NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə1/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
  1   2   3   4   5   6   7   8   9   ...   85


"
NƏHCÜL-BƏLAĞƏ
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları

(tərcümə və şərh, 2 cilddə)

II CİLD
NƏHCÜL –BƏLAĞƏ"


İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları

(tərcümə və şərh, 2 cilddə)

II CİLD



Toplayan:

Seyyid Rəzi


Şərhçi:

Ayətullah Feyzul-İslam


Tərcüməçilər:

Ağabala Mehdiyev

Dürdanə Cəfərli

Etibar Quliyev


Redaktolar:
İxtisas redaktoru:

Höccətül-islam vəl-müslimin


Hacı Adil Mövlayi
Ədəbi redaktor:

Akademik Hacı Bəkir Nəbiyev


Texniki redaktor:

Rauf Kərimov



Feyzul-İslamın IV hissəyə yazdığı müqəddimə:
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ

أَلْحَمْدُ لِلّهِ عَلى ما عَرَّفَنا مِنْ نَفْسِهِ وَ أَلْهَمَنا مِنْ شُكْرِهِ وَ فَتَحَ لَنا مِنْ أَبْوابِ الْعِلْمِ بِرُبُوبِيَّتِهِ وَ دَلَّنا عَلَيْهِ مِنَ الْإِخْلاصِ لَهُ فِى تَوْحِيدِهِ وَ جَنَّبَنا مِنَ الْإِلْحادِ وَ الشَّكِ فِى أَمْرِهِ وَ الصَّلوةُ عَلى عَبْدِهِ وَ رَسُولِهِ الْبَشِيرِ النَّذِيرِ السِّراجِ الْمُنِيرِ سَيِّدِ الْأَنْبِياءِ وَ الْمُرْسَلِينَ مُحَمَّدٍ وَ الِهِ الْأَئِمَّةِ الطَّيِّبِينَ.

اللّهُمَّ عَجِّلْ فَرَجَهُمْ وَ انْصُرْ شِيعَتَهُمْ وَ أَهْلِكْ أَعْدائَهُمْ مِنَ الْأَوَّلِينَ وَ الْاخِرِينَ امِينَ رَبَّ الْعالَمِينَ
Kim diqqət və düşüncə ilə «Nəhcül-Bəlağə»ni mütaliə etsə, əbədi səadətə yol tapar. Kim ona əməl etsə, Allah və Peyğəmbərin razılığını əldə edər və onun nəticəsində dünya həyatında başı uca və qəlbi diri, qəbr və qiyamətdə rahat, Cənnətdə isə kam alan olar. Bu müqəddəs kitab, bəşəriyyətin hidayətçi və bələdçisi olan İslam elm və hikmətlərinin xülasəsidir və o, səadət və xoşbəxtliyə çatmaq üçün cahilcəsinə təəssübdən əl çəkən və bu kitabı özünə örnək edən kəsi məqsədinə çatdırır. Çünki onda nadanlıqlar üzərindən pərdə götürülüb, həqiqətlər aşkar edilib və oxucu bu əsərdə hər bir hadisədən xəbərdar olur. Buna görə də onunla tanış olan və ona əməl edən kəs azğınlıq yoluna qədəm qoymaz və avara və sərgərdan qalmaz. Onun bir fəslini diqqətlə mütaliə edən insaflı kəs bizim sözümüzün düzgünlüyünə və doğruluğuna inanar. Allaha şükr edirəm ki, uzun illərdən bəri onun məziyyət və xüsusiyyətləri ilə tanış olub bütün məclis və yığıncaqlarda hamını Əmirəl-möminin əleyhis-salamın kəlam və əməllərini araşdırıb onlara tabe olmağı tövsiyə edən məni ərəb dilini bilməyənlər üçün tərcümə və şərh etməyə müvəffəq edib. İndi dördüncü hissənin tərcümə və şərhinə başlayır və qadir Allahdan istəyirəm ki, bu və sonrakı iki hissəni başa çatdırmağa məni müvəffəq etsin.

اللّهمَّ أَغْنِنِى بِمَسئَلَتِكَ عَنْ مَسْئَلةِ خَلْقِكَ وَارْحَمْنِى بِرَحْمَتِكَ يا أَرْحَمَ الرّاحِمِينَ
Fani bəndə: Əliyyənnəqi Feyzul-İslam İsfahani Ali-Məhəmməd əd-Dibac.

186- cı xütbə
İmam Əli əleyhis-salamın (Allah-təalanın vəsfi, Həzrət Peyğəmbərin mədhi, nəsihət, təqva pərhizkarlıq barəsindəki) xütbələrindəndir.

Həmd o Allaha layiqdir ki, səltənətinin nişanələrindən və böyüklüyünün əzəmətindən qüdrət və bacarığının heyranlıqlarını aşkar etdi, gözləri mat və heyran qoydu və insanların zehnlərindən keçən fikirləri Öz sifətinin həqiqətlərinin dərkindən saxladı. (Ağıl sahibləri Onun yaratdıqlarının müqabilində mat-məəttəl qalıblar onların ağılları Onun həqiqətlərini dərk etməkdən acizdirlər.) Şəhadət - iman, inam, niyyət saflığı və itaət üzündən olan bir şəhadət - verirəm ki, Allahdan başqa bir tanrı yoxdur. (Bu şəhadətdə qəlbimlə dilim birdir onda təqlid riya yoxdur.) Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir. Onu o vaxt göndərdi ki, qurtuluş nişanələri və dinin aşkar yolları aradan getmiş, viran olmuşdu (insanlar zəlalət azğınlıqda addımlayır, nəfsi istəklərin arxasınca gedirdilər). Belə olan halda, o, haqqı aşkar etdi, xalqa nəsihət verdi, (danışıq davranışda) düzlük və doğruluğa hidayət etdi və mötə’dil yolu tutmağı əmr etdi. Allah ona və onun Əhli-Beytinə salam göndərsin.



Ey Allahın bəndələri! Bilin ki, Allah sizi boş yerə yaratmayıb, (heyvanlar kimi) özbaşına buraxmayıb (bəlkə sizin üçün vəzifə hökmlər müəyyənləşdirib ki, hər birini öz vaxtında yerinə yetirəsiniz), sizə verdiyi nemət və bəxşişlərin miqdarını bilir və mərhəmət və lütfünü sayıb (ki, sizin şükr etməyinizi naşükürlüyünüzü sınasın). Belə isə zəfər və qələbəni (düşmənə qalib gəlməyi) və hacətin rəva olmasını Ondan diləyin, öz istəyinizi Ondan istəyin və əta və bəxşişi Onda axtarın ki, sizinlə Onun arasında asılı pərdə və bağlı qapı yoxdur. O, hər yerdə və hər bir vaxt və zamanda hazırdır və hər bir insan və cinlə birlikdədir. Əta və bəxşiş Onu (onun nemətlərini) azaltmır və (onlarda) nöqsan yaratmır; Ondan istəyən Onun nemətini sona çatdırmır; arzulayan Onun xəzinələrinin sonuna çatmır; heç kəs Onu digərindən saxlamır; bir səs Onu özünə məşğul edərək Onun digər səsi eşitməsinə mane olmur;1 (nemət) bağışlamaq Ona (eyni zamanda digər neməti) almağa mane olmur; qəzəb etmək Ona rəhm etməyə mane olmur; mehribanlıq Onu əzab etməkdən saxlamır; gözə görünməzlik Onun aşkar olmasına mane deyil və aşkar olmaq Onu gözə görünməzlikdən ayırmır.2 Həm yaxındır, həm uzaq, həm yuxarıdadır, həm də aşağıda, həm aşkardır, həm gizli və həm gizlindir, həm də aşkar. Cəzalandırıb, amma cəzalanmayıb. (Hamının hesabını O edir. Amma heç kəsin Onun hesabını aparmaq dərki qüdrəti yoxdur.) Yaradılmışları fikirlə yaratmadı və heç bir işdə onlardan yardım istəməyə möhtac deyil. (Çünki vücudu vacib olan varlıq acizlikdən uzaq pakdır.)

Ey Allah bəndələri! Sizə təqvalı və Allaha itaətkar olmağı tövsiyə edirəm. Çünki təqva (sahibini səadətə çəkən) cilovdur və (işlərin nizam-intizamını saxlayan) sütuna bənzəyir. Belə isə onun möhkəm bağlarına sarılın və həqiqətlərindən yapışın ki, gözlərin (qorxu vahimədən) bərəli qalaraq qırpılmadığı və ətrafına nəzər sala bilmədiyi, qaranlığın hər yeri bürüdüyü və doğmaqları yaxın olan on aylıq hamilə dəvə sürüsünün sahibsiz qaldığı gündə3 sizi rahatlıq və əmin-amanlıq məkanları, geniş yerlər, qorunan hasarlar və hörmət bəslənilən mənzillərə çatdırsın (heç bir çətinliyi giriftarçılığı olmayan əbədi Cənnətə aparsın). Və Sur (İsrafilin suru) çalınacaqdır. Həmin vaxt bütün canlar bədənlərdən çıxacaq və bütün dillər lal olacaqdır (ölüm hamını bürüyəcək); uca dağlar və möhkəm daşlar parçalanaraq dağılacaq, onların sərt daşı parlaq ilğım kimi görünəcək və onların durduqları və sakin olduqları yerlər hamar (alçaq-hündürsüz) olacaq (abadlıq heç bir nişanə qalmayacaq). Beləliklə, (həmin gün) nə şəfaət edəcək (günahın əvf edilərək bağışlanmasını istəyən) şəfaətçi, nə çətinliyi dəf edəcək qohum, nə də xeyir verəcək üzr və bəhanə olacaq. (Xülasə, təqva pərhizkarlıqdan başqa bir sığınacaq yoxdur.)

187- ci xütbə
İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin Allah tərəfindən göndərilmə zamanına toxunaraq təqva pərhizkarlığa tövsiyə etdiyi, dünyanın çirkinliklərini açıqladığı ölüm çatmamışdan yaxşı işlər görməyə təşviq etdiyi) xütbələrindəndir.

Allah, Həzrət Peyğəmbəri o vaxt göndərdi ki, nə bir nişanə qalmışdı (axırıncı peyğəmbərlə o Həzrət arasındakı zaman fasiləsi insanları haqq yoldan uzaqlaşdırmışdı), nə parıldayan bir işıq (haqq şəriət gizlin qalmışdı heç kəs Allaha itaət etmirdi), nə də aydın bir yol var idi. (Hamı azğınlıqda nadanlıqda sərgərdan idi. Belə bir vəziyyətdə o Həzrət bəşəriyyəti hidayət edərək bədbəxtlikdən nicat verdi.) Ey Allahın bəndələri! Sizə təqvalı olmağı və Allaha itaət etməyi tövsiyə edirəm və dünyadan çəkindirirəm. Çünki dünya köç etmək diyarı və qəm-qüssə və dərd yeridir. Onun sakini gedən, məskunlaşanı ayrılandır. O öz əhlini bərk küləklər gəmiləri dənizlərdə hərəkətə gətirib titrətdiyi kimi titrədərək çəkişməyə salar. Beləliklə, sərnişinlərin bəziləri boğularaq həlak olarlar. Bəziləri isə nicat taparaq dalğaların üzərində çabalayarlar və küləklər onları bir tərəfdən digər tərəfə apararaq qorxu və nigarançılıqlara düçar edər. Boğulanı bir daha tapmaq mümkün deyil. Nicat tapan isə həlak olmağa tərəf gedir.1



Ey Allahın bəndələri! İndi ki, dillər açıq, cisimlər sağlam, bədən itaətkar, get-gəl yeri genişdir və fürsət qalmaqdadır, yoxluğun tələsməsindən və ölümün gəlib çatmasından qabaq iş görün (Allaha ibadət xalqa xidmət edin). Onun sizin yanınıza gəlməsini gerçəkləşmiş bilin və intizarını çəkməyin.1
188- ci xütbə
İmam Əli əleyhis-salamın (özünün Peyğəmbərə yaxınlıqda tək olması, xilafətə daha layiq olması başqasının bu məqama layiq olmaması barəsindəki) xütbələrindəndir.

Məhəmmədin (səlləllahu əleyhi alih) qoruyucu olan (Quran onun sünnəsini qoruyan onun sirlərindən xəbərdar) səhabələrinin böyükləri bilirlər ki, mən heç vaxt bir saat belə Allah və Peyğəmbərin əmrindən kənarda olmamışam və igidlərin qaçdıqları və addımların qayıtdıqları (heç kəsdə düşmənin qarşısını almaq cürəti olmayan) yerlərdə (çətinlik müharibələrdə) Allahın məni əziz tutduğu şücaət və igidliklə öz canımı Həzrət Peyğəmbərdən əsirgəməmişəm. Allahın Peyğəmbəri - səlləllahu əleyhi və alih - başı mənim sinəmdə olan halda canını tapşırdı və onun ruhu o mənim əllərim üzərində olanda bədənindən ayrıldı və mən (təbərrük türbət kimi) əlimi üzümə çəkdim. O Həzrətin (səlləllahu əleyhi alih) qüslünü öz öhdəmə götürdüm və mələklər mənə kömək etdilər. Sonra ev və onun ətrafı (orada olanlar get-gəl edən mələklər) ağlayaraq nalə qopardılar. Mələklərin bir dəstəsi enir, digər bir dəstəsi isə yuxarı qalxırdılar. Onların o Həzrətə qıldıqları namazın səsi, onu qəbrinə qoyana kimi qulağımdan getmirdi. Belə olan halda, kim o Həzrətə həyat və ölümündə məndən daha yaxın və layiqdir?! (Kim layiq yaxın olmaq iddiası etsə yalan deyib özünü nahaq yerə onun xəlifə canişini hesab edib.) Gözüaçıqlıq və bəsirətlə (şəkk tərəddüd etmədən) tələsin. Gərək düşmənlə müharibədə sizin niyyətləriniz düz olsun (nifaq ikiüzlülük olmadan öz haqq imamınıza tabe olasınız). Ondan başqa bir tanrı olmayan Allaha and olsun ki, mən haqq yoldayam (söz əməllərim eyni ilə Allah Peyğəmbərin buyurduqlarıdır). Bizim düşmənlərimiz isə batil sürüşkənliklərdədirlər (pis işlərə əmr edən nəfsə şeytana tabedirlər). Eşitdiklərinizi deyirəm (ki, haqqı batildən seçəsiniz) və Allahdan (sizə giriftar olmuş) özüm üçün və sizə (keçmiş əməlləriniz üçün) bağışlanma istəyirəm (ki, bir azğınlıq yoluna qədəm basmayasınız haqq imama tabe olasınız).

Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin