NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə75/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   71   72   73   74   75   76   77   78   ...   85
لا وَ لا» «Yox-yox»dan məqsəd budur ki, onlar bir-birləri ilə elə vuruşdular ki, sanki vuruşmayıblar. Yəni, döyüşləri çox tez sona çatdı. Yaxud da məqsəd budur ki, onlar «yox-yox» demək kimi vuruşdular. Bu, ərəblərdə çox tez görülən üçün çəkilən məsəldir.

1 İmam əleyhis-salamın Həzrət Peyğəmbəri (səlləllahu əleyhi alih) anasının oğlu adlandırmasının səbəbi budur ki, Əbdülmüttəlibin digər oğlanlarının əksinə olaraq Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) atası Abdullahla Əmirəl-mömininin atası Əbu Talib, Əmr ibn İmran ibn A'iz ibn Məxzumun qızı Fatimədən, yəni, bir anadandırlar. Amma Əbdülmüttəlibin digər övladları ana tərəfdən bir-birindən ayrıdırlar. Bəziləri deyiblər ki, Əmirəl-mömininin Həzrət Peyğəmbəri (səlləllahu əleyhi alih) elə adlandırmasının səbəbi, İmamın anası Fatimə bint Əsədin Həzrət Peyğəmbərə uşaqlığında Əbu Talibin evində dayəlik etməsidir. Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) onun barəsində belə buyurub: «فاطِمَةُ أُمِّى بَعْدَ أُمِّى» «Fatimə mənim anamdan sonrakı anamdır

1 Qısası, pis işlərə əmr edən nəfsi istəklərə çox düçar olmusan azğınlıqların dalınca düşmüsən. Həmişə camaatı yeni bid'ətlərlə aldadaraq öz azğınlığın üçün yeni səbəb bəhanələr axtarırsan.

2 Osman bir-birinin ardınca Müaviyəyə məktub yazaraq ondan kömək istəyirdi. Müaviyə isə vədə verərək hərəkət etmirdi nəticədə Osmanın işləri daha da çətinləşdi onu mühasirəyə aldılar. Müaviyə Yəzid ibn Əsəd əl-Qəsrini qoşunla göndərərək ona belə dedi: «gedib (Mədinənin səkkiz fərsəxliyindəki) ZiXuşub adlı yerdə düşüb qalarsan. «الشاهِدُ يَرى ما لا يَرَى الْغائِبُ » «Şahid orada olmayan şəxsin görmədiklərini görür» demə. Müaviyənin bu cümlədən məqsədi bu idi ki, özbaşına bir görmə mənim əmrim sənə çatmayınca oradan hərəkət etmə. Üstüörtülü surətdə ona başa salır ki, onun göndərilməsindən məqsəd özünü Osmana çatdırıb kömək etmək deyil, bəlkə zehnində başqa planlar var. Sən orada gözlə görək olur. O da bir müddət həmin yerdə qalır Osman öldürülür. Sonra Müaviyə onu qoşunla birlikdə Şama çağırır xilafəti öz əlinə keçirmək fikrinə düşür.

1 İmam əleyhis-salamın bu sözlərindən o Həzrətin Osmanın özünün, ətrafındakıların məmurlarının əməllərindən bezar uzaq olaraq narahatçılıq keçirməsi məlum olur. Amma bu, İmam əleyhis-salamın Osmanın öldürülməsinə razı olması Misir əhalisini bu cəhətdən tərifləməsinə dəlalət etmir. O Həzrət əleyhis-salam onları Mədinəyə gələrək Osmanın öldürülməsinə kömək etdiklərinə görə deyil, başqalarını pis işlərdən çəkindirmək niyyətində olduqlarına görə tərifləyib.

2 Məzhic Yəməndəki qəbilələrdən birinin adıdır. Həmin qəbilədən olan tayfalardan biri Nəxə' tayfasıdır. Malik Əştər həmin Nəxə' tayfasındandır.

1 Deyirlər ki, Müaviyə şərab içmək, ipək paltar geyinmək, qızıl gümüş qablardan istifadə etmək kimi şəriətə zidd çirkin hər cür görürdü. Amma Ömərin xilafəti zamanında onun qorxusundan bunların çoxunu gizlində edirdi. Osmanın zamanında isə heç nədən çəkinmirdi. Xilafət iddiasına düşdükdən sonra isə onların bəzilərini aşkar, bəzilərini isə gizlində edirdi.

2 Onunla oturan hər bir kəs əgər pakdırsa murdar, hörmətlidirsə xar, ağıllı biliklidirsə ağılsız nadan olur. Yaxud da məqsəd budur ki, o öz məclisində hörmətli şəxsdən nöqsan tutur bilikli adamı nadan sayır. İbn Əbil-Hədid burada belə yazır: «Müaviyə öz məclisində Bəni-Haşimə nalayiq sözlər deyirdi».

3 Necə ki, Qur'ani-Kərimin Taha surəsinin 127-ci ayəsində buyurur: «وَلَعَذَابُ الْآخِرَةِ أَشَدُّ وَأَبْقَى» «Axirət əzabı isə, şübhəsiz ki, (dünya əzabından) daha şiddətli, daha sürəklidir

1 Allahın hesabı daha dəqiqdir. Çünki burada gerçəklik həqiqətə zidd yalan bir hesabat sənədi düzəltmək mümkündür. Amma orada düzlükdən başqa bir baş tutmayacaq.

2 İmam əleyhis-salamın bu məktubu öz məmurlarından hansına yazması barəsində «Rical» alimləri «Nəhcül-Bəlağə»nin şərhçiləri arasında ixtilaf fikir ayrılığı vardır. Bəziləri deyiblər ki, İmam əleyhis-salam bu məktubu onun tərəfindən Bəsrənin hakimi olmuş Abdullah ibn Abbasa yazıb. O, beytülmalı götürüb Məkkəyə getmişdi orada kef etməklə məşğul idi. Digər birisi isə deyib: «Abdullah möhtərəm şərəfli bir adam olub o Həzrətin yanından ona tabe olmaqdan heç vaxt ayrılmayıb». Bəzisi isə belə deyib: İmam əleyhis-salam bu məktubu Abdullah ibn Abbasın qardaşı Ubeydullaha yazıb. Ubeydullah dini ancaq dirhəm pul olan şəxsdir alimlər onun xəbərlərinə etimad etməyərək nəql etdiklərini zəif sayırlar. Onun Səid ibn Nəmran ilə Yəməndən qaçaraq Kufəyə Əmirəl-möminin əleyhis-salamın yanına gəlməsi dastanının bir hissəsi xütbələr fəslində iyirmi beşinci xütbənin şərhində deyilib. «Rical» alimləri Səid ibn Nəmranı o Həzrətin şiələrindən inanılmış şəxslərdən hesab edirlər. Digər birisi isə belə deyir: «Ubeydullah ibn Abbas İmam əleyhis-salam tərəfindən Yəmənin hakimi olub onun barəsində belə bir şey nəql edilməyib. Axır ki, İmam əleyhis-salamın bu məktubu Bəsrənin hakimi olmuş əmisi oğlanlarından hansına yazması məlum olmayıb.

1 «ضَحٍّ رُوَيداً» - Bu cümlə yavaş gedilməsi lazım olan yerdə tələsən adam barəsində məsəldir. Burada malın sərf edilməsindən ifrata varmamağa işarədir.

1 O Həzrət əleyhis-salam Musqələni qənimətinmüsəlmanların qələbə nəticəsində düşməndən aldıqları malların bölüşdürülməsində zülm etdiyi üçün məzəmmət edib. «Rical» alimləri onu «zındıq», yəni, zahirdə imanlı, batində isə kafir olmuş şəxs adlandırırlar. Onun İmam əleyhis-salamın dost fədakarlarından olmuş 'qil ibn Qeys ilə sərgüzəşti xütbələr fəslində qırx dördüncü kəlamın şərhində deyilib.

1 İmam əleyhis-salam bu məktubda onu Müaviyəyə aldanmaqdan çəkindirir. Ziyad Həzrət Seyyiduş-şühəda Hüseyn əleyhis-salamın qatili Ubeydullah ibn Mərcanənin atasıdır. Ubeydullahın anası Mərcanə zina etməkdə çox məşhur olan bir kəniz olub. Ziyadın atasının kimliyi məlum deyil. Bəziləri onu Ziyad ibn Ubeyd adlandıraraq Səqifə nisbət veriblər. Onu Ziyad ibn Əbu Süfyan, Ziyad ibn Əbihyəni, atasının oğlu Ziyad, Ziyad ibn Ummihyəni, anasının oğlu Ziyad Ziyad ibn Suməyyə kimi müxtəlif nisbətlərlə adlandıranlar da var. Həmçinin deyirlər ki: Əbu Süfyana nisbət verilməmişdən onu Ziyad ibn Ubeyd adlandırırdılar. Ubeyd qul olub Ziyad böyüyənə varlanana kimi qul olaraq qalıb. Sonra isə Ziyad onu alaraq azad edib. Anası isə məşhur ərəb təbibi Haris ibn Kəldənin kənizi Suməyyə olub. Deyirlər ki, Ömər ibn Xəttabın zamanında bir gün Ziyad onun məclisində söhbət edib qulaq asanların təəccübünə səbəb olub. Əmr ibn As belə deyib: «Əcəba, əgər bu cavan Qureyşdən olsaydı ərəbi öz əsası ilə sürərdiƏbu Sufyan deyib: «Bil, Allaha and olsun ki, o, Qureyşdəndir; əgər onu tanısaydın, onun sənin qohumlarının ən yaxşılarından olduğunu bilərdin». Əmr deyib: «Atası kimdirƏbu Süfyan deyib: «Allaha and olsun ki, onu anasının uşaqlığına mən qoymuşam». Əmr deyib: «Bəs üçün onu özünə nisbət vermirsənƏbu Süfyan cavab verib ki: Burada oturan böyükdən, yəni, Ömərdən qorxuram ki, dərimi soyar. Həmçinin deyiblər ki: onun künyəsi Əbu Muğeyrədir Məkkənin fəthi ilində ya hicrət ilində, yaxud da Bədr müharibəsi günündə Taifdə dünyaya gəlib. O, Həzrət Peyğəmbəri (səlləllahu əleyhi alih) görməyib. O, həmişə Əmirəl-mömininlə ondan sonra imam Həsən əleyhiməs-salam Müaviyə ilə sülh bağlayana kimi o Həzrətlə bir yerdə olub. Ondan sonra isə Müaviyəyə qoşulub. Hicrətin əlli üçüncü ilində Ramazan ayında imam Həsən əleyhis-salamın nifrini nəticəsində bədənin müəyyən hissəsini hiss hərəkətdən salan iflic xəstəliyindən ya vəbadan Kufədə ölüb. İbn Əbil-Hədid burada başqa yerdə onun imam Həsənə Əmirəl-möminin əleyhimas-salamın şiələrinə qarşı olan xəbislikləri, çirkin işləri, yaramaz sözləri öz zəmanəsinin imamına etdiyi hörmətsizliklərdən elə hadisələr nəql edib ki, onları oxuyub əlimi başıma tutdum ağlayaraq qəlbim sındı. Onları tərcümə etməkdən utandım. Buna görə onun xəbislik nanəcibliyi barəsində iyirmi birinci məktubun şərhində İbn Əbil Hədiddən nəql etdiyim şeylə kifayətlənirəm. Xülasə, Əmirəl-möminin əleyhis-salam öz xilafəti zamanında Ziyadı Farsa vali təyin etmişdi o, həmin diyarı yaxşı idarə edərək qoruyurdu. Buna görə Müaviyə ona məktub yazaraq, onu qardaşlığı ilə aldatmaq fikrinə düşdü. Bu xəbər İmam əleyhis-salama çatanda o Həzrət Ziyada belə bir məktub yazdı.

1 Ərəblərin bəzisi zina ilə nəsəbin bərqərar olmasını qəbul edirdilər. Amma Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) onu səhv adlandıraraq buyurdu: «
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin