NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə82/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   77   78   79   80   81   82   83   84   85
أللّهُمَّ بَلي» yəni, «Allahım, bəli» ifadəsi burada istisna mənasındadır.

2 Qalsın bərqərar olsun. İbn Meysəm (Allah ona rəhmət etsin) deyir: Bu kəlam imamın bütün zamanlarda qədər ki, şər'i vəzifələr mövcuddürxalqın arasında olmasının vacibliyini zəruriliyini açıqlayır.

1 Onları qorumaq onlara vəfa etmək istiqamətində çalışın. Yaxud əhd-peymanın şərtlərini möhkəm tutarlı edin. Yaxud kafir münafiqlər kimi ləyaqəti olmayanlarla deyil vəfalılarla peyman bağlayın. Çünki onlar öz əhdlərinə vəfa etmirlər, necə ki, Qurani-Kərimin Tövbə surəsinin 10-cu ayəsində buyurulur: «لاَ يَرْقُبُونَ فِي مُؤْمِنٍ إِلاًّ وَلاَ ذِمَّةً» «Onlar möminlər barəsində qohumluq haqqına əhd-peymana riayət etmirlər

2 İmamlar əleyhimus-salama tabe olun. Əgər «onları tanımadıq» desəniz üzrünüz qəbul olunmaz. Çünki dini hökm qanunları onlardan öyrənməlisiniz.

1 Çünki bəxşiş dostluğa, pislik müqabilində pislik etmək isə düşmənçiliyin artmasına səbəb olur. Qurani-Kərimin Muminun surəsinin 96- ayəsində buyurulur: «ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ» «(Ümmətin) əziyyət pisliyi(ni) yaxşılıqla dəf et

1 Çünki bəndəlik, əvəz istəmədən əzəmət böyüklüyü etiraf edilən birinin müqabilində özünü kiçiltməkdir. Buna görə xeyir ziyanı olmayan şəxsə hörmət göstərmək ona ibadət bəndəlik etmək kimidir. Bəzi yerlərdə isə hörmət göstərmək mədh edilib. Deməli, İmam əleyhis-salamın bu kəlamdan məqsədi budur ki, insan ehtiram göstərməkdə həddi aşmamalıdır ya ləyaqəti olmayan şəxsi böyük bilməməlidir; necə ki, özünün imam Həsən əleyhis-salama vəsiyyətində buyurub: «احْمِلْ نَفْسَكَ مِنْ أَخِيكَ عِنْدَ صَرْمِهِ عَلَى الصِّلَةِ » «Özünü, (din) qardaşın (dostun) ayrılan zaman (onunla əlaqələri bərpa edərək) ona birləşməyə vadar et...... وَ إِيّاكَ أَنْ تَضَعَ ذالِك فِى غَيْرِ مَوْضِعِهِ أَوْ أَنْ تَفْعَلَهُ بِغَيْرِ أَهْلِهِ deyilənləri öz yerindən başqa yerlərdə işlətməkdən çəkin. Yaxud onları nalayiq şəxslər barəsində etməBunların geniş izah şərhi üçün beşinci cilddə otuz birinci məktubun axırına müraciət edin. İbn Əbil Hədidin nüsxəsində «عَبَدَهُ» «ona bəndəlik edib» əvəzinə «عَبَّدَهُ» «onu öz bəndəsi qulu edib» yazılıb. Çünki onun haqqını əda etmək üçün əvəz mükafat nəzərdə tutmayıb, bəlkə ona yaxşılıq xeyirxahlıq etmək istəyib.

1 Çünki günah etməməkdə çətinlik əziyyət yoxdur. Amma tövbə, bəndənin qəlbinin haqqa yaxınlaşması tövbənin qəbul olunmasına layiq olmağı tələb edir.

2 Çox vaxt insan zərərli bir şey yeyir ya yeməkdə ifrata varır nəticədə xəstələnir uzun müddət bir çox yeməklərdən qalır. Bu kəlam o adam barəsində məsəldir ki, az mənfəətin arxasınca gedir çox xeyirdən məhrum olur, halbuki əgər özünü saxlasaydı daha çox mənfəət əldə edərdi.

1 Çünki nadanlar bildikləri şeyi elm, ondan qalan şeyləri isə səhv sanarlar, necə ki, Qurani-Kərimin Yunus surəsinin 39-cu ayəsində buyurulur: «كَذَّبُواْ بِمَا لَمْ يُحِيطُواْ» «Qavraya bilmədikləri şeyi inkar edirlər

1 Bəla çətinliyin içində olmaq onun qorxusu içində qalmaqdan daha yaxşıdır. Bu kəlam dünya işləri barəsindədir ki, onları eşitmək görməkdən daha mühümdür. Amma Qur'an ayələrindən, hədislərdən İmam əleyhis-salamın bu kitabda olan kəlamlarından məlum olduğu kimi axirət işləri, onun əksinədir onları görmək eşitməkdən daha mühümdür.

1 Çünki əgər onların hər ikisi haqq düz olsaydı, onda iki cür olmazdı. Qur'ani-Kərimin Yunus surəsinin 32-ci ayəsində buyurur: «فَمَاذَا بَعْدَ الْحَقِّ إِلاَّ الضَّلاَلُ» «Haqq düzlük aşkar olandan sonra azğınlıqdan başqa var?!»

2 Həzrət Peyğəmbərdən yalan eşitməmişəm. Çünki həm Peyğəmbər, həm imam yalandan uzaq pakdırlar.

1 Necə ki, Qurani-Kərimin Furqan surəsinin 27-ci ayəsində buyurur: «وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَى يَدَيْهِ» «O gün zalım əllərini çeynəyəcək

2 Nadanların əlindən çox əziyyət çəkər. «Nəhcül-Bəlağə»nin bəzi nüsxələrində «عِنْدَ جَهَلَةِ النّاس» «xalqın nadanları yanında» ibarəsi yoxdur. Belə olan halda, İmam əleyhis-salamın kəlamının mənası belə olur: «Haqdan üz döndərən uzaqlaşan kəs həlak məhv olarÇünki birindən uzaqlaşan üzünü ondan döndərər.

1 Bəli, bu həyata ürək bağlamağa dəyməz. Çünki hər gecə gündüz bir dəstənin ölməsinin, məqam böyüklüklərinin əldən çıxmasının sərvət var-dövlətlərinin dağılmasının şahidiyik.

1 Çünki belə bir şəxsə qarşı pis gümanda olmaq günahdır. Qur'ani-Kərimin Hucurat surəsinin 12-ci ayəsində buyurulur: «يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِّنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ» «Ey iman gətirənlər! (Bir-biriniz barəsində) pis gümanların çoxundan çəkinin ki, pis gümanların bəziləri günahdır

1 Çünki əgər insan çətinlik əziyyətlərdən təngə gəlməsə böyüklük yüksək məqam qazanar başçılığa layiq olar.

2 Çünki xalq ona üz tutaraq düşməni tək qoyar. Yaxud düşmən bəyənilən rəftarla məğlub olar.

3 Çünki xalq həlimlik səbrliliyinə görə ona kömək edər. Bu məna 197-ci kəlamda da deyilmişdi.

1 Çünki mal sərvətə əhəmiyyət vermək Allaha yəqinlikdə inamda zəiflik süstlükdür. Həmçinin Allahdan başqası üçün əməli şəkildə əyilməkdir. Deməli, imanın dil ilə iqrardan başqa bir cəhəti qalmır.

2 Çünki əgər Qur'anı etiqad inamla oxuyursa gərək onun mənalarına əməl etsin. Qur'ana əməl etmək isə cənnətə getməyi tələb edir. Buna görə əgər Qur'an oxuyan kəs cəhənnəmə getsə, bu onun, oxuduğu mənalara etiqadının olmamasına dəlildir.

1 Necə ki, Qur'ani-Kərimin Bəqərə surəsinin 261-ci ayəsində buyurulur: «مَّثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللّهِ كَمَثَلِ حَبَّةٍ أَنبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنبُلَةٍ مِّئَةُ حَبَّةٍ وَاللّهُ يُضَاعِفُ لِمَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ» «Mallarını Allah yolunda (fəqir yoxsullara) verənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır (bir dən yeddi yüz dən olacaq). Allah (bu miqdarı) istədiyi şəxs üçün qat-qat artırır. Allahın lütfü genişdir. O, hər şeyi biləndir

1 Onun elə dünyadaca öz zülmkarlığının cəzasına çataraq torpağa sərilib öldürüləcəyi güman edilir. İbn Əbil Hədid burada belə yazır: Heç vaxt İmam əleyhis-salamın kimisə mübarizəyə çağırmasını eşitməmişəm, əksinə, ya o Həzrətin özünü çağırıblar, ya da bir mübariz tələb ediblər o Həzrət düşmənə tərəf gedərək onu məhv edib.

1 Cüzam insanın ət üzvlərinin tökülməsinə səbəb olan bir xəstəlikdir o, xəstəliklərin ən pisidir. Bu kəlam o Həzrətin dünyaya ən son dərəcədə nifrət etməsinə bir dəlildir. Kim o HəzrətinHəzrət Peyğəmbərlə olduğu vaxtlardakı, guşənişinlik etdiyi zamanlardakı zahirdə xilafətə çatdığı dövrdəkihallarına nəzər salıb düşünsə, bu sözün sirrini dərk edər.

2 Bu ifadə əslində atalar sözüdür ondan məqsəd başqa şeydir. Belə ki, İmam əleyhis-salam burada ailə qurmağın çətinliklərini onun ağır məsuliyyətlərini bəyan etmək məqamındadır. Fars dilində belə bir atalar sözü var ki: «arvad-uşaq başdan ayağa dərdi-sərdir, dərdi-sərsiz isə yaşamaq mümkün deyil

1 Çünki zalımın dünyadakı zülm etdiyi müddət bir neçə gündən artıq deyil sonu bəllidir. Amma onun cəzası qiyamətdə əbədi atəşdir.

1 Qeyd etmək lazımdır ki, Allahın hər bir nemət barəsindəki şükr haqqı həmin nemətə uyğun şəkildədir. Məsələn, Allahın dövlət məqam verdiyi kəs, gərək zəif acizlərlə birgə olaraq onlara qarşı təvazökar olsun; Allahın izzətli möhtərəm etdiyi kəs gərək özünü həqir xar saysın; mal sərvət verdiyi kəs gərək ondan yoxsul ehtiyaclılara, eləcə qohumlarına versin; elm bilik əta etdiyi kəs gərək onu münasib adamlara öyrətsin.

1 Çünki bir şeyi əldə etmək imkanı az olan kəsin meyl rəğbəti həmişə həmin şeydə olur onu əldən çıxarmaqdan qorxur. Amma bir şey həmişə əlində olan kəsin, həmin şeyə meyl rəğbəti az olur. Ona görə ki, istədiyi vaxt onu əldə edəcəyinə arxayındır.

1 Çünki savab əvəz, çəkilən əziyyətin miqdarında verilir. Buna görə Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) buyurmuşdur: «اَفْضَلُ الْأَعْمالِ أَحْمَزُها» «(Saleh) əməllərin ən yaxşısı onların ən çətinidir

2 Deməli, istək qərarların pozulması insanın ixtiyar cilovunu Öz əlində saxlayan bir sahib yaradanının olmasına dəlildir. İnsanın iradəsinin bəzən gerçəkləşməsinin səbəbi isə budur ki, o, qərara gəlməkdən birdəfəlik əl çəkməsin.

3 Əzab cəzasıdır. Çünki axirət üçün zəhmətə qatlaşmaq onun üçün görülməsinə səbəb olur ki, insan nəticədə həmin diyarın ləzzət, sevinc, savab mükafatını əldə edir. Amma dünya ləzzət şadlıqlarına vurğunluq axirətdən qafil olmağa onun üçün görülməsini tərk etməyə səbəb olur bu, əzab cəza ilə nəticələnir.

1 Çünki qüdrətli imam rəhbər zalımı zülmdən çəkindirir məzlumun haqqını zalımdan alır işlər qaydaya düşür.

2 Şərhçi Bəhrani (rəhiməhullah) burada belə yazır: Nəql edirlər ki, bir nəfər söz gəzdirən Mənsurun yanına gələrək Həzrət İmam Sadiq əleyhis-salamdan dedi-qoduçuluq etməyə başladı. Mənsur o Həzrəti çağıraraq dedi: Filankəs səndən belə-belə sözlər deyib. Həzrət buyurdu: Bu mənim sözlərim deyil. Söz gəzdirən təslim olmayıb dedi: Bu sözləri mütləq mütləq o Həzrət deyib. İmam Sadiq əleyhis-salam onu yalan dediyi təqdirdə Allahın qüdrət qüvvəsindən bizar olmasına and verdirdi. Sonra söz gəzdirən and içdi sözü sona çatmamışdı ki, iflicəbədənin yarısının qurumasınadüçar oldu ayaqlarını ət parçası kimi yerlə sürüdü.

1 İbn Əbil Hədid burada belə yazır: əyə bu iftixar baş ucalığı bəsdir ki, Əli əleyhis-salam kimi bir şəxsiyyət, onun dilinin mahirliyi, ustalığı, fəsahəti nitq qabiliyyətini tərifləyib.

1 Lüğət, hədis, ədəbiyyat fiqh elmlərində, eləcə rəvayətinin düzlüyündə elminin çoxluğunda çox məşhur tanınmış şəxsiyyətlərdən olmuş 222, yaxud 223, ya da 224- hicri ilində Məkkədə həcc əməllərini yerinə yetirib qurtardıqdan sonra vəfat etmişdir.

2 İbn Əbil Hədid burada belə yazır: Əbu Ubəyd deyir: İmanın azalması çoxalmasını inkar edən düz bilməyən şəxsin əleyhinə bu hədisdə dəlil sübut vardır. Məgər görmürsənmi ki, bu hədisdə «iman artdıqca həmin nöqtə artır» deyilir? Amma «Məcməul-bəhreyn» kitabının müəllifi Tureyhi (rəhiməhullah) «
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin