NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə64/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   60   61   62   63   64   65   66   67   ...   85

462

İmam Əli əleyhis-salamdan tovhid və ədalət (onların mənaları) barəsində soruşdular. O Həzrət buyurdu:

Tovhid və Allahı tək bilmək Onu fikir və xəyala gətirməməyindir. (Çünki zehn xəyala gələn şey sənin kimi məxluqdur.) Ədalət Onu (Ona layiq olmayan şeylərdə) ittiham etməməyindir. (Çünki nalayiq görməyin səbəbi ya nadanlıq cəhalətdir, ya da ehtiyac naçarlıq ki, Allah bunların hər ikisindən uzaq pakdır.)

463

İmam Əli əleyhis-salam (yersiz susmağın yersiz danışmağın məzəmmətində) buyurmuşdur:

Cəhalət və nadanlıqla danışmaqda xeyir olmadığı kimi hikmət və elmlə (danışmaq lazım olan zaman) susmaqda da xeyir yoxdur.
464

İmam Əli əleyhis-salam (Allahdan) yağış yağmasını istədiyi duada belə buyurmuşdur:

Allahım, bizə itaətsiz bərk buludlarla (yük çəkməyən itaətsiz dəvələr kimi olan yağışsız buludlarla) deyil, itaətkar ram buludlarla (ram olub yük çəkən dəvələr kimi olan yağışlı buludlarla) su ver. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)

Bu kəlam fəsahət və dolğunluğu heyrətləndirici olan kəlamlardandır. Belə ki, İmam əleyhis-salam gurultulu və vahiməli səsli, eləcə də parıltılı, işıqlı, küləkli ildırımlı və alovlu buludları (belində olan palan yükləri yerə atmaq üçün) yüklə birlikdə sıçrayan və minənləri (yerə yıxmaq üçün) silkələyən itaətsiz dəvələrə, bu qorxulu şeylərə malik olmayan buludları isə südləri sağılanda itaətkarlıq edən və belinə minəndə xoş davranan ram dəvələrə oxşadıb.



465

İmam Əli əleyhis-salama dedilər ki: Ey Əmirəl-möminin, əgər (saqqalının) ağ tüklərini dəyişdirsəydin (onları rəngləsəydin) yaxşı olardı. Həzrət (rəng barəsində belə) buyurdu:

Rəng zinət və gözəllikdir. (Amma) biz əzada və qəm-qüssədə olan bir tayfayıq. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Həzrətin biz əzada qəm-qüssədə olan bir tayfayıq» deməkdən) məqsədi Allahın Peyğəmbərinin (səlləllahu əleyhi alih) vəfatıdır. (Rəng barəsində on yeddinci kəlamın şərhində danışılıb.)



466

İmam Əli əleyhis-salam (iffətliliyin mədhində) buyurmuşdur:

Allah yolunda şəhid olmuş mücahidin savabı (haram nalayiq işlər görmək) qüdrət və imkanı olan, amma iffət-ismət göstərən kəsdən çox deyil. (Haram nalayiq işlərdən çəkinən) iffətli şəxsin mələklərdən biri olması daha yaxındır. (Bu kəlam «Nəhcül-Bəlağə»nin nüsxələrinin çoxunda yoxdur. Biz onu İbn Əbil Hədidin nüsxəsindən nəql etdik.)
467

İmam Əli əleyhis-salam (qənaətin faydası barəsində) buyurmuşdur:

Qənaət tükənməz sərvətdir. (Çünki qənaət əldə olana qane olmaq ehtiyacı uzaqlaşdırır. Seyyid Rəzi-rəhiməhullah-deyir:)

Bu kəlam Peyğəmbərdən (səlləllahu əleyhi alih) () nəql edilmişdir.


468

İmam Əli əleyhis-salam Ziyad ibn Əbihi Abdullah ibn Abbasın yerinə Fars vilayəti və onun ətraf bölgələrinə vali təyin edən zaman aralarında olan uzun bir söhbətdə onu (rəiyyətdən) vergiləri qabaqcadan almaqdan çəkindirərək buyurmuşdur:



(Rəiyyətlə) ədalətli və insaflı ol və yolu azmaqdan və zülmdən qorx. Çünki yolu azmaq (insafsızlıq) didərginliyə (onların didərgin düşmələrinə) səbəb olur və zülm, qılınca (rəiyyətlə vali arasında çəkişmə dava-dalaş yaranmasına) gətirib çıxarır (yaxud zülm, valinin rəiyyətin əli ilə öldürülməsinə səbəb olur).
469

İmam Əli əleyhis-salam (günah barəsində) buyurmuşdur:



(Allah yanında) ən ağır günah, insanın yüngül və kiçik hesab etdiyi günahdır.1
470

İmam Əli əleyhis-salam (nadanı öyrətməyə təşviq edərək) buyurmuşdur:

Allah alimlərdən öyrətmələri barəsində əhd-peyman almayınca nadanlardan öyrənmələri barəsində əhd-peyman almadı. (Nadanlara öyrənməyi o vaxt vacib etdi ki, ondan qabaq alimlərə öyrətməyi elmlərini gizlətməməyi vacib etmişdi.)
471

İmam Əli əleyhis-salam (dostu əziyyətə salmağın məzəmmətində) buyurmuşdur:

Qardaşların (dostların) ən pisi insanın ona görə zəhmətə düşdüyü (dostluğu çətinlik əziyyətə səbəb olan) kəsdir. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)

Çünki «تَكْلِيف» «təklif», yəni, taqətdən artıq olan şey məşəqqətə səbəb olur və məşəqqət insanı zəhmətə salan qardaş və dostun bais olduğu şər və pislikdir. Buna görə də o, qardaşların ən pisidir.


472

İmam Əli əleyhis-salam (dostu itirmək barəsində) buyurmuşdur:



Mömin öz qardaşını (dostunu) qəzəbləndirən ( ya utandıran) zaman ondan ayrılıb. (Qəzəbləndirmək ya xəcalətli etmək ayrılığa səbəb olur. Seyyid Rəzi-rəhiməhullah-deyir:)

(Ərəb dilində) birini qəzəbləndirən zaman «حَشَمَهُ» «həşəməhu» və «أَحْشَمَهُ» «əhşəməhu» deyilir. Bəziləri onun, «xəcalətli etmək, utandırmaq» (mənasında) olmasını deyiblər. «إِحْتَشَمَهُ» «ihtəşəməhu» (yəni,) «onun qəzəblənməsini və ya xəcalətli olmasını istədi». Və bu, (elə) onun ayrılığını güman etməkdir.


* * *
İndi işimiz sona çatdı və biz Əmirəl-möminin Əli əleyhis-salamın kəlamlarından seçdiklərimizdən əl götürüb eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha, bizə o Həzrətin kəlamlarının pərakəndə olanlarını bir yerə toplamaq və uzaq olanlarını yaxınlaşdırmaq imkanı və şəraiti yaradaraq minnnət qoyduğu üçün şükr edirik. İstəyirik, kitabın əvvəlində vədələşdiyimiz kimi əldən çıxanları geri almaq və əldə edilənləri bir-birinə birləşdirmək üçün hər fəslin sonuna bir neçə ağ səhifə artıraq ki, bəlkə bizə qaranlıq olan söz aşkar olsun və ayrılıqdan sonra bizə çatsın. İşimizdə müvəffəqiyyət qazanılması üçün lazım olan hər bir şey ancaq və ancaq Allahın kömək və yardımı ilə mümkün olub. Ona təvəkkül edir və arxalanırıq; O, bizə bəsdir və O, ən gözəl vəkil və yardımçıdır.

Bu kitab hicrətin dörd yüzüncü ilinin Rəcəb ayında sona çatdı. Allah peyğəmbərlərin sonuncusu və yolların ən yaxşısının bələdçisi, bizim ağa və sərvərimiz Məhəmmədə, onun (hər bir eyb və nöqsandan) pak olan əhli-beytinə və elm və bilik ulduzları olan səhabələrinə salam çatdırsın.


1 Çünki bir işə məşğul olaraq digər işdən qalmaq qəflətdən doğur bu, cismin xüsusiyyətlərindəndir.

2 Çünki O, həm aşkardır, həm gizli; nişanələri ilə aşkar, həqiqəti isə gözlərdən gizlindir.

3 Hamının çətinlik giriftarçılığın çoxluğundan öz nicat qurtuluşu ilə məşğul olduğu ən nəfis mallarına göz yumduqları (gün).

1 Xülasə, insanlar dünyada dənizdə gəmisi xarab olmuş kəslər kimidirlər ki, bəziləri məhv olaraq aradan gediblər onlardan heç bir xəbər əlamət yoxdur. Bəziləri isə nəfsi istəklərə düçar olublar həlakət yolunda hərəkət edirlər.

1 Ölümün sizi haqlayacağı qəti olduğu üçün onu gəlmiş bilin. Amma intizar çəkən adam kimi gözü yolda olub bekar oturmayın.


1 Yol gedən səfər adamı çöllükdə yolu nişanələrlə tapdığı kimi onun da dəlil sübutları vardır ki, alimlər onlara əsaslanaraq dəlil gətirir, fikirlərini əsaslandırırlar.

2 Xülasə, Allah Həzrət Peyğəmbəri dünyanın hər yerini nadanlıq azğınlıq bürüdüyü bir zamanda göndərdi o Həzrət az bir müddətdə insanları hidayət qurtuluşun əsas yolu ilə, eləcə ilahi elm maariflə tanış etdi.

1 Çünki onun verilməsinin sünnəsi budur ki, o ikrah narahatçılıqla deyil, könül xoşluğu sevinclə verilməlidir. Necə ki, Qurani-Kərimin İnsan surəsinin 8-9-cu ayələrində buyurur: «وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاء وَلَا شُكُورًا» «Onlar Allahı sevdikləri üçün (müsəlman) yoxsul atasız uşağa (müşrik) əsirə yemək verərlər, (bu niyyətlə ki,) sizi ancaq Allah sevgisinə görə yedirdirik sizdən heç bir mükafat təşəkkür istəmirik

1 Qurani-Kərimin Əhzab surəsinin 72-ci ayəsində buyurur: «إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ فَأَبَيْنَ أَن يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا الْإِنسَانُ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا» «Biz əmanəti göylərə, yerə dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalım cahil olan insan isə onu götürdüBu mübarək ayənin təfsir izahında deyiblər ki: Əmanətdən məqsəd bəndələrin hər birinin istedadı miqdarında eyb nöqsan sifətlərdən pak uzaq olan Allaha itaət bəndəlik etmək vəzifəsidir. İtaət bəndəliyin ən mühümü isə onun əhli üçün ilahi xilafəti qəbul etmək həmin məqamı özü üçün iddia etməməkdir. Onun göylər, yer dağlara təklif edilməsi onların qəbul etməmələrindən məqsəd isə onların ləyaqətlərinin olmamasını başa salmaqdır. İnsanın təslim olaraq onu qəbul etməsindən məqsəd ona layiq olana təkəbbür göstərib ləyaqəti olmadan onu özünə nisbət verən kəsdir. Zalım nadan olmaqdan məqsəd isə qəzəb şəhvət qüvvələrinin ona hakim olmasıdır. Əmanətin mənası barəsində digər sözlər deyilib çoxlu rəvayətlər nəql edilib ki, onların barəsində dərindən fikirləşərək düşünmək lazımdır. Demək olar ki, əmanətin təqdim təklif olunması ayəsi Qurani-Kərimin «mütəşabih» ayələrinə bənzəyir.

1 Buna görə elə güman etməyin ki, yoxlanış günü sizin düşüncə, söz əməllərinizdən nəsə yaddan çıxacaq barəsində sorğu-sual edilməyəcəkdir. Bu güman səhvdir onun nəticəsi əbədi peşmançılıq bədbəxtçilikdir.

2 Bütün işlərdə hiylə kələk işlədir əhd-peymanına vəfa etmir. Buna görə nadanlar elə bilirlər ki, bu, onun zirəklik alimliyindən irəli gəlir.

3 Çünki hamıdan daha güclüyəm. Lakin Allah Peyğəmbərin göstərişlərinə tabe olmaq üçün Onların razılıqları olmayan şeydən üz döndərirəm. Bu, başqasının nəzər düşüncəsinin məndən üstün güclü olmasına dəlil deyil. Çünki o, şeytana nəfsi istəklərinə tabedir. Mən isə hər bir işdə Allahı nəzərdə tuturam.

1 Dünyanın tezliklə fani olacaq zinət bəzəyinə ürək bağlayıblar bu bağlılığa haqqa tabe olmamağa görə qiyamətdə sonsuz əzab çətinliyə düçar olacaqlar.

1 Fatimə əleyhas-salamdan ayrılmaq müsibətinin ağır böyük olmasına baxmayaraq, bu, səndən ayrılmaq müsibətindən çətin deyil. Həmin müsibətə səbr etdiyim üçün bu müsibətə səbr edəcəyəm.

2 Bizim canlarımız Onun ixtiyarındadır bu dünya qalmaq yeri deyil. Buna görə hamımız sənin yanına gələcəyik əməl yükünü orada açacağıq.

1 Allah Qurani-Kərimin Nisa surəsinin 78-ci ayəsində buyurur: «

Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin