NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə16/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   12   13   14   15   16   17   18   19   ...   85
النّارَ وَ لاَ الْعارَ» «Oda gedərik, amma xarlığa razı olmarıq» məsəlini zillət xarlığa boyun əyməyən kəslər deyirlər. Bu məsəl haqq barəsində deyilsə, çox gözəldir. Amma əgər batil nahaq barəsində deyilsə, səhvdir. Əgər Kufə əhlinin məqsədi o Həzrət olmuş olsa ya onlarla Şam əhlinin məqsədləri ümumi müraciət olmuş olsa, bu, fitnə, qalmaqal İslamın göstərişlərinə ziddir. Buna görə İmam əleyhis-salam onları məzəmmət edərək sözlərini davam edir:) Sanki siz İslamın hörmət pərdəsini yırtmaq və peymanını sındırmaqla (hökm şərtlərinə əməl etməməklə) onu başıaşağı və tərsinə çevirmək (məhv etmək) istəyirsiniz (necə ki, kafir, münafiq düşmənlər onu məhv etmək niyyətindədirlər). Elə bir peymanı ki, Allah, onu yer üzündə (düşmənlərin hücum edərək sizə hakim olmalarının qarşısında) sizin üçün sığınacaq və yaratdıqları arasında (onların iztirab nigarançılıqlarını aradan qaldırmaq üçün) əmin-amanlıq və rahatlıq (vasitəsi) edib (ki, bəşəriyyət hər hansı bir işdə çarəsiz qalanda əli bütün yollardan üzüləndə İslamın peymanına, yəni, onun hökm göstərişlərinə üz tutub tabe olsun). Əgər siz (belə bir dinə malik olmağınıza baxmayaraq,) İslamdan qeyrisinə sığınsanız (öz şücaətinizə, cəmiyyət qohum-əqrabalarınızın çoxluğuna arxalanaraq onun hökmlərinə tabe olmayıb göstərişlərinə hörmətlə yanaşmasanız), kafirlər sizinlə vuruşacaqlar. Həmin vaxt Cəbrail, Mikail, Mühacirlər və Ənsar da olmayacaq ki, sizə kömək etsin (necə ki, Həzrət Peyğəmbərin - səlləllahu əleyhi alih - zamanında edirdilər). Allah aranızda (qələbənin hansınıza nəsib olması barəsində) hökm çıxarana kimi (heç bir kömək olmadan) ancaq qılınc ilə vuruşacaqsınız. Allahın (keçmiş ümmətlərə olan) əzabı, (qəlbləri) sıxan və ağrıdan bəla və çətinlikləri, (qəzəb) dövranlar(ı)(çarəsi olmayan) hadisələri barəsindəki məsəl və sərgüzəştləri əliniz altındadır. (Allah Qurani-Kərimdə Nuh, Ad, Səmud digər tayfaların sərgüzəştlərini bəyan edib.) Buna görə də Allahın məsuliyyətə alacağına nadan olmağınız, bərkə çəkməsini yüngül saymağınız və əzabına düçar olmamağınız səbəbindən Onun əzabını(n gəlib çatmasını) uzaq sanmayın.1 Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, keçmiş ümmətləri onların «əmr be mə’ruf və nəhy əz munkər»i tərk etmələrindən ayrı bir səbəbdən Öz rəhmindən uzaqlaşdırmayıb. (Onlar bir-birlərinə yaxşı işlər görməyi əmr etmir, nalayiq əməllərdən çəkindirmirdilər.) Odur ki, Allah ağılsız və qanmazları günah etdiklərinə, ağıllıları isə pisliklərdən çəkindirmədiklərinə görə lə’nətləyib (Öz rəhmindən uzaqlaşdıraraq ağır əzaba düçar edib).

Bilin ki, siz İslamın bağını qırdınız (təəssübkeşlik məğrurluq ilə ülfət dostluğa göz yumaraq bir-birinizlə düşmənçilik etdiniz), onun hüdudlarını tərk etdiniz (müəyyənləşdirdiyi vəzifələrə əməl etmədiniz) və hökmlərini (xüsusilə hökmlərinin ən böyük mühümü olan «əmr be ruf nəhy əz münkər»i) aradan qaldırdınız. (Amma mən ki, sizin itaət etməyiniz vacib olan imam rəhbərinizəm Həzrət Peyğəmbərə - səlləllahu əleyhi alih-ən yaxın adam olmuşam, məmur edildiyim şey əsasında davranıram. Buna görə ) bilin ki, Allah mənə zülmkarlar, əhdini sındıranlar və yer üzündə fitnə-fəsad törədənlərlə vuruşmağı əmr edib. Odur ki, əhdini pozanlarla (Cəməl əhli olan Təlhə, Zübeyr onların tərəfdarları ilə) vuruşdum ( onları diz çökdürdüm), haqdan əl götürənlərlə (Şam əhli ilə) cihad edərək döyüşdüm və dindən xaric olanlara (Nəhrəvan Xəvaricinə) qəzəb edərək onları xar və zəlil etdim. Rədhə şeytanına1 gəldikdə isə: (vuruşmaq öldürmək əvəzinə) onun barəsində nəticəsində ürəyinin döyüntüsünü və sinəsinin titrəməsini eşitdiyim qorxunc bir nə’rə ilə kifayətləndim.2 Əgər Allah izn versə (istəsə mən sağ qalsam), ikinci dəfə zalımlardan (Əmr ibn Asın hiylə kələyi ilə Quranları nizələrin başına sancıb Siffeyn müharibəsini dayandıran Müaviyə onun ətrafındakılarından) yerdə qalanlara tərəf gedəndə, şəhərlərin kənarlarına dağılanlar istisna olmaqla, dövləti və qüdrəti onlardan alacağam ( hamısını məhv edəcəyəm). (O Həzrət burada öz şücaət, qəhrəmanlıq, məqam, dərəcə böyüklüyünü xatırladaraq buyurur:)

Mən uşaqlıqda ərəbin kürəyini yerə vurmuşam (İslamın ilkin çağlarında onların böyüklərini öldürmüşəm) və Rəbiə və Muzərin (bu qəbilələrin) yeni yetişmiş budaqlarını (igidlərini) sındırmışam. Siz mənim Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) yanında yaxın qohumluq (əmioğluluq kürəkənlik), yüksək məqam və xüsusi ehtiram səbəbindən olan qədir-qiymət və dərəcəmi bilirsiniz (ki, mən o Həzrətin yanında belə böyük bir hörmət məqama malik idim məni xilafətə təyin etmişdi). O məni uşaqlıqdan öz yanında böyüdüb. O məni sinəsinə sıxar, yatanda qucağına alar, bədənini bədənimə sürtər, öz xoş ətrini mənə iylədər, (ata öz övladına etdiyi kimi) ağzıma çeynənmiş yemək qoyardı. O mənim sözümdə yalan, əməlimdə səhv və xəta tapmadı.1 Peyğəmbər (səlləllahu əleyhi alih) süddən ayrılandan sonra Allah mələklərinin ən böyüyünü o Həzrətə yoldaş etdi ki, gecə-gündüz onu nəciblik yollarına və dünyanın gözəl xislətlərinə doğru yönəltsin.2 Mən dəvə balası anasının dalına düşüb getdiyi kimi onun arxasınca gedirdim.3 O, hər gün öz xislətlərindən bir bayraq və əlamət ucaldır (biruzə verir) və mənə ona yiyələnməyi əmr edirdi. (Peyğəmbərliyə təyin edilməmişdən qabaq) hər il (bir ay insanlardan uzaqlaşaraq ibadət bəndəliklə məşğul olmaq üçün Məkkə yaxınlığındakı dağlardan biri olan) Hirada məskunlaşardı. Həmin müddətdə mən onu görərdim və onu məndən qeyrisi görməzdi. Həmin zamanda İslam Allahın Peyğəmbərinin (səlləllahu əleyhi alih)(o Həzrətin arvadı) Xədicənin evindən başqa heç bir evə daxil olmamışdı və mən onların üçüncüsü idim.1 Vəhy və (ilahi) elçilik nurunu görür və nübuvvət və peyğəmbərlik ətrini duyurdum. (Vəhy nazil olan zaman o Həzrətlə birgə idim heç bir tərəddüd olmadan nazil olanlara iman gətirirdim.) O Həzrətə (səlləllahu əleyhi alih) vəhy nazil olanda şeytanın səsini eşitdim. Dedim: Ey Allahın Peyğəmbəri, bu nə səsdir? Buyurdu: Bu şeytanın səsidir ki, o, pərəstiş edilməkdən ümidsizliyə qapılıb2 sən mənim eşitdiklərimi eşidir, gördüklərimi görürsən (hər şeydə mənimlə bərabərsən), sən yalnız peyğəmbər deyilsən, lakin vəzirsən; sən xeyir və yaxşılıqdasan. (Sən bütün zahiri mənəvi kamilliklər toplususan elə bir yoldasan ki, dünya axirət xeyri yaxşılığı ondadır.)

Qüreyşin böyüklərindən ibarət bir dəstə Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) yanına gələndə mən onunla bir yerdə idim. Onlar dedilər: Ey Məhəmməd! Sən elə böyük bir iş (nübuvvət peyğəmbərlik) iddia edirsən ki, nə sənin ataların və nə də sənin nəslindən bir nəfər onu iddia etməyib. İndi biz səndən bir iş görməyini istəyəcəyik. Əgər bizim üçün onu yerinə yetirsən və onu bizə göstərsən, biləcəyik ki, (Allah tərəfindən göndərilmiş) peyğəmbər və elçisən. Amma əgər yerinə yetirməsən, biləcəyik ki, cadugər və yalançısan. Peyğəmbər - səlləllahu əleyhi və alih - buyurdu: Nə istəyirsiniz? Dedilər: Bu ağacı çağır, kötükləri ilə (yerdən) çıxıb (gəlib) qarşında dayansın. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: Allah hər şeyə qadirdir. Əgər sizin bu istəyinizi rəva etsə, iman gətirib haqqa şəhadət verəcəksiniz? Dedilər: Bəli. Buyurdu: Mən istədiyinizi sizə göstərəcəyəm. Amma bilirəm ki, xeyir və yaxşılığa (bütün dünya axirət xeyirlərini özündə toplamış İslama) bağlanmayacaqsınız. Sizin aranızda eləsi var ki, (öz kafirliyində qalıb Bədr müharibəsində öldürüləcək ) quyuya atılacaq.1 Həmçinin (sizin aranızda) qoşunları toplayacaq kimsə var.2 Bundan sonra Peyğəmbər (səlləllahu əleyhi alih) buyurdu: Ey ağac, əgər sənin Allaha və qiyamət gününə imanın varsa və mənim Allahın peyğəmbəri olmağımı bilirsənsə, öz köklərinlə yerindən çıx və Allahın əmri ilə mənim qarşımda dayan. O Həzrəti haqq (düz doğru) olaraq göndərən Allaha and olsun ki, ağac kökü ilə yerdən çıxdı və quşların qanadlarının səsinə bənzər ağır səslə gəlib qanad çalan quş kimi Peyğəmbərin (səlləllahu əleyhi və alih) əlləri arasında dayandı və özünün böyük budağını Allahın Peyğmbərinin (səlləllahu əleyhi alih) başına, budaqlarının bəzilərini isə mənim çiynimə atdı. Mən o Həzrətin (səlləllahu əleyhi alih) sağ tərəfində dayanmışdım. Həmin dəstə onu görəndən sonra təkəbbürlülük və məğrurluq üzündən dedi: De ki, onun yarısı sənin yanına gəlsin, digər yarısı isə öz yerində qalsın. Beləliklə, Peyğəmbər ağaca həmin istəyin gerçəkləşməsi əmrini verdi. Sonra onun yarısı heyrətləndirici gəliş və gurultulu səslə o Həzrətə tərəf üz tutdu (o Həzrətin əmrini birincidən daha sürətli şəkildə yerinə yetirdi) və az qalmışdı ki, Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) sarılsın. Onlar yenə naşükürlük və ədavət üzündən dedilər: Əmr et bu yarı hissə qayıdıb əvvəl olduğu kimi öz yarısına birləşsin. Sonra Peyğəmbər - səlləllahu əleyhi və alih - əmr etdi və ağac qayıtdı. Mən dedim: İbadətə Allahdan başqası layiq deyil. Ey Allahın Peyğəmbəri! Mən sənə ilk iman gətirən və həmçinin ağacın Allahın əmr və istəyi ilə yerinə yetirdiyini, sənin peyğəmbərliyini təsdiq etmək və əmrinə ehtiram üçün etdiyini etiraf edən ilk kimsəyəm. Sonra həmin dəstədəkilərin hamısı dedi: Çox yalançı cadugərdir! Bu, onun çox çevik olduğu heyrətləndirici bir cadudur! (Çünki fikrə dalıb düşünmədən istədiyini etdi. Həmçinin dedilər:) Səni işində bu şəxsdən başqası təsdiqləyir? Onlar məni nəzərdə tuturdular. Mən o dəstədənəm ki, onlara Allah yolunda heç bir tənə vuranın tənəsi mane olmur. Onların üzləri doğruçuların üzləri, sözləri gözəl əməl sahiblərinin sözləridir. Gecə abadlaşdıran, gündüz isə nişanə və bələdçidirlər (gecə oyaq qalaraq axirətlərini abadlaşdırırlar. Gündüz xalqı haqq yola istiqamətləndirirlər). Özlərini Qur’an ipindən (onun azğınlıq bədbəxtçilikdən nicat tapmağa səbəb olan elm maarifinə) asarlar və Allahın yollarını və Onun Peyğəmbərinin sünnəsini dirçəldərlər. (Dinin nişanələrini yayaraq onun hökmlərinə əməl edərlər.) Təkəbbür göstərməz, məğrurluq, haqsızlıq və pozğunçuluq etməzlər. Qəlbləri Cənnətdə, bədənləri isə işlə məşğuldur (qəlbləri Cənnətə yönəlib, bədənləri isə yaxşı işlərlə bəndəliklə məşğuldur).
235- ci xütbə
İmam Əli əleyhis-salamın Abdullah ibn Abbasa buyurduğu kəlamlarındandır. Abdullah, Osman (zülmkarlıqlarına, müsəlmanların beytülmalını dağıtdığına gördüyü çirkin işlərə görə) mühasirədə olan zaman (müsəlmanlar onu xilafət məqamından uzaqlaşdırmaq istəyirdilər o, öldürülmək qorxusundan çölə çıxmağa cürət etmədiyi üçün) ondan o Həzrətə bir məktub gətirdi. Osman həmin məktubda o Həzrətdən, xalqın onu xilafətə namizəd kimi irəli sürmələri hay-küyünün yatması üçün Yənbudakı1 malikanəsinə getməsini istəmişdi.2 Halbuki həmin istəyin bənzərini bundan qabaq da etmişdi.3 Buna görə də İmam əleyhis-salam buyurdu:

Ey Abbasın oğlu! Osman məni böyük vedrə ilə su daşıyan dəvə kimi etməkdən, (həmin dəvə kimi) gedib-gəlməyimdən başqa bir şey istəmir. (Bundan qabaq yanıma adam) göndərdi ki, (Mədinədən) çıxım. Ondan sonra (yenə adam) göndərdi ki, (ona kömək etmək üçün Yənbudan Mədinəyə) gəlim. İndi (səni) göndərir ki, çıxım. Allaha and olsun, (kömək edərək) onu elə müdafiə etdim ki, (onunla bir yerdə olmaqda çox çalışmağımın nəticəsində) günahkar olmağımdan qorxdum. (Çünki o, gördüyü nalayiq işlərə görə müdafiə edilməyə layiq deyildi.)


236- ci xütbə
İmam Əli əleyhis-salamın kəlamlarındandır ki, onda özünün Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) (Məkkədən Mədinəyə) hicrətindən sonrakı vəziyyətinin necəliyini və o Həzrətə birləşməsini açıqlayıb:

(Həzrət Peyğəmbər Məkkədən Mədinəyə hicrət edən zaman mənə əmr etdi ki, hərəkət edəcəyi axşam onun yatağında yatım. Onun səhərisi gün müşriklər Peyğəmbərin getdiyini yataqda yatan şəxsin mən olduğumu bildilər. O Həzrətin hicrətindən üç gün sonra piyada onun arxasınca yola düşdüm.) Beləliklə, Allahın Peyğəməbərinin (səlləllahu əleyhi alih) getdiyi yolu tutdum. Hər addımı onun fikri ilə atırdım ( hər mənzildə onu soraq edirdim) ki, nəhayət, Ərəcə (Məkkə ilə Mədinə arasında yer adıdır) çatdım.1 (Seyyid Rəzi deyir:) Bu cümlə (o Həzrətdən nəql edilmiş) uzun bir kəlamdandır. (Seyyid Rəzi daha sonra belə deyir:)

O Həzrət əleyhis-salamın «فَأَطَأُ ذِكْرَهُ» «hər addımı onun fikri ilə atırdım» cümləsi ixtisar və fəsahətin son həddinə çatıb. (Həmin sözdən) məqsəd budur ki, mən (Məkkədən) çıxandan Ərəcə çatana kimi o Həzrəti (səlləllahu əleyhi alih) soraqlaşırdım. Odur ki, bu kəlamı belə bir heyrətləndirici metafora üçün gətirib.2


237- ci xütbə
İmam Əli əleyhis-salamın (insanın qədər ki, sağdır, ibadət bəndəliyi əldən çıxarmamasının zəruriliyi barəsindəki) xütbələrindəndir.

(Allaha həmd Həzrət Peyğəmbərə onun Əhli-Beytinə salamdan sonra, bilin ki, dünya həmişə qalmayacaq. Buna görə ) nə qədər ki, həyat genişliyindəsiniz (sağsınız), dəftərlər (əməl dəftərləri gözəl söz əməllərin yazılması üçün) açıqdır (bağlanmayıb), tövbə və (pisliklərdən) qayıdış sərilib (qəbul edilir), üz döndərən (günahkar çirkin əməldən əl götürüb tövbə etməyə) çağırılır, pis əməl sahibinə (çirkin əməlinin yerini yaxşı əməllərlə doldurmaq üçün) ümidvarlıq verilir, əməl çırağı sönməyib fürsət əldən çıxandan, vaxt sona çatandan, tövbə qapısı bağlanandan, mələklər göyə qalxandan (qələmlər əməl dəftərinə yaxşı ya pis bir şey yazmaqdan saxlanılandan) qabaq (bacardığınız qədər Allah Peyğəmbərin göstərişlərinə uyğun) iş görün. Buna görə də gərək insan (ölüm - yəni, heç bir görmək imkanı olmayan zaman gəlib çatmamışdan qabaq) özündən özü, həyatdan ölüm, yoxluqdan varlıq və ötəridən daimi üçün nəticə əldə etsin (dünyada özünü işə vadar etsin ki, onun nəticəsi axirətdə dərdinə dəysin). Ölüm çatana kimi fürsət və işin görülməsinə qədər möhlət verilmiş halda Allahdan qorxan ( əməldə çalışan) kəs, o şəxsdir ki, nəfsini noxtalayıb və onun cilovu öz ixtiyarındadır və beləliklə, nəfsin noxtası ilə özünü Allahın qadağan etdiklərindən saxlayıb və onun cilovu ilə özünü Allaha itaət və tabeçiliyə tərəf çəkir.
238- ci xütbə
İmam Əli əleyhis-salamın «Həkəmeyn» (Əmr ibn As Əbu Musa Əşəri) barəsindəki və Şam əhalisinin məzəmmətindəki xütbələrindəndir.

Şamlılar daşürəkli və tüfeyli insanlar və alçaq kölələrdir (nökərlərdir) ki, ordan-burdan toplaşıblar və müxtəlif qarışıqlardan yığılıblar. (Hər biri bir yerdən gəlib bir-birinə birləşmiş dəstədirlər əsil-nəcabətləri məlum deyil.) Onlar (İslamın hökmləri) öyrədilməyə, (gözəl xislətlərlə) tərbiyə edilməyə, (xeyir şər) təlim edilməyə, təcrübələndirilməyə, rəhbərlik edilməyə və (uşaqlar kimi) əllərindən tutulmağa layiq kimsələrdəndir (ki, özbaşına bir görməsinlər).1 Onlar nə (Məkkədən Mədinəyə hicrət edərək Həzrət Peyğəmbərin - səlləllahu əleyhi alih - yanına gələn) Mühacirlər və (İslamı qəbul edərək o Həzrətə kömək edən Mədinə əhli olan) Ənsardan, nə də Mədinədə yerləri olan ( hicrətdən qabaq İslamı qəbul edən) və imanda möhkəm olan kəslərdən idilər.

Bilin ki, Şam əhalisi özləri üçün sevdikləri şeyə (İraq əhlinə qalib gələ bilmələrinə) ən yaxın olanı (Əmr ibn Ası) seçdilər. Siz isə insanların sevmədiyiniz şeyə (Şam əhlinin sizə qalib gəlmələrinə) ən yaxınını (Əbu Musa Əşərini) seçdiniz.2 Sizin Abdullah ibn Qeys ilə qarşılaşmağınız dünən idi (çox yaxındır. Mən Bəsrəyə, Cəməl müharibəsinə gedəndə eşitdiniz) ki, deyirdi: «(Ey Kufə əhli, İmama kömək etməyin, çünki) bu qarşıdurma və müharibə fitnədir (ki, ondan uzaq olmaq lazımdır). Odur ki, oxlarınızın yayının kirişini işə salmayın və qılınclarınızı qınına qoyun». Əgər düz deyirdisə, məcbur edilmədən (bizim yanımıza) gəlməkdə ( Siffeyn müharibəsində İraq qoşununda hazır olaraq bizə kömək etməkdə) səhv edib. (Çünki öz əqidəsinə zidd davranıb belə bir şəxsin hökm çıxarmaq səlahiyyəti yoxdur.) Əgər yalan deyirdisə, onda ona töhmət vurmaq olar.1 Odur ki, Əmr ibn Asın sinəsində olanları Abdullah ibn Abbasın vasitəsi ilə məhv və dəf edin (Abdullah ibn Abbası öz nümayəndəniz edin ki, hiyləgər Əmr ilə o bacara bilər), zamanın fürsətini əldən çıxarmayın və İslamın uzaq şəhərlərini (fitnəkarların zalımların onlara hakim olmasından) qoruyun.

Məgər şəhərlərinizə nəzər salmırsınız ki, (sizi məhv edərək var-dövlətinizi qarət etmək üçün) onlarda müharibə aparırlar? Məgər özünüzün möhkəm daş parçalarınızı (qüdrət gücünüzü) görmürsünüz ki, ona ox vururlar? (Sizin zəiflik acizliyə düçar olmağınızı nəticədə məğlub olub təslim olmağınızı istədiklərini görmürsünüz?!)


239- cu xütbə
İmam Əli əleyhis-salamın Məhəmməd Əhli-Beyti əleyhimus-salamı (onların fəzilətlərini) bəyan etdiyi xütbələrindəndir.

Məhəmməd əhli-beyti (pak imamlar-salavatullah əleyhim əcməin) elm və biliyi dirildənlər və nadanlıq və cəhaləti öldürənlərdir. (Onlardan elm əldə edilir vasitələri ilə nadanlıq dəf edilir.) Onların səbrlilikləri alimliklərindən xəbər verir (çünki səbr etmək lazım olan yerləri bilib ancaq həmin yerlərdə səbrlilik edərlər) və həmçinin zahirləri batinlərindən (gözəl söz əməlləri paklıq saflıqlarının kamilliyindən) və sükutları sözlərinin düzlük və doğruluğundan! (Çünki insanın sükut edərək yersiz danışmaması onun sözlərinin elm hikmət əsasında olmasına bir dəlildir.) Haqq ilə müxalifət etməzlər (ondan üz döndərməzlər) və onun barəsində ixtilaf və ziddiyyətləri yoxdur (sözləri bir şəkildədir). Onlar İslamın sütunları və sığınacaqlarıdır (öz elmləri ilə onu qoruyur hökmlərini xalqa öyrədərək onlara azğınlıq nadanlıqdan nicat verirlər). Haqq onların vasitəsi ilə öz əslinə və yerinə qayıdır, batil və nahaq onun yerindən uzaqlaşır, məhv olur və haqq zahir olanda (batilin) dili kəsilir. (Onların elm biliyi nəticəsində haqq həqiqət aşkar, batil nahaq isə məhv olur.) Dini ( onun hökmlərini) bildilər, qavradılar, amma sırf eşitməyə və nəql etməyə əsaslanan qavrama ilə deyil, elmə və riayət (əməl) etməyə əsaslanan qavrama ilə! (Çünki əgər belə olmasaydı, başqalarından bir üstünlükləri olmazdı.) Elmi rəvayət edənlər çox, ona əməl edənlər isə azdır.1




Feyzul-İslamın
V hissəyə yazdığı müqəddimə:

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ

الْحَمْدُ لِلّهِ الْفاشِى فِى الْخَلْقِ أَمْرُهُ وَ حَمْدُهُ الظّاهِرِ بِالْكَرَمِ مَجْدُهُ الْباسِطِ بِالْجُودِ يَدَهُ الَّذِى لا تَنْقُصُ خَزائِنُهُ وَ لا تَزِيدُهُ كَثْرَةُ الْعَطاءِ إِلّا جُوداً وَ كَرَماً إِنَّهُ هُوَ الْعَزِيزُ الْوَهّابُ وَ الصَّلوةُ وَ السَّلامُ عَلى عَبْدِهِ وَ رَسُولِهِ سَيِّدِ الْأَنْبِياءِ وَ الْمُرْسَلِينَ مُحَمَّدٍ وَ الِهِ الْهُداةِ الْمَهْدِيِّينَ

اللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ وَ عَجِّلْ فَرَجَهُمْ وَ أَهْلِكْ عَدُوَّهُمْ مِنَ الْجِنِّ وَ الْإِنْسِ مِنَ الْأَوَّلِينَ وَ الْاخِرِينَ

«Nəhcül-Bəlağə» peyğəmbərlərin sözlərinin cövhəri, Qur’ani-Kərim həqiqətlərinin sirlərinin açıqlaması, azğın və düşkünlərin xilasedicisidir. Əmirəl-möminin əleyhis-salamın Seyyid Şərif Rəzi (əleyhir-rəhmə) tərəfindən nümunələri müqəddəs «Nəhcül-Bəlağə» kitabında toplanmış kəlam və əməllərinə tabe olmayınca qan tökülməsi, fitnə-fəsad, zülmkarlıq, ikiüzlülük, özündənrazılıq və bədbəxtlik bəşəriyyətdən uzaqlaşmayacaq və dünyada sülh və asayiş, ədalət, vəhdət və xoşbəxtlik bərqərar olmayacaq. Bu kitabda insanın həyat və asayişinə aid hər bir şey olduğu üçün o, əməl edən hər bir kəsin başucalığı və xoşbəxtliyinə zamindir.

Bu sözlər əql və elm sütunları üzərində bərkidilib və boşboğazlıq və naqqallıq deyil. Əgər inanmırsınızsa, öz alim və tanınımış şəxsiyyətlərinizlə bir yerə toplaşaraq barəsində ətraflı fikirləşib düşünün ki, həqiqətlərini dərk edəsiniz.

Xeyir və yaxşılıq, asayiş və gözəllik axtaran hər bir kəs, gərək «Nəhcül-Bəlağə»ni özünə örnək etsin. Buna görə də bədbəxt o böyük və başçıdır ki, bu kitabı oxumayıb; aciz o rəhbər və tayfa başçısıdır ki, onun göstərişlərinə əməl etmir; avara-sərgərdan o xalqdır ki, əməlləri «Nəhcül-Bəlağə»nin buyuruqları ilə uyğun gəlmir; xoşbəxt o kəslərdir ki, bu tərcümə və şərhin dörd hissəsini diqqətlə oxuyub və əməl ediblər və indi beşinci hissəni dərk etməyə nail olurlar. Çünki biz lazım olan bütün nöqtələrə (hamının səviyyəsində olan xülasə şəklində hamının başa düşdüyü sadə dildə) toxunmuş və onları yada salmışıq. Bu məsələ elm və bilik əhlinə bəllidir. Hissələrdə Allah və Peyğəmbərin razılığına zidd bir söz yazılmamasına, elm şəhəri olan Əli əleyhis-salamın hüzurunda əməlimin qəbul edilməsinə və qiyamət günü günahlarımın bağışlanmasına səbəb olacağına ümid bəsləyirəm.



اللهُمَّ اخْتِم عَمَلى بِأَحْسَنِهِ وَ اجْعَلْ ثَوابى مِنْهُ الجَنَّةَ بِرَحْمَتِكَ

امين يا رَبَّ العالَمينَِ
Fani bəndə:
Əliyyənnəqi (Feyzul-İslam) İsfahani
Ali-Məhəmməd əd-Dibac,


1368 H.Q.



Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin