NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları


الْوَلَدُ لِلْفِراشِ وَ لِلْعاهِرِ الْحَجْرُ



Yüklə 15,72 Mb.
səhifə76/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   72   73   74   75   76   77   78   79   ...   85
الْوَلَدُ لِلْفِراشِ وَ لِلْعاهِرِ الْحَجْرُ » «Övlad qadınla nigahı olan qadın ixtiyarında olan kişinindir zinakar məhrumdur». Yəni, ona heç çatmır o, irs aparmır. Bəziləri isə deyiblər ki, məqsəd budur ki, zinakar daşqalaq edilməlidir. Amma İmam əleyhis-salamın buradakı sözü birinci mənanı təsdiqləyir.

2 Xülasə, Əbu Süfyanın Ömərin məclisində dediyi sözlərlə sən Bəni-Üməyyə nəsəbinə daxil olmursan ki, Müaviyə onu əlində dəlil kimi tutub səni aldatmaq istəyir.

1 Nalayiq işlərdən uzaqlaşaraq özünüzü hər bir çirkinlikdən kənar saxlayın ki, mənə rəiyyət əlim altında olanların islah edilməsində kömək etmiş olasınız.

2 Fədək yəhudi kəndlərindən birinin adıdır ki, onunla Mədinə arasında iki mənzil, onunla Xeybər arasında isə bir mənzildən az məsafə var. Fədəkin qəsb edilməsi dastanı Həzrət Fatimənin - əleyhas-salam - zülmə məruz qalması ondan şikayətlənməsi ərəb fars dilində yazılmış müxtəlif kitablarda açıqlanıb biz məsələnin aydınlaşması üçün şərhçi Bəhraninin bu yerdə yazdıqlarının bir hissəsini xatırladırıq: «Fədək Həzrət Peyğəmbərəsəlləllahu əleyhi alihməxsus idi. Çünki Mədinənin Şam istiqamətində üç günlük yol miqdarındakı yaxınlığında olan Xeybər şəhəri fəth ediləndə, Fədək əhalisi onun yarısını hətta bəzi rəvayətlərə görə, onun hamısını sülh dinc yol ilə təhvil vermişdi. Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) həmin kəndi öz həyatı dövründə Fatimə əleyhas-salama bağışladı. Bu barədə müxtəlif yollarla bir çox rəvayətlər nəql edilib, o cümlədən «Rical» alimlərinin mötəbər inanılmış şəxs saydıqları Əbi Səid Xudridən nəql edilib ki, Allah tərəfindən Həzrət Peyğəmbərə İsra surəsinin 26- ayəsi olan «وَآتِ ذَا الْقُرْبَى حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ» «Qohum-əqrəbaya da, miskinə , müsafirlərə haqqını ver» nazil olanda, o Həzrət Fədəyi Fatimə əleyhas-salama verdi. Əbu Bəkr xəlifə olanda onu almaq istədi. Fatimə əleyhas-salam ona xəbər göndərdi ki, Fədək mənimdir onu mənə atam bağışlayıb. Əmirəl-möminin əleyhis-salam Həzrət Peyğəmbərin tərbiyə edərək azad etdiyi Ummu Əymən bu məsələyə şəhadət verdilər. Əbu Bəkr dedi: «Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) buyurub ki, biz peyğəmbərlər öz ailəmizə miras saxlamırıq, qoyub getdiklərimiz sədəqə bəxşişdir. Fədək müsəlmanların o Həzrətin əlində olan malı olub o, onu ümmətin işlərində Allahın yolunda sərf edib. Mən həmin yolda sərf edəcəyəm». Sonra Həzrət Fatimə əleyhas-salam başına çadra salıb öz xidmətçiləri qohumlarından olan bəzi qadınlarla Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) məscidinə gəldi. Əbu Bəkr həmçinin Mühacir Ənsarın əksəriyyəti orada idi. Ortadan pərdə asıldı. Sonra nalə edərək elə ağladı ki, hamı ağlamağa başladı. Bundan sonra uzun bir müddət sakit qaldı ki, camaatın səs-küyü yatsın. Sükut yaranandan sonra uzun bir xütbə oxudu, o cümlədən belə buyurdu: «Ey Əbu Quhafənin oğlu, sən atandan irs aparırsan, amma mən atamdan irs aparmıramSonra üzünü atasının müqəddəs qəbrinə çevirib ümmətdən narazılığını bildirərək onunla dərdləşdi. Ravi deyir: Heç vaxt Mədinənin arvad kişilərinin həmin gün olduğu qədər çox ağladıqları görünməmişdi. Sonra Ənsarın məscidinə üz tutaraq onlara da bəzi sözlər dedi, o cümlədən belə buyurdu: «Bilin ki, mən sizi dini inkar edən görürəm. Siz dadlı tikəni ağızdan çölə atdınız. Əgər siz yer üzündə olanların hamısı kafir olsa, Allah yenə ehtiyacsızdır». Bundan sonra evə qayıtdı and içdi ki, Əbu Bəkrlə danışmasın ona nifrin etdi bu vəziyyətdə dünyadan köçdü. Həmçinin vəsiyyət etdi ki, Əbu Bəkr ona namaz qılmasın. O həzrətə Abbas namaz qıldı o, gecə dəfn edildi. Xülasə, Əbu Bəkr oranın məhsul xeyrini götürür ondan kifayət edəcək miqdarda Əhli-Beyt əleyhimus-salama verirdi. Müaviyəyə kimi olan digər xəlifələr Əbu Bəkrin yolu ilə gedirdilər. Amma Müaviyə imam Həsən əleyhis-salamdan sonra oranın üçdə birini Mərvana verdi. Mərvan isə öz xilafəti zamanında oranın hamısını öz əlinə aldı. Ondan sonra Mərvanın övladları Ömər ibn Əbdüləzizin zamanına kimi oranı bir-birlərinə ötürdülər. Ömər ibn Əbdüləziz xəlifə olanda oranı Fatimə əleyhas-salamın övladlarına qaytardı. Şiə deyir: «Onun zülm ilə alınmışlardan qaytardığı ilk şey Fədək idi». Sünni deyir: «O, oranı əvvəlcə öz mülki etdi sonra Fatimə əleyhas-salamın övladlarına bağışladı». Ondan sonra ora bir daha, Bəni-Abbas dövlətinə kimi, qəsb edildi. Əbul Abbas Səffah oranı qaytardı. Mənsur isə təzədən geri aldı. Onun oğlu Mehdi qaytardı, iki oğlu Musa ilə Harun isə aldı. Sonra 'mun qaytardı Mütəvəkkilə kimi Fədək onlarda oldu o oranın xeyrini Abldullah ibn Ömər Bazyara həvalə etdi. Deyirlər ki, orada on bir dənə xurma ağacı var imiş onları Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) öz mübarək əlləri ilə əkibmiş. Fatimənin övladları oranın xurmalarını hacılar üçün sovqat hədiyyə göndərirmişlər çoxlu mal alırmışlar. Bazyar bir nəfər adam göndərərək həmin ağacları kəsdirdi Bəsrəyə qayıdan kimi əlləri iflic oldu». İbn Əbil-Hədid doqquzuncu məktubun şərhində bir münasibətlə belə yazır: Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) qızı Zeynəbin əri Əbul-As müşrik idi (Məkkədə olduğu müddətdə o Həzrət onu Zeynəbdən ayıra bilmirdi, hərçənd ki, Zeynəbin İslamı qəbul etməsi onu ərindən ayırmışdı. Əbul As) müharibədə əsir düşərək tutuldu. Məkkəlilər əsirlərini azad etmək üçün fidyə mal göndərirdilər. Zeynəb anası Xədicənin ona verdiyi boyunbağını göndərdi. Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) həmin boyunbağını görən kimi riqqətə gəldi müsəlmanlara belə dedi: «Əgər Zeynəbin əsirini azad edərək onun fidyəsini özünə qaytarsanız, yaxşı olarMüsəlmanlar dedilər: «Baş üstə, ey Allahın Peyğəmbəri, bizim can mallarımız sənə qurbandır». Sonra Zeynəbin fidyəsini qaytararaq Əbul-Ası fidyəsiz azad etdilər. İbn Əbil Hədid sonra belə yazır: Mən bu xəbəri rəhmətlik Nəqib Əbu 'fər Yəhya ibn Əbu Zeyd Bəsri Ələviyə oxuyurdum. O mənə dedi: Elə bilirsən, Əbu Bəkrlə Ömər həmin hadisədə olmayıblar?! Görəsən, onların Fatimə əleyhas-salamın ürəyini şad etmələri müsəlmanlardan öz haqlarını ona vermələrini istəmələri yaxşı olmazdı?! Məgər onun Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) yanındakı məqamı Zeynəbdən az idi, halbuki o, iki dünya qadınlarının xanımıdır?! Bütün bunları o fərzlə deyirik ki, onun Fədək barəsində heç bir haqqaistər bağışlama hədiyyə yolu ilə olsun, istərsədə irs yolu iləmalik olmamasını təsəvvür edək. Xülasə, İmam əleyhis-salam ona olmuş zülmə işarə edib (bu xütbədəkiləri) dünya malına bağlı olmaması barəsində buyurub.

1 Həmin heyvan bilmir ki, sahibi onun kökəlməsini onu ətliyə göndərmək üçün ya onunla yük daşıyaraq işlərini görməsinə görə istəyir.

2 Bəli, insan hər qədər az yeyib-içsə bədəni daha möhkəm döyüşdə daha şücaətli olar. Amma hər qədər çox yeyib içsə nazikqabıq, süst ürəkli qorxaq olar.

1 Necə ki, Allah-təala bu cür etməyi əmr edib. Qurani-Kərimin Kəhf surəsinin 23-24- ayələrində buyurur: «وَلَا تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فَاعِلٌ ذَلِكَ غَدًا إِلَّا أَن يَشَاء اللَّهُ» « heç bir şey barəsində heç vaxt «Mən onu sabah edəcəyəm» demə! Ancaq «İnşaallah (əgər Allah istəsə, Allah qoysa) edəcəyəm» de

1 «أُوْلَئِكَ حِزْبُ اللَّهِ أَلَا إِنَّ حِزْبَ اللَّهِ هُمُ الْمُفْلِحُونَ»

1 İmam əleyhis-salam sərhəddi insanın boğazının yaxınlığında olan dilçək adlanan ətə bənzədib. Çünki o tutulsa nəfəs kəsilər.

1 Çünki əmr be 'ruf nəhy əz munkər etməməklə Allahı qəzəbləndirmiş bu bəla çətinliyi özünüz üçün tədarük görmüsünüz. Buna görə tövbə edib Allahın yoluna qayıdana kimi dualarınız qəbul olunmayacaq.

2 Öldürüləndən qabaq ya sonra onun göz, qulaq, burun, dodaq, əl, ayaq digər əzalarını kəsməyin ya ona qarşı digər çirkin işlər görməyin.

1 Tutaq ki, Allahın hökmləri ilə müxalifət etməyin müqabilində heç bir cəza yoxdur. Amma ona tabe olmağa elə bir əvəz mükafat verirlər ki, ona göz yummaq mümkün deyil.

2 Heç kəsin işini məəttəlçiliyə salıb «belə et, belə etmə» ya «torpağı əkmə», yaxud «suyu filan yerdən çıxart» deməyin. Qısası, heç kəsi sərgərdan qoymayın.

1 Bu, onun fəzilətli vaxtıdır. «Nəhcül-Bəlağə»nin bir neçə nüsxəsində «
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin