NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları


أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِ مِن مَّالٍ وَبَنِينَ نُسَارِعُ لَهُمْ فِي الْخَيْرَاتِ بَل لَّا يَشْعُرُونَ



Yüklə 15,72 Mb.
səhifə15/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   11   12   13   14   15   16   17   18   ...   85
أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِ مِن مَّالٍ وَبَنِينَ نُسَارِعُ لَهُمْ فِي الْخَيْرَاتِ بَل لَّا يَشْعُرُونَ» «Məgər elə zənn edirlər ki, onlara verdiyimiz mal-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? (Belə deyil) bəlkə şüurları yoxdur və anlamırlar (ki, onları mal övladla sınayırıq günah itaətsizliklərini qədər artırıb onun nəticəsində əzaba düçar olmalarını yoxlamaq üçün onlara möhlət veririk)». Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Özünün təkəbbürlü və məğrur bəndələrini onların gözünə zəif görünən dostları ilə sınayır. (Bu məsələyə şahid kimi Musa ilə Fironun əhvalatını gətirmək olar.) Musa ibn İmran onunla birgə olan qardaşı Harunla (onların hər ikisinə Allahın salamı olsun) Fironun yanına gəldi. Onların əyinlərində yun paltar, əllərində taxta əsa var idi. Onunla şərt kəsdilər ki, əgər İslamı qəbul etsə (Allahın birliyini Musanın peyğəmbərliyini təsdiq etsə), padşahlığı davam edəcək və izzət və hörməti öz yerində qalacaq. Firon (öz tərəfdarlarına) dedi: Bu iki nəfərə təəccüb etmirsiniz ki, gördüyünüz bu yoxsul və xar vəziyyətdə ola-ola mənimlə möhtərəmliyimin öz yerində qalması və padşahlığımın davam etməsini şərt kəsirlər?! (Onları məzəmmət edərək camaata dedi: Əgər bu iki nəfər Allah tərəfindən gəliblərsə,) bəs nə üçün qollarından qızıl bilərziklər asılmayıb?1 (Xülasə, Firon bu sözləri dedi,) çünki qızılı və onu toplamağı böyük bilərək (Musa ilə Harunun əynində gördüyü) yunu və onu geyinməyi xar sandı.

Əgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah peyğəmbərlərini göndərəndə onlara qızıl xəzinələri, xalis qızıl mədənləri və hər cür ağac əkilmiş bağlar vermək, eləcə də göyün quşlarını və yerin canlılarını onlara qoşmaq istəsəydi, edərdi bunu. Əgər belə etsəydi, onda sınaq mənasını itirər, əvəz vermək düz olmaz və xəbərlərə (səmadan gələn xəbərlərə ilahi tapşırıqlara) lüzum olmazdı.2 Həmçinin onda (belə bir peyğəmbərin dəvətini) qəbul edənlərə sınanmışların savabı düşməzdi,3 (həmin peyğəmbərə) iman gətirənlər yaxşı əməl sahiblərinin savabına layiq olmazdılar (çünki onların imanları əlacsızlıqdan olub) və adlar mənalarla uyğun gəlməzdi.1 Amma eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Öz peyğəmbərlərini qəlb və gözləri ehtiyacsızlıqla dolduran qaneçiliklə (aza razı olmaqla) və göz və qulaqları əzab-əziyyətlə dolduran yoxsulluq və kasıblıqla, iradə və qərarlarında güclü, gözlərin (zahiri) vəziyyətlərindən gördüyü şeydə isə zəif edib.2 Əgər peyğəmbərlər heç kəsin onlara hakim olmaq niyyətinə düşə bilmədiyi qüvvəyə, zülmə məruz qalmamaları həddə ağalığa və insanların boylanacaqları səltənət və padşahlığa malik olsaydılar və (onların dəbdəbələrini görmək üçün) dəvələrin palanlarının düyünləri bağlansaydı (camaat dünyanın hər tərəfindən səfər edib onların yanına köçsəydi), bu, insanlar üçün ibrət götürmələrində (tabe olmalarında) daha asan olardı və onlar öyünmək və təkəbbürlülükdən daha uzaq olardılar (heç vaxt hbir kəs onlarla müxalifət etməzdi). İnsanlar onlara hakim olan qorxu və ya onları meylli edən rəğbət və istəyə görə iman gətirərdilər. Onda (belə olan surətdə) niyyətlər saf olmazdı və yaxşılıqlar (ibadətlər) bölünmüş (bir hissəsi dünya, bir hissəsi isə axirət üçün) olardı. Amma eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah belə istəyib ki, peyğəmbərlərə tabe olmaq, kitabları təsdiq etmək, Onun zatı müqabilində əyilmək, əmrinə təslim olmaq və itaət və bəndəliyinə boyun qoymaq ancaq Ona görə olan işlər olsunlar və onlara özlərindən başqa heç bir eyb (istək, qorxu, riya, özünü göstərmək sairə) qarışmasın. (Bu, imtahan sınağın böyüklüyünə görədir. Odur ki,) imtahan və sınaq hər nə qədər böyük olsa, savab və mükafat da bir o qədər çoxdur.

Məgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın keçmişləri, Adəmin (Allahın salam salavatı olsun ona) zamanından bu dünyanın son nəfərinə kimi, nə ziyanı olan və nə də xeyir verən, nə görən və nə də eşidən (müqəddəs bənin tikildiyi) daşlarla sınadığını görmürsünüz?! Beləliklə, həmin daşları Özünün «Beytul-haram»ı (müşriklərin ora daxil olmalarını, eləcə ona sığınmış kəsi oradan çıxarmağı haram buyurduğu möhtərəm evi) etdi. Ora Allahın insanlar üçün dikəltdiyi bir evdir (onların toplaşdıqları həm dünya, həm axirət xeyirlərinə olan bir məkandır). Sonra onu yerin daşlıq olmaq baxımından ən çətinində, dünyanın yüksək yerlərinin ən az kəsək və torpağı olanında və dərələrin yerin bir tərəfində qərar tutan ən darında yerləşdirdi. (Həmin evi) nahamar dağlar, narın qumlar, suyu az çeşmələr və (su, ot münasib havası olmadığı üçün) nə dəvə, nə at və nə də inək və qoyunu kökəlməyən bir-birindən uzaq kəndlərin arasında (yerləşdirdi). Sonra Adəm əleyhis-salama və onun övladlarına ona tərəf yollanmalarını, üz tutmalarını əmr etdi. Beləliklə, «Beytul-haram» onların səfərlərinin xeyirvermə yeri və yüklərinin düşürülmə məkanına çevrildi. (Həccin vacibi əməllərini yerinə yetirmək nəticəsində qazandıqları axirət xeyrindən əlavə, oranın onlar üçün dünya mənfəəti vardır.) Könüllərin meyvələri abadlıqdan uzaq otsuz-susuz çöllüklərdən, enişli dərələrin yüksəkliklərindən, dənizlərin (əhatəyə alması nəticəsində yerin digər hissələrindən) ayrı düşmüş adalarından həmin evə düşər (səfalı insanlar orada toplaşaraq bir-birlərindən mənəvi mənfəətlər əldə edərlər). (Onlar uzaq yerlərdən səfər edərək çox çətinliklə ora çatarlar) və nəhayət, y» əməli təvafda) tam itaətkarlıq və təvazökarlıqla öz çiyinlərini tərpədərlər, evin kənarında «təhlil» (la ilahə illəllah) deyərlər. Allahın razılığını əldə etmək üçün saçı pıtlaşıq və üzü toz-torpağa bulaşmış halda «hərvələ» edərlər (tələsik yeriyərlər). Paltarlarını arxaya atıblar (həmişə geyindikləri paltarı əyinlərindən çıxarıb «ehram» paltarı geyiniblər). Saçlarını qırxmamaları və onların çoxalmaları nəticəsində öz yaradılışlarının gözəlliklərini (məhbuslar kimi) çirkinləşdiriblər. Allah onları Beytul-haram»ın ziyarətində bu əməllərlə) imtahan edib. Elə bir böyük, çətin, aşkar və kamil imtahan ki, onu Öz rəhmətinin əldə edilməsi və Cənnətinə çatmaq amili edib. Əgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Özünün hörmətli evini və böyük ibadətgahlarını bağlarda, arxlarda, sıx ağaclı, meyvələri əlçatan və binaları bir-birinə birləşmiş yumşaq və hamar yerdə, yaxın kəndlərdə, qırmızıyanaq buğda və yaşıl çəmənliklər arasında, gül-çiçəkli ot dolu yerlərdə, təravətli zəmilərdə və abad yollarda yerləşdirmək istəsəydi, onda mükafatın miqdarını imtahanın azlığına uyğun şəkildə az edərdi. Əgər evin təməli və tikildiyi daşlar yaşıl zümrüd və qırmızı yaqutdan, eləcə də nurlu və parıltılı olsaydı, belə bir bina könüllərdə şəkkin çəkişməsini azaldar, şeytanın səy və təlaşını qəlblərdən silər və xalqdan tərəddüd iztirabını və nigarançılığını uzaqlaşdırardı. Lakin Allah, təkəbbür və məğrurluğu qəlblərdən çıxarmaq və təvazökarlığı canlara yerləşdirmək üçün bəndələrini müxtəlif çətinliklərlə sınayır, onlardan növbənöv çalışqanlıqlarla bəndəlik etmələrini istəyir və onları təbiətən xoşlanılmayan şeylərlə imtahan edir ki, həmin imtahanı Öz lütf və fəzlinə açılmış qapı və əfv və bağışlamasının asan vasitələri etsin.

Odur ki, dünyada fitnə-fəsad törətmək (onun cəzası), axirətdə zülmün ziyanı və məğrurluq və təkəbbürlülüyün pis nəticəsi barəsində Allahdan qorxun, Allahdan qorxun! Çünki fitnə-fəsad, zülm və məğrurluq şeytanın ən böyük tələ və hiyləsidir. O, elə bir hiylədir ki, öldürücü zəhər kimi insanların qəlbinə daxil olur ( onları məhv edir). Buna görə də şeytan heç vaxt aciz qalmır və heç kəsin - nə elminə görə alimin, nə də köhnə paltarına görə yoxsulun - ölüm yerini səhv salmır.1 Allah mömin bəndələrinin əl, ayaq və digər üzvlərinin (günah itaətsizlikdən) dinc qalması, gözlərini yerə dikmələri, canlarının təvazökarlığı, qəlblərinin xarlığı və təkəbbür və lovğalığı onlardan uzaqlaşdırmaq üçün onları namazlar, zəkatlar və vacib günlərdə oruc tutmağa çalışmaq vasitəsi ilə fitnə-fəsad, zülm və təkəbbürlülükdən qoruyur. Çünki gözəl üzlərin təvazökarlığa görə torpağa sürtülməsi və kiçikliyi bildirmək üçün (səcdə zamanı) şərəfli üzvlərin (yeddi yerin) yerə yapışdırılması namazdadır. Özünü kiçiltmək və heç bilmək üçün qarınların bellərə yapışması orucdadır. Həmçinin yerin meyvələrini (arpa, buğda, xurma kişmişi) və ondan başqasını (dəvə, inək, qoyun, qızıl gümüşü) yoxsul və fağırlara vermək zəkatdadır. Bu ibadətlərin aşkar öyünmələri və özünü yekə tutmaqları necə xar etmək və (dünya bədbəxtliyi axirət əzabına səbəb olan) aydın təkəbbür və məğrurluqları aradan qaldırmaq kimi mənfəətlərinə nəzər salın. (İmam əleyhis-salam burada Kufə əhlini fitnə-fəsad zülmə səbəb olan yersiz təəssübkeşlik məğrurluğa görə məzəmmət edərək buyurur:)

Mən (insanların hallarına) nəzər saldım. İnsanlardan sizdən başqa bir şeyə görə təəssübkeşlik və təkəbbürlük edən elə birisini tapmadım ki, (heç olmasa) nadanların səhvə düçar olmalarını əhatə edən səbəbə və ya səfeh və qanmazların ağıl və fikirləri ilə uyğun gələn dəlilə əsaslanmamış olsun.2 Amma siz elə bir işə görə təəssübkeşlik və təkəbbürlülük edirsiniz (bir-birinizə öyünürsünüz) ki, (heç zahirdə, nadan ağılsızların yanında da) ona bir səbəb və dəlil tapılmır. Şeytan (oddan olan) əslinə görə Adəmə qarşı təəssübkeşlik və məğrurluq etdi və onu xilqət və yaradılışında məzəmmət edərək dedi: Mən oddanam, sən isə palçıqdansan. (Buna görə nadanın gözündə təəssübkeşliyə dəlil ola bilən səbəbdən təəssübkeşlik məğrurluq etdi.) Ümmətlərin çoxlu nemətlər içərisində olan və istədikləri kef və ləzzətlərdən bəhrələnən varlıları nemətlər (var-dövlət, övladlar əl altında olanların onları böyük saymaları) səbəbindən təəssübkeşlik və təkəbbürlülük etdilər. Beləliklə,1 dedilər: «Bizim mal-dövlətimiz və övladımız (sizinkindən) daha çoxdur və bizə əzab da verilməyəcəkdir.»2 Buna görə də əgər təəssübkeşlik və təkəbbürlülükdən başqa bir çıxış yolunuz yoxdursa, onda gərək sizin təəssübkeşliyiniz nəcib sifətlər, bəyənilən işlər və gözəl şeylər - ərəb sülalələri və qəbilə başçılarından olan böyüklərin və igidlərin rəğbət göstərilən xislətlər, böyük ağıllar, yüksək məqamlar və xoşagələn sifətlər vasitəsi ilə onda bir-birlərini üstələməyə çalışdıqları sifət, iş və şeylər - üçün olsun. Odur ki, qonşunun haqqına riayət etmək, əhd-peymana vəfa etmək, yaxşılara tabe olmaq, təkəbbürlülərə qarşı çıxmaq, yaxşılığı (yaxşı işi) götürmək, zülmdən əl çəkmək, qan tökməyi (onun günahını) böyük bilmək, xalqla ədalətli və insaflı olmaq, qəzəbi boğmaq və yer üzündə fitnə-fəsad törətməkdən çəkinmək kimi tərifə layiq xislətlər üçün təəssübkeşlik edin.

Çirkin və pis əməllərinə görə sizdən qabaqkı ümmətlərə gəlmiş əzab və çətinliklərdən qorxun! Onların başlarına gələnləri (öz) xeyir-şərinizdə yad edin (hansı işin nəticəsinin olmasına nəzər salın). Onlar kimi olmaqdan çəkinin (ki, pis əməl çirkin danışıqlara görə siz əzab çətinliyə düçar olarsınız). Onların iki (yaxşı pis) hallarının fərqləri barəsində düşündükdən sonra (xeyirli yaxşı yola qədəm qoyun ) vasitəsi ilə hörmətli və izzətli olduqları, düşmənləri onlardan dəf edən, salamat qalmalarına və nemət və rahatlıqlarının artmasına səbəb olmuş, (birlik) iplərini kəramət və böyüklüyə birləşdirmiş işi - parçalanmadan (nifaq ikiüzlülükdən) çəkinmələri, mehribanlıqları (vəhdət birlikləri) və bir-birlərini mehribanlığa (həmrəylik yekdilliyə) həvəsləndirərək tövsiyə etmələrini-seçin.1 Həmçinin (şər pis yola ayaq basmayın ) qəlblərdə kin bəsləmək, sinələrdə düşmənçilik daşımaq, insanların bir-birlərinə arxa çevirmələri və əllərin bir-birinə kömək etməməsi səbəbindən keçmişlərin bel fəqərə sümüyünü sındırmış və güclərini süstləşdirmiş hər bir işdən uzaq olun. Eləcə də sizdən qabaqkı möminlərin (Bəni-İsraildən digər tayfalardan olan imanlıların) vəziyyətləri, sınaq zamanı və əziyyət çəkərkən necə olmaları barəsində düşünün. Məgər onlar digər insanlardan daha ağır vəziyyətdə (cəfa içərisində), başqalarından daha çox əziyyət çəkən deyildilər və həyatları dünya əhlindən daha sıxıntılı deyildi?! Fironlar onları nökər və qulluqçu edirdilər, əzabın çətinliyini onlara daddırırdılar (oğullarının başını kəsir, qızlarını saxlayırdılar) və acılığı onlara qurtum-qurtum içirdirdilər (əzab-əziyyətin ən son həddinə düçar etmişdilər onları. Onların bir dəstəsi fironların nökərləri, digər bir dəstəsi isə əkinçiləri idilər. Əlindən heç bir gəlməyəndən isə bac alırdılar). Buna görə də onlar həmişə həlakolma xarlığı və hökm (fironların hökmü) altında və istismar vəziyyətində idilər. (Fironların əmrlərindən) boyun qaçırmaq üçün çarə və (onların zülmlərindən) müdafiə üçün yol tapmırdılar. Nəhayət, Allah onların Onun məhəbbəti yolunda əziyyətlərə səbr etməkdə çalışqanlıq göstərmələrini və Ondan qorxduqları üçün iyrəncliklərə dözmələrini nəzərə aldı. Onları ağır çətinliklərdən xilas etdi və onlara xarlıq və həqirliyin əvəzində izzət və möhtərəmlik, qorxunun əvəzinə dinclik əta etdi. Beləliklə, əmr verən hökmdarlar və yol göstərən rəhbərlər oldular. Allah tərəfindən onlara arzusunda olduqlarından da çox izzət və böyüklük bağışlanıldı.1 Beləliklə, cəmiyyətləri bir yerə toplaşanda, fikirlər birgə, qəlblər bir, əllər bir-birinə yardımçı, qılınclar bir-birinə kömək, uzaqgörənliklər dərin və qərarlar yekdil olanda onların necə olmalarına nəzər salın. Məgər yer üzünün (şəhərlərin) böyüyü və insanların hər şeyinin ağası deyildilər?! Sonra onların işlərinin (kef çəkmələrinin) axırında (aralarında) parçalanma yarananda, mehribanlıq və birlikləri bir-birinə dəyəndə, sözləri ilə qəlbləri arasında fərq yarananda, dəstə-dəstə olub bir-birlərinin canına düşəndə və bölünərək bir-birləri ilə vuruşanda düçar olduqları şeyə (çətinliklərə) nəzər salın. Allah (həmin çirkin əməllərinə görə, Buxtunəsr digər zalımlar vasitəsi ilə) izzət və böyüklük libasını onların əyinlərindən çıxartdı, nemət bolluğunu onlardan aldı və sizin öyüd götürənlərinizin ibrət almaları üçün onların başlarına gələnlərin əhvalatı aranızda qaldı.

Həmçinin (Zəbih) İsmayılın övladlarının, (İbrahim Xəlilin oğlu) İshaqın oğullarının və İsrail övladının (Yaqub ibn İshaqın) əleyhimus-salam-başlarına gələnlərdən ibrət götürün ki, sərgüzəştlər (hər bir əsrin insanlarının sərgüzəştləri) necə də bir-birinə uyğun və əhvalatlar (bir-birinə) necə də yaxındır! (Yəni, sizin vəziyyətinizlə keçmişlərin vəziyyətləri bir-birinə oxşayır. Buna görə yaxşı olar ki, onların əhvalatlarından ibrət götürəsiniz.) Onların Kəsralar (əcəm şahları) və Qeysərlər (Rum şahları) onlara ağalıq edib hakim olan gecələrdəki (zamanlardakı) sərgüzəştləri, parçalanma və bir-birlərindən ayrılmalarının necəliyi barədə fikrə dalın və düşünün. Onları əkin yerlərindən (abadlıqlardan), İraq çaylarından (Dəclə-Fəratdan) və dünyanın yaşıllıqlarından yovşan bitən, bərk küləklər əsən və yaşayış çətin olan yerlərə qovdular. (Onları otsuz-susuz abadlıqdan uzaq olan çöllüklərə göndərdilər.) Beləliklə, onları yoxsul, kasıb və yaraya və dəvə tükünə yoldaş halda tərk etdilər (dəvə otaran etdilər). Onlar ev və məskən baxımından tayfaların ən həqiri və oturaq salma baxımından ən bədbəxti idilər (yaşadıqları yerlərin suyu var idi, otu). Nə bir başçının ətrafına toplaşırdılar ki, ona sığınsınlar (bu bədbəxtlik çətinlikdən nicat tapmaları üçün onları bir dinə dəvət edərək bir ətrafına toplayacaq bir kimsə yox idi), nə də dostluq və mehribanlığın kölgəsi altına yığışırdılar ki, onun izzət və böyüklüyünə arxalansınlar (etimad edərək rahatlanmaları üçün bir başçı rəhbərləri yox idi). Beləliklə, nigaran vəziyyət, ixtilaflı əllər (bir-biri ilə yoldaşlıq etmədən) və parçalanmanın çoxluğu ilə ağır çətinlik və qızları diri-diri torpağa basdırmaq, bütlərə sitayiş, qohumlardan uzaqlıq və hər bir yolda soyğunçuluq etmək kimi cəhalət və nadanlıq içərisində idilər.

Sonra da, Allahın, onlara peyğəmbər (peyğəmbərlərin sonuncusu Həzrət Məhəmmədi-səlləllahu əleyhi alih-) göndərdiyi, onları onun şəriətinə tabe etdiyi və həmin peyğəmbərin dəvəti ilə onları toplayaraq bir-biri ilə mehribanlaşdırdığı zaman onlara verdiyi nemətlərinə nəzər salın. Baxın ki, nemət və rahatlıq özünün kəramət qanadlarını onların üzərinə necə sərdi, onlar üçün rifah və bolluq çaylarını necə rəvan etdi və şəriət (o Həzrətin şəriəti) onları öz bərəkətli xeyirlərində necə topladı. Beləliklə, (xoşbəxtlik, möhtərəmlik asayişin son yüksək həddini onlara tədarük gördüyü üçün) onun nemətində qərq oldular və onun həyatının ləzzətindən məmnun qaldılar. Həyatları qalib şahın (müqəddəs İslam dininin) kölgəsində quruldu və vəziyyətlərinin yaxşılığı onları böyüklük və qələbənin kənarında yerləşdirdi. Qüdrətli şahlığın ucalığı sayəsində işlər onlara asanlaşdı (dünya axirət səadəti üz tutdu onlara). Beləliklə, onlar aləmdə olanlara fərman verənlər və yerlərin (şəhərlərin) şahları idilər. Onlara hakim olmuşlara hakim oldular və onlara əmr verənlərə əmrlər verirdilər. Onlara nizə atılmır, daş tullanmırdı!! (İslam dini onlara elə bir güc qüdrət verdi ki, dünyanın işlərinin idarəçiləri aləmdə olanlara hakim oldular heç kəs onlara hakim ola bilmirdi.)

Bilin ki, siz (yaranmışların ən xeyirlisi olan Həzrət Peyğəmbərin şəriətinə iman gətirmək nəticəsində izzət şərəf tapdıqdan sonra) əllərinizi itaət və tabeçilik kəndirindən çəkdiniz (Allahdan Peyğəmbərdən üz çevirərək uzaqlaşdınız), Allahın ətrafınıza çəkilmiş hasarında cahiliyyət hökmləri (İslamdan qabaqkı dövrün adətləri) ilə uçuq yaratdınız (öz imam rəhbərinizə itaət etmədiniz onun nəticəsində öz dünya axirətinizi bərbad etdiniz). Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, bu ümmətin boynuna aralarında yaratdığı, kölgəsinə daxil olduqları və kənarında qərar tapdıqları bu ülfət və mehribançılıq bağlantısında qiymətini, yaratdıqlarından heç bir kəsin bilmədiyi bir nemətlə (ülfətə səbəb olan din ilə) haqq qoyub (zəhmətə qatlaşmadan nemət verib). Çünki qarşılıqlı ülfət və mehribanlığın dəyəri hər bir qiymətdən artıq və hər bir böyüklükdən böyükdür. (Ona görə ki, ülfət birliklə dünya axirət səadəti xoşbəxtliyi əldə edilir.) Bilin ki, siz hicrətdən sonra (nadanlıq azğınlıqdan bilik hidayətə nail oldunuz sonra bir daha təəssübkeşlik, məğrurluq, bir-birinizlə düşmənçilik fitnə çaxnaşma yaratmaq səbəbindən) bədəvi ərəb (nadanlıq azğınlıq çölçüləri) oldunuz. Həmçinin dostluqdan (bir yerə toplaşdıqdan) sonra (bir-birinə müxalif düşmən olan) dəstələrə parçalandınız. İslamla, onun adından başqa heç bir əlaqə və bağlılığınız yoxdur. İmandan, onun nişanəsindən başqa bir şey tanımırsınız!! (Ancaq dildə kəlmeyi şəhadətləri deyirsiniz. Amma İslamın hökmlərindən bir şey öyrənməmisiniz həmçinin imanın həqiqətini dərk etməmisiniz.) Deyirsiniz ki: «Oda gedərik, amma xarlığa razı olmarıq»?!
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin