NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə57/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   53   54   55   56   57   58   59   60   ...   85

İmam Əli əleyhis-salam (əməl ilə birgə olan elm barəsində) buyurmuşdur:


Elm əmələ bağlıdır. Buna görə də kim bildisə əməl etdi (əks halda, yəni, əgər zahirdə bilən kimi görünüb əməl etmirsə, deməli, əslində bilmir). Elm əməli çağırır (özünə tərəf dəvət edir). Əgər onu (onun dəvət çağırışını) qəbul etsə həmin elmdən xeyir görülür. Əks halda isə elm əməldən uzaqlaşır (həmin elmdən xeyir görülmür, necə ki, nadanlıqdan xeyir əldə edilmir. Deməli, bu elm xeyir verməməkdə nadanlıqla bərabərdir).
359

İmam Əli əleyhis-salam (dünyadan uzaq olmaq barəsində) buyurmuşdur:



Ey insanlar! Dünya malı məhvedici vəba gətirən doğranmış quru otdur. Buna görə də köçmək və qalmamaq onda qərar tapmaqdan daha xeyirli olan otlaqdan uzaq olun. (Çünki onda qalmaq ona ürək bağlamaq bədbəxtliyə səbəb olur.) Onun az (bu yolu sona çatdıracaq) ruzi və xörəyi, onun sərvətindən daha pakdır. (Çünki onun dünyada zəhməti, axirətdə isə hesabatı daha azdır.) Onda (hərislik tamahkarlıq ucbatından) çoxlu sərvət toplayanın (axirətdə) kasıb və yoxsul olması hökm edilib. (Çünki o, dünyada giriftar olub azuqə götürə bilməyib.) Həmçinin ondan (qənaət etmək qane olmaqla) ehtiyacsız olan (sərvət toplamayan) kəsin (qiyamət günündə) rahat olmasına kömək edilib. Dünya, onun zinət və bəzəyinin heyrətləndirdiyi kəsin iki gözünü də anadangəlmə kor edib. (Sanki onda görmə əsər-əlaməti yoxdur.) Onunla dostluğu öz peşəsi edən kəs, fikir və zehnini kədərlərlə doldurar və həmin kədərlər onun qəlbində iztiraba səbəb olar. Bir iradə və istək onu (dünya malı əldə etmək üçün) məşğul və giriftar edər, digər bir iradə və istək isə onu qəmləndirər. O, nəfəs yolu (boğazı) tutulana (ölənə) kimi həmişə qəm-qüssə və düşgünlüklərin çəkişməsindədir. Beləliklə, qəlbinin iki damarı qırılmış (həlak olmuş) halda onu səhraya atarlar (qəbristanlıqda torpağa tapşırarlar). Allaha onun məhv olması, qardaş və dostlarına isə onu (qəbrə) atmaq yüngül və asandır. Mömin dünyaya ibrət gözü ilə baxır, naçarlıqdan məcbur olub qarnının ehtiyacı miqdarında qida və ruzi əldə edir və (dünya barəsindəki söhbəti) qəzəb və nifrətlə dinləyir. (İnsanın dünyadakı vəziyyəti isə belədir:) Əgər «filankəs varlı və imkanlı oldu» deyilsə (bir müddətdən sonra) «kasıb və yoxsul oldu» deyilər; əgər varlığına sevinsələr (digər bir gün) yoxluğuna kədərlənərlər. Budur insanın dünyadakı vəziyyəti və hələ (dünyapərəstlərin əzabın ağırlığı çətinlik giriftarlığın əbədiliyi səbəbindən Allahın rəhmi asudəlikdən) naümid olacaqları gün (qiyamət) gəlməyib.
360

İmam Əli əleyhis-salam (Allahın savab cəzası barəsində) buyurmuşdur:



Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin