NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları


اُقْتُلُوا نَعْثَلاً قَتَلَ اللهُ نَعْثَلاً



Yüklə 15,72 Mb.
səhifə70/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   66   67   68   69   70   71   72   73   ...   85
اُقْتُلُوا نَعْثَلاً قَتَلَ اللهُ نَعْثَلاً» «səli öldürün, Allah səli öldürsünYəni, bu axmaq şeyx ağılsız qocanı öldürün! Allah onu öldürsün! səl Mədinədə yaşayan uzunsaqqallı bir yəhudinin adı idi. Aişə belə deməklə Osmanı ona bənzədirdi. Rəvayət edilib ki, bir gün Osman minbərə çıxmışdı məscid cəmiyyətlə dolu idi. Aişə pərdə arxasından əlini çölə çıxartdı Həzrət Peyğəmbərin leyn köynəyini camaata göstərərək dedi: Bunlar Peyğəmbərin leyn köynəyidir onlar köhnəlməmiş sən onun din sünnəsini dəyişdirmisən. Onlar orada bir-birlərinə kobud sözlər dedilər.

1 Şüreyh kosa idi üzünə tük çıxmırdı. Ömər ibn Xəttab onu Kufənin qazısı təyin etmişdi o, həmin diyarda qazılıq şəriət hakimliyi ilə məşğul idi. Əmirəl-möminin onu öz vəzifəsindən uzaqlaşdırmaq istədi. Kufə əhalisi dedi: Onu vəzifəsindən uzaqlaşdırma, çünki o, Ömər tərəfindən təyin edilib biz səninlə o şərtlə beyət etmişik ki, Əbu Bəkr Ömərin qərarlarını dəyişdirməyəsən. Muxtar ibn Əbu Ubeydə Səqəfi hakimiyyətə gələndə Şüreyhi Kufədən çıxardaraq sakinləri yəhudi olan bir kəndə göndərdi. Həccac Kufənin hakimi olanda onu Kufəyə qaytardı yaşlı qoca olmasına baxmayaraq, ona qəzavət işləri ilə məşğul olmağı əmr etdi. O, Muxtar tərəfindən xar edildiyi üçün xahiş etdi ki, Həccac onu qəzavət etməkdən üzrlü saysın. Həccac onun bu istəyini qəbul etdi. Axır ki, o, yetmiş beş il qazı olub. Ömrünün ancaq son iki ilini bu işdən kənarda qalıb yüz iyirmi yaşında dünyadan köçüb.

1 Çünki qənaət başqalarına möhtac olmamaq hissini əldən vermək zillət xarlığa səbəb olan çətinlik giriftarlıqlar gətirir. Deməli, əslində ehtiyac olmayan evin alınmasının qiyməti qənaət, şərafət abır izzətindən çıxmaq nəfs zilləti, çətinlik giriftarçılıqlara daxil olmaqdır.

1 Qurani-Kərimin Mumin surəsinin 78-ci ayəsində deyilir: «فَإِذَا جَاء أَمْرُ اللَّهِ قُضِيَ بِالْحَقِّ وَخَسِرَ هُنَالِكَ الْمُبْطِلُونَ» «Allahın əmri gəldikdə ədalətlə hökm olunar. Yalan danışanlar, batil söyləyənlər elə oradaca ziyana uğrayarlar».

1 Azərbaycan İranın şimal-qərbində olan bir vilayətdir ki, çoxlu şəhər kəndləri var oranın ən mühüm mərkəzi şəhəri Təbrizdir. Əmirəl-möminin Osmandan sonra işlərin idarəçiliyini ələ aldıqdan sonra Əş'əs nalayiq işlərinə görə İmamın onu öz vəzifəsindən uzaqlaşdıracağından qorxurdu. İmam, Cəməl müharibəsi qurtardıqdan sonra Əşəsin Azərbaycan mallarının qorunmasında sayıq olması üçün ona bir məktub yazdı. Aşağıdakı cümlələr həmin məktubdandır.

1 Bəcəli, babaları Yəməndə Bəcilə ibn Səmar ibn Ərş ibn Əmr ibn əl-Qausa nisbət verilən Bəcilə adlı qəbiləyə mənsubdur. «Rical» yəni, ravilərin şəxsiyyətini etibarını tədqiq edən elm alimləri Cəriri məzəmmət edir onun rəvayət sözlərinə etimad etmirlər. Onlar deyirlər ki: Cəririn İmam əleyhis-salam tərəfindən Müaviyəyə məktub aparmasının ilk baxışda onun yaxşılığına dəlalət etməsinə baxmayaraq, işin sonunda o Həzrətdən ayrılaraq Müaviyəyə qoşulması onun pisliyini sübut edir. Mərhum Hacı Şeyx Abdullah Mamqani «Tənqihul-məqal» kitabında həmin məsələləri geniş şəkildə bəyan edib. Xülasə, İmam əleyhis-salam Cəriri Müaviyədən beyət almaq üçün Şama göndərəndə, Müaviyə müxtəlif bəhanələrlə ona cavab vermir, bu günsabah edirdi, o vaxta qədər ki, özü üçün Şam əhalisindən beyət aldı. İmamın Müaviyənin o Həzrətin əmrinə tabe olmayacağını bilən səhabələri Cərir Şamdan qayıdıb cavab gətirəndən qabaq dedilər: Şamlılarla müharibəyə hazırlaşmağımız məsləhətdir. İmam əleyhis-salam Cərir cavab gətirməmişdən qabaq şamlılarla müharibəyə başlamaqda qabağa düşməyi məsləhət bilmir onun səbəbini qırx üçüncü kəlamda deyilənlərlə izah edirdi. Buna görə işin birdəfəlik olması məqsədi ilə Cərirə Müaviyədən beyət alması üçün bu məktubu yazmışdır.

1 Müşriklər Həbəşistanın müsəlmanlar üçün sığınacaq yeri olmasını ora qaçanların hər birinin təhlükəsiz rahat gəzib-dolanmasını, Məkkədə qalanların isə Əbu Talibin pənahında olmasını, həmçinin Həmzənin İslamı qəbul etməsinin müsəlmanları gücləndirməsini gördükdən sonra böyük bir məclis təşkil etdilər Qüreyş qəbiləsi üzvlərinin hamısı Peyğəmbəri (səlləllahu əleyhi alih) öldürmək üçün əlbir oldu. Bu fikirdən xəbərdar olan Əbu Talib Bəni-Haşim Bəni-Əbdülmüttəlibi bir yerə toplayaraq arvad-uşaqları ilə «Şeb Əbu Talib» deyilən dərədə yerləşdirdi. Əbdülmüttəlib övladlarının müsəlman qeyri-müsəlmanları qəbiləni qorumaq Əbu Talibin göstərişlərini yerinə yetirmək üçün Həzrət Peyğəmbərdən köməklərini əsirgəmədilər, düşmənlərlə əlbir olan Əbu Ləhəbdən başqa! Əbu Talib öz qohumları ilə Peyğəmbəri qorumağa çalışaraq «Şeb»in, yəni, dərənin hər iki tərəfində gözətçi qoyur Həzrət Peyğəmbərin yerində çox vaxt öz oğlu Əli əleyhis-salamı yatırdırdı. Həmzə gecələr Peyğəmbərin ətrafında gəzişirdi. Qüreyş kafirləri bu vəziyyəti müşahidə edib o Həzrətə bir şey edə bilməyəcəklərini bildikdən sonra, onların böyüklərindən qırx nəfəri Məkkədə toplantı məkanı olan «Darun-nədvə» toplaşaraq Əbdülmüttəlib Bəni-Haşimlə Peyğəmbəri öldürmək üçün onlara təhvil verməyincə dostluq etməmək, qız verib-almamaq, alış-veriş etməmək onlarla barışmamaq barəsində peyman bağladılar. Onlar həmin peymanı bir səhifəyə yazaraq ona möhür vurdular onu saxlamaq üçün Əbu Cəhlin xalası Ummul-Culasa tapşırdalır. Bəziləri nəql ediblər ki, həmin peymannaməni evinin qapısından asdılar. Bu peymanla da Bəni-Haşim «Şeb Əbu Talib» mühasirədə qaldı. Məkkə əhalisindən heç kəsin onlarla alver etməyə cürəti yox idi. Yalnız müharibə haram olan Həcc mövsümündə bu qismən mümkün idi ərəb qəbilələri Məkkəyə gəlirdilər. Müsəlmanlar da Şebdən çölə çıxaraq digər ərəblərdən ərzaq məhsulları alıb geri qayıdırdılar. Qureyş bunu da rəva bilmirdi. Qureyş Bəni-Haşim üzvlərindən birinin nəyisə almaq istədiyindən xəbərdar olan kimi həmin şeyin qiymətini yuxarı qaldıraraq onu özləri alırdı. Qureyşdən kiminsə Əbdülmüttəliblə qohumluq əlaqələrinə görə Şe yemək göndərməsini bilsəydilər, həmin şəxsi incidirdilər. Şebdə olanlardan kimsə çölə çıxsaydı onlar onu tutsaydılar, ona işkəncə verirdilər. Əbulas ibn Rəbi, Xədicənin qardaşı oğlu Həkim ibn Xəram ibn Xuvəylid Hişam ibn Əmr onlara yemək göndərənlərdən idilər. Üç il belə keçdi. Bəzən Bəni-Əbdülmüttəlib uşaqlarının acından fəryad səsləri elə ucalırdı ki, müşriklərin Bəziləri həmin peymanı bağladıqları üçün peşman olurdular. Onlardan beş nəfəriHişam ibn Əmr, Züheyr ibn Əbi Üməyyə, Mətəm ibn Ədiyy, Əbulbəxtəri Zəmə ibn əl-Əsvədbir-biri ilə söz qoydular ki, əhdlərinə qarşı çıxaraq peymanı pozsunlar müqaviləni cırsınlar. Qureyşin böyükləri səhər vaxtı bədə toplaşaraq bu məsələ barəsində danışdıqları zaman birdən Əbu Talib, ətrafındakı bir dəstə ilə Şebdən çıxaraq bəyə gəldi müşriklərin arasında oturdu. Əbu Cəhl belə güman etdi ki, Əbu Talib Şebdə çəkdiyi əziyyətlər nəticəsində dözümünü itirib indi Peyğəmbəri (səlləllahu əleyhi alih) təhvil verməyə gəlib. Əbu Talib dedi: Ey camaat, sizin xeyrinizə olan bir söz deyim. Qardaşım oğlu Məhəmməd (səlləllahu əleyhi alih) mənə xəbər verib ki, Allah, peymanı yazdığınız kağıza mürgənə göndərib o, orada yazılanların hamısını yeyib ancaq Allahın adını saxlayıb. İndi həmin peymannaməni gətirin. Əgər o düz deyibsə sizin onunla danışmağa sözünüz ola bilər? Onunla düşmənçilikdən əl çəkin. Əgər yalan demiş olsa, onu sizə təhvil verəcəyəm ki, öldürəsiniz. Onlar dedilər: Yaxşı sözdür. Sonra gedib həmin məktubu Ummul-Culasdan alıb gətirdilər açıb gördülər ki, mürgünə cahiliyyət dövründə məktubun əvvəlində yazılan «بِاسْمِكَ اللّهُمَّ» «bismikəllahummə» kəlməsindən başqa onun hamısını yeyib. Həmin peymannaməni yazan Mənsur ibn Əkrəminin əli çolaq olmuşdu. Müşriklər vəziyyəti belə görüb xəcalət çəkdilər. Sonra Mətəm ibn Ədiyy məktubu cıraraq dedi: Biz bu zülmedici məktuba nifrət edirik. Bundan sonra Əbu Talib Şe qayıtdı. Səhərisi gün Mətəm ibn Ədiyy Qureyşdən olan digər dörd nəfərlə birlikdə Şe gedərək Bəni-Əbdülmüttəlibi Məkkəyə gətirib evlərində yerləşdirdilər. Amma müşriklər Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) Şebdən çıxandan sonra yenə öz səhv əqidələrinə görə bacardıqca o Həzrətlə düşmənçilik etməkdən əl çəkmədilər ona əzab-əziyyət verməyi davam etdirdilər. Xülasə, İmam əleyhis-salamın aşağıdakı məktubda həmin hadisələrə toxunaraq buyurduqları Müaviyəni qəflət yuxusundan oyatmaq üçün olmuşdur.

1 Çünki onların sayı hədsiz, gücləri çoxdur. Necə ki, İmam əleyhis-salam yüz altmış yeddinci kəlamda həmin məsələyə işarə edərək buyurur: «
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin