2010-cu ilin aprel və may aylarında Kür və Araz çaylarında baş vermiş daşqınlar və qrunt sularının səviyyəsinin qalxması nəticəsində respublikanın 11 rayonu ərazisində subasmaya məruz qalmış minlərlə fərdi yaşayış evi və sosial obyektin bərpası istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Təbii fəlakət nəticəsində ziyan dəymiş tikililərin (fərdi yaşayış evləri və sosial obyektlərin) siyahısının hazırlanması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli 197s nömrəli Sərəncamına müvafiq olaraq müxtəlif nazirliklərin nümayəndələrindən ibarət yaradılmış sahə komissiyaları tərəfindən ərazilərə baxış-müayinələr həyata keçirilmişdir. 01 aprel 2013-ci il tarixinə aşağıda göstərilən 11 rayon üzrə 4217 fərdi yaşayış evləri tikilərək sakinlərin istifadəsinə verilmişdir: