Neftli-qazli əraziLƏRİn axtarişi və KƏŞFİyyatinda geoloji VƏ geofiZİKİ IŞLƏRİn aparilmasi



Yüklə 63 Kb.
tarix22.10.2017
ölçüsü63 Kb.
#11323

NEFTLİ-QAZLI ƏRAZİLƏRİN AXTARIŞI VƏ KƏŞFİYYATINDA GEOLOJİ VƏ GEOFİZİKİ IŞLƏRİN APARILMASI
Regional geolji-geofiziki işlərin aparılması aşağıdakı geoloji-iqtisadi tələblərlə tənzimlənir.

  1. Tədqiqat ərazisinin istiqaməti. Mürəkkəb quruluşlu neftli-qazlı ərazilərdə (qırışıqlıq və platforma ərazilərinin kənarları, dəniz akvatoriyaları və s.) dərin quruluşlu çöküntü komplekslərinin öyrənilməsi dərin qazıma və geofiziki tədqiqatların kompleks şəkildə aparılamsına əsaslanır.Regional işlərin birinci mərhələsində yer qatının ümumi qalınlığı ayrı-ayrı dayaq profillərinin parametrik quyular ilə kompleksdə öyrənilməsi nəzərdə tutulur.

  2. Aparılan tədqiqaatın dərinliyi.Bu mərhələdə isə əsasən çökmə qatın qalınlığı daha qatı profil çəkilişi ilə parametrik nadir hallarda isə dayaq qazımasının kompleks şəkildə öyrənilməsinə əsaslanır.Parametrik və dayaq quyuları texniki cəhətdən mümkün dərinliyə qədər qazıla bilər.

  3. Tədqiqat işlərinin yerinə yetirilmə vaxtı. Sənaye əhəmiyyətli neft-qaz yataqlının kateqoriyalrının öyrənilməsinə və perspektiv ərazilərin müəyyən olunmasına qoyulan tələblərə görə aparılan regional tədqiqatlar ümumi axtarış işlərinin iki – üç il müddətində qabaqlamalıdır.Bu halda axtarış-kəşfiyyat işlərində böyük effektivlik əldə etmək olar.Neft və qazın axtarış və kəşfiyyatı müxtəlif neftli-qazlı əyalət , vilayət və rayonlarda aparılan zaman ümumi dərin qazımanın 10-40 % parametrik və dayaq qazımasına, ümumi geofiziki isşlərin 15-25 % həyata keçirilərsə rentabelli (əlverişli) hesab olunur.

  4. Tədqiqatın kompleksliliyi (kompleks tədqiqat işləri). Hər bir axtarı mərhələsi münasib geoloji və geofiziki işlərin kompleks şəkildə aparaılmasına əsaslanır.Bütün növ faydalı qazıntıların axtarış-kəşfiyyatının əsasını geoloji xəritəalma təşkil edir. Geoloji xəritəalma struktur xəritələrin, struktur geomorfolji tədqiqatların , aerokosmik planalmanın nəticələrinə əsaslanır. Bu tədqiqatlar regional və axtarış mərhələlərində kiçik miqyaslı çəkilişlərdən başlayır və obeyktlərin seçilib axtarış qazımasına hazırlanması mərhələsində artıq xəriəalma işləri daha böyük miqyaslarda aparılır ( 50000 və ya 250000 ). Lakin ayrı-ayrı litoloji stratiqrafik komplekslərin və horizontların struktur xəritəalınması zamanı (struktur xəritələr, profillər, qalınlıqlar xəritəsi, paleoprofillər) axtarışın, kəşfiyyatın, işlənmənin bütün etap və mərhələlərində yerinə yetirilməlidir. Bu üsullar vasitərilə çökmə qatının biləvasitə öyrənilməsi (geoloji çəkilişlər vasitəsilə) və həmçinin onun quruluşunun yuxarıdan öyrənilməsi (aerometodlar, struktur geomorfologiya, neotektonika və s. vasitəsilə) və aşağıdan (geofiziki üsulların bütün modifikasiyaları vasitəsilə) öyrənilir.

  5. Dayaq quyular və sadələşmiş çəkilişlər vasitəsilə tədqiqaatın tamamlanması. Bu regional işlər aşağıdakılardan ibarətdir. Nöqtəli (yəni, qazıma işləri və geofiziki zondlama ) punktirli və ya xətli (qısa profillərin kəsişməsi) , profilli (geofiziki və ya geokimyəvi tədqiqatların qazıma quyuları ilə tamamlanamsı) və sahəli ( yəni, distansion geoloji, struktur geomorfolji və geofiziki çəkilişlər)

Regional işlərin tamamlanması geoloji-geofiziki işlərin nəticəsi olaraq tərtib olunmuş planda öz əksini tapır.
Neftli-qazlı ərazilərin axtarışı və kəşfiyyatında geoloji-kəşfiyyat işlərinin növləri
Neft və qazın axtarış və kəşfiyyat işləri tematik tədqiqatlar (hər hansı mövzuya uyğun tədqiqatlar), istinad, parametrik, axtarış quyularının qazılması ilə həyata keçirilir. Hər bir axtarış mərhələ və yarımmərhələsinin məsələlərinin həlli müvafiq səmərəli üsullar kompleksi ilə yerinə yetirilir. Bütün növ faydalı qazıntılara axtarış-kəşfiyyat işlərinin aparılmasının əsasını geoloji xəritəalma təşkil edir. Geoloji xəritəalmaya struktur geoloji xəritəalma, struktur geomorfoloji tədqiqatlar və aerokosmik planalma işləri daxildir. Bu iş növləri axtarış işlərinin regional və axtarış etaplarında kiçik miqyaslı (1:1000000, 1:500000) xəritəalma işləri ilə başlayaraq, obyektlərin müəyyən edilib axtarış qazımasına hazırlanması mərhələlərində böyük miqyaslı (1:50000, 1:25000 və daha böyük) xəritəalma işləri ilə qurtarır. Lakin ayrı-ayrı litoloji-stratiqrafik komplekslər (LSK) və horizontlar üzrə struktur xəritəalma (struktur xəritə, qalınlıqlar xəitəsi, profil) axtarışın, kəşfiyyatın və işlənmənin bütün etap, mərhələ və yarımmərhələlərində davam edilir.

Struktur geoloji xəritəalma – işləri ərazinin geoloji xəritəsinin qurulmasını, orada inkişaf etmiş süxurların stratiqrafiyasını, litologiyasını, tektonikasını öyrənmək və neft-qaz təzahürlərini müəyyən etmək üçün aparılır. Qarşıda qoyulan məsələlərdən asılı olaraq struktur geoloji xəritəalma müxtəlif miqyaslarda aparıla bilər. 1:1000000 və 1:500000 miqyasında aparılan və tanışlıq (rekoqnostirləmə) marşrut axtarışları ilə müşayiət edilən Dövlət geoloji planalması zəif öyrənilmiş ərazilərdə həyata keçirilir. Məqsəd ərazinin geoloji quruluşunun ümümi xüsusiyyətlərini öyrənmək və istənilən növ faydalı qazıntının axtarış-kəşfiyyatının növbəti yarımmərhələsini həyata keçirməkdir. Bu işlər geoloji planalmanı ələlxüsus çətin keçilən və mürəkkəb quruluşlu rayonlarda tezləşdirməyə imkan verir. Rayonların 1:50000 – 1:10000 miqyaslarında mükəmməl öyrənilməsi qey edilən iri və mükəmmləl miqyaslı xəritəalma işləri xüsusi axtarış ilə müşayiət edilərək aparılır. Gəlmə torpağın qalınlığı 5-20 m olduğu sahələrdə onun altından keçən geoloji sərhədləri izləmək üçün struktur xəritəalma qazması və çöl geofiziki işləri həyata keçirilir.

Geomorfoloji tədqiqat üsullarının aparılması açıqlıq dərəcəsi zəif olan rayonlarda daha məqsədəuyğundur. Bu tədqiqatlar ona əsaslanır ki əksər hallarda hazırda inkişaf edən iri struktur elementlər və lokal strukturlar formalarına görə Yer səthi relyefdə əks olunurlar və bu xüsusiyyətlərinə görə də Yerin relyefini öyrənməklə həmin strukturlar haqda müəyyən geoloji məlumat əldə etmək olur.

Geofiziki tədqiqat üsulları – neft və qaz axtarış və kəşfiyyatının bütün etap və mərhələlərində aparılır. Onların ümumi məqsədi ərazilərdə struktur tektonik elementlərin quruluşunun müəyyən edilməsi və dəqiqləşdirilməsidir. Qarşıda qoyulan məsələlərdən və regionun geoloji xüsusiyyətlərindən asılı olaraq geofiziki üsulların səmərəli kompleksi təyin edilir. Axtarış-kəşfiyyat işlərinin regional və axtarış etaplarında aeromaqnit və qravimetrik planalma, elektrik kəşfiyyatın tellurik cərəyan kəşfiyyatı üsullarından TC, TPÜ (tellurik profilləmə üsulu), TZÜ (tellurik zondlama üsulu), ŞEZÜ (şaquli elektrik zondlama üsulu) və seysmik kəşfiyyatda DSZÜ (dərinlik seysmik zondlama üsulu), SDKÜ (seysmik dalğaların korrelyasiyası üsulu) istifadə olunur. Bu zaman regional geofiziki profillər mütləq istinad və prametrik quyuların kəsilişinə bağlanır. Axtarış etapının obyektlərin müəyyən edilməsi və axrtarış qazımasına hazırlanması mərhələsində, eləcə də, ƏODÜ (əks olunan dalğa üsulu), ÜDNÜ (ümumi dərinlik nöqtəsi üsulu), TCQÜ (tənzimlənən cəhətlənmiş qəbul üsulu) üsullardan istifadə edilir. Obyektlərin müəyyən edilməsi və axtarış qazımasına hazırlanması zamanı TC, ŞEZ üsulları ilə yanaşı dəyişən elektromaqnit sahələrin dəyişməsinə əsaslanan eləcə də, 3D, 4D və s. üsullardan istifadə edilir.

Hazırkı dövrdə neft və qaz yatqlarının axtarışında birbaşa geofiziki axtarış üsullarından da istifadə edilir. Sonuncular seysmik kəşfiyyat, yüksək dəqiq elektrik kəşfiyyat fərdi yataqlarda geofiziki anomaliyaların müəyyən edilməsinə əsaslanır. Geofizikanın müasir inkişaf səviyyəsi imkan verir ki onun üsullarından kəşfiyyat mərhələsində, obyektlərin işlənilməyə hazırlanmasında, hətta neft və qaz yataqlarının işlənilməsi zamanı da istifadə edilsin. Sahədə və quyuda aparılan mükəmməl seysmik kəşfiyyat işləri yatağın struktur xüsusiyyətlərini dəqiqləşdirməyə, məhsuldar qatın həndəsəsini aydınlaşdırmağa, onun litoloji tərkibini və dəyişkənliyini proqnozlaşdırmağa, elektrik kəşfiyyatı ilə birgə artıq aşkar edilmiş fərdi yataqların su-neft və su-qaz kontaktlarını izləməyə imkan verir.

Geokimyəvi tədqiqat üsulları – Yer qabığında miqrasiya edən karohidrogenlərin birbaşa müəyyən edilməsinə, eləcə də süxurların xüsusiyyətlərinin, yeraltı suların dəyişməsinə və karbohidrogenlərin təsiri altında yaranan mühitin öyrənilməsinə əsaslanır. Karbohidrogenlərin miqrasiyası hesabına neft və qaz yataqları üzərində Yer səthində geokimyəvi anomaliyalar yaradan lokal geokimyəvi sahələr əmələ gəlir. Ən etibarlı geokimyəvi əlamətlərə karbohidrogen qazları malikdir. Torpaqda, süxurda və yeraltı sularda neft və qazın yüngül fraksiyalarının fon qiymətlərindən yüksək qatılıqda olduğu hallarda o, geokimyəvi anomaliya hesab olunur. Hazırkı dövrdə geokimyəvi üsullar aşağıdakı qruplara bölünür:

1. Yerüstü sahə üsulları: qaz, bitum, qaz bakterioloji, qaz kern planalması;

2. Dərinlik üsulları: qaz və bitum karotajı və s. Bunlar istinad, parametrik, struktur, axtarış və kəşfiyyat quyularının qazılması zamanı həyata keçirilir.



Yerüstü geokimyəvi üsullar əsasən regional və axtarış etap və mərhələlərində həyata keçirilir, onların tətbiqi geoloji, geofiziki üsullarla birlikdə daha səmərəli olur. Dərinlik geokimyəvi üsullar axtarış-kəşfiyyat işlərinin bütün mərhələlərində tətbiq edilir. Qaz, bitum karotajı şlamın, kernin quyu qazıldığı zaman geokimyəvi tədqiqatları region üzrə neft-qazlılığın kəmiyyətcə proqnozlaşdırılması üçün istifadə edilir. Qaz karotajı nəinki istinad, parametrik, eləcə də, axtarış qazımasında məhsuldar lay və horizontları ayırmaq üçün istifadə edilir. Kəşfiyyat mərhələsində ehtiyatın hesablanması və fərdi yatağın işlənməsinin texnoloji sxeminin tərtibi üçün geokimyəvi üsullarla karbohidrogenlərin fiziki-kimyəvi xüsusiyyətlərini təyin edirlər.

Hidrogeoloji və hidrokimyəvi tədqiqat üsulları – Yeraltı suların, onlarda həll olmuş qazların tərkibinin, regional və lokal hidrodinamiki sistemlərin öyrənilməsinə əsaslanır. Regional və qismən axtarış etap və mərhələlərində hidrogeoloji planalma, istinad, parametrik və axtarış quyularında isə hidrogeoloji tədqiqatlar aparılır. Bu tədqiqatlar quyuağzı və quyudibində təzyiqlərin statik və dinamik səviyyələrinin, temperaturun ölçülməsi və sonrakı laboratoriya analizi üçün dərinlik süxur nümunələrinin götürülməsi ilə aparılır.

Geotermik tədqiqatlar – karbohidrogenlərin miqrasiya şəraitini və onların faza halının sahə üzrə və şaquli zonallığını müəyyən etmək üçün aparılır. Bu tədqiqatlar axtarış-kəşfiyyat işlərinin bütün etap və mərhələlərində tətbiq oluna bilər. Regional geotermik tədqiqatlar tektonik rayonlaşdırmada tətbiq oluna bilər, çünki dərinlik istilik axınının sıxlığı bir çox hallarda ərazinin struktur planını əks etdirir. Geotermik məlumatlar artezian hövzələrinin, yeraltı suların, qidalanma və boşalma zonalarının rejimini və dinamikasını yaxşı səciyyələndirir. Axtarış mərhələsində yüksək geotermik anomaliyalar bir çox hallarda lokal qalxımlara yaxud qırılma zonalarına uyğun gəlir. Son zamanlar karbohidrogen yığımlarının dərinlik istilik axınının xüsusiyyətindən asılı olaraq birbaşa axtarış üsulunda işlənilir. Geotermik üsullar kəşfiyyat etap və mərhələsində və işlənmədə fərdi məsələlərin həllində tətbiq edilir.
Axtarış-kəşfiyyat işlərində tətbiq edilən qazıma quyularının növləri

Neft və qazın axtarış və kəşfiyyatının bütün mərhələlərini qazıma işləri müşayiət edir. Regional və axtarış mərhələlərində istinad, parametrik, struktur və axtarış quyuları; kəşfiyyat mərhələsində isə kəşfiyyat və qabaqlayıcı istismar quyuları qazılır. Quyuların hər bir kateqoriyası axtarış-kəşfiyyat işlərinin mərhələ və yarımmərhələsindən asılı olaraq müəyyən məsələləri həll edir.



  • İstinad quyuları – regional mərhələdə zəif yaxud heç tədqiq olunmamış ərazilərdə mümkün olan maksimum dərinliyə qədər qazılır. Kəsilişin litoloji-stratiqrafik xüsusiyyətlərinin öyrənilməsi, neft-qaz törədən layların, perspektiv neftli-qazlı komplekslərin, kollektorların, qeyri-keçiricilərin müəyyən edilməsi, geofiziki və termobarik parametrlərin öyrənilməsi, kəsilişin hidrogeoloji və geokimyəvi xüsusiyyətlərinin tədqiqi və neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsi kimi məsələlərin həlli üçün qazılır. İstinad quyular ərazidə kəsilişin (çökmə qatın kəsilişinin) daha tam olan sahələrində kristallik bünövrəyə yaxud texniki imkan olan dərinliyə qədər tam kəsiliş boyu kern çıxartma şərti ilə layihələndirilir.

  • Parametrik quyular – neft-qaz axtarışının regional və axtarış mərhələlərində obyektlərin müəyyən edilib axtarış qazımasına hazırlanması məqsədi ilə qazılır. Parametrik quyuların qazılmasında məqsəd kəsilişin əvvəllər (istinad quyusu ilə) öyrənilməmiş hissələrinin yaxud neft-qazlılıq cəhətdən perspektivli hissələrin, kollektorların, qeyri-keçiricilərin öyrənilməsidir. Parametrik qazıma vasitəsilə həmçinin, stratiqrafik komplekslərin qarşılıqlı münasibəti, kəsilişin geofiziki parametrləri, onun hidrogeoloji, hidrogeokimyəvi parametrləri və termobarik xüsusiyyətləri eləcə də, neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsi kimi məsələlər öyrənilir. Parametrik quyular ərazinin struktur cəhətdən əlverişli şəraitdə dərinliyə kristallik bünövrəyə qədər və istinad qazıması zamanı kern çıxarıla bilən dərinlik intervallarından maksimum kern çıxarmaq şərtilə layihələndirilir. İstinad qazımasında olduğu kimi parametrik qazıma zamanı da mədən geofiziki tədqiqatlar, o cümlədən, seysmo-karotaj, geokimyəvi tədqiqat üsulları aparılır. Neft, qaz, su nümunələri götürülür. Qazıma zamanı perspektivli layların nümunə götürənlə yaxud lay sınayanla sınanması da nəzərdə tutulur.

  • Struktur quyular – axtarış mərhələsinin obyektləri müəyyən edib axtarış qazımasına hazırlanması mərhələlərində perspektivli obyektlərin müəyyən edilməsi, quruluşunun dəqiqləşdirilməsi, tektonik qırılmaların izlənilməsi, ayrı-ayrı tektonik blokların öyrənilməsi və s. məqsədlər üçün qazılır. O vaxt tətbiq olunurlar ki geofiziki üsullar sahənin mükəmməl quruluşunu kifayət qədər etibarlı və dəqiq əks etdirə bilməsin. Layihə (qazıma) dərinliyi struktur quyuların struktur xəritə quruluşu istinad səthinin yatma dərinliyinə qədər nəzərdə tutulur. Bir qayda olaraq layların yatımı yaxud qırışığın eni istiqamətində adətən eninə uzanan profillər üzrə yerləşdirirlər. Bəzi hallarda dərin struktur quyular axtarışın regional mərhələsində də regional profillər üzrə yerləşdirilirlər.

  • Axtarış quyuları – axtarış yarımmərhələsində yeni yataq və fərdi yataqları müəyyən etmək, neftli-qazlı horizontları sınamaq və quyu dibinə sənaye əhəmiyyətli axını almaq üçün qazılır. Tələnin ən perspektivli hissəsində ən dərində yatan yaxud texniki cəhətdən çatıla bilən dərinlikdə yatan neftli-qazlı və ya perspektivli horizontun dabanına qədər qazılır. Qazıma zamanı qazılan quyuda nəzərdə tutulan tam kompleks geoloji-geofiziki, geokimyəvi, hidrogeoloji və başqa tədqiqatların aparılması planlaşdırılır, eləcə də, məhsuldar və perspektivli horizontların sınanması, onlardan kernin və şlamın götürülməsi nəzərdə tutulur. Axtarış quyularının qazıma ardıcıllığı onların sıra nömrələrinə uyğun olur, layihə dərinlikləri isə təkrar olunmur. Əksər hallarda eninə yaxud layların yatması istiqamətində profillər sistemi üzrə layihələndirirlər.

  • Kəşfiyyat quyuları – kəşfiyyatın qazılır. Neft-qaz yığımının sərhəddini təyin etmək, kəşfiyyat obyektini və mərtəbəsini seçək, süzülmə parametrlərini, qaz, kondensat, neftçıxarma əmsalını, ehtiyatların hesablama parametrlərini təyin etmək, yatağın sənaye-sınaq istismarı və yataq yaxud fərdi yatağın işlənməyə hazırlanması üçün qazılır.

  • Qabaqlayıcı istismar quyuları – kəşfiyyat mərhələlərində qazılır. Bu quyuların qazılmasında məqsəd kəşf olunan fərdi yataqların sənaye-sınaq istismarı və işlənmədə olan obyektlərin kəşfiyyatının başa çatdırılmasıdır. Onlar eləcə də, böyük fərdi yataqların işlənməyə hazırlanması məqsədilə kəsilişin üst hissəsində nəzərdən qaçmış fərdi yataqların sənaye mahiyyətini müəyyən etmək, bazis horizontundan altda ona yaxın yerləşən çöküntülər kompleksini açmaq üçün də qazılır.

Yeni neft ehtiyatlarının hazırlanmasında işlənməkdə olan yataqlarda kəşfiyyatın başa çatdırılması mühüm əhəmiyyət kəsb edir. Kəşfiyyatın başa çatdırılması dedikdə əsasən işlənmə zamanı nəzərdən qaçmış neft laylarının müəyyən edilməsi nəzərdə tutulur. Bu məsələnin həllində laysınama cihazının tətbiqi, süxur nümunələrinin tədqiqi, qazılmış quyu kəsilişlərinin radiometrik, akustik və b. üsullarla öyrənilməsi müsbət nəticələr verir. Platformalarda çökmə qatın qazıma ilə işıqlandırılmamış aşağı hissəsi, kristallik bünövrənin səthinə qədər ( o da daxil olmaq şərti ilə) yeni neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı üçün maraq təşkil edir.
Axtarış quyularının yerləşmə sistemi
1. Qırışığın tağına qazılan axtarış quyusu – XX əsrin əvvəllərində antiklinal nəzəriyyənin inkişaf etdiyi bir zamanda ilk axtarış quyusunu geoloji çəkilişlərin əsasında antiklinal qırışığın tağına qazılması təklif olunub II axtarış quyusu ilə (əgər I quyu məhsuldardırsa) yerləşdirilirdi ki, o, fərdi yatağın sərhədlərini aşmadan daha geniş ərazini əhatə etsin. 2-ci quyunun qazılmaısnda məqsəd neftli sahənin ölçülərinin təyin edilməsidir. Sonralar XX əsrin 30-cu illərində A.S.Kasigen, İ.O.Brod, M.V.Abramoviç və başqa alimlər tədqiqatlarında qeyd edirdilər ki, kəsilişi kifayət qədər öyrənilməmiş strukturun tağına qazılmış bir quyu həmişə məhsuldar horizontun açılmasına və ya sınanmasına imkan yaratmır. Qəza zamanı hətta qırışığın qanadlarına 2 quyu qazılarsa və onlar fərdi yataqdan kənarda qoyularsa bu halda axtarış işləri müsbət nəticə verməz. Anoloji strukturlara, daha doğrusu, onların tağına ən azı 2 axtarış quyusunun qazılması məsləhət görülür. I quyu vasitəsilə kəsiliş öyrənilir və bunun nəticəsində işlər asanlaşdırılır. Qeyd etmək lazımdır ki, bu üsuldan keçən əsrin əvvəllərində Azərbaycanın neft-qaz yataqlarının axtarışında istifadə olunmuşdur.

2. Axtarış quyularının assimmetrik qırışıqlarda yerləşməsi – İlk axtarış quyularını, assimmetrik qırışığın maili qanadına qazılması fikri XX əsrin 10-cu illərində meydana çıxmışdır. Assimmetrik qırışığın dərində yatan məhsuldar horizontun açılması və sınanması məqsədilə Kolitski, A.İ.Kossagen, M.V. Abramoviç kimi alimlər ilk axtarış quyusunun maili qanadın görünən laylanma səthinə qazılması fikrini irəli sürmüşdülər. Bu təklif ona əsaslanır ki, dərinlik artdıqca perspektiv horizontun tağı maili qanada tərəf yer dəyişir, həm də maili qanad daha zəif enməyə malik olduğundan burada fərdi yatağın açılması və ya aşkar olunması asanlaşır. Bu tip yataqlarda enli və mailli yatıma malik bir qanada strukturlarda fərdi yatağın axtarışı 2-3 quyudan ibarət profil xətti üzrə aparılır. Profil xətti qırışığın tağından mailli qanad istiqamətində götürülür. Bu üsuldan hal hazırda açılmış yatağın təxmini qiymətləndirilməsində istifadə olunur.

3. Axtarış quyularının strukturunun uzanma xəttinə perpendikulyar yerləşdirilməsi – Bu üsuldan XX əsrin 20ci illərində dərin olmayan qapalı antiklinal qırışıqların axtarışında istifadə olunurdu. Bu üsuldan hal hazırda dərində qırışığın varlığı və axtarış işləri vasitəsilə neft-fərdi yataqların açılmasında istifadə olunur. Bu sistemə görə I axtarış quyusu (onların sayı 3 olur) qırışığın uzanma xəttinə perpendikulyar elə yerləşdirilir ki, onlardan biri qırışığın tağına qalan 2-si isə müxtəlif qanadlarına düşün. Bəzi tədqiqatçılar bu tip strukturlarda axtarış quyuları braniantiklinal və ölçüləri iri olmayan antiklinal strukturlarda və həmçinin qazma işlərilə hələ açılmayan tektonik zonalarda axtarış işlərinin aparılması məqsədilə aparılır. Profil üzrə axtarış quyularının yerləşdirilməsi həmçinin qeyri-antiklinal tip strukturların və fərdi yataqların neft-qaz axtarışında istifadə olunur. Bu üsulun aparıldığı ərazi neftlə doyma əmsalının yüksək doyma qiyməti ilə xarakterizə olunmalıdır.

4. Xaç üsulu ilə axtarış quyularının yerləşdirilməsi – XX əsrin 20ci illərində profil xətti üzrə axtarış qazması ilə bərabər 5 axtarış quyusundan ibarət yerləşdirmə sistemi meydana çıxdı. Bu sistemə görə ilk növbədə qırışığın qısa oxu boyu quyular qazılır. II quyu isə qırışığın periklinal qurtaracağına qazılır və bununla da klassik xaç əmələ gətirir. Nəzərə alınsa ki, litoloji və stratiqrafik tip tələlər demək olar ki, bütün neftli-qazlı rayonlarda rast gəlinir. İşin son tədqiqatlarında 5 axtarış quyusunu layihələndirirlər. I quyu strukturun tağına, 2 quyu qanadlarında, qalan 2 quyu isə strukturun periklinal kənarlarında onun geoloji quruluşunu öyrənmək və fərdi yataqların açılması məqsədilə qazılır.

5. Üçbucaq üsulu ilə quyuların yerləşdirilməsi – Tədqiqat aparılan ərazidə bir məhsuldar axtarış quyusu olduğu halda digər 2 quyu 1-dən eyni məsafədə üçbucağın yamaclarında yerləşdirilir. Digər quyuların qazılması şahmat üsulu ilə üçbucaq çərçivəsində aparılır. Hər bir yeni axtarış quyusu bərabərtərəfli üçbucağın yamacında elə yerləşdirilir ki, bu quyular istismar olunan quyudan eyni məsafədə yerləşsin. Qeyd etmək lazımdır ki, bu üsuldan XX əsrin 30-cu illərində Bakı neft-qaz yataqlarında istifadə olunurdu.

6. Radial profil xətti üzrə axtarış quyularının yerləşmə sistemi – I quyu Enba neftli-qazlı vilayətində duz günbəzləri ilə əlaqədar neftli-qazlı yataqların fərdi axtarışında istifadə olunmuşdur. Bu üsula göre 4 quyu (hər profil xəttinə 1 quyu) eyni zamanda qazılır. Alınan nəticədən asılı olaraq digər quyular qazıla bilər. Radial üsulla quyuların yerləşdirilməsi assimmetrik fərdi yataqların aşkar olunması məqsədilə də aparıla bilər.

7. Paralel profillər sisemində axtarış quyularının yerləşdirilməsi – Bu sistem üzrə dərində yerləşən rift massivləri, duz günbəzləri və tektonik quruluşu mürəkkəb olan ərazilərdə axtarış quyuları yerləşdirilir. Dərin qazmaya hazırlanan xətti uzanmış ensiz strukturlarda əsas profil xətti 3-4 quyudan ibarət olmuş o, strukturun uzanma xəttinə perpendikulyar yerləşdirilir. Bu profil xətti ilə yerləşdirilməlidir ki, ham də layihələnən tağın üzərindən keçən II profil xətt ona paralel elə götürülür ki, strukturun periklinalına yaxın məsafədə 2 və ya 3 quyudan ibarət olsun. Bu üsulla məhsuldar horizontun yatma dərinliyi neftli-qazlı kəsilişi və həmçinin kəşfiyyat işlərinin istiqaməti öyrənilə bilər. Burada bu profil xətləri üzərində quyuların yerləşdirilməsi sahənin sistemi üzrə aparılır.

8. Çoxlüləli axtarış quyularının yerləşdirilməsi – Əsasən rif massivlərində ayrı-ayrı riflərin bir biri ilə yəhərlər vasitəsilə birləşdiyi zonalarda, dik yamaclarda (40-500) bu sistemdən istifadə edlilməsi məqsədəuyğundur. Bu növ strukturlarda yamacları dikliyi 50-600 təşkil edir. Bu rift fərdi yataqlarda neftlilik yüksək bir neçə 100 m mərtəbəyə və nisbətən kiçik sahəyə malik olduğundan qazılan quyuların bir birindən məsafəsi 300-500 m olur. Bəzi tədqiqatçılar rift fərdi yataqlarının açılması məqsədilə maili quyuların qazılmasını təklif edirlər. Belə ki, 2000 m dərinlikdə bu fərdi yataqlarda əyilmə 300-600 m təşkil edir. Bu halda 3-4 müstəqil quyuların qazılmasından imtina edərək 2-3 lüləli bor quyu qazmaq təklif olunur. Bir quyu qazıldıqdan sonra sınaq işləri üçün kifayət qədər məlumat toplanması halda II quyu həmin quyunun lüləsindən 300-500 m məsafədə yerləşdirilir.

9. Strukturların uzun oxu boyu axtarış quyularının qazılması – XX əsrin 60-cı illərində Şərqi Türkmənistanda uzun antiklnal qırışıqlarda axtarış quyularının qazılması zamanı strukturların uzanma xəttinə perpendikulyar profil xətti üzrə axtarış quyularının yerlışdirilməsinin qeyri-effektiv olduğu nəticəsinə gəlmişdilər. Belə ki, bu halda qırışığın uzununa oxu boyu layların uzanması tam əks olunmur. Yəni uzununa bu növ strukturlarda tağ hissədə layların laylanma dərəcəsi geofiziki üsullarla da kifayət qədər əks olunmur. Bu halda birinci 3 quyudan ibarət profil xətti qırışığın tağ hissəsinə, onun kiçik oxu boyu yerləşdirilir. Həqiqətdə isə bəzi qırışıqlarda bu xətt qırışığın periklinal hissəsinə düşür. Belə hal Qaqarin strukturunda rast gəlinmişdir. Bundan əlavə dar strukturlarda bu növ axtarış quyuları vasitəsilə qırışığın qanadlarına və fərdi yatağın konturlarını açmaq bəzən mümkün olmur. Bu halda bəzi tədqiqatçılar qırışığın uzanma xətti boyu profil xətti üzərində axtarış quyularının yerləşdirilməsini təklif etmişdilər. Qırışığın uzun oxu boyu profil xəttinin yerləşdirilməsi və axtarış quyularının salınması neftlə dolmuş layların və su neft kontaktlı fərdi yataqların, çoxlaylı yataqların və mürəkkəb quruluşlu, yəni, uzununa və eninə qırılmalarla mürəkkəbləşmiş yataqların axtarışında istifadə olunur.

10. Axtarış quyularının diaqonal profil xətt üzrə yerləşməsi – Dərin quruluşlu obyektlərin axtarışında bu növ quyuların qazılması zamanı düşə bilər. Eninə profil xətt üzrə qazılmış daha 9 quyu bu strukturun tağ hissəsinə və qanadlarını aşmaq imkanına malikdir. Dioqanal profil xətti üzrə qazılmış 3 quyu strukturun ölçülərindən asılı olaraq həm onun qanadlarını periklinal hissələrin, həm də dərinə getdikcə tağın yerdəyişməsini müəyyən etməyə imkan verir. Diaqonal profil üzrə ən azı 3 quyu qazılmalıdır ki, bu zaman daha çox məlumat bunun geoloji quruluşuna və onun məhsuldarlıgının öyrənilməsinə kömək edir.

Yuxarıda qeyd edilen üsullardan əlavə axtarış quyularının yerləşmə qadaları aşağıdakılardır.

1. Neft-qaz fərdi yataqlarının ölçülərini müəyyən etməsı üçün axtarış quyularının Safçenko üsulu ilə yerləşdirilməsi.

2. Tektonik qırılmalarla mürəkkəbləşmiş strukturlarda axtarış quyularının yerləşdirilməsi.

3. Prinsipial istiqamətlərdə axtarış quyularının yerləşdirilməsi, həm qırışığın tağına, həm də qanadına.

4. Kritik üsulla.

5. Axtarış quyularının konturları nisbətən məlum olan zonalarda axtarış quyularının yerləşdirilməsi.

6. Ziq-zaq profil xətti üzrə.

7. Dayaq profil xətti üzrə.

8. Massiv fərdi yataqlara axtarış quyularının yerləşdirilməsi.

9. Müxtəlif tip tələlərdə ахтарыш quyularının yerləşdirilməsi


a) Antiklinal tip tələlərdə axtarış quyularının yerləşdirilməsiBu qrupa antiklinal, braxiantiklinal, günbəzvari və xətti uzanmış və çoxgünbəzli qalxımlar aiddir. Axtarış qazmasına tam hazırlanmış antiklinal və braxiantiklinal qırışıqlarda tağ fərdi yataqların açılması üçün qırışığın tağına bir axtarış quyusunun qazılması kifayətdir. Əks fay tipli qırılma ilə mürəkkəbləşmiş tələlərdə axtarış quyuları planda bir birini örtmuş üst və alt blokların mərkəz hissəsinə bir quyu yerləşdirilir. Qırılmalar vasitəsilə bloklara bölünmüş qırışıqlarda hər blokun qalxmış hissəsində bir axtarış quyusunun qazılması məsləhət görülür. Əgər qırılmanın planda vəziyyəti kifayət qədər dəqiq deyilsə, lakin böyük ehtimalla yeri məlumdursa bu halda müxtəlif variantlı profil üsullarından istifadə edilir.

b) Kiçik amplitudlu antiklinal tələlərdə axtarış quyularının yerləşdirilməsi – Bu qrupa quruluş elementləri aydın olmayan qalxımların neft və qaz tələləri aiddir

c) Kiçik amplitudlu (10-20 m) konturları aydın olmayan bu növ antliklinal qırışıqlar seysmik üsullarla aşkar olunur. Çox zaman bu qalxımlar çox günbəzli strukturlar olub böyük sahələri əhatə edir və bəzi köhnə neft-qaz yataqlarında əsas neft-qaz axtarışı obyekti kimi iştirak edir. Bu qrupa həmçinin mürəkkəb geoloji-geofiziki şəraitdə axtarış qazmasında istifadə olunur.

ç) Regional məhsuldar horizontların sübut olunan rayonlarda axtarış qazmasına tam hazırlanmış antiklinal strukturla tələlərin dolma əmsallarının yüksək qiymətində (təxminən 1-ə yaxın) strukturun tağına eyni zamanda 3 quyunun qazılması məqsədə uygundur. Ensiz, xətti uzanmış qırışıqlarda axtarış qazması ya uzununa profil xətti üzrə 2-3 ya da diaqonal profil üzrə 3 quyu vasitəsilə həyata keçirilə bilər.

d) Günbəzvari qırışıqlarda axtarış qazıması radial profil хятt üzrə 3 quyu vasitəsilə aparıla bilər. Bu halda I quyu qırışığın tağına, digərləri isə 3 şüa sistemi ilə 2 profil üzrə yerləşirlər. Fərdi yatağın eyni dərəcədə şüalanmasını təyin etmək və su-neft konturunu müəyyənləşdirmək məqsədilə bu quyular mümkün hipsometrik qiymətlərlə axtarış qazımasının addımı nəzərə almaqla yerləşdirilir.

e) Çox günbəzli strukturlarda axtarış işləri qabaqlayıcı quyular vasitəsilə elə sahələrdə qazılır ki, bu tələlərdə neftlə doyma dərəcəsi müəyyən olunur. Belə sahələr qalxımlarda olan günbəzlər arası zonalardır. Burada I quyu ən yüksək günbəzə, digərləri isə günbəz və tələlərin maksimal neftlə dolma zonasına qazılır.



f) Tektonik quyularla mürəkkəbləşmiş ərazilərdə axtarış quyularının qazılması.
Yüklə 63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin