NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə72/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   68   69   70   71   72   73   74   75   ...   85
طَلِيق» «təliq», yəni, «azad edilmiş» çağırılırdı.

2 Ata-babaları məlum aşkar olan şəxs atasından başqasına nisbət verilmiş kimsə kimi deyil. İbn Əbil-Hədid bu yerdə belə yazır: Həmin cümlədən məqsəd budur ki, etiqad saf niyyətlə İslamı qəbul edən şəxs, qılınc qorxusundan ya dünya malı əldə etmək üçün müsəlman olan kəs kimi deyil. Əllamə Məhəmmədbaqir Məclisi (rizvanullah əleyh) «Biharul-ənvar» kitabının səkkizinci cildində, bu məktubun şərhində belə deyir: İbn Əbil-Hədid bu yerdə Müaviyənin abır-həyasını qorumaq üçün özünü nadanlığa vurub. Bizim alimlərdən bəziləri imamət barəsindəki kitablarında yazıblar ki, Üməyyə Əbdüşşəmsin nəslindən deyil, rum qulamlarından olub Əbdüşşəms onu özünə nisbət verib. Cahiliyyət dövründə adət belə idi ki, biri qulamını özünə nisbət vermək istəyəndə, həmin qulu azad edib onu bir ərəb qızı ilə evləndirirdi bununla da qul onun nəsəbinə birləşirdi. Necə ki, Zübeyrin atası Əvam, Xuvəylidə nisbət verilib. Deməli, Bəni-Üməyyə Qureyşdən deyil, bəlkə onlara yapışdırılıb. Bu sözü Əmirəl-möminin əleyhis-salamın, Müaviyənin «biz Əbdül Manaf övladlarıyıq» deyə yazdığı məktub iddiaya cavab olaraq buyurduğu «Hicrət edən azad edilmiş kimi deyil, nəsəbi pak olan yapışdırılmış kimi deyil» cümlələri təsdiq edir. Müaviyə bu sözləri dana bilməyib.

1 İbn Əbil-Hədid burada belə yazır: O Həzrətin məktubu Müaviyəyə çatanda o, həmin məktubu bir neçə gün Əmr ibn Asdan gizlətdi. Sonra onu çağırtdıraraq məktubu ona oxudu. Əmr Müaviyəni danladı İmam əleyhis-salamın onu məzəmmət etməsindən şad oldu.

1 Abdullah ibn Abbas İmam əleyhis-salamın əmisi oğludur. «Rical» alimlərinin çoxu onu inanılmış, gözəl davranışlı, Peyğəmbərinsəlləllahu əleyhi alihsəhabəsi Əmirəl-mömininin şiə tərəfdarı hesab ediblər. O, Bəsrənin hakimi olduqdan sonra, Cəməl müharibəsində Təlhə, Zübeyr Aişənin tərəfində olmuş Bəni-Təmim qəbiləsi ilə düşmənçilik edir pis davranırdı. Belə ki, o, onları Cəməl tərəfdarı itaətkarları, «Əskər»in (Aişənin dəvəsinin adıdır) köməkçi yardımçıları Şeytanın tərəfdarları adlandırırdı. İbn Abbasın onlarla bu cür davranışı İmam əleyhis-salamın Bəni-Təmim qəbiləsindən olan şiələrinə ağır gəlirdi onlar bu səbəbdən ondan incidilər. Sonra o Həzrətin Bəni-Təmim qəbiləsindəki şiələrindən olan Harisə ibn Qudamə İmama məktub yazaraq ibn Abbasdan şikayət etdi. İmam əleyhis-salam İbn Abbasa Bəni-Təmim qəbiləsi ilə mehriban olması barədə bir məktub yazdı bu həmin məktubun bir hissəsidir.

2 Onların fəzilət, böyüklük, şücaət cəsurluq səmaları parlaq ulduzlardan boş olmayıb. Onlardan bir böyük öldürülən kimi, başqa birisi onun yerini tutub.

1 «Nəhcül-Bəlağə»nin məşhur şərhçilərindən olmuş Bəhrani (rəhiməhullah) burda belə yazıb: «Əbul Abbas Abdullah ibn Abbasın künyəsidir. Ərəblər birinə hörmət əlaməti olaraq onu öz künyəsi ilə çağırırlar».

1 İmam əleyhis-salam bu məktubda onu müsəlmanların beytülmalına xəyanət etməkdən çəkindirərək qorxudur. Onun Ziyad ibn Əbih, yəni, «atasının oğlu Ziyad» adlandırılmasının, daha dəqiq desək, atasının adının deyilməməsinin səbəbi atasının kimliyinin məlum olmamasıdır. O, iddia edirmiş ki, atası Əbu Süfyandır. Əbu Süfyan da Ömər ibn Xəttabın məclisində onu öz oğlu adlandırıb. Qırx dördüncü məktubun şərhində deyəcəyimiz kimi, onun, həmçinin Əbi Bəkrənin anası olan Suməyyə zina etməkdə məşhur imiş. Deyirlər ki, onu ilk dəfə «atasının oğlu» deyə çağıran Aişə olmuşdur.

2 Səni öz vəzifə məqamından uzaqlaşdırıb beytülmaldan topladıqlarını geri alacağam. Belə ki, dərvişə dönüb ailənin xərc ruzisini öz çiyinlərində çəkmək qüdrətinə malik olmayacaq, camaat qarşısında xar olub alçalacaqsan.

1 İbn Əbil-Hədid burada belə deyir: Allah Ziyaddan xeyir-bərəkəti kəssin! Çünki o, Əli əleyhis-salamın onun barəsindəki yaxşılıq, xeyirxahlıq təlim-tərbiyəsinin əvəzini o Həzrətin tərəfdarları dostları barəsindəki nalayiq hərəkətləri, o Həzrətə qarşı yaramaz sözlər demək, onun davranışını pisləməkdə ifrata varmaq Müaviyənin, azına da qane olduğu bu kimi işlər istiqamətində çox çalışması kimi deyilməsinə ethiyac olmayan şeylərlə çıxdı. Bu işlər Müaviyənin razılığını əldə etmək üçün görülmürdü. O, onları öz təbiətinə uyğun olaraq görürdü o Həzrətlə zahir batində düşmənçilik edirdi. Allah onun anasına nisbət verilərək atasının məlum olmamasını aşkar etməkdən başqa bir şey istəmirdi. «Ot kökü üstə bitərOndan sonra Həzrət Əba Əbdillah Hüseyn əleyhis-salamı öldürmək üçün Küfədən Kərbəlaya qoşun göndərən oğlu Ubeydullah atasının pisliklərini son həddə çatdırdı. İşlərin hamısının sonu Allaha qayıdır, yəni, O, onları ən pis əzab cəzaya düçar edəcək.

1 Dünyanın xeyir zərərinin səbəbkarı qəzavü-qədərdir. səy təlaş xeyir əldə edilməsində, fikrin səhvliyi tənbəllik ziyan görməkdə səbəbdir. Amma camaat məsələyə bəsirət gözüaçıqlıqla baxmır hər kimə xeyir ziyan təqdir olunubsa, onun gəlib çatacağını bilmir, necə ki, Allah-təala Qurani-Kərimin Hədid surəsinin 22-23- ayələrində buyurur: «مَا أَصَابَ مِن مُّصِيبَةٍ فِي الْأَرْضِ وَلَا فِي أَنفُسِكُمْ إِلَّا فِي كِتَابٍ مِّن قَبْلِ أَن نَّبْرَأَهَا إِنَّ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرٌلِكَيْلَا تَأْسَوْا عَلَى مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا بِمَا آتَاكُمْ وَاللَّهُ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُور ٍ » «Yer üzündə baş verən sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz əlinizə gələnə sevinməməyiniz üçündür. Allah özünü bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməzYəni, yer üzündə baş verən bahaçılıq quraqlıq, sizin özünüzdə baş verən xəstəlik, yoxsulluq övladlarınızın ölümü kimi qəm-qüssələr, biz nəfsləri yaratmamışdan lövhi-məhfuzda yazmadığımız təqdirdə baş vermir. Bu işlərin yazılması hər qədər çox olsa belə, Allah üçün asandır. Bu ona görədir ki, siz əlinizdən çıxan şey üçün kədərlənməyəsiniz əlinizə gələn şeylər üçün sevinməyəsiniz. Allah dünyanın üzlərinə gülməsi nəticəsində öyünərək qürrələnən heç bir itaətsizi sevmir, yəni, öz rəhmətindən uzaqlaşdırır.

1 Burada qeyd edilməsi lazım olan nöqtə budur ki, İmam əleyhis-salamın İbn Mülcəmi bağışlamaq barəsindəki göstərişi müstəhəbbi hökmü bəyan edir. O Həzrətin ölməsi ya sağ qalması barəsindəki tərəddüd 149-cu kəlamın şərhində deyildiyi kimi, İmamın öz ölümünün vaxtını bilməsi ondan xəbərdar olması ilə ziddiyyət təşkil etmir.

1 «أُمُّ وَلَد» «ummu vələd», yəni, övladı olan kənizin günün qiymətinə öz övladına verilməsi. Həmin kəniz öz övladına verildiyi üçün azad olur.

1 Mərhum İbn Meysəm böyük imamiyyə alimlərindən olmuş çoxlu kitab müəllifi, o cümlədən «Nəhcül-Bəlağə»nin şərhi olan «Minhacul-bəraə» kitabının müəllifi, Kaşan İsfahan şəhərləri arasındakı Ravənd kəndindən olan qəbri Qum şəhərində Həzrəti sumə əleyhəs-salamın hərəminin şərq hissəsində yerləşən Əbulhüseyn 'd ibn Hibətullah ibn Həsən Qütbuddin Ravəndidən nəql edib ki: İmam əleyhis-salamın buyurduqlarının zahirindən məlum olur ki, o Həzrət heyvanların nöqsanlılarının ayrılmasını, onları iki hissəyə bölməkdən qabaq nəzərə almağı əmr edir.

1 Onlar torpağı suvarıb əkir, heyvanları saxlayır onlara baxırlar ki, bu mallar toplanır. Biz onlardan zəkat alırıq. Buna görə onlar incidilməməlidirlər.

1 Səfil yoxsulların haqqına əl uzadan kəs həm ümmətə xəyanət edib, həm öz imam rəhbərinə qarşı hiylə işlədib.

2 Çox dəyərli yüksək məqamlı bu şəxs İmam əleyhis-salamın yaxın səhabələrindən olub. «Həccətul-vida» ilində, yəni, hicrətin 10-cu ilində dünyaya gəlib hicrətin 38-ci ilində Əmirəl-möminin əleyhis-salamın xilafəti zamanında Misirdə qətlə yetirilib. Onun başına gələnlərin bir hissəsi altmış yeddinci kəlamın şərhində yazılıb.

1 Bərabərliyə riayət edərək böyüklə kiçik arasında fərq qoyma, varlılar böyükləri əl altında olanlardan yoxsullardan üstün tutmayıb hamı ilə bərabər davran.

2 Çünki dünyapərəstlər kimi məskunlaşmaq üçün əziyyət çəkmədilər yemək üçün çətinliyə düşmədilr. Buna görə məskunlaşdıqları yer ən yaxşı yer, yedikləri şey isə ən yaxşı yemək oldu.

3 Halal yol ilə mal nemət əldə edib Allah Peyğəmbərin göstərişinə uyğun sərf edərək axirətlərini abadlaşdırdılar dünyanın ləzzət xoşluqlarını tamamilə əldə etdilər.

1 Necə ki, Qurani-Kərimin Nisa surəsinin 78-ci ayəsində buyurulur: «
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin