NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları


Bu da həmin əhdin (Məhəmməd ibn Əbu Bəkri və Misir əhalisini münafiq və ikiüzlülərdən çəkindirmək barəsindəki) bir hissəsidir



Yüklə 15,72 Mb.
səhifə23/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   19   20   21   22   23   24   25   26   ...   85

Bu da həmin əhdin (Məhəmməd ibn Əbu Bəkri və Misir əhalisini münafiq və ikiüzlülərdən çəkindirmək
barəsindəki) bir hissəsidir


(Gərək sizin dil lbiniz bir olsun ikiüzlü olmayasınız, azğınların ardınca düşməyəsiniz.) Çünki qurtuluş (yolunun) başçısı (İmam əleyhis-salam) ilə həlakət (yolunun) başçısı (Müaviyə), Peyğəmbərin dostu ilə düşməni bir deyil.1 Allahın Peyğəmbəri (səlləllahu əleyhi alih) mənə buyurub ki: «Mən ümmətim üçün mömin və müşrikdən qorxmuram. Çünki Allah mömini imanına xatir (başqalarını yoldan azdırmaqdan) saxlayır. (Deməli, ondan müsəlmanlara ziyan dəyməz.) Allah müşriki də şirkinə görə zəlil və xar edir. (Müsəlmanlar da şirkinə görə onun sözlərinə qulaq asmaz dalınca düşməzlər.) Amma mən sizin üçün qəlbən ikiüzlü və dildə alim olan kimsədən (ikiüzlülüyü qəlbində gizlədərək dilinə şəriət hökmlərini gətirənlərdən) qorxuram. O sizin bəyəndiyiniz şeyləri deyir, nalayiq hesab etdiyiniz işləri isə yerinə yetirir.2
28-ci məktub
İmam Əli əleyhis-salamın Müaviyənin məktubuna cavab olaraq yazdığı məktublardandır.1

Tək olan Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: məktubun gəlib mənə çatdı. Onda Allahın Məhəmmədi (səlləllahu əleyhi alih) Öz dini üçün seçməsini və o Həzrəti qüdrət verdiyi səhabələrin yardımı ilə gücləndirməsini xatırladırsan. Deməli, zəmanə bizdən sənin barəndə təəccüblü şey gizlədibmiş ki, sən bizi Allahın bizim yanımızda olan xeyir-bərəkətindən və Peyğəmbərimizə görə bizə verdiyi naz-nemətdən xəbərdar etməyə başlamısan. Sən bu işində «Həcər»ə xurma vuran və yaxud öz müəllimini ox atmaq müsabiqəsinə çağıran şəxsə bənzəyirsən.2 İslamda insanların ən yaxşısının filankəslə filankəsin (Əbu Bəkr ilə Ömərin) olmasını güman edir, sonra elə şeyi (onları) xatırladırsan (tərifləyirsən) ki, əgər (dediklərin) düz olsa, ondan sənə bir pay çatmır, səhv olsa isə sənə bir ziyanı və xəcaləti yoxdur. Sənin (kimin) üstün və (kimin ondan) aşağı, (kimin) başçı və (kimin isə) əlaltı olması ilə nə işin var? Azad edilmişlər (Əbu Süfyan) və oğlanlarının (Müaviyənin) ilkin çağlarda Məkkədən Mədinəyə hicrət edənlər arasında ayrı seçkilik salmaq, onların mərtəbələrini müəyyənləşdirmək və təbəqələrini tanıtdırmaqla nə işi? (Sən ki, «azad edilənlər»dənsən hələ din imanın həqiqətini dərk etməmisən, fəzilətli ilə üstünün məqamı aşağı olanla əlaltının kim olmasını necə bilə bilərsən?) (Bu sözləri danışmaq ləyaqəti səndən) nə qədər də uzaqdır! Yarış oxlarından olmayan ox səs çıxartdı və xilafətə layiq kimsəyə tabe olmaqdan başqa bir şey rəva olmayan kimsə, xilafət və imamət barəsində hökm verməyə başladı.1 Ey insan, axsaq olmağına baxmayaraq, dayanmırsan? Əlinin qısa olduğunu görmürsən? Arxaya, qəzavü-qədərin sənin olmağını istədiyi yerə dönmürsən?! ( üçün ayağını yorğanından çölə çıxarır, xəcalət çəkib xəcalətlə başını aşağı salmırsan?) Məğlub olanın məğlubiyyətinin ziyanı və qalibin qələbəsinin xeyri sənə qalmayıb. Sən azğınlıq çölündə vurnuxursan və ayağını düz yoldan kənara qoymusan. Səni xəbərdar etmək ( özümü öymək) üçün deyil, Allahın (mənə əta etdiyi) nemətlərinə görə deyirəm: görmürsənmi (bilmirsənmi) Mühacir və Ənsarın bir hissəsi Allah yolunda öldürüldü və onların hamısı şərafət və fəzilət sahibi idi. Nəhayət, bizim şəhidimiz (Həmzə ibn Əbdülmüttəlib Ühüd müharibəsində) öldürüldü və (onun barəsində) belə deyildi (Həzrət Peyğəmbər buyurdu): «سيّد الشهداء» «O, Allah yolunda şəhid olanların ağası və böyüyüdür». Allahın Peyğəmbəri (səlləllahu əleyhi alih) onun namazını qılarkən yetmiş dəfə «Allahu əkbər» deməklə (bu fəziləti ancaq ona) məxsus etdi.1 Görmürsənmi (xəbərdar deyilsənmi) ki, Allah yolunda (Həzrət Peyğəmbərin səhabələrindən) bir dəstənin qolları (bədənlərindən) ayrıldı və onların hamısı fəzilət və şərafətə malik idi. Onların başına gələn iş bizlərdən də birinin (fər ibn Əbu Talibin) başına gəldi. (Mu müharibəsində qolları bədənlərindən ayrıldı onun barəsində belə) deyildi (Peyğəmbər onu belə adlandırdı): «الطَّيّارُ فِي الْجَنَّةِ وَ ذُو الْجَناحَينِ» «O, iki qanad sahibidir və Cənnətdə uçur». Əgər Allah insanın özünü tərifləməsini qadağan etməsəydi, danışan (İmam əleyhis-salam) saysız fəzilət və üstünlüklər sayardı ki, möminlərin qəlbləri onlarla tanış olar, eşidənlərin qulaqları inkar etməzdi. Buna görə də «ovun yoldan qaytardığı bir kimsəni özündən uzaqlaşdır».2 Biz Rəbbimizin tərbiyə etdiyi kimsələrik və sonrakı insanlar bizim tərbiyə etdiklərimizdir.3 Qədim şərəf və uzaq keçmişli böyüklük, bizə sənin qohumlarını özümüzə qarışdırmağa mane olmadı. Bir-birinə tay-tuş adamlar kimi (sizdən) qız aldıq, (sizə) qız verdik, halbuki siz həmin səviyyədə deyildiniz. Sizdə belə bir ləyaqət haradan ola bilər, halbuki Peyğəmbər bizdən, (Allahın Peyğəmbərisəlləllahu əleyhi alihilə hamıdan çox düşmənçilik edən Bədr müharibəsində kafir kimi öldürülmüş) təkzib edən (Əbu Cəhl) sizdəndir! Əsədullah («أسَدُ الله» «Allahın şiri») bizdən (məqsəd o Həzrətin özü, ya da əziz əmisi - şəhidlərin ağası Həmzədir) Əsədul-əhlaf («أسَدُ الاَحْلاف» «andlar şiri») isə sizdəndir.1 Cənnət cavanlarının iki başçı və ağası bizdən (Həzrət Peyğəmbərsəlləllahu əleyhi alihbuyurub: «هُما سَيِّدا شَبابِ أَهْلِ الْجَنَّةِ» «Həsənlə Hüseyn Cənnət cavanlarının başçılarıdırlar»), od əhli olan uşaqlar isə sizdəndirlər.2 Bütün aləmlərin qadınlarının ən yaxşısı (Fatimə salamullahi əleyha) bizdən, odun daşıyan qadın isə sizdəndir.3 (Qısası bunlar) bizim xeyrimizə olan çoxsaylı yaxşılıqlar və sizin ziyanınıza olan çoxsaylı pisliklər içərisində (işarə etdiyim azacıq bir hissə idi).

Müsəlmanlığımız deyilənlərdir (bizim İslamda hamıdan qabağa düşməyimiz onda olan xidmətlərimiz hamıya məlumdur)(İslamdan qabaqkı) cahiliyyət dövründəki (şərəf üstünlüyümüz) də inkar edilmir. Allahın kitabı (Qurani-Kərim) barəmizdə pərakəndə və dağınıq olanları bizim üçün bir yerə topladı. (Bizim xilafət imamətə layiq olmağımıza şahiddir.) Bu, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın kəlamıdır (Qurani-Kərimin Ənfal surəsinin 75-ci ayəsində): «وَأُوْلُواْ الْاَرْحَامِ بَعْضُهُمْ أَوْلَى بِبَعْضٍ فِي كِتَابِ اللّهِ» «Qohumlar Allahın kitabında (Onun hökm fərmanında) bir-birinə daha yaxındırlar». (Peyğəmbərin qohumlarının mən mənim övladlarım olmasında heç bir şəkk-şübhə olmadığı üçün qohumluq ancaq ona məxsus olan şəxs o Həzrətin yerində dayanmağa daha layiqdir.) (Həmçinin) Allah-təalanın (Qurani-Kərimin Ali-İmran surəsinin 68-ci ayəsindəki) bu kəlamı: «إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَـذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُواْ وَاللّهُ وَلِيُّ الْمُؤْمِنِينَ» «Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Məhəmmd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!» Deməli, biz bir dəfə (Həzrət Peyğəmbərlə) qohumluq və yaxınlığımıza görə (imamət xilafətə başqalarından) daha layiqik, bir dəfə isə (o Həzrətə) tabe olaraq ardınca getdiyimizə görə.1 Mühacirlər (66- kəlamın şərhində toxunularaq izah edilən) Səqifə günündə Ənsara Peyğəmbərlə–səlləllahu əleyhi və alih–qohum olmalarını (xəlifəlik üçün) dəlil və sübut kimi gətirdilər və onlara qalib gəldilər. Buna görə də əgər qələbə çalmaq (xilafəti ələ almaq) Allahın Peyğəmbəri–səlləllahu əleyhi və alih–ilə qohumluğa görə gerçəkləşirsə (imamət bu yolla sübut olunursa), haqq (xilafət haqqı) bizə məxsusdur, sizə yox! (Çünki biz o Həzrətə daha yaxınıq.) Amma əgər qələbə, qohumluqdan ayrı bir şeylə gerçəkləşirsə (qohumluq dəlil sübut deyilsə), onda Ənsar öz iddiasında qalmaqdadır.2

Belə güman edirsən ki, mən xəlifələrin hamısına (Əbu Bəkrə, Ömərə, Osmana) həsəd aparmış və onlara zülm etmişəm. Əgər sənin bu gümanın düz olsa, sənə qarşı cinayət törədilməyib ki, səndən üzr istənilsin?! (Çünki onun sənə heç bir dəxli yoxdur, şair Əbi Zuvəyb demişkən: «وَ عَيَّرَ الْواشُونَ إِنِّي أُحِبُّها» Ağzıgöyçəklər məşuqəmi, mən onu sevdiyimə görə qınayır, məzəmmət edirlər.) «وَ تِلْكَ شَكاةٌ ظاهِرٌ عَنْكَ عارُها» «Bu, ar və xəcaləti səndən uzaq olan günahdır (ey məşuqə)



Deyibsən ki: məni (xəlifələrə beyət etmək üçün) burnuna çubuq soxulub çəkilən dəvə kimi çəkib apardılar ki, bey’ət edim. Allaha and olsun ki, məni pisləmək istəməyinə baxmayaraq, tərifləmisən; məni rüsvay etmək istəmisən, amma özün rüsvay olmusan.1 Müsəlmanın dinində şəkk və yəqin, inamında isə tərəddüd olmasa, onun zülm və sitəmə məruz qalması ona nöqsan və eyb deyil. (Xilafətimin sübutu üçün işarə etdiyim) bu dəlillərin bəyan edilməsindən məqsədim səndən başqalarıdır (icmanın gerçəkləşməsini iddia edən xəlifələrdir). Mən həmin dəlil və sübutların ancaq yeri gələn qədərini bəyan etdim (ki, sən öz azğınlığını başa düşəsən).

Sonra mənimlə Osman arasında baş verənləri xatırladırsan (məni ona kömək etmədiyim üçün zalım adlandırırsan). (Amma) onunla (yaxın) qohum olduğun üçün bu barədə sən cavab verməlisən.2 Buna görə də (de görüm,) mənimlə səndən hansı birimiz onunla daha çox düşmənçilik etdik və onun öldürülməsində bələdçi olduq? Ona kömək etmək istəyən, onun isə qoymayaraq özünü saxlamasını xahiş etdiyi kəs, yoxsa onun kömək istəməsinə baxmayaraq, köməyini əsirgəyən və ölümü (öldürülmək amillərini) ona tərəf istiqamətləndirən ki, nəhayət, qəzavü-qədəri (Allahın onun barəsindəki təqdiri) ona üz tutdu ( o öldürüldü)?!1 Allaha and olsun ki, belə deyil! (Sən münafiq ikiüzlüsən. Çünki sən ona zülm etdin, indi isə özünü ürəyiyanan kimi göstərirsən. Allah Qurani-Kərimin Əhzab surəsinin 18-ci ayəsində sənin kimilər barəsində belə buyurur: «قَدْ يَعْلَمُ اللَّهُ الْمُعَوِّقِينَ مِنكُمْ وَالْقَائِلِينَ لِإِخْوَانِهِمْ هَلُمَّ إِلَيْنَا وَلَا يَأْتُونَ الْبَأْسَ إِلَّا قَلِيلًا») «Allah içərinizdən (müsəlmanların müharibəyə getmələrinə) mane olanları (münafiq ikiüzlüləri) və qardaşlarına «bizə tərəf gəlin!» deyənləri tanıyır. Onlar ancaq az bir zaman (o da nifaq özlərini göstərmək üçün) müharibəyə gəlirlər».

(Mən bu sözlərimlə) Osmana ondan baş verən bid’ətlər üçün nöqsan tutmağımdan üzr diləmək istəmirəm. Əgər mənim ona yol göstərməyim (sənin gümanına görə) günahdırsa, onsuz da: «رُبَّ مَلُومٍ لا ذَنْبَ لَهُ» «günahsız yerə məzəmmət olunan çoxdur».2 «وَ قَدْ يَسْتَفِيدُ الظِّنَّةَ المُتَنَصِّحُ» «bəzən çox öyüd verən kəs (öyüd nəsihətinin müqabilində) töhmət və pis gümanlar qazanır». (Bu misra öyüd-nəsihət verməyə çalışan, axırda isə pis məqsədlər güdməkdə günahlandırılan şəxs barəsində məsəldir. Qurani-Kərim Hud surəsinin 88-ci ayəsində Həzrət Şüeybin öz qövmünə dediyi sözləri belə bəyan edir: «إِنْ أُرِيدُ إِلاَّ الْإِصْلاَحَ مَا اسْتَطَعْتُ وَمَا تَوْفِيقِي إِلاَّ بِاللّهِ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ») «Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim (işləri islah etməkdəki) müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!»

(Məni müharibə ilə qorxudur ) deyirsən ki, sənin yanında mən və mənim səhabə və havadarlarım üçün qılıncdan başqa bir şey yoxdur! Ağladandan sonra güldürdün (bizi)! (Bu sözləri səndən eşidən kəs sənin İslam dinini ələ almağına ağlayandan sonra gülər. Sənin bu çərən-pərən sözlərin məni təəccübləndirərək güldürdü. Axı) sən Əbdülmüttəlib övladlarının düşmənlərdən çəkinərək üz çevirdiklərini və qılıncdan qorxduqlarını harada görmüsən? «لَبِّثْ قَلِيلاً يَلْحَقُ الْهَيْجا حَمَلْ» «Bir az ayaq saxla ki, Həməl (ibn Bədrbu, Quşəyr ibn b ibn Rəbiə qəbiləsindən olan bir şəxsin adıdır) gəlib çatsın» («لا بأْسَ بِالْمَوْتِ إِذا الْموْتُ نَزَلَ» «Ölüm insana üz tutanda ondan heç bir qorxu yoxdur»).1 Tezliklə, axtardığın ( barəsində çərənçilik, boşboğazlıq etdiyin) şəxs səni axtarar və uzaq sandığın şey sənə yaxınlaşar. Mən Mühacirlər, Ənsar və gözəl şəkildə onlara davamçı olan çox böyük qoşunla sənə tərəf tələsirəm. Onların sayı çox, toz-dumanları isə dağınıqdır. Ölüm köynəyi geyiniblər. Onlar üçün ən yaxşı görüş özlərinin Rəbbi ilə görüşdür. Bədr müharibəsi iştirakçılarının övladları və Bəni-Haşimin qılıncları da onlarladır. Sən özün qardaşın (Hənzələ ibn Əbu Süfyan), dayın (Vəlid ibn Ütbə) baban (Ütbə ibn Rəbiəo, Müaviyənin anası Hindin atasıdır adı çəkilənlərin hər üçü Bədr müharibəsində öldürülüblər) və qohumlarına qarşı işlədilmiş həmin qılıncların itiliyini yaxşı bilirsən. (Qurani-Kərimin Hud surəsinin 83- ayəsində Lutun qövmü barəsində belə buyurulur: «وَمَا هِيَ مِنَ الظَّالِمِينَ بِبَعِيدٍ») «O əzab sənin ümmətin içərisində olan zalimlərdən də uzaq deyildir!» (Gərək zalımlar bu cür əzab çətinliklərə düçar olsunlar.)
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin