Bu da həmin xütbənin (qarışqa, çəyirtkəvəbukimi) bir qism heyvanların yaradılışlarının qəribəlik və heyranediciliyinin vəsfinə dair bir hissəsidir Əgər insanlar Allah-təalanın qüdrətinin əzəməti, nemət və bəxşişinin böyüklüyü barəsində fikirləşərək düşünsələr, (azğınlıqdandoğru) yola qayıdar və (qiyamətdəki) yandırıcı odun məşəqqət və çətinliklərindən qorxarlar (AllahvəPeyğəmbəringöstərişlərinəzidddavranmazlar). Amma qəlblər xəstə və gözlər kordur!1 Məgər yaratdığı kiçik heyvanın yaradılışını, eləcə də onun (bədənüzvlərinin) bir-birinə birləşmələrini necə möhkəm etməsinə, (bütünkiçikliyinəbaxmayaraq,) onun üçün qulaq və göz yaratmasına və onu mütənasib sümük və dəri ilə bəzəməsinə baxmırlar?!
Göz ucu baxışla görünməyən və fikirləşməklə dərk edilməyən kiçik gövdəli və nazik bədənli qarışqaya baxın ki, öz yolunu necə gedir və ruzisini əldə etmək üçün necə tələsir. Dəni öz yuvasına daşıyır və onu (çətingünüçün) anbarında hazır saxlayır. Yayda qış və (istigünlər) gələndə qayıtmaq (soyuqgünlərinqayıtması) üçün dənləri toplayır. Allah onun ruzisinə zamindir və halına uyğun olaraq onun ruzi yolunu açıb. Nemət və bəxşişi çox olan Allah, ondan qafil deyil. Əvəz verən Allah onu məhrum və paysız qoymaz, hətta (birşeybitməyən) quru daşın və ya (biryerdəndigəryerəaparılmayan) sərt daşın içində olsa belə! Əgər qarışqanın qida boruları, yuxarı və aşağısı, qarnında olan qabırğaları və başında olan göz və qulağı barəsində fikirləşsən, onun yaradılışından (Allahınonunyaradılışındakıhikmətvətədbirindən) heyrətə gələrək onu vəsf etməkdə çətinliyə düşərsən. Buna görə də qarışqanı, yaradılışında heç bir yaradan şərik olmadan (yaradan) və heç bir qüdrətli kömək etmədən əl və ayaqları üzərində saxlayan, dirək və bədən üzvləri üzərində quran Allah (fikirvədüşüncəyəyerləşməkdən) çox-çox uca və üstündür. Əgər öz düşüncə yollarını qət edərək onun sonuna çatsan (bütünfikirvədüşüncələriniişəsalsan), dəlil və sübut hər bir şeyin (digərindən) fərqlənməsində işlədilmiş dəqiqliyə və canlıların növbənöv olmalarının əhəmiyyətinə görə səni ancaq və ancaq bu nəticəyə gətirib çıxaracaq ki, qarışqanın yaradanı elə həmin xurma ağacının yaradanıdır.1(Bunagörədəİmaməleyhis-salambuyurur:) Onun yaratdıqları arasında böyük-kiçik, ağır-yüngül və güclü-zəif yoxdur və onların hamısı (Onunkamilqüdrətimüqabilində) bərabərdirlər. (Bunagörədəbeləgümanetməki, bukiçikolduğuüçünçətin, digəriisəböyükolduğuüçünasandır.) Həmçinin (Onunqüdrətimüqabilində) göy, hava, külək və su (bunlarınhərbirininyaradılması) da bərabərdir. Həmçinin günəş, ay, bitki, ağac, su və daşa, gecə ilə gündüzün dolanmasına (birbiriniəvəzetməsinə), dənizlərin axmasına, dağların çoxluğuna, qüllələrin uzunluğu və dillərin müxtəlifliyinə baxın.2 Buna görə də yaradanı inkar edənin və nizama salana inanmayanın vay halına! Belə güman edirlər ki, onlar, (səhravədağlardaözbaşınabitənvə) əkəni, toxum səpəni olmayan bitki kimidirlər və onların müxtəlif surətlərini yaradan olmayıb. Onlar, barəsində iddia etdikləri şeydə dəlil və sübuta malik deyildirlər və əzbərləyərək inandıqları şeydə araşdırma və yəqinləri yoxdur. (Bəlkəonlarıniddialarıyalnızməğrurluqvəgümanəsasındadır.) Məgər bənnası olmamış bina və ya canisi olmayan cinayət var? (Hərbirişinonugörmüşamiləmöhtacolmasızərurivəaşkarbirməsələdirki, onuinkaretməksəhvvəbatilbirdüşüncədirvəonuinkaredənkəsnadanvəazğındır.)
İstəyirsənsə (qarışqakimi) çəyirtkədən danış (onunyaradılışınınheyranediciliyindəfikrədalaraqdüşün) ki, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, onun üçün iki qırmızı göz yaradıb, (aykimi) iki parıltılı bəbək işıldadıb. Ona gizli (gözləgörünməyən) qulaq qoyub və münasib ağız açıb. Onun üçün (yaşayışyoluvəözxeyir-ziyanınıbildiyi) güclü hissiyyat yaradıb və həmçinin vasitəsi ilə (bitkini) kəsib ayırdığı iki diş (verib). Həmçinin oraq (kimiikiayaqverib) ki, onunla qaçır. Əkinçilər əkinlərinə görə ondan qorxurlar və hətta söz qoyub birləşsələr belə, onun qarşısını ala bilməzlər. Nəhayət, uçub əkinlərə gələrək onda istədiyini edər, halbuki onun bütün gövdə və bədəni nazik bir barmaq ölçüsündədir. Buna görə də (dərkedilməkdən) pak və uzaqdır o Allah ki, göylər və yerdə olanlar (mələklərvəAllahaitaətedənlər) ixtiyar və çarəsizliklə (rahatlıqvəçətinlikdə) Ona səcdə edirlər, üzlərini torpağa sürtürlər (itaətkarlıqvəzəifliklərinibildirirlər), məcburiyyət və zəiflik üzündən itaət edərək hökmünə tabe olurlar və qorxu üzündən cilovlarını Onun əlinə verirlər. Quşlar Onun əmr və fərmanının ixtiyarındadırlar. O, onların tüklərinin və nəfəslərinin sayını bilir. Onların əl və ayaqlarını su və quruda möhkəmlədib (bəzilərinidəniz, bəziləriniisəsəhrasakiniedib). Ruzilərini müəyyənləşdirib və onların növlərindən xəbərdardır: bu qarğa, bu qartal, bu göyərçin və bu dəvəquşudur. Hər bir quşu adı ilə çağırıb (hikmətvəməsləhətəuyğunyaradıb) və ruzisinə zəmanət verib. (Yağışıolan) ağır buludu yaradıb, yağışını axıdıb, hər bir yerin ondan olan payını müəyyənləşdirib, yerə quruluqdan sonra su verib və quraqlıqdan sonra onda bitki bitirib.
228- ci xütbə İmam Əli əleyhis-salamın tovhid barəsindəki xütbələrindəndir. Bu xütbə özündə elmin (Allahıtanımaqelminin) digər xütbələrin toplamadığı əsas və qaydalarını toplayıb:
Onun üçün keyfiyyət və necəlik (zataəlavəedilənsifətlər) müəyyənləşdirən kəs Onu tək bilmir. Onun üçün misil və bənzər (şərik) güman edən kəs Onun həqiqətinə çatmayıb (Onutanımayıb). Onu (birşeyə) oxşadan kəs Onu nəzərdə tutmayıb. Ona işarə edən və Onu xəyala gətirən kəs Onu istəməyib.1 Öz zatı ilə tanınan şey (həqiqətvəzatıtanınmış, dərkedilmişşey) yaradılmış və məxluqdur.2 Özündən başqası ilə var olan hər bir şey nəticədir.3 O, faildir, (işlərigörəndir) amma alət və vasitələrdən istifadə etmədən! (Çünkialətvəvasitələrəmöhtacolmaqmümkünvarlığınsifətlərindəndir. Ruzi, əcəlvəbukimişeyləri)təyin edəndir, amma fikir və düşüncə işlətmədən. (ÇünkiAllahdüşüncəyəmöhtacolmaqdanpakvəuzaqdır.) Ehtiyacsızdır, amma başqasından bəhrələnməklə yox. (Varlılarınehtiyacsızlıqlarıbaşqalarındanbəhrələnməkvasitəsiilədir. Allah-təalaisəbundanpakvəuzaqdır. Çünkio, naqislikvəmöhtaclığınzərurinəticələrindəndir.) Zaman və vaxtlar onunla yoldaş deyildirlər.4 Alət və vasitələr Ona yardım etmirlər. (ÇünkialətləriOyaradıbvəhərbirköməkvəyardımdanehtiyacsızdır.) Onun mövcudluğu zamanlardan, varlığı yoxluqdan və əzəlilik və əbədiliyi başlanğıcdan qabaqdır. (ÇünkihərbirşeyOndasonaçatır, OÖzüisəsonsuzdur.) Onun hiss və idrak qüvvələrini yaratması ilə Onu dərk etmə vasitəsinin olmaması məlum olur. Əşyalar arasında ziddiyyət və ixtilaf yaratması ilə Onun zidd və müxalifinin olmaması bilinir. Onun əşyalar arasında tay və yoldaş təyin etməsi ilə Onun tay və yoldaşının olmaması başa düşülür. (Çünkihiss, ziddvətaylarıyaradanOdur.) İşıqlıqla qaranlığı, aşkarla gizlini (ağlaqaranı), quru ilə yaşı və isti ilə soyuğu bir-birinə zidd edib. (Müxtəlifünsürlərkimi) bir-birindən ayrı və uzaq olan zidd şeyləri birləşdirəndir; (ruhiləbədənkimi) bir-birlərindən ayrı olanları tay və yoldaş edəndir; (qəlblərivəmüxtəlifistəkləribir-birinəqovuşdurmaqkimi) bir-birindən uzaq olanları yaxınlaşdırandır və bir-birinə yaxın olanları bir-birindən ayırandır (ölümiləruhlabədənarasındaayrılıqsalmaqkimi). Heç bir hədd ilə məhdud deyil (çünkiməhdudluqvacibvarlığadeyil, mümkünvarlığaaiddir), ədəd və say ilə sayılmaz (çünkiO, onunüçünikincifərzedilməyənhəqiqitəkdir). Alətlər özlərini (mümkünvarlıqları) məhdudlaşdırırlar və vasitələr öz bənzərlərinə işarə edirlər. (ÇünkiAllahcisimdeyilki, məhdudlaşsınvəOnaişarəedilsin.) (Ərəbdilindəzamanınbaşlanğıcınıbildirən) «مُنْذُ» («munzu») kəlməsi alət və vasitələrin qədim olmalarına mane olub.1 Həmçinin (keçmişzamanfelininəvvəlinəgələndəkeçmişzamanıindikizamanayaxınlaşdıran, gələcəkzamanfelininəvvəlinəgələndəisəazaldan) «قَدْ» («qəd») kəlməsi əzəlilik və əbədiliyin qarşısını alıb.2 Eləcə də (ikincicümlədəkiinkarıbirincicümləyəbirləşdirməküçünolan) «لَوْ لا » («laula») kəlməsi kamil olmaqdan uzaqlaşdırıb.1 Həmin alət və vasitələrlə onların yaradanı ağıllara aşkar olub (ağıllartərəfindəntanınıb). Həmçinin onlarla, gözlərlə görünməkdən imtina edib.2 Durğunluq və hərəkət Ona şamil olmur. (Onunbarəsində «hardasaqalıb» vəya «biryerəgedib» deməkolmaz.) Onun (məxluqatda) qoyduğu şey Onun Özünə necə cari olsun, yaratdığı şey Onun Özündə necə yaransın və icad etdiyi şey Onda necə icad olsun ki, belə olsa (fərzəndurğunluqvəhərəkətOndacariolsa) zatı (artıqlıqvənöqsanla, yəni, hərəkətvədurğunluqla) dəyişər və mahiyyəti parçalanar.3 Həmçinin həmin surətdə Onun həqiqəti əzəlilik və əbədilikdən imtina edər. (Çünkihərbircisimhadisdir, sonradanyaranmadır.) Əgər (hərəkətvədurğunluqda) Onun üçün ön və qabaq tapılsa, arxa da olacaq. (OndaO, başlanğıcolmayacaq, halbukivacibvarlıqbaşlanğıclarınbaşlanğıcıdır.)Əgər naqisliklə yoldaş olsa, kamilləşmək istəyəcək (halbukivacibvarlığınkamilləşməkistəməsiqeyri-mümkündür). Bu vaxt - (yəni, əgərOndahərəkətvədurğunluqolmuşolsa) hər bir şey Onun varlığının dəlili olduqdan, imtina və qeyri-mümkünlük dəlili ilə Onun, Ondan başqasına (mümkünvarlıqlara) təsir edən şeyin təsirindən uzaq olması məlum olduqdan sonra, Onda məxluq olmaq nişanəsi aşkar olacaq və O, (digəryaranmışlarkimi) yaradanın varlığına dəlil olacaq.
O Allah ki, haldan hala düşmür (dəyişmir), zavala uğramır4 və qayib və gizli olması rəva deyil.5 Doğmayıb ki, doğulmuş (başqasınınnəticəsi) olsun (çünkidoğan, mürəkkəbvəbaşqasınınnəticəsidir); doğulmayıb ki, məhdud olsun (çünkihərbirdoğulmuşşeyhadisdirvəonunvarlığıata-anayaqayıdır, onlarabağlıdır). Onun zatı övladları olmaqdan uca və qadınlarla yaxınlıq etməkdən pak və uzaqdır. (Çünkiövladıolmaqvəqadındanləzzətalmaqməxluqvəyaranmışınxüsusiyyətlərindəndir.) Xəyal və düşüncələr Ona çatmaz ki, (fikirdə) Onu məhdud və mövcud etsinlər; dərk və qavrama itiliyi Onu fikrə gətirməz ki, təsəvvür etsin (birşəkilvəformayasalsın); hisslər Onu dərk etməz ki, Onu hissi varlıq etsin; əllər ona toxunmaz ki, Ona çatsınlar. O, bir hala dəyişmir və halların birindən digərinə keçmir. (Çünkidəyişməkvəkeçməkcisminxüsusiyyətlərindəndir.) Gecə və gündüzlər Onu köhnəltmir, qocaltmır. Aydınlıq və qaranlıq dəyişmir Onu! Hissələrdən heç biri, bədən və üzvlər, artırma xassələrdən heç biri, başqasının Onunla olması və heç bir hissə ilə vəsf edilməz.1 Həmçinin Onun barəsində «hədd və sonu var; bitdi və tükəndi; şeylər, yuxarı qaldırmaq, yaxud endirmək üçün Onu əhatə edirlər; bir tərəfdən digər tərəfə aparmaq və ya düz saxlamaq üçün bir şey Onu götürdü» deyilməz. Əşyalara daxil olmayıb və onlardan xaric də deyil (bəlkəhərşeyiəhatəedibvəhərşeyibiləndir). Xəbər verir, amma dil və dilçəklər vasitəsi ilə yox; eşidir, amma dəliklərlə (qulağındeşikləriilə)və alətlərlə (eşitməalətləriilə) yox; danışır, amma kəlmələrlə yox; (hamınınsözvəəməllərini) əzbər bilir, amma hafizə qüvvəsi vasitəsi ilə yox (vəyahərbirşeyiqoruyur, ammaÖzününbaşqasıtərəfindənqorunmağaehtiyacıyoxdur); istəyir, amma düşünmədən; sevir və şad olur, amma riqqətə gəlmək və mehribançılıq səbəbindən yox; nifrət bəsləyir və qəzəblənir, amma məşəqqət və çətinliyə görə yox (bəlkəməhəbbətvərazılığımüvəffəqiyyətvərəhmət, nifrətvəqəzəbiisərəhmətindənuzaqdüşməkdir). Olmasını istədiyi hər bir şeyə «ol!» deyir və o, mövcud olur. (Busöz) nə (qulaqlara) daxil olan səs vasitəsi ilədir, nə də eşidilən harayla. Allahın kəlamı Onun yaratdığı işindən başqa bir şey deyil. Onun bənzəri bundan qabaq mövcud olmayıb (bəlkəyenidir) və əgər qədim olsaydı, mütləq ikinci allah (vəvacibəl-vücud) olardı (vəbuqeyrimümkündür).
(Allah-təalabarəsində) «yoxluqdan sonra var oldu» deyilməz. (ÇünkiOnunvücudununnəvaxtsaolmamasıolmayıb. O, qədimvəəzəlidir. Əgərelədeyilərsə) onda yeni yaranmışların sifətləri Ona şamil olar, Onunla yeni yaranmışlar arasında (seçilməvəüstünlüyəsəbəbolan) bir fərq qalmaz və Onun onlardan heç bir məziyyət və üstünlüyü olmaz. Beləliklə, yaradanla yaradılmış bərabər və vücuda gətirənlə vücuda gətirilən yeksan olar. O, məxluqatı başqasından qalmış nümunəsiz yaratdı və onları yaratmaq üçün yaratdıqlarının heç birindən kömək istəmədi. Yeri yaratdı və onu (ona) məşğul olmadan (Özkamilqüdrətiilə) saxladı. Onu sakitlik olmayan yer (dalğalanansu) üzərində möhkəmləndirdi. Yeri dirəklərsiz dikəltdi, sütunlarsız ucaltdı, əyilməkdən qorudu və düşmək və yarılmaqdan saxladı. Onun mıxlarını möhkəmləndirdi, sədlərini (dağlarını) basdırdı, çeşmələrini axıtdı və çaylarını yardı. Beləliklə, tikdiyi süstləşməyib və qüvvətləndirdiyi zəifləməyib. Öz səltənət və böyüklüyü (qüdrətvəbacarığı) ilə yerə (vəondaolanlara) hakim olan Odur. Odur Öz elm və biliyi ilə onun necəliyini bilən. Böyüklük və izzəti ilə onun hər şeyindən üstündür. İstədiyi heç bir şey Onu aciz qoya bilməz, Ondan boyun qaçıra bilməz və nəhayət, ona qalib gələr. Onların tələsəni Ondan qaça bilməz ki, Ondan qabağa keçsin, qabaqlasın Onu. Dövlətli və varlıya möhtac deyil ki, Ona pay versin. Hər bir şey Ona təvazökar və Onun əzəmət və böyüklüyü qarşısında xar və həqirdir. Onun xeyir və ziyanından (bəxşişvəcəzalarından) yayınmaq üçün səltənət və padşahlığından digər bir yerə qaçmaq gücləri yoxdur. Onun tay və bərabəri olmaq üçün bir bənzəri yoxdur.1 Əşyaları varlıqlarından sonra vücudları yox olana kimi məhv edən Odur. (Həminşeyləreləyoxedilirlərki, sankiheçəvvəldənolmayıblar.) Dünyanın yaradıldıqdan sonra yox olması, onu icad etmək və yaratmaqdan daha təəccüblü (vəağır) deyil. Necə də təəccüblü olsun, axı əgər dünyanın bütün canlıları: quşlar, dördayaqlılar, axşamüstü öz tövlələrinə qayıdanlar, səhrada otlayanlar və onların müxtəlif növləri, qanmaz və kütbeyinlər və onların zirəkləri bir yerə toplaşsalar, bir ağcaqanadı yaratmağa gücləri çatmaz, onu yaratmaq yollarının necə olmasını dərk edə bilməz, ağıl və düşüncələri onu bilməkdə mat-məəttəl qalar və gücləri aciz və süst olar. Məğlub olmalarını bildikləri, onu yaratmaqda aciz qalmalarını iqrar və onu yox etməyə qadir olmamalarını etiraf etdikləri halda, əldən-ayaqdan düşmüş və yorğun vəziyyətdə qayıdarlar.1 Naqisliklərdən pak və uzaq olan Allah dünya məhv olandan sonra (qiyamətdənqabaq) tək qalar və onu yaratmamışdan öncə olduğu kimi Onunla birgə heç nə olmaz. Həmçinin onun yoxluğundan sonra vaxt, məkan, an və zamansız olar.2 Dünyanın yox olması ilə müddətlər, vaxtlar, illər və saatlar da yox olarlar. (Çünkionlarınhamısıfələyinyoxolmasıiləyoxolanzamanınhissələridir.) Beləliklə, (hərşeyə)qalib, tək və bütün işlərin qayıdışı Ona tərəf olan Allahdan başqa bir şey olmayacaq.3 Yaradılışın əvvəlində məxluqat qüdrət və ixtiyara malik deyildi. Onların fanilik və yox olmaları da hər cür imtinasız və boyun qaçırmasız olacaqdır. Əgər onlar imtina edə bilsəydilər, həmişəlik qalardılar.1 Yaradılış zamanı məxluqatın heç birini yaratmaq Ona çətin deyildi və vücuda gətirib yaratdıqlarını yaratmaq Onu yorub əldən salmadı. (Çünkiişinçətingəlməsivəyorğunluqcisminxüsusiyyətlərindəndir.) O, yaratdıqlarını Öz səltənətini möhkəmləndirmək, yox olmaq və azalmaqdan qorxduğu, (Ondan) qabağa düşə biləcək bənzərinə qarşı onlardan kömək istəmək, (Ona) hücum edə biləcək düşməndən uzaq olmaq, padşahlığını uzatmaq, hansısa bir şərik Onunla şərikliyində qalib gəldiyi və fəxr etdiyi, qorxu və vahimədə olub onlarla ünsiyyət qurmaq istəyi üçün var etməyib. Beləliklə, varlıqları yaratdıqdan sonra (qiyamətdənqabaq) məhv edəcək, amma onların bir haldan digər hala düşmələri və onların işlərini idarə etmək nəticəsində darıxaraq təngə gəldiyi, rahatlıq və dincliyə çatmaq və onlardan nəsə Ona ağır gəldiyi üçün yox. Onların ömürlərinin uzunluğu Onu bezikdirməyib ki, nəticədə Onu, onları tezliklə yox etməyə vadar etsin. Amma eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah varlıqların nizamını lütf və mərhəməti ilə bərqərar edib, onları Öz əmr və fərmanı ilə (dağılmaqdan) saxlayıb və qüdrəti ilə möhkəmləndirib. Sonra onları məhv olduqdan sonra onlara ehtiyacı olmadan və onların heç birindən kömək almadan qaytaracaq, amma bu, vahiməli və qorxulu vəziyyətdən ünsiyyət halına qayıtmağa, nadanlıq, korluq və azğınlıqdan elm və istəyə, yoxsulluq və ehtiyaclılıqdan varlılıq və ehtiyacsızlığa və həqirlik və zəiflikdən izzətlilik və qüdrətliliyə dönməyə görə deyil.2