NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə52/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   48   49   50   51   52   53   54   55   ...   85

223

İmam Əli əleyhis-salam Allah-təalanın (Nəhl surəsinin 90- ayəsindəki) «إِنَّ اللّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْاِحْسَانِ» «Allah ədalətli olmağı və yaxşılıq etməyi əmr edir» kəlamı (ayədəki ədalət yaxşılığın mənası) barəsində buyurmuşdur:

Ədalət və insaf zülm etməməkdir. Yaxşılıq etmək isə comərdlik və bəxşişdir. (Bu kəlam, həmin kəlmələrin daha aydın ibarələrlə hərfi tərifidir.)
224

İmam Əli əleyhis-salam (başqalarına əl tutmağın xeyri barəsində) buyurmuşdur:

Qısa əl ilə (öz mal sərvətindən hətta az olsa da Allah yolunda) bağışlayan kəs (Allah tərəfindən) uzun əl ilə bəxşiş tapar. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bu kəlamın mənası budur ki, Allah-təala öz mal və sərvətindən hətta az olsa belə, xeyir yollarda xərcləyən şəxsin mükafat və əvəzini böyük və çox edir.1 Burada iki əldən məqsəd iki nemətdir (biri bəndənin verdiyi, digəri isə Allahın bağışladığı nemət). Beləliklə, İmam əleyhis-salam bəndənin neməti ilə Allahın nemətini «qısa» və «uzun»luqla bir-birindən ayırıb; bəndənin nemətini qısa, Allahın nemətini isə uzun adlandırıb. Çünki Allahın nemətləri həmişə məxluqun nemətlərindən daha çox və artıqdır. Ona görə ki, Allahın nemətləri bütün nemətlərin özəl və təməlidir və hər bir nemət onlara qayıdır, onlardan yaranır və meydana çıxır.


225

İmam Əli əleyhis-salam oğlu İmam Həsən əleyhis-salama (düşmənlə vuruşmaq barəsində) buyurmuşdur:

Gərək (heç kəsi) mübarizəyə (sıradan qabağa çıxmağa) çağırmayasan. Amma səni ona çağırsalar (müdafiə məqsədi ilə) qəbul et və qarşıya çıx. Çünki çağıran zülmkardır. (Çünki o, həddini aşaraq inadkarlıq göstərib, ədalət düzlükdən əl götürüb bu zülmkarlıq düşmənçilikdir.) Zülmkar isə torpağa sərilmişdir.1

226

İmam Əli əleyhis-salam (qadının bəzi gözəl xasiyyətləri barəsində) buyurmuşdur:

Qadınların ən yaxşı xasiyyətləri kişilərin ən pis xasiyyətləridir: təkəbbürlülük, qorxaqlıq və xəsislik. Beləliklə, əgər qadın təkəbbürlü olsa (ərindən başqa heç kəsə) baş əyməz; xəsis və simic olsa özünün və ərinin malını qoruyar; əgər qorxaq olsa qarşısına çıxan ( adının pisliyi ərinin qəzəbinə səbəb olan) hər bir şeydən qorxar ( ondan uzaqlaşar).

227

İmam Əli əleyhis-salama dedilər ki, ağıllı adamı bizə vəsf et. O Həzrət (ağıllı adamın nişanəsi barəsində belə) buyurdu:

Ağıllı, hər bir şeyi öz yerinə qoyan kəsdir. (Münasib olan sözü deyir layiq olan işi yerinə yetirir.) Dedilər ki, nadanı da bizim üçün vəsf et. Buyurdu: Anlatdım. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Yəni, nadan heç bir şeyi öz yerinə qoymayan kəsdir. Deməli, (İmam əleyhis-salamın) onun sifətini bəyan etməməsi onun üçün sifətdir. Çünki onun sifəti ağıllının sifətlərinin əksidir.



228

İmam Əli əleyhis-salam (dünyanın məzəmmətində) buyurmuşdur:

Allaha and olsun ki, sizin bu dünyanız mənim gözümdə cüzam xəstəliyinə tutulmuş şəxsin əlində olan ətsiz donuz sümüyündən də aşağı və dəyərsizdir.1

229

İmam Əli əleyhis-salam (ibadətin növləri barəsində) buyurmuşdur:

Bir dəstə adam Allaha (savab mükafata) rəğbət üçün ibadət edir. Bu, (alverin xeyir-ziyanını nəzərdə saxlayan) tacirlərin ibadətidir. Bir dəstə isə Allaha qorxudan ibadət edir. Bu da qul və kölələrin ibadətidir (ki, onlar ağalarının göstərişlərini qorxudan yerinə yetirirlər). Digər bir dəstə isə Allaha şükr etmək üçün ibadət edir və bu, azad insanların ibadətidir (ki, onlar agahlıq niyyət paklığı ilə Allaha ibadət edirlər Onu ibadət bəndəlik etməyə layiq bilməkdən başqa, digər bir məqsədləri yoxdur).

230

İmam Əli əleyhis-salam (qadının məzəmmətində) buyurmuşdur:

Qadının hər şeyi (bütün hal sifətləri) pisdir və onda olan ən pis şey isə budur ki, ondan (kişi üçün onunla olmaqdan) başqa bir çarə yoxdur.2

231

İmam Əli əleyhis-salam (süstlüyün söz gəzdirməyin ziyanı barəsində) buyurmuşdur:

Kim (işlərdə) süstlük etsə, payları əldən çıxarar. Kim söz gəzdirənin (ara vuranın) sözünə qulaq assa, dostu (öz dostunu) itirər.

232

İmam Əli əleyhis-salam (qəsbi mal zülm ilə əldə edilən var-dövlətin ziyanı barəsində) buyurmuşdur:



(Kimə məxsus olmasından asılı olmayaraq hər hansı bir) evdə olan qəsbi daş həmin evin viran olmasına girovdur. (Girov borcun ödənilməsini zəruriləşdirdiyi kimi, qəsbi daş da həmin tikilinin xarab viran olmasını zəruriləşdirir. Seyyid Rəzi-rəhiməhullah-deyir:)

Bu kəlam Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi alih) () nəql edilib. Bu iki kəlamın bir-birinə bənzəməsi təəccüblü deyil. Çünki bu iki su bir quyudan çəkilib və bir vedrədən tökülüb. (Peyğəmbərin - səlləllahu əleyhi alihbuyurduqları Allah tərəfindəndir İmam əleyhis-salam da o Həzrətin buyurduğunu bəyan edir.)



233

İmam Əli əleyhis-salam (zülmün ziyanı barəsində) buyurmuşdur:

Məzlumun zalım üzərindəki günü (qiyamət gününün intiqamı) zalımın məzlum üzərindəki günündən (dünyada ağalıq etdiyi gündən) daha ağır və çətindir.1

234

İmam Əli əleyhis-salam (pərhizkarlıq barəsində) buyurmuşdur:

Allahdan müəyyən şəkildə qorx, hətta az olsa belə! (İşini Allahla birdəfəlik sona çatdırma ki, həmişəlik çətinliyə düçar olmaq həddinə çatsın.) Özünlə Allah arasında pərdə saxla, hətta nazik olsa belə! (Allahın əmr göstərişlərinə riayət edərək aradakı pərdəni tamamilə götürmə barışığa yer saxla ki, peşman olanda qayıtmağa yolun olsun.)

235

İmam Əli əleyhis-salam (bir suala bir neçə cavab verməyin ziyanı barəsində) buyurmuşdur:



(Bir suala verilən) cavab çox olan zaman düzlük (cavabın düzlüyü) gizli qalar (sual soruşan şəkk tərəddüdə düçar olar sualının cavabının hansı olduğunu bilməz).

236

İmam Əli əleyhis-salam (şükr etməyin xeyri barəsində) buyurmuşdur:

Həqiqətən Allah-təalanın hər bir nemətdə şükr haqqı vardır. Buna görə də hər kim onu yerinə yetirsə, Allah ona həmin nemətdən daha çox verər. Kim o haqqı yerinə yetirməkdə səhlənkarlıq etsə, Allah həmin neməti məhv olmaq və əldən çıxmaq təhlükəsinə atar.1

237

İmam Əli əleyhis-salam (imkan barəsində) buyurmuşdur:

İmkan və qüdrət (bir şeyi əldə etmək imkanı) çoxalan zaman (həmin şeyə olan) istək və meyl azalar.1

238

İmam Əli əleyhis-salam (şükr etməyə həvəsləndirərək) buyurmuşdur:



(Naşükrlük nankorluq nəticəsində) nemətlərin uzaqlaşmasından qorxun ki, hər qaçan geri dönmür. (Buna görə gərək elə görülsün ki, qayıtması qeyri-mümkün olan qaçan, heç qaçmasın.)

239

İmam Əli əleyhis-salam (comərd barəsində) buyurmuşdur:

Comərd (dost), qohumdan da mehribandır. (Çünki onun mehribançılığı təbiidir. Qohumun mehribançılığı isə bəzən süni rəsmiyyət xarakterlidir.)

240

İmam Əli əleyhis-salam (yaxşı işə təşviq edərək) buyurmuşdur:

Sənin barəndə yaxşı gümanda olanın zənnini doğrult. (Səndən gözlədiyi yaxşılığı yerinə yetir. Çünki əgər onun zənnini puça çıxarsan başqaları sənin barəndə yaxşı gümanda olmayacaqlar bu, çox pisdir.)

241

İmam Əli əleyhis-salam (çətin ağır işlər barəsində) buyurmuşdur:

Əməl və işlərin ən yaxşısı öz nəfsini onun yerinə yetirilməsinə məcbur etdiyin işdir.1


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin