NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə26/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   22   23   24   25   26   27   28   29   ...   85
32-ci məktub
İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır (ki, onda onun xalqı düz yoldan azdırmasını xatırladıb Allahdan qorxmaq çəkinmək barəsində öyüd-nəsihət verib).

İnsanların çoxunu həlak etdin: onları öz azğınlığınla aldatdın, öz (nifaq ikiüzlülük) dənizinin dalğalarına atdın. Zülmətlər (azğınlıqlar) onları əhatə edib və şübhələr (əyriliklər) onların ətrafında ləpələnir. Beləliklə, öz doğru yollarından uzaqlaşdılar (haqdan sonra batilə tərəf getdilər). Keçmişlərinə qayıtdılar (dal-dala getdilər) və arxa çevirdilər. (Batil yoldan haqq yola) qayıtmış gözüaçıqları (ağıllıları) istisna olmaqla, (qalanları) əsl-köklərinə (sülalələrinin ad-sanına) arxalandılar (öyündülər). Bu cür onlar səni tanıyandan (sənin haqqa zidd addım ataraq xalqı aldatmağını biləndən) sonra səndən ayrıldılar. Onları çətinliklərə doğru çəkəndə (batilə sövq edəndə) və doğru yoldan qaytaranda (azdıranda), sənə kömək etməkdən Allahın yardımına qaçdılar. Belə isə, ey Müaviyə, özün (əzab cəzaya düçar olmağın) barəsində Allahdan qorx və cilovunu Şeytanın əlindən çək (onunla əlaqələrini bir-birinə vur nəfsinin ona tabe olmasının qarşısını al). Çünki dünya səndən ayrılacaq və axirət sənə yaxındır. Salama layiq kimsəyə salam olsun!
33-cü məktub
İmam Əli əleyhis-salamın onun tərəfindən (xilafətinin bütün müddəti ərzində) Məkkənin hakimi olan Qusəm ibn Abbasa (ibn Ədül Müttəlibə) məktublarındandır.1 Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: mənim qərbdəki (qərb şəhərlərindən olan Şamdakı) kəşfiyatçım məktub yazaraq məni Şam əhalisindən bir dəstənin həccə göndərilməsindən xəbərdar edib. Onların qəlbləri kor, qulaqları kar və gözləri anadangəlmə kordur. Onlar haqqı batildə (batil yolda) axtarırlar. (Belə güman edirlər ki, Müaviyəyə tabe olmaqla haqq dinə qovuşacaqlar.) Yaradılmışa tabe olub yaradana günah və Allaha itaətsizlik edirlər. (Müaviyəyə onun tərəfdarının göstərişlərinə tabe olurlar bu, Allahın hökmlərinə ziddir.) Din bəhanəsi ilə dünyanın südünü sağırlar. (Dünya malı əldə etmək üçün din başqalarını pis işlərdən çəkindirmək adı ilə bir yerə toplaşaraq öz zəmanələrinin imamına qarşı çıxırlar.) Yaxşı əməl sahibləri və təqvalıların axirətlərinin əvəzinə mövcud dünyanı alırlar. (Əbədi xoşbəxtlik Cənnətin yerinə Cəhənnəm alovu ilahi əzabı götürürlər.) Yaxşı əməl sahibindən başqa heç kəs xeyir və yaxşılığa nail olmaz. Pis əməl sahibindən başqa heç kəs pis cəza görməz. Buna görə də çalışqan, ehtiyatlı və öz imam və rəhbərinə tabe olan ağıllı nəsihətçi kimi əlində olan şeydə (Məkkə hökuməti onun nizam-intizam sakitliyinin qorunmasında) möhkəm dur və müqavimət göstər. Məbada üzrxahlığa səbəb olacaq bir iş görəsən. Nemət firavanlığı zamanında çox şad olma (ki, bu, kibr itaətsizliyə səbəb olur). Həmçinin çətinliklər zamanı qorxma və özünü itirmə (ki, bunlar məğlubiyyətə cəsurluğun əldən çıxmasına gətirib çıxarır). Salama layiq kimsəyə salam olsun!
34-cü məktub
İmam Əli əleyhis-salamın Məhəmməd ibn Əbu Bəkrə məktublarındandır. Məhəmməd ibn Əbu Bəkrin Misir hökumətindən kənarlaşdırılaraq yerinə (Malik) Əştərin təyin edilməsi xəbərini eşidəndə qəmlənməsi o Həzrətə çatanda İmam bu məktubu yazıb. Əştər Misirə çatmamış yolda vəfat edib. (O, yolda öldürülüb. Onun başına gələnlər əlli üçüncü məktubun şərhində deyiləcək. İmam əleyhis-salam bu məktubda Malik Əştərin onun yerinə təyin edilməsinin məsləhət olmasının səbəbini açıqlayıb.)

Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Əştəri sənin yerinə təyin etməyimdən narahat olmağın xəbəri mənə çatdı. Mən bunu sənin səy və təlaş göstərməkdə ağır tərpənməyin və sənin çalışqanlığını artırmaq üçün etməmişəm. (Çünki sən əlindən gələni etmisən. Amma Əştərin bacardığı işləri sən bacarmazsan.) Sənin əlində olan şeyi (Misir hökumətini) ixtiyarından çıxartsam da, səni elə şeyə (şəhər ya işə) təyin edəcəyəm ki, onun ağırlıq və əziyyəti az, hakimliyi isə sənə daha xoş olsun.



Misirə vali təyin etdiyim şəxs (Malik, sənin kimi) bizim xeyrimizi düşünən və düşmənimizə qarşı cəsur və bacarıqlı bir adam idi (ki, sən belə deyilsən). Allah rəhmət eləsin ona və günahlarını bağışlasın ki, həyatını (səadət xoşbəxtliklə) sona çatdırdı və ölümlə qarşılaşdı. Biz ondan razıyıq. Allah ona Öz rəhmətindən əta etsin və mükafatını bir neçə qat artıq etsin. Buna görə də (indi ki, Malik öldürüldü Misirə çatmadı) düşmənə tərəf hərəkət et (şəhərdə qalma ki, düşmən sənə tərəf gəlsin), gözüaçıqlıqla yola düş (müharibə işində üslubunda ehtiyat sakitliyi əldən vermə) və səninlə döyüşənlə vuruşmağa tələs (ağır tərpənmə ki, sənə qalib gəlsin). (Onları) Rəbbinin yoluna dəvət et (ki, heç bir bəhanə yeri qalmasın sənin onlarla müharibənin nəfsi istəklərə görə deyil, Allahın hökmü ilə olmasını bilsinlər). Allahdan çox yardım dilə ki, səni qəm-qüssəyə salan (düçar edən) şeylərdən qorusun və üz vermiş şeylərdə (çətinliklərdə) sənə yardım etsin, əgər Allah (fəth qələbəni sənin üçün) istəsə!
35-ci məktub
İmam Əli əleyhis-salamın Məhəmməd ibn Əbu Bəkr Misirdə öldürüləndən sonra Abdullah ibn Abbasa məktublarındandır. (Abdullah ibn Abbas o Həzrət tərəfindən Bəsrənin hakimi idi. İmam əleyhis-salam bu məktubu yazaraq onu Məhəmməd ibn Əbu Bəkrin şəhid edilməsindən Əmr ibn As Müaviyənin qoşununun Misiri ələ keçirmələrindən xəbərdar edib.)

Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: Misir zəbt edildi. (Müaviyənin qoşunu oranı tutdu.) Məhəmməd ibn Əbu Bəkr (Allah ona rəhmət etsin) şəhid edildi. Allahdan onun əvəz və əcrini istəyirəm. O bizim üçün xeyrimizi düşünən və mehriban övlad,1 zəhmətkeş məmur, iti bir qılınc və qoruyucu sütun idi. Mən xalqı həvəsləndirərək ona tərəf getməyə çağırır, öldürülməmişdən qabaq ona kömək etməyi əmr edirdim. Onları gizlin və aşkar şəkildə (ona kömək etməyə) çağırırdım. (Özü ) bir dəfə yox, dəfələrlə öz çağırışıma əvvəldən başlayırdım. Beləliklə, onların bəziləri nigaran və meylsiz halda gəlirdilər, bəziləri yalandan bəhanə gətirirdilər. Bir dəstə də öz yerində oturaraq etina etmirdi. Allahdan tezliklə məni onlardan nicat verərək xilas etməsini istəyirəm. Allaha and olsun ki, mənim düşmənimlə qarşılaşanda şəhid olmaq (Allah yolunda öldürülmək) arzum olmasaydı və ürəyimi ölümə qızdırmasaydım, heç vaxt bunlarla bir gün belə qalmaq və üz-üzə gəlib qarşılaşmaq istəməzdim. (Çünki bu cür insanlarla düşmənə qalib gəlmək mümkün deyil. Buna görə naçar qalıb onlarla yaşayıram ki, qələbə qazanmasam da, şəhadət Allah yolunda öldürülməyə nail olum.)


36-cı məktub
İmam Əli əleyhis-salamın qardaşı Əqil ibn Əbu Talibə, bəzi düşmənlərə tərəf göndərdiyi qoşun barəsindəki məktublarındandır. Bu, Əqilin o Həzrətə yazdığı məktuba cavabdır.1

(Düşmənimin qələbə çalması tərəfdar şiələrimin mənə kömək etməmələri barəsində yazdıqların düz deyil.) Müsəlmanlardan ibarət böyük bir qoşunu ona (düşmənə) tərəf göndərdim. Bu xəbər ona çatanda, o, qaçmağa tələsdi və peşman halda geri döndü. Mənim qoşunum gün batana yaxın yolda ona çatdı. Sonra bir-birləri ilə «yox-yox» kimi vuruşdular.2 Beləliklə, boğazı bərk sıxılandan və yarımcan qalandan sonra bir saatdan artıq dayanmadan kədərlə xilas oldu. Deməli, ardıcıl çətinliklərlə qurtuldu. (Deyibsən ki, yaxınlarımı da götürüb sənin yanına tələsim sağ qalsaq bir yerdə olaq, ölsək bir yerdə ölək. Bunun cavabında belə deyirəm:) Qureyşi və onların azğınlıqda sürətlə irəliləmələri, düşmənçilikdə cövlan etmələri və sərgərdanlıqdakı itaətsizliklərini burax! (Onlar barəsində bir şey danışma.) Çünki onlar məndən qabaq Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə müharibə etmək üçün müttəfiq olduqları kimi mənimlə döyüşmək və vuruşmağa da birləşiblər. Cəza verənlər mənim yerimə Qureyşi cəzalandırsınlar. (Ümid var ki, onlar zalımların müxtəlif zülm əzablarına düçar olsunlar.) Çünki onlar mənim (Həzrət Peyğəmbərlə olan) qohumluq tellərimi qırdılar (bu qohumluğa hörmət göstərmədilər) və anamın oğlunun (Peyğəmbərin) hökumətini (xilafətini, mənə qarşı olan kinlərinə görə) məndən oğurladılar.1

Mənim (düşmənlə) müharibə barəsindəki nəzərimi soruşmusan ( demisən ki, kömək olmadan güclü düşmənlə müharibə aparmaq rəva deyil). Mənim fikrim Allaha qovuşana (Onun yolunda öldürülənə) kimi müharibəni düz sayanlarla (ilahi əhd-peymanı pozaraq Allah Peyğəmbərin göstərişinə zidd davrananlarla) döyüşməkdir. Ətrafımda xalq kütləsinin çoxluğu mənim izzət və hörmətimi, onların ətrafımdan dağılmaları isə qorxu və vahiməmi çoxaltmır. (İstər kimsə mənə kömək etsin, istərsə məndən uzaqlaşsın. Bunun heç birinə əhəmiyyət verməyib din düşməni qarşısında dayanaraq Allahın istəyini yerinə yetirəcəyəm.) Belə zənn etmə ki, atanın oğlu (İmam əleyhis-salam) xalq onu tək qoysa (kömək yardım etməsə, düşmən müqabilində) xar və zəlil olacaq, süstlük və acizlikdən zora tabe olacaq, (ram edilmiş dəvə kimi) cilovunu onu çəkənin əlinə verəcək və yaxud da minmək istəyənə minmək imkanı verəcək! (Qısası, düşmən qarşısında heç bir çətinlikdən qaçmayacağam.) Lakin (Qüreyş qohumlar barəsində söz danışmaq, deyilənlərə görə öz məşuqəsinə xitab edən) Bəni-Suleym qardaşın (Bəni-Suleym qəbiləsindən olan Abbas ibn Murdas Selminin) dediyi kimidir ki:
فَإِنْ تَسْأَلِينِى كَيْفَ أْنْتَ؟ فَإِنَّنِى صَبُورٌ عَلي رَيْبِ الزَّمانِ صَلِيبٌ

يَعِزُّ عَلَيَّ أَنْ تُري بِي كابَةٌ فَيَشْمَتَ عادٍ أَوْ يُساءَ حَبِيبٌ


«Əgər məndən soruşsan ki, «necəsən?», mən dövranın çətinliklərinə çox səbrli və vüqarlıyam. Mənim üçün məndə, düşməni şad edəcək, dostu isə qəmləndirəcək qəm-qüssənin görünməsi çox ağırdır. (Buna görə Qüreyşdən söz açmır onların pis rəftarlarından olan ürək ağrısı incikliyimi açıqlamıram.)»
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin