NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə40/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   36   37   38   39   40   41   42   43   ...   85

31

İmam Əli əleyhis-salam (səbəbin nəticədən üstün olması barəsində) buyurmuşdur:

Yaxşı işin sahibi yaxşılıqdan daha yaxşıdır və pis işin sahibi pislikdən daha pisdir. (Çünki onu görəndən asılıdır. Buna görə onu görən işin özündən üstündür.)
32

İmam Əli əleyhis-salam (ifrata varmaq təfritə düçar olmaqdan çəkindirərək) buyurmuşdur:

Bəxşiş edən ol, amma israf və yersiz həddə yox (ki, ifrat həddi aşmaq olsun)! Mötə’dil ol və xəsis olma (ki, o, təfrit- hədd əndəzədən aşağı haldır).
33

İmam Əli əleyhis-salam (arzulara ürək bağlamamaq barəsində) buyurmuşdur:

Varlılıq və zənginliyin ən üstünü arzuları qəlbə buraxmamaqdır. (Çünki arzu insanı möhtac edir.)
34

İmam Əli əleyhis-salam (başqasını incitməyin ziyanı barəsində) buyurmuşdur:

Kim xalqın inciməsinə səbəb olan şeyə tələssə (düşünmədən danışsa ya onların meyl istəyinə zidd bir görsə) onun barəsində bilmədikləri şeyi danışarlar. (Çünki insan birindən inciyəndə təbii olaraq onun barəsində eşitdiyini ya yalan deməkdən çəkinmir.)

35

İmam Əli əleyhis-salam (uzun arzuların ziyanı barəsində) buyurmuşdur:

Arzusunu uzadan kəs əməlini pisləşdirib. (Çünki uzun arzu, axirətdən qafil olmağa əbədi həyat səadətindən məhrumluğa səbəb olur. Amma miqdarında olan arzu ümidvarlıq bəyəniləndir.)
36

İmam Əli əleyhis-salam Şama gedəndə (İraq şəhərlərindən olan) Ənbar şəhərinin kəndxuda və böyükləri onunla rastlaşdılar və o Həzrətə təzim və ehtiram məqsədi ilə atlarından düşüb miniyinin qabağında qaçmağa başladılar. Bu zaman o Həzrət buyurdu: Bu nə iş idi ki, siz gördünüz? Dedilər: Bu bizim adətimizdir və öz əmir və hakimlərimizə belə ehtiram göstəririk. Sonra o Həzrət (Allahdan başqası üçün əyilməyin məzəmmətində) buyurdu:

Allaha and olsun ki, sizin hökmdarlarınız bu işdən heç bir xeyir görmürlər. Siz isə bu işinizlə özünüzü dünyada əziyyətə, axirətdə isə bədbəxtliyə düçar edirsiniz. (Çünki Allahdan başqasının müqabilində əyilmək günahdır əzaba səbəb olur.) Arxasınca cəza olan əziyyət (Allahdan başqası üçün əyilmək) necə də çox ziyanlıdır! Kənarında oddan (cəhənnəmdən) xatircəmlik olan rahatlıq (məxluqa xoş gəlmək üçün əziyyət çəkməmək) nə qədər çox xeyirlidir!
37

İmam Əli əleyhis-salam oğlu (imam) Həsən əleyhis-salama (öyüd verərkən) buyurmuşdur:



Oğulcanım, məndən dörd və dörd şeyi yadında saxla ki, onlarla gördüyün heç bir iş sənə zərər gətirməz.1 (Şəxsin özünə aid olan dörd şeydən birincisi belədir:) Var-dövlətin ən üstünü ağıldır (ki, şəxs onun vasitəsi ilə dünya axirət səadət xoşbəxtliyini əldə edir). (İkincisi:) Ən böyük yoxsulluq ağılsızlıqdır (ki, iki dünyada da bədbəxtliyə səbəb olur). (Üçüncü:) Ən böyük qorxu xudpəsəndlikdir (ki, belə olan şəxs heç kəslə ünsiyyətdə olmur bu səbəbdən hamı onunla düşmən olur o, həmişə qorxu içində olur). (Dördüncü:) Ən üstün böyüklük xoşxasiyyətlilikdir. (Çünki xoşxasiyyət olan kəs hamının yanında yüksək məqama malik olur.)

Oğulcanım, (başqaları ilə davranış barəsində olan dörd şeydən birincisi budur:) axmaqla dostluq etməkdən çəkin. Çünki o, sənə xeyir vermək istəyər, amma ziyan vurar. (Çünki axmaq xeyirlə ziyanın yerlərini bir-birindən ayıra bilmir.) (İkincisi:) Xəsis adamla dostluq etməkdən çəkin. Çünki o, (xəsislik simicliyinə görə) çox ehtiyacın olan şeyi səndən əsirgəyər. (Üçüncüsü:) Pis əməl sahibi ilə dostluq etməkdən çəkin ki, o, səni lap az şeyə satar. (Çünki öz səadətini az şeyə görə əldən vermiş kəs səni, əlbəttə ki, daha az qiymətə satacaqdır.) (Dördüncüsü:) Çox yalan danışan adamla dost olmaqdan çəkin ki, o, uzağı yaxın və yaxını uzaq edən ilğım (hamar yerdə su kimi nəzərə çarpan suya bənzər görüntü) kimidir (öz nadürüst məqsədlərini həyata keçirmək üçün çətin işi asanlaşdırar, asan işi isə çətinləşdirər).
38

İmam Əli əleyhis-salam (vacibi əməllərə əhəmiyyət vermək barəsində) buyurmuşdur:

Müstəhəbbi əməllər vacibata zərər yetirəndə onların vasitəsi ilə Allahın rəhmətinə yaxınlaşmaq rəva deyil.2
39

İmam Əli əleyhis-salam (axmağın məzəmmətində) buyurmuşdur:

Ağıllı adamın dili qəlbinin arxasındadır. (Ağıllı adam əvvəl deyəcəyi şeyin yaxşı pis cəhətlərini öz ağlı ilə ölçür sonra deyir.) Axmağın isə qəlbi dilinin arxasındadır. (Ağılsız adam başa düşmədən istədiyini deyir onun düz ya səhv, xeyirli ya ziyanlı olması barəsində sonra fikirləşir. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bu kəlam gözəl və ürəyəyatan mənalardandır. Məqsəd budur ki, ağıllı adam düşüncəsi ilə məsləhətləşmə aparıb onun müsbət rəyini almadan dilini buraxmır (söz danışmır). Ağılsızın dilinin çölə ötürdükləri və düşünülməmiş danışıqları isə, işin aqibəti barəsində fikrə və dərin düşüncəyə müraciət etməyi ötür. Buna görə də sanki ağıllı adamın dili qəlbinə, ağılsız adamın isə qəlbi dilinə tabedir. Bu məna o Həzrət əleyhis-salamdan başqa sözlə də nəql edilib və həmin kəlam belədir: «Axmağın qəlbi ağzında, ağıllı adamın dili qəlbindədir.» Hər iki kəlamın mənası eynidir.



40

İmam Əli əleyhis-salam səhabələrindən biri xəstə olan zaman (xəstəliyin günahların bağışlanmasına səbəb olması barəsində) ona buyurmuşdur:

Allah sənin xəstəliyini, günahlarının silinməsi (üçün səbəb) edib. Buna görə də xəstəlik üçün savab yoxdur. Amma (insanı üzgün zəif etdiyi o, belə bir vəziyyətdə tövbə edib Rəbbinə doğru döndüyü, günah itaətsizliyindən peşman olaraq onları tərk etmək qərarına gəldiyi üçün) günahları aradan aparır və onları yarpaqların (ağacdan) tökülməsi kimi tökür. Savab və mükafat dillə danışmaqda və əl və ayaqla olan əməllərdədir. (Xəstəlik danışmaqdır əməl.) Nöqsan sifətlərdən pak və uzaq olan Allah, bəndələrindən istədiyini niyyətinin paklığı və batininin saflığına görə cənnətə daxil edir.1 (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Deyirəm: İmam əleyhis-salam xəstəlik üçün savab olmamasını düz buyurub. Çünki xəstəlik əvəzi olan şeylər qismindədir. Ona görə ki, əvəz Allah-təalanın bəndələrə verdiyi dərd, xəstəlik və bu kimi şeylər müqabilindədir. Savab isə bəndənin iş və əməli müqabilindədir. Deməli, əvəzlə savab arasında fərq var və İmam əleyhis-salam dərin elm və dolğun nəzəri ilə onu açıqlayıb.


41

İmam Əli əleyhis-salam Xəbbab ibn Ərətt2 barəsində buyurmuşdur:

Allah Xəbbab ibn Ərətti bağışlasın ki, o, İslamı (ikrah məcburiyyətlə deyil) rəğbətlə qəbul etmişdi və itaətkarlıq üçün vətənindən hicrət etdi ( Həzrət Peyğəmbərin - səlləllahu əleyhi alih - yanına gəldi). (Dünya malından) keçinəcək miqdara qane oldu. Allahdan (Onun verdiyi rahatlıq, çətinlik, xəstəlik sağlamlıqdan) razı və məmnun idi. Mücahid yaşadı (bütün həyatı boyu Allah yolunda cihad etdi). (Sonra onu tərifləyərək buyurur:) Xoş o adamın halına ki, məad və dönüş yerini yadına salır, (həmin gündə olacaq) hesab və sorğu üçün iş görür, gündəlik keçinəcəyi miqdar ruziyə qane olur və Allahdan (Onun verdiyindən) razı və məmnundur.

42

İmam Əli əleyhis-salam (mömin münafiq barəsində) buyurmuşdur:

Əgər bu qılıncımla möminin burnunu kökündən vursam ki, mənimlə düşmən olsun, düşmənçilik etməyəcək. Həmçinin əgər bütün dünyanı (dünya malının hamısını) münafiqin başına töksəm ki, məni (həqiqətən) sevsin, sevməyəcək. Bu ona görə belədir ki, (ilahi hökm bu cür) verilib və təhsil görməmiş Peyğəmbərin (səlləllahu əleyhi alih) dilində belə cari olub ki: «Ya Əli! Mömin səninlə düşmən olmaz və münafiq səni sevməz.»
43

İmam Əli əleyhis-salam (özündən razılığın məzəmmətində) buyurmuşdur:

Allah yanında, səni qəmləndirən pis iş (məsələn yalan danışıb sonra ondan peşman olmağın) səni məğrurluq və öyünməyə vadar edən yaxşılığından (məsələn namaz qılmaq ya oruc tutmaqdan) daha yaxşıdır. (Çünki peşmançılıq günahı aradan aparır. Amma yaxşı görüb məğrur olmaq həmin yaxşılığı məhv edən günahdır.)


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin