Neftçala rayonu haqqında bilmək istəyirsinizmi? Tərtib edən: Məmmədova Nəzakət



Yüklə 5,14 Mb.
səhifə7/24
tarix10.01.2022
ölçüsü5,14 Mb.
#106264
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   24
2013.

İyul.

02.07.2013.

Bu Azərbaycan polisinin peşə bayramıdır. Bu münasibətlə rayonda tədbir keçirildi.

01.07.2013.

Rayonda təmir-tikinti işləri böyük səylə davam etdirilir. Rayon İcra Hakimiyyətinin binası artıq 15 gündür ki, sökülür. Yeni binanın tikintisi davam edir. Artıq binanın son V mərtəbəsi tamamlanmış, pəncərələr qoyulmuş, həyətində də təmir işləri aparılır.
01.07.2013.

Bu gün səhər rayonun Qədimkənd kəndində intihar hadisəsi başverdi. 40 yaşlarında kişi özünü asdı.



İyun.

29.06. 2013.

Bir tərəfdə tikinti, bir tərəfdə bərpa, bir tərəfdə isə abadlıq işləri aparılır. Bir sözlə rayonda canlanma davam edir. Bu gündən hər həftənin istirahət günləri Mərkəzi kitabxananın əməkdaşları iməcliyə başladı. Onlar öhdələrinə düşən küçənin təmizliyinə, abadlığına var güclərilə çalışırlar.
26.06.2013.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümüdür. Bu münasibətlə paytaxt Bakıda möhtəşəm hərbi parad təşkil olundu. Rayonumuzda isə burada yerləşən “N” saylı hərbi hissədə konsert proqramı təşkil olundu. Mədəniyyət və Turizm şöbəsi bu dəfə də əsgərləri unutmadı, sazla, sözlə, gözəl musiqilərlə yanaşı, onlara şirniyyat sovqatı da təqdim etdi. Tədbirin sonunda yubiley şərəfinə Mədəniyyət və Turizm şöbəsinin gətirdiyi gözəl tort kəsildi.

25.06.2013.

Bu gün xəbərlər proqramında Neftçala rayonu ilə bağlı qəribə xəbər yayımlandı. Rayonun Aşağı Qaramanlı kəndində bir ailənin 1 yaşlı oğlu və 5 yaşlı qızı qəribə bir məxluqun pəncərədən onlara baxdığını görüb. Deyilənlərə görə bu məxlu onların gözünə bir neçə dəfə görünübmüş. Onun fotorobotuda çəkilmişdir.


24.06.2013.

İyunun 24-də rayonun Qaçaqkənd kəndində faciəli ölüm hadisəsi baş verib. Kəndin yaxınlığında kənd sakini Fəqan Eyvazovun idarə etdiyi "QAZEl" markalı avtomaşında olan sərnişini, həmyerlisi Elmar Əliyev avtomobilin yük yerindən yıxılaraq ölüb.
21.06.2012.

Bu gündən yurdumuza yay fəsli qədəm qoydu. Havalar isti keçir. Səhər və gecə çox isti və bürkü olur. Günortadan sonra isə hava sərin və küləkli olur.

20.06.2013.

Yayın istisinə baxmayaraq, rayonda abadlıq-bərpa işləri böyük səylə davam edir. Heydər Əliyev prospektində sökülən dükanların yerində səliqəli səkilər salınır. Artıq yaraşıqlı işıqlar da dikilmiş, skamyalar qoyulmuşdur.

18.06.2013.

18 iyun 2013 tarixində Neftçala rayon MKS-ində “Öz hüquqlarınızı bilin” adlı kitab sərgisi keçirildi. Sərgidə insan hüquqlarına dair ədəbiyyatlar nümayiş etdirilmişdir. Sərginin təşkil edilməsində əsas məqsəd fondumuzda olan hüquqa dair ədəbiyyatları geniş oxucu kütləsi arasinda təbliğ etməkdir.



15.06.2013.

Bu gün Azərbaycan “15 İyun- Milli Qurtuluş günü”nü bayram edir. Bu münasibətlə rayonda ilk öncə səhər saat:11:00-da Ümummilli liderin abidəsi önünə əklil və gül dəstələri qoyuldu Axşam saat 20:30-da isə rayonun Hüseyn Cavid adına parkında təşkil olunan konsert proqramı öz möhtəşəmliyi ilə yadda qaldı. Ulu öndərin xalqımızın dövlətçilik tarixində öz siyasi fəaliyyəti ilə yazdığı qurtuluş salnamasi haqqında deyilən sözlər, oxunan şeirlər, bir-birindən gözəl nəğmələr, eləcə də balaca fidanların hazırladığı sevkmli rəqs tamaşaçıların zövqünü oxşadı.

14.06.2013.

Bu gün Azərbaycan qadınlarının qurultayı keçirildi. Qurultayda rayonumuzun aktiv qadınları da iştirak etdi.

14.06.2013.

14 İyun 2013-cü il tarixində 5 saylı Həsənabad qəsəbə kitabxanası 17 iyun - Tibb işçiləri günü münasibətilə “Sağlamlığımızın keşiyində” başlığı altında oxucularla tədbir keçirmişdir.


13.06.2013.

İrəvan teatrı yenə də rayonumuzun qonağıdı. Bu gün onlar bir daha Neftçala tamaşaçılarının qarşısında uğurla çıxış etdilər.

04.06.2013.

4 iyun 2013-cü il tarixində Neftçala rayon MKS-ində "İnsan Hüquqları aylığ"ı ilə əlaqədar dəyirmi stol arxasında kitablar üzrə söhbət aparılmışdır.

01.06.2013.

Bu gün həyatımızın bəzəyi olan uşaqların bayramıdır. “Uşaqlar bizim gələcəyimizdir”-demişdi Ulu öndər. Rayonun H. Cavid adına parkında ictimaiyyətin geniş iştirakı ilə “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəli surətdə qeyd olundu.

01.06.2013.

Rayonun Mədəniyyət və İncəsənət sarayında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə tədbir keçirildi. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədi ilə keçirilən bi ictimai dinləmədə rayon ictimaiyyəti və ziyalıları iştirak etdi.


01.06.2013.

1 iyun Beynəlxalq Uşaq müdafiəsi günü münasibətilə Neftçala rayon MKS-in 33 saylı filial şəhər kitabxanası 2 saylı Uşaq bağçası ilə birlikdə tədbir keçirdi.




May.

31.05.2013.

Neftçala rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə Xanoğlan Məmmədov adına şəhər Mədəniyyət və İncəsənət sarayında növbəti “Əmək Yarmarkası” keçirildi. Əmək yarmarkasında müəyyən qədər işsiz vətəndaşların məşğulluğunun təmin edilməsinə çalışıldı.

30.05.2013.

Bu gün YAP Neftçala rayon təşkilatının növbəti konfransı keçirildi. Konfransda ölkəmizin müasir tarixi, cəmiyyət həyatının, demək olar ki, bütün sahələrində mühüm uğurlar, nailiyyətlər, səmərəli fəaliyyət və s. Ilə bağlı çıxışlar edildi. Həmçinin, çıxışlarda, ötən konfransdan bəri bu illərdə respublikamızın inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi, demokratiya cəmiyyət quruculuğu baxımından məhsuldar bir dövr kimi daxil olması qeyd olundu.


28.05.2013.

Neçə günün küləyi axır ki, yağışı gətirdi. Dünən və bu gün fasilərlə yağan yağış tozu-torpağı dinləndirdi. Yazın xoş ətri ilə ilıq hava baharı insana bir daha hiss etdirdi.

27.05.2013.

Neftçala rayonunda “28 May-Respublika günü” təntənəli şəkildə qeyd edildi. İlk öncə rayon ictimaiyyəti başda Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev olmaqla Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Mərasim gözəl konsert proqramı ilə Mədəniyyət və İncəsənət sarayında davam etdi.

26.05. 2013.

Rayonun Bankə qəsəbə sakini, 1940-cı il təvəllüdlü Cavadova Fəridə Baloğlan qızı 26 may günorta saat 12:00 radələrində özünü Kür çayına ataraq intihar edib.

25.05.2013.

Havalar dəyişib. Mülayim yaz havası üşüdücü, soyuq, tutqun hava ilə əvəz olunub. Bərk şimal küləyi hər tərəfi toz dumana bürüyüb.

24.05.3013.

Rayon İcra Hakimiyyətinin inzibati binası sökülür.

20.05.2013.

Neftçala rayon ərazisində rayon sakinləri Səlim Səlimovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla Taleh Eynullayevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan "MT-10" markalı motosiklet toqquşub.


Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş motosiletin sürücüsü Eynullayev orada ölüb.
18.05.2012.

Mədəniyyət və İncəsənət sarayında “18 May Beynəlxalq Muzeylər günü” münasibətilə tədbir keçirildi.

12.05.2012.

Mədəniyyət və Turizm şöbəsinin ansamblı Ulu öndərin doğum günü münasibətilə hərbiçilər qarşısında gözəl konsert proqramı ilə çıxış etdi.


11.05.2013.

Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş konsert proqramı bu gün axşam 20:00-da H.Cavid adına parkda yerli musiqçilərimizin iştirakı ilə davam etdi. Tədbiri ilk olaraq, rayon icra başçısının müavini G.Sadıqova açaraq İcra başçısı adından bu böyük gün münasibətilə təbrik etdi. Sonra isə sözü Milli Məclisin deputatı Arif Rəhimzadəyə verdi. Hörmətli deputat da öz növbəsində rayon əhalisini təbrik edərək prezident seçkilərində fəallıq göstərməyə çağırdı.

10.05.2013.

Bu gün Ulu öndər, millət atası, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyidir. Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da bu məqsədlə müxtəlif mərasimlər, konsert proqramları keçirildi. İlk öncə səhər saatlarında rayon ictimaiyyəti, başda rayon İcra başçısı İ.Vəliyev olmaqla Ümummilli liderin abidəsi önünə gül dəstələri və əklillər qoyaraq yad etdi. Axşam saat 20:00-da isə H.Cavid adına parkda möhtəşəm konsert proqramı təşkil olundu. Rayonumuza dəvət olunan respublikanın populyar müğənnilərindən Sevda Yahyayeva və digər müğənnilər Neftçalılar qarşısında çıxış edərək böyük alqışlarla qarşılandılar. Konsertin sonunda hər bir azərbaycanlının sevərək dinlədiyi “Heydər xalq, Xalq Heydər söyləyəcək” mahnısının sədaları altında möhtəşəm atəşfəşanlıq oldu.


09.05.2013.

9 may 2013-cü il tarixdə faşizm üzərində qələbənin 68 illiyi ilə əlaqədar tədbir iştirakçıları başda rayon İcra Hakimiyyətinin başçısı cənab İ.M. Vəliyev Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış 1941-1945 abidəsi önünə çələng və gül dəstələri qoydular.

07.05.2013.

Rayonun H.Cavid adına parkında abadlıq-bərpa işləri aparılır. Buradakı anfiteatr bərpa olunmuş, oturacaqlar bərkidilmiş, mini-futbol meydançası tikilmiş, parkla həyətləri ayıran səliqəli divarlar tikilmiş, yeni işıq dirəkləri dikilmiş, uşaqlar üçün yelləncəklər, oyun yerləri düzəldilmişdir. Əhalinin yayda istirahəti üçün burda şərait yaradılır.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin