibətilə keçirilən tədbir “İnam” intellektual resurs mərkəzində Böyük Vətən müharibəsinin veteranları üçün hazırlanmış banketlə davam etdi.


07.05.2008.

07 may 2008-ci il tarixində Dördlər kənd sakini, 1983-cü il təvəllüdlü, ruhi xəstə Məhərrəmov Mehman Mövsüm oğlu saat 9:30 radələrində həyətyanı sahələrində mal-qara üçün tikilmiş tikilidə özünü asaraq intihar etmiş vəziyyətdə tapılmışdır.

07.05.2008.

Mərkəzi kitabxanada Faşizm üzərində qələbənin 62-ci ildönümü münasibətilə “45-ci ilin 9 may günü” adlı tədbir keçirildi.

02.05.2008.

02 may 2008-ci il tarixində saat 17:00 radələrində Bankə qəsəbəsində intihar hadisəsi baş vermişdir. Neftçala rayonunun Yenikənd kəndindən olan 1981-ci il təvəllüdlü Əliyev Taleh İmamverdi oğlu yaşadığı mənzildə naməlum səbəbdən özünü asaraq intihar etmişdir. O, neçə illər idi ki, Bankə qəsəbəsində kirayədə yaşayırdı.

02.05.2008.

Mərkəzi kitabxanada ulu öndər H.Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş “Unudulmaz liderin əziz xatirəsinə” adlı möhtəşəm kitab bayramı keçirildi.

22.04.2008.

“İnam” intellektual resurs mərkəzində Neftçala Rayon Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın "Narkomanlıq ağ ölümdür" mövzusunda elmi-praktik konfrans keçirildi. Çıxış edənlər sırasında Respublika Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupunun rəhbərinin müavini Həsənov Təvəkkül Musa oğlunun çıxışı maraq doğurmuşdur.
12.04.2008.

Rayonun girəcəyində H.Əliyev prospektində “Azpetrol LTD” MMC yanacaqdoldurma məntəqəsinin açılışı oldu. "Azpetrol LTD"MMC-nin baş direktoru Hüseynağa Rəhimov iştirak etmişdir. İnanırıq ki, zövqlə tikilmiş bu məntəqədə əhaliyə keyfiyətli xidmət göstəriləcəkdir. Buranın ətrafı da təmizlənmiş, abadlaşdırılmışdır. Həmin gün ilk müştərilərə pulsuz xidmət göstərilmişdi.

05.04.2008.

Rayonda tikinti-abadlıq işləri sahəsində xeyli iş görülür. Əhalinin maddi rifahının yaxşılaşdırılması sahəsinə diqqət göstərilir. Bu gün rayonda yeni bankın “Texnikabank”ın açılış mərasimi oldu. Təntənəli mərasimdə rayon İcra başçısı, bir sıra idarə və müəssisə rəhbərləri, Bakıdan qonaqlar, həmçinin “Texnika bank”ASC-nin müşahidə şurasının sədri Əliyev etibar Mahmud oğlu iştirak etdi.

31.03.2008.

Rayonda əhaliyə xidmət işini yaxşılaşdırmaq üçün müəyyən işlər görülür. Bunlardan biri də Şirvanlı kəndindəki D-1250-14 tipli nasos stansiyasının açılışıdlr.

31.03.2008.

Mərkəzi kitabxanada “31 Mart Azərbaycanlıların soyqırımıdır” adlı tədbir keçirildi. Tədbirdə rayon “N” saylı hərbi hissənin əsgərləri də iştirak etdi.


19.03.2008.

Mədəniyyət və İncəsənət sayayının qarşısı yenə xalı-xalça, gül-çiçək, bolluq-bərəkət rəmzi olan səmənilər, dadlı-tamlı şirniyyatlar düzülmüş xonçalarla bəzədilmişdir. Gözəl Yaz bayramına minlərlə insan, uşaq, böyük toplaşmışdır. Bahar şənliyinin təmtarağını əks etdirən bütün atributlar-xalq adət-ənənələri, milli oyunlar, rəqslər, yaz deyimli musiqilər, “ağırlıöğı, uğurluğu” götürən Novruz tonqalı hər kəsin qəlbinə sevinc, yeni, gözəl duyğular oyadan rahatlıq bəxş elədi. BAYRAMINIZ MÜBARƏK OLSUN!

07.03.2008.

“İnam” intellektual resurs mərkəzində “8 Mart Beynəlxalq Qadınlar Bayramı” münasibətilə bayram tədbiri keçirildi. Tədbirdə rayonun ictimai işlərində fərqlənən qadınlara hədiyyə və mükafatlar təqdim olundu.


01.03.2008.

Artıq yazın ilk gününnə qədəm qoyduq. İnsanların sevinc hissi ilə təlaşı bir-birinə qarışıb. Kür çayında suyun artması su basma təhlükəsi yaradır. Allah qorusun!


26.02.2008.

Mərkəzi kitabxanada Xocalı faciəsinin 16-cı ildönümü münasibətilə “Xocalım-dərdim mənim” adlı anım mərasimi keçirildi.


23.02.2008.

Qışın soyuğunda dəhşətli hadisə eşidənlərə çox təsir elədi. Rayounun Bankə qəsəbəsində bir ev əşyaları ilə birgə təmamilə yandı. Çox şükür ki, xəsarət alan olmadı.


15.02.2008.

Bu gün rayonumuzda ən əlamətdar günlərdən biridir. Modul tipli sutəmizləyici qurğuların açılışı oldu. Qurğudan Aşağı Qaramanlı kəndi, Qədimkənd kəndi, I Qaralı kəndi, Kürqarabucaq kəndi, Astanlı kəndi, Yuxarı Qaramanlı kəndi, II Qaralı kəndi, Pirəppə kəndi, Abasallı kəndinin əhalisi yayrlanacaqlar. Həmişə Kürün lilli suyundan istifadə edən əhali üçün bu ən gözəl sevinc payıdır. Düzdür qurğunun xidmətindən rayonun mərkəzi də olmaqla digər kəndlər istifadə edə bilməsələrdə, yalnız yenə də “hara da su var, orada dirilik var”. Açılışda Ekologiya və Təbii Sərvətlər naziri Bağırov Hüseynqulu Seyid oğlu, Milli Məclisin Regional Məsələlər üzrə Daimi Kommisiyasının sədri Rəhimzadə Arif Qəfər oğlu iştirak etdilər. XEYİRLİ, UĞURLU OLSUN!

14.02.2008.

Neftçala Rayon İcra Hakimiyyətinin akt zalında şura iclası keçirildi. İclasın gündəliyində “Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının 2007-ci ildə gördüyü işlərə dair hesabatı” məsələsi dururdu. Rayon İcra başçısı T.Qaraşov, idarə və müəssisə rəhbərləri bu məsələ ilə bağlı məruzə etdilər. Azərbaycan Respublikası Prezident Aparatı Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Abdullayev Dəyanət Qurbanəli oğlu, Milli Məclisin Regional Məsələlər üzrə Daimi Komissiyanın sədri Rəhimzadə Arif Qəfər oğlu, Bakı Dövlət Universiteti rektoru, Akademik, Millət vəkili Məhərrəmov Abel Məmmədəli oğlu öz çıxışlarında bu məsələyə münasibət bildirdilər.


20.01.2008.

Aran rayonu olduğumuz üçün qarlı qışa çox az illərdə təsadüf olunur. Bu axşam yenə də sakit narın yağan qar hər tərəfi ağ örpəyə bürüdü.


19.01.2008.

Mərkəzi kitabxanada Qanlı yanvar faciəsinin 19-cu ildönümü münasibətilə “Şəhidlər mehrabı-rəhmət” duası adlı ədəbi-kompozisiya keçirildi.

18.01.2008.

Bu gün Aşura günüdür. Bu təziyə rayonun pir məzarlığında keçirilir. Avtobuslar bu gün insanları bura aparıb-gətirmək üçün pulsuz xidmət edirlər.


13.01.08.

Yenə qar yağdı. Qar özü ilə bərabər uşaqlara sevinc, böyüklərə isə bərəkət sorağı bəxş etdi.


09.01.2008.

Qış özü ilə bərabər narahatlıqlar, qayğılar yaradır. Maye qazın artıbazalması, əsasən də kəsilməsi bəzən fəlakətlər törədə billir. Rayonun Bankə qəsəbəsində də belə hadisə baş verdi və bir nəfərin həyatına son qoydu.


08.01.2008.

08 yanvar 2008-ci il tarixdə saat 22:00 radələrində, Mirqurbanlı kəndində qətl hadisəsi baş vermişdir. Belə ki, Həsənəbad qəsəbə inzibati ərazisinin Mirqurbanlı kənd sakini 1990-cı il təvəllüdlü Pirəliyev İnqilab Bəxtiyar oğlu həmən ərazinin Stansiya yaşayış məntəqəsinin sakini 1963-cü il təvəllüdlü Abbasov Heybət İsmayıl oğlunu şəxsi münaqişə zəmnində 4 balta və 3 bıçaq zərbəsi ilə qətlə yetirmişdir.
06.01.2008.

Bu ilin ilk qarı hamının, xüsusən də uşaqların sevincinə səbəb oldu.


2007-ci ilin statistik hesablamalarına görə rayon əhalisinin sayı 78436 (78,4) nəfər olmuşdur.

Rayonda 82 fərdi ev tikilmişdir.


2007
Kür çayının səviyyəsinin artmasının qarşısının alinması ilə əlaqədar çayın Xəzər dənizinə axan ərazisində Kür çayının dənizə axıdılması üçün 2007-ci ildə Dövlət tərəfindən 2,6 km uzunluğunda 80 m enində və 6 m dərinliyində yeni qol çəkildi.

28.12.2007.

Bu gün rayonun Mədəniyyət və İncəsənət sarayının qarşısında “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il bayramı keçirildi.
27.12.2007.

Neftçala rayon İcra Hakimiyyətinin akt zalında “Neftçala rayonu üzrə 27 dekabr 2007-ci il tarixə kimi elektrik enerjisi və təbii qaz pulunun əhali istehlakçıları tərəfindən ödənilməsinin vəziyyəti barədə” iclas keçirildi. 164 nəfərin iştirak etdiyi iclasda rayonun məsul dövlət icraçıları ilə yanaşı, Azərbaycan Respublikası Prezident Aparatının Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Abdullayev Dəyanət Qurbanəli oğlu, Azərenerji Təchizat Nəzarət şöbəsinin müavini  Mürsəliyev Amil Qulam oğlu, Azəriqaz QSC-nin tikinti şöbəsinin mühəndisi Əsgərov Hafis Məmməd oğlu iştirak etdilər.

21.12.2007.

Rayon mədəniyyət sarayının qarşısında böyük yolka quruldu.


20.12.2007.

Bu gün Qurban bayramıdır.


19.12.2007.

Neftçala rayon İcra Hakimiyyətinin akt zalıda təxminən 160 nəfərin işirakı ilə "Qeyri-ənənəvi dinlər və təriqətlər" mövzusunda rayon ziyalıları ilə dindarların birgə iclası keçirildi. Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Kommitəsinin Dini Ekspertiza və Analitik təhlil şöbəsinin müdiri Məmmədov Ceyhun Valeh oğlu, həmin komitənin Cənub Bölgəsi üzrə şöbə müdiri Bədirov Miryahya Rəsul oğlu çıxış etdi.


12.12.2007.

Bu gün bütün Azərbaycan xalqı üçün hüzn günü-Ümummilli liderimiz H.Əliyevin vəfatının 4-cü ildönümüdür. Respublikanın hər bir guşəsində, o cümlədən rayonumuzda da camaat ulu öndərin xatirəsini yad etmək üçün axın-axın H.Əliyev prospektindəki Ulu öndərin abidəsi önünə əklillər, gül-çiçək dəstələri qoymağa tələsir.

08.12.2007.

Xəzərkənd kəndinin 33 yaşlı sakini qoyunlara hücüm çəkən canavarı yalın əllə boğmağa müvəffəq oldu.


30.11.2007

Bu gün rayonun Kürqarabucaq kəndində yeni inşa edilmiş ambulatoriyanın açılış mərasimi oldu. Inanırıq ki, bütün kənd camaatının sevincinə səbəb olan bu ambulatoriya insanlara lazımi səviyyədə xidmət göstərəcəkdir.


17.11.2007.

Rayon Mədəniyyət və İncəsənət sarayında “17 Noyabr-Milli Dirçəliş günü” qeyd edildi.


16.11.2007.

Rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyasının yarabmasının 15 illiyi qeyd edildi. Tədbirdə Millət vəkili YAP-ın üzvü Kazımov Mrkazım Mirməhəmməd oğlu iştirak etdi.

15.11.2007.

“İnam” intellektual mərkəzində “Qadınlara qarşı zorakılığa yox deyək” layihəsi çərçivəsində seminar keçirildi. Tədbirdə Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsinin böyük məsləhətçisi Kazımov Rza Mikayıl oğlu, BMT-nin əhali fondu üzrə eksperti Əsədova Sevil Gülüş qızı, İlahiyyət üzrə müstəqil ekspert Elşad Miri Paşa iştirak edərək mövzu ilə bağlı maraqlı çıxışlar etdilər.

12.11.2007.

Rayon icra Hakimiyyətinin akt zalında Konstitusiya günü qeyd olundu.


26.10.07.

Bu gün Mərkəzi kitabxananın akt zalında “12 yanvar 2004-cü ildə prezident İ.Əliyevin sərəncamı ilə çap olunan latın qrafikalı ədəbiyyat”ın təqdimatı keçrildi.

24.10.2007.

“İnam” intellektual resurs mərkəzində "Azərbaycanda Yerli Demokratiya Həftəsi" ilə əlaqədar bələdiyyələr tərəfindən keçiriləcək tədbirlərə dair seminar müşavirəsi keçirildi. Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyası icraçı katibi Mehtiyev Əli Məhrrəm oğlu, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Allahyarov Mahir Nəbi oğlu, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Bələdiyyələrin yerli inkişaf layihələri üzrə mərkəzinin müdiri Məmmədov Saleh Daşdəmir oğlu, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının Bələdiyyələrin yerli inkişaf layihələri üzrə mərkəzinin müdiri Paşayev Vüsal Əli oğlu, Azərbaycan Respublikası Prezident Aparatnın Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Abdullayev Dəyanət Qurbanəli oğlu iştirak etdi.

24.10.2007.

24 oktyabr 2007-ci il tarixində saat 16:00 radələrində Neftçala -Salyan magistralının Astanlı kənd ərazisində Salyan rayon sakini 1960-cı il təvəllüdlü Sadıqov Müzafir Bilal oğlu idarə etdiyi Volqa avtomobili Neftçala rayon Sarıqamış kənd sakini 1979-cu il təvəllüdlü Fərəcov Fərəc Siyasət oğlunun idarə etdiyi motosikleti ilə toqquşmuşdur. Nəticədə motoskletin sürücüsü Fərəcov Fərəc Siyasət oğlu aldığı xəsarətdən hadisə yerində ölmüşdür.


18.10.2007.

Bu gün Müstəqillik günüdür. Heydər Əliyev adına parkda bu gün möhtəşəm konsert proqramı ilə qeyd edildi.

17.10.2007.

Neftçala rayonunun Abasallı kənd sakini 1961-ci il təvəllüdlü Cəbrayılov Mətləb Mərdan oğlu 16 oktyabr 2007-ci il tarixində işdən evə qayıtmamışdır. Səhər, yəni oktyabrın 17-də saat 15:00 radələrində onun meyidi Kür çayından tapılmışdır.

12.10.07.

Qəsəbədə bayram əhval-ruhiyyəsi var. Sakinlərdən oruc tutan qohum-qonşuyla bayramlaşmağa tələsəni görmək olar.

11.10.2007.

Bu gün bayram axşamıdır.Ramazan ayının sonuncu günüdür.


01.10.2007.

Mədəniyyət və İncəsənət sarayında Prokurorluq işçilərinin peşə bayramı qeyd edildi.

21.09.2007.

Rayon Mədəniyyət və İncəsənət sarayında “22 Sentyabr-Neftçilər günü” ilə əlaqədar

tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı T.Qaraşov əməkdə fərqlənən neftçilərə Fəxri fərmanlar təqdin etdi. Bununla yanaşı, ANŞAD PETROL-da çalışan qabaqcıl zəhmət adamları həmkarlar ittifaqı təşkilatı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı.
15.09.2007.

Mərkəzi kitabxanada “Salam doğma məktəb” adlı bayram tədbiri keçirildi.


15.09.2007.

Rayonun bütün ümutəhsil məktəblərində “Bilik günü” qeyd edildi. Artıq yeni dərs ili başlandı.


12.09.2007.

Rayon İcra Hakimiyyətinin akt zalında”H.Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda seminar treninq keçirildi. Seminarda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri İsmayılov Gündüz Kamil oğlu, həmin komitənin cənub bölgəsi üzrə şöbə müdiri Bədirov Miryahya Rəsul oğlu iştirak etdi.

10.09.2007.

“İnam” intellektual resurs mərkəzində müəllimlər konfransı keçirildi. Respublika Təhsil Şurasının sədri Ağayev Əjdər Əbülhəsən oğlu konfransda iştirak etdi.

10.09.2007.

Ayın 10-da isə güclü külək əsib.



23.08.07.

Nəhayət o boyük gün gəldi. Azərbaycan Respublikası Prezidenti İ.Əliyev xanımı M.Əliyeva ilə birgə rayonumuza qonaq gəldi. Prezidentin görüşünə rayonun hər tərəfindən, bütün qəsəbə və kəndlərindən insanlar axışıb gəlmişdilər. Qabaqcadan verilən tapşırığa əsasən alatorandan-səhər saat 7-dən, hər kəs rayonun H.Əliyev prospektinə toplaşmışdı. Bura bayramsayağı-şarlar, bayraqlar, şüarlar və gül-çiçəklə bəzədilmişdir. Yol boyu avtobuslar, maşınlar, əsgərlər və çoxlu insan yığılıb. Bunun üçün kənd və qəsəbələrdən əhalini rayon mərkəzinə daşımaq üçün avtobuslar ayrılmışdır. Artıq saat 8:00-dan bütün küçə və kiçik yol ayrıcları belə bağlandı. Tanınmayan, ağ köynək, qara şalvar, qara eynəkli adamlar iki-iki bu yollarda dayanıb geçikənləri meydana buraxmadılar. Polislər müəyyən ərazilərdə bu insanları halqaya almışdılar. Hətta evinin 2 addımlığında olan adamlar bu halqadan çıxa bilmirdilər. Nə xahiş, nə minnət burda keçmir, nə qoca, nə xəstə, nə körpə uşaqlıya güzəşt edilmirdi. Bəzi mağazalar açıq qalmış, sahibləri isə görünmürdü. Yəqin ki, onlar da belə halqaya düşmüşdülər. Yaxşı hal o idi ki, camaat bir-biri ilə daha səmimi idilər. Vacib halda dükandan alver edənlər (suya, çörəyə ehtiyac olanda) isə pulunu qoyub götürürdülər. Bu minvalla 3 saat keçdi. Birdən qara eynəkli keşikçılərin ürəyinə elə-bil insaf gəldi:”Keçə bilərsiz dedilər” Sonra başa düşdük ki, mərasim başa çatmaq üzrədir. Prezident Heydər Əliyev muzeyinin açlışında iştirak etdi. Bundan başqa, şahmat məktəbində, 2 saylı orta məktəbdə və Yod-Brom zavodunda oldu.

18.06.2007.

Yayın isti günlərinə baxmayaraq, rayonun hər bir guşəsində qızğın iş gedir. Neftçala Prezidentin gəlişinə hazırlaşır. Bu onun rayonumuza II gəlişidir. İlk dəfə 2003-cü ildə Xıllı Balıqartırma zavodunun açılışına gəlmişdi. İndi isə Heydər Əliyev muzeyinin açılışı və Yod-Brom zavodunun yenidən işə düşməsi ilə əlaqədar gəlir. Küçələr təmizlənir, ağardılır, abadlıq işləri aparılır. Yol qırağındakı həyətlərin hasarları rənglənir, evlərin dam örtüyü dövlət hesabına qrmızı kirəmitlərlə əvəz olunur, görünən binalar rəglənir, eyvanlar səliqəyə salınır. Bəzi məktəblər, o cümlədən şahmat məktəbi, inzibati binalar təmir olunur. Kaş həmişə belə ola!

08.06.2007.

Rayonda iməcilik işləri aparılır.

06.08.2007.

Rayon İcra Hakimiyyətinin akt zalında müşavirə keçirildi. Müşavirədə rayonun işıq, qaz problemləri müzakirə olundu. Bundan başqa, rayon İcra Başçısı T.Qaraşov bütün idarə və təşkilatların rəhbərlərinə rayonun bütün ərazilərində, o cümlədən kənd və qəsəbələrdə iməciliklərin keçirilməsi, sosial-abadlıq işlərinin görülməsini tapşırdı.


01.08.2007.

Mərkəzi kitabxanada “Ana dili milli varlığımızdır” adlı ədəbi-bədii gecə keçirildi.

30.07.2007.

İsti yay havası hökm sürür.

20.07.2007.

Qurdboğanı və onun ailəsini quduzluqla əlaqədar Bakı xəstəxanasına apardılar. Orada onlar nəzarət altında saxlanılacaq, lazımı şəraitdə müalicə olunacaqlar.


13.07.2007.

3 gündən çoxdur ki, bizim tərəflərin yay havasına xas olmayan üşüdücü küləkli, buludlu hava hökm sürürdü. Yağışın yağması bu tozanaqlı havanı nəhayət sakitləşdirdi.


26.06.2007.

Milli Ordunun yaranması günü Mərkəzi kitabxanada “Ordum varsa, Yurdum var” başlığı ilə qeyd olundu. Rayonun mədəniyyət işçiləri “N” saylı hərbi hissədə konsert təşkil etdilər.

18.06.07.

Bu gün Bankə qəsəbə sakini, uzun müddət məktəb müəllimi işləmiş Nadir Nəcəfov nəmalum səbəbdən özünü Kür çayına ataraq intihar etmişdir. Allah rəhmət eləsin!

14.06.2007.

H.Cavid adına parkda Milli Qurtuluş günü münasibətilə konsert təşkil olundu.

16.06.2007.

Artıq su çəkilməyə başlayır. Kür sahili əhalisi üçün bu sevindirici xəbərdir.

01.06.2007.

Rayonun bütün məktəbəqədər müəssisələrində, o cümlədən Mədəniyyət və İncəsənət sarayında “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü” qeyd edildi. Bayramınız mübarək əziz balalar!


30.05.2007.

Rayonun Mədəniyyət və İncəsənət sarayında 24 idarə və müəssisənin iştirak etdiyi “Əmək yarmarkası” keçirilmişdir. Burada işaxtaran vətəndaşlara müxtəlif mövsümi işlər təklif olunmuşdur.

28.05.2007.

Rayonun Hüseyn Cavid adına parkda Azərbaycan Xalqa Cümhuriyyətinin 89-cu ildönümü ilə əlaqədar bayram tədbiri keçirildi.

23.05.2007.

Kür çayında suyun səviyyəsi qalxdı. Bunun qarşısını almaq üçün əhali çayın sahilində bəndvurma işi görürlər. Həyətlər zığ suyu ilə dolmuşdur. Belə vəziyyət bağ-bağatı qurudur.

18.05.2007.

Bu gün rayon tarix Diyarşünaslıq muzeyinin qarşısında “Muzeylər günü ilə əlaqədar ”“Muzeylərin baharı” adlı bayram tədbiri keçirildi.
10.05.2007.

Rayonun Heydər Əliyev prospektində Ulu öndərin anadan olmasının 84 illik yubileyi ilə əlaqədar konsert proqramı təşkil olundu.


09.05.2007.

Faşizm üzərində Qələbə ilə əlaqədar Böyük Vətən müharibəsi abidəsi önündə tədbir keçirildi. Tədbirdə o odlu-alovlu illərin qəhərman döyüşçüləri olan müharibə veteranları iştirak etdi. “Büsat” şadlıq sarayında onların şərəfinə banket təşkil olundu.

07.05.2007.

Rayon uşaq yaradıcılıq mərkəzində Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü və Azərbaycan Uşaq Təşkilatının təsis edilməsinin 15 iliyinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəblilər Ulu Öndərə həsr etdikləri şeirləri söylədilər, mahnıl ifa etdilər.




27.04.2007.

Rayonun yenicə istifadəyə verilmiş “Kür-Xəzər restoranı”nda çal-çağır var. Bu gün respublikanın tanınmış elm və incəsənət xadimləri, siyasətçilər, sevilən musiqiçiləri rayonumuzun qonağı olmuş, görkəmli alimin 80 illik yubileyini təbrik etmək üçün bir araya toplaşmışlar. El ağsaqqalı, elm, sənət fədaisi, akademik Hacı İmamverdi Əbilovun işığına toplaşan lar sırasında xalq şairi Z.Yaqub, akademil B.Nəbiyev, deputat A.Rəhimzadə, aşıq Əhliman, xalq artisti Niyaməddin Musayev, müğənni Elnarə Abdullayeva, böyük türk şərqşünas alimi Nizaməddin Olkun, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət attaşesi Fəthi bəy, yazıçı Elçin Əfəndiyev, Ə.Hacızadə, Xeyrəddin Qoca, Paşa Qəlbinur, Fazil Rəhmanzadə, şair Oktay Rza, Əjdər Ol, müxtəlif nəşriyatların redaktorları və nümayəndələri Ayaz Vəfalı, Əlirza Xələfli, Nazim İbrahimov, BDU-nun rektoru Abel Məhərrəmov, Vəfa Əliyev, Sucəddin Abdullayev və başqaları iştirak etmişlər. BMT nümayəndəsi Tukamora İ.Əbilova “Sülh elçisi” Fəxri diplomunu təqdim etdi. Rayonumuzda keçirilən bu möhtəşəm tədbir əsl söz, sənət bayramı idi.

17.04.2007.

“İnam” intellektual mərkəzində bələdiyyələrin toplantısı keçirildi. Toplantı bələdiyyələrin problemlərinə, onların cəmiyyət həyatındakı fəaliyyətlərinin yaxşılaşdırılmasına həsr olunmuşdu. Bələdiyyə sədrlərinin idarə və müəssisə rəhbərlərinin iştiraketdiyi toplantıda Rayon İcra Hakimiyyətinin başçısı T.Qaraşov, Prezidentin İcra Aparatı regional idarəetmə və yerli özünü idarəetmə orqanaları ilə iş şöbəsinin baş məsləhətçisi Dəyanət Abdullayev, respublika Şəhər Milli Assosiasisının sədri Rəfael Hüseynov, Qəsəbə Milli Assosiasisının sədri Saleh Məmmədov və Kənd Milli Assosiasisının sədri Şəmistan Yusifov çıxış etmişlər. Sonda rayon bələdiyyə şurasının yeni tərkibi seçildi. Rayon bələdiyyə şurasının sədri A.Dadaşov oldu.
12.04.2007.

“İnam” intelektual resurs mərkəzində “Vətəndaş cəmiyyətində Qeyri-Hökümət təşkilatlarının rolu” mövzusunda tədbir keçirildi.


09.04.2007.

Rayonun İcra Hakimiyyətinin akt zalında ilin I rübünün yekunlarına həsr olunmuş geniş şura iclası keçirildi. Burada rayonda görülən işlər və qarşıda duran məsələlər barədə çıxışlar edildi. Gələcəkdə nöqsan və çatışmamazlıqların aradan qaldırılması əsas vəzifə kimi qarşıya qoyuldu.
31.03.2007.

Mart ayı bayramlar ayıdır. Lakin mənfur düşmənlərimiz öz çirkin əməllərini tarixən göstərmişlər. 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı respublikanın, eləcə də rayonumuzun hər bir idarə və müəssisələrində tədbirlər keçirildi.

19.03.2007.

Novruz yenilik, təravət deməkdir. Bu gözəl gündə rayon əhalisini bir araya toplamaq, xoş əhval bəxş etmək mədəniyyət işçilərinin öhdəsinə düşmüşdür. Rayon Mədəniyyət və İncəsənət sarayının qarşısında Novruz şənliyi keçirildi. Bayramınız mübarək olsun!

12.03.2007.

Rayonda novruzqabağı bahar iməcililəri aparılır. Hər tərəfdə abadlıq və yaşıllaşdırma işləri görülür.


07.03.2007.

“İnam” intellektual resurs mərkəzində “8 Mart Beynəlxalq Qadınlar bayramı” münasibətilə tədbir keçirildi. Gözəl musiqi, viktorinalar, “ana”, “qadın”a həsr olunmuş şeirlər, rəqslər, təbriklər tədbirin şən əhval-ruhiyyədə keçməsinə təsir etdi.

26.02.2007.

Bu gün yenə də uşaqların üzü güldü. Rayonumuza qar yağdı.


26.02.2007.

Rayon İcra Hakimiyyətinin akt zalında Xocalı faciəsinin 15-ci ildönümü qeyd edildi.

23.02.2007.

Mərkəzi kitabxanada Xocalı faciəsi ilə bağlı “Əsrin faciəsi” adlı ədəbi kompozisiya keçirildi. Tədbirdə 1, 2 saylı və “Muğan liseyi” nin şagird və müəllimləri iştirak etdi.

19.02.2007.

Rayon İcra Hakimiyyətinin akt zalında şura iclası keçirildi. Tədbirdə rayon İcra başçısı T.Qaraşovun gördüyü işlər barədə hesabat məruzəsi dinlənildi.


11.02.2007.

Rayonumuz bu gün qar sevincini yaşadı.

02.02.2007.

Rayonun Mədəniyyət və İncəsənət sarayında “2 Fevral-Gənclər günü” qeyd olundu.


25.01.2007.

Rayon Mədəniyyət və İncəsənət sarayında 20 Yanvar əlilləri və şəhid ailələri ilə görüş keçirildi.



SON.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin