NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə20/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   16   17   18   19   20   21   22   23   ...   85

11-ci məktub
İmam Əli əleyhis-salamın düşmənə tərəf göndərdiyi qoşuna olan tövsiyələrindəndir.2 Nə vaxt siz düşmənlə rastlaşsanız və ya düşmən sizinlə rastlaşsa (qarşı-qarşıya gəlsəniz), gərək sizin qoşunun düşərgəsi hündür yerlərdə (təpələrdə), ya dağların ətəyində, ya da çayların kənarında olsun ki, sizə kömək etsin, (onların əllərinin sizə çatmasına) mane olsun. Həmçinin sizin (düşmənlə) döyüşünüz gərək bir, yaxud iki tərəfdən olsun. (Çünki bir neçə tərəfli döyüşün nəticəsi pərakəndəlik, zəiflik məğlubiyyətdir.) Dağların yüksəklikləri və hamar təpələrin üstündə özünüz üçün gözətçi qoyun ki, düşmən sizə tərəf gəlməsin, istər bada gəlsin» deyib) qorxduğunuz yerdən, istərsə də (həmin istiqamətdən gəlməməsindən) əmin və arxayın olduğunuz yerdən. (Ola bilər ki, gözlənilmədən həmin yerdən gəlsin. Belə olanda gözətçilər uzaqdan düşmənin gəlməsini görüb sizi xəbərdar edərlər siz, onların qarşısını almaq fikrində olarsınız.) Bilin ki, qoşunun qabağında gedənlər onun gözətçiləridir və qoşunun qabağındakıların gözətçiləri (qoşunun qabağında gedən bir neçə nəfər) kəşfiyyatçılardır.1 Bir-birinizdən ayrılmaq və pərakəndəlikdən çəkinin. (Bir yerdə) düşən zaman (oturaq salanda) hamılıqla düşün və (hərəkət edərək) köçəndə hamılıqla köç edin. Gecə sizi bürüyəndə (axşam gəlib çatanda) nizələri (öz ətrafınızda) dairəvi (şəkildə) yerləşdirin (ki, düşmən gecə basqın edəndə müdafiə alətləri əliniz çatan yerdə olsun). Yuxunu dadmayın (rahat yuxuya getməyin), az miqdar və suyu ağızda dolandıraraq çölə tökmək qədər istisna olmaqla! (Mürgü vurun, amma rahatlıqla yatmayın. Çünki düşmən oyaq olar gecə basqın etmək fikrinə düşə bilər.)
12-ci məktub
İmam Əli əleyhis-salamın (səhabə şiələrindən olmuş) Mə’qil ibn Qeys Riyahiyə olan tövsiyələrindəndir. İmam əleyhis-salam (bu məktubu) onu (Mədaindən) üç min nəfərlə, Şam (qoşunu) istiqamətinə öz qoşununun başçısı kimi göndərəndə yazıb ( məktubda qilə düşmənlə döyüş üslubunu öyrədir).

(Mükafat cəzasına) qovuşmaqdan başqa çarən olmayan Allahdan qorx! Sənin Ondan başqa son (gedəcək) yerin yoxdur.1 Ancaq səninlə vuruşanla vuruş. (Çünki səninlə vuruşmayan kimsə ilə vuruşmaq zülmdür təqvalı, pərhizkar şəxs heç kəsə zülm etməz.) Havanın sərin olduğu səhər və axşam vaxtları yol get və (havanın isti olduğu) gündüz çağı (günorta) camaatı (istirahət etmələri dincəlmələri üçün) saxla və yavaş hərəkət etdir. (Tələsmə ki, zəiflər güclülərlə birlikdə gedə bilsinlər.) Gecənin əvvəlində yol getmə. Allah onu köç etmək üçün deyil, dincəlmək, istirahət etmək və rahatlanmaq üçün nəzərdə tutub.2 Odur ki, gecənin əvvəlində bədən və miniyini rahat burax. Gecəni dincəldikdən sonra (dan yeri sökülməmişdən) səhər görünməyə başlayanda və ya dan yeri sökülən zaman Allah tərəfindən yetişəcək xeyir-bərəkətlə yola düş. Düşmənlə üz-üzə gələn zaman öz qoşununun ortasında dayan. Düşmənə, nə vuruşmaq istəyən adam qədər yaxınlaş, nə də onlardan döyüşdən qorxan adam qədər uzaq ol. Mənim əmrim sənə çatana qədər gözlə.3 Kin və düşmənçilik sizi onları (haqq yola) dəvət etməmişdən və hərtərəfli dəlillərlə başa salmamışdan qabaq onlarla savaşa başlamağa vadar etməsin.4
13-cü məktub
İmam Əli əleyhis-salamın qoşun sərkərdələrindən olan iki nəfərə (Ziyad ibn Nəsr Şüreyh ibn Haniyə) göndərdiyi məktublarındandır.1 (Həmin məktubun mətni belədir:)

Malik ibn Haris Əştəri sizə və sizin tabeçiliyinizdə olanlara başçı və əmir təyin etdim. Beləliklə, onun əmrinə qulaq asıb itaət edin və onu (özünüzə) zireh və sipər edin. Çünki o, süstlük (bacarıqsızlıq), büdrəmək (səhvə yol vermək), həmçinin çeviklik və cəldlik ehtiyat və ağıllılığa daha uyğun sayılan yerdə asta tərpənmək, asta hərəkət etmək daha yaxşı olan yerdə isə tələskənlik etmək qorxusu olan adamlardan deyil. (Malik Allahın razılığını əldə etmək üçün çalışaraq heç vaxt süstlüyə yol verməz, bihudə sözlər danışaraq yersiz bir görməz.)


14-cü məktub
İmam Əli əleyhis-salamın Siffeyn müharibəsində düşmənlə (Şam qoşunu ilə) qarşılaşmamışdan qabaq öz qoşununa olan tövsiyələrindəndir (ki, onda onlara qələbə yolunu göstərib onları qadınları incitməkdən çəkindirib).

Onlar (Şam qoşunu) sizinlə döyüşə başlamayınca siz müharibə etməyin (müharibəyə başlamayın). Çünki Allaha şükr olsun ki, sizin dəlil və sübutunuz var.2 Sizin, onlar döyüşə başlamayınca onlarla müharibəyə başlamamağınız da, onlara qarşı olan digər bir sübut və dəlilinizdir.3 Buna görə də əgər (onlar müharibəyə başlayaraq sizi döyüşə vadar etsələr ) Allahın əmr və istəyi ilə (onlar meydandan) qaçmaq və məğlubiyyətlə üzləşsələr, qaçanları öldürməyin, acizləri yaralamayın, yaralını öldürməyin, qadınları hətta sizin şərəfinizi söysələr və başçı və böyüklərinizə nalayiq sözlər desələr belə, (onları) incitməklə təhrik etməyin. Çünki onların güc, can (iradə) və ağılları zəif və süstdür. Bizə (Həzrət Peyğəmbərinsəlləllahu əleyhi alihzamanında) əmr olundu ki, onlardan əl götürək, halbuki onlar müşrik idilər. (Deməli, zahirdə İslamı qəbul etdiklərini bildirsələr, mütləq onlara toxunaraq incitməkdən çəkinmək lazımdır). Cahiliyyətdə kişi bir qadını daş və ya çomaq ilə vursaydı, buna görə onu və övladlarını məzəmmət edərdilər.


15-ci məktub
İmam əleyhis-salam düşmənlə qarşılaşanda və döyüşə hazırlaşan zaman (Allahla münacat razü-niyaz edərək Ondan kömək istəyib belə) deyirmiş:

Allahım, (bizim) qəlblər(imiz) Sənə tərəf yönəlib, boyunlar(ımız Sənə doğru) uzanıb, gözlər(imiz) Sənə dikilib, ayaqlar(ımız) Sənin yoluna qoyulub və bədənlər(imiz Sənin itaətində) zəifləyib.1

Allahım, (Peyğəmbərinin bizim aramızdan getməsi ilə) gizli düşmən üzə çıxdı və kin qazanları qaynadı. Allahım, Peyğəmbərimizin (aramızda) olmaması, düşmənlərin çoxluğu, (nəfsi) istək və düşüncələrimizin pərakəndəliyindən Sənə şikayət edirəm.2 (Qurani-Kərimin Əraf surəsinin 89-cu ayəsində buyurulduğu kimi o, belə demişdi:) «رَبَّنَا افْتَحْ بَيْنَنَا وَبَيْنَ قَوْمِنَا بِالْحَقِّ وَأَنتَ خَيْرُ الْفَاتِحِينَ» «Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. (Bizim aramızda haqq düzlüyü üzə çıxart ki, onlar bizlərdən kimin haqq olmasını başa düşsünlər.) Axı Sən hökm verənlərin ən yaxşısısan (ki, haqqı üzə çıxarırsan)».
16-cı məktub

İmam əleyhis-salam döyüş vaxtı səhabələrinə (düşmənlə vuruşmaq barəsində) buyurub:



Arxasında qayıdış duran qaçış (meydandan qaçmaq), sonrası düşmənə hücüm olan məğlubiyyət sizə ağır gəlməsin.1 Qılıncların haqqlarını əda edin. (Düşmənə cəsurluqla qılınc endirin onların) arxalarını yerə vurun (onları torpaq üstünə sərərək məhv edin). Özünüzü (düşmənin) içinə işləyən nizə atmağa və möhkəm qılınc çalmağa vadar edərək çox çalışın. Səsləri boğun. (İztirab nigarançılığın sizə yaxınlaşmasına yol verməyin sakit qəlblə düşmənə tərəf üz tutun.) Çünki o, qorxu və nigarançılığı daha çox uzaqlaşdırır. Toxumu cücərdən və insanı yaradan Allaha and olsun ki, (Müaviyə, Əmr ibn As, Mərvan digərləri kimi münafiq ikiüzlülər daxilən) İslamı qəbul etməyiblər. Amma (qorxudan) təslim olublar (özlərini müsəlman kimi göstəriblər) və küfrü (qəlblərində olan küfrü) gizlədiblər. Küfrə yardımçı tapan zaman onu üzə çıxartdılar. (Din ilə müxalifət bizimlə döyüş bayrağı ucaltdılar.)
17-ci məktub
İmam Əli əleyhis-salamın Müaviyənin məktubuna cavab olaraq yazdığı məktublardandır.2

Məndən Şam vilayətini istəməyinə gəldikdə (bilməlisən ki): mən dünən sənə verməyərək əsirgədiyim şeyi bu gün verən kimsə deyiləm. (Çünki mənim oranı sənə verməməyimin səbəbi sənin haqqa qarşı çıxmağın dinə laqeydliyindir ki, həmin səbəb indi öz yerində qalmaqdadır.) «Müharibə ərəbi yeyib (öldürərək məhv edib), qalan canları almayaq!» kimi sözlərin barəsində bil və xəbərdar ol ki, haqqın yediyi (haqq yolunda şəhid olan) kimsə cənnətə yollanıb, batil və nahaqqın yediyi kimsə (nəfsi istəkləri yolunda öldürülən) isə cəhənnəm yolunu gedir. (Hər iki halda təəssüflənmək qəmlənmək lazım deyil.) Bizim, müharibədə və (döyüşçü) kişilər baxımından bərabər olmağımız barəsində (dediklərin düz deyil, çünki): Sənin şəkk və tərəddüd (bir neçə günlük dünya ağalığını əldə etmək) üçün olan səy və təlaşın mənim yəqinlik və inam (axirət səadəti xoşbəxtliyi) üçün səyimdən artıq deyil; Şam əhalisinin dünyaya hərisliyi İraq əhalisinin axirət hərisliyindən çox deyil. «Biz Əbdül-Mənaf övladlarıyıq» sözünə gəldikdə, biz də eləyik.1 Amma Üməyyə Haşim kimi, Hərb Əbdülmüttəlib kimi və Əbu-Süfyan Əbu Talib kimi deyil.2 (Burada «mən sənin kimi deyiləm» demək əvəzinə işarə ilə belə buyurdu:) Mühacir (Məkkədən Mədinəyə hicrət edən) əsirlik zəncirindən azad olan kəs kimi deyil.1 Nəsəbi pak olan da (həmin pak nəsəbə) yapışdırılmış kimi deyil.2 Nə danışıq və işləri düz olan, yalançı və pis əməlli kimidir, nə də mömin və dinə sığınan, münafiq və ikiüzlü kimi. Həqiqətən keçib cəhənnəm oduna düşən atasının (yaxud qohumlarının) yolunu davam etdirən övlad nə pis övladdır! (Sən pis övladsan ki, küfr, şirk, yalançılıq ikiüzlülük nəticəsində ilahi əzaba düçar olan keçmişlərinin yolunu davam etdirirsən!)

Bütün bu fəzilət və böyüklüklərdən əlavə nübuvvət və peyğəmbərlik fəziləti və şərəfi də bizim əlimizdədir. (Peyğəmbər biz Bəni-Haşimdən göndərilib.) Biz onun vasitəsi ilə hörmətlini xar, xar olanı isə hörmətli etdik. (Səadət xoşbəxtlik düşmənlərini məhv edərək onu istəyənlərə dünya axirət əzab çətinliklərindən nicat verdik.) Allah ərəbi dəstə-dəstə öz dininə daxil edəndə, bu ümmətdən (bir dəstə) meyl və rəğbətlə, (digər bir dəstə isə) naçarlıqdan təslim oldu. (İslamı çıxılmaz vəziyyətdə qalıb qəbul etdilər.) Siz (dünyaya) məhəbbət və ya (öldürülməkdən) qorxu səbəbindən dinə daxil olan kəslərdən idiniz. (Bu) o vaxt (baş verdi) ki, qabaqda gedənlər (İslama səmimiyyətlə) tabe olduqları üçün qalib gəlmişdilər və ilkin Mühacirlər fəzilət və böyüklüklərinə görə getmişdilər ( özlərinə şirk küfrdən nicat vermişdilər). Bəs (indi ki, sənin vəziyyətin belədir) Şeytanın səndən bəhrələnməsinə və (onun) sənə yol tapmasına imkan vermə. (Şeytana tabe olub dalınca düşərək bu cür çirkin nadürüst sözlər yazma, Allahın Onun Peyğəmbərinin hökmlərinə tabe ol!) Salama layiq kimsəyə salam olsun!1
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin