Neftçala rayonu haqqında bilmək istəyirsinizmi? Tərtib edən: Məmmədova Nəzakət


Aprel. 30.04.2013. Neftçala rayon Qaçaqkənd kənd sakini



Yüklə 5,14 Mb.
səhifə8/24
tarix10.01.2022
ölçüsü5,14 Mb.
#106264
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
Aprel.

30.04.2013.



Neftçala rayon Qaçaqkənd kənd sakini Abbas Muradovun bu ərazidən keçən kanaldan boğulmuş meyiti tapılıb. 

28.04.2013.

Bu gün baş verən hadisə neftçalalıları çox məyus etdi. 23 yaşlı, gözəl səsə malik, “Tanıdım səni” müsabuqəsinin iştirakçısı Səbuhi Hüseynov aralarında yaranan mübahisə zamanı dayısı 39 yaşlı Balaməmməd Ağamməd oğlunu bıçaqladı. Hadisə onun xalasının evində baş Verdi.

26.04.2013.

26 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə hesabat keçirilmişdir.

19.04.2013.

19 aprel 2013-cü il tarixində axşam saatlarında Neftçala rayonu ərazisində M.Ə.Sabir küçəsində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Neftçala rayon sakini 1989-cu il təvəllüdlü Seyfullayev Murtuz Yusif oğlu idarə etdiyi maşınla yolun sağ çiyni ilə hərəkət edən piyada, Neftçala rayon sakinləri 1991-ci il təvəllüdlü Kərimov Musa Yusif oğlunu və 1973-cü il təvəllüdlü Məhərrəmov Zakir Firuddin oğlunu vurub, nəticədə hər iki piyada hadisə yerində ölüb.


03.04.2013.

03 aprel 2013-cü il tarixdə Neftçala rayonunun Xanoğlan Məmmədov adına Mədəniyyət və İncəsənət sarayında Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Heydər Əliyev”, “Zərifə Əliyeva” və “İlham Əliyev” kitablarının təntənəli təqdimat mərasimi keçirilmişdir.Tədbirdə Milli Məclisin deputatı Eldar Namazaov, “Azərbaycan” jurnalının redaktoru və digər hörmətli qonaqlar da iştirak etdilər. Tədbiri rayon İcra başçısının müavini G.Sadıqova apardı. İlk öncə H.Mirələmovun həyat və yaradıcılığı ilə bağlı 2 saylı məktəbin müəllimi E.Əbilov geniş məruzə etdi. Neftçalalı oxucuların müəllifə yaradıcılığı ilə bağlı sualları oldu.


01.04.2013.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin