NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə3/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   2   3   4   5   6   7   8   9   ...   85

191- ci xütbə
İmam Əli əleyhis-salamın (Müaviyənin fikirlərinin daha dolğun tökdüyü tədbirlərin o Həzrətin tədbirlərindən daha yaxşı olmasını güman edən kəsin zənninin səhv olması barəsindəki) kəlamlarındandır.

Allaha and olsun ki, Müaviyə məndən zirək deyil, əksinə, o, vəfasızlıq və xəyanət edib, günah və itaətsizliklə məşğuldur.2 Əgər hiyləgərlik və vəfasızlıq xoşagəlməz olmasaydı (Allah ona əzab müəyyənləşdirməsəydi), mən insanların ən zirəngi olardım. Amma (bilin ki,) bütün hiylə və vəfasızlıqlar günahdır və hər bir günah itaətsizlikdir. Qiyamət günü əhd-peymanını pozmuş hər bir kəs üçün bir bayraq və nişanə olar və o, onunla tanınar (günahı üzə çıxaraq onu oda aparar). Allaha and olsun ki, mən (həmişə onların məkr hiylələrindən xəbərdar olduğum üçün) qəflətə düşüb qəfillənmirəm ki, barəmdə kələk və hiylə işlətsinlər və çətinlik və giriftarlıqlarda aciz qalmır və zəif düşmürəm.3


192- ci xütbə
İmam Əli əleyhis-salamın (nicat yoluna təşviq etdiyi, haqqa tabe olanların azlığından nigaran olmamaq barəsindəki pis işlərdən çəkindirməyi tapşırdığı) kəlamlarındandır.

Ey insanlar! Hidayət və nicat yolunda ona tabe olanların azlığından ( müxaliflərin çoxluğundan) qorxub vahiməyə düşməyin. Çünki insanlar toxluğu az, aclığı isə çox olan bir süfrənin başına toplaşıblar.1 Ey insanlar! (Günah itaətsizliyə) razı olmaq və (itaət bəndəlikdən) qəzəbə gəlmək insanları bir yerə toplayır (əzaba hazırlayır, hətta həmin əməli yerinə yetirən bir nəfər olmuş olsa belə! Çünki o, razı olmaq ya qəzəblənməklə həmin işi görmüş kəs kimidir.) Səmudun (bu qəbilənin peyğəmbəri olmuş Həzrət Salehin) dəvəsini bir nəfər kəsib öldürdü. Allah isə onların hamısını əzaba düçar etdi. Ona görə ki, onlar dəvəni öldürməyə razı olmuşdular. Bu səbəbdən eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qurani-Kərimin Şüəra surəsinin 157-ci ayəsində) buyurur: «فَعَقَرُوهَا فَأَصْبَحُوا نَادِمِينَ» «Səmud tayfası dəvəni kəsib öldürdülər və sonrakı səhərdə (Həzrət Salehin onlara xəbər verdiyi əzabın nişanələrini müşahidə edən kimi) peşman oldular.» Beləliklə, (dəvənin öldürülməsini onların hamısına nisbət verib. Çünki imkanlarının olmasına baxmayaraq, dəvəni öldürənə mane olub qarşısını almadılar. Hətta onun əməlinə razı da oldular ) əzabları belə oldu ki, onların yerləri, (zəlzələ imarətlərinin) batması nəticəsində qızmış kotan düz yerdə səs edən kimi səs etdi.

Ey insanlar! Kim düz yol ilə hərəkət etsə, abadlığa çatar ( susuzluqdan qurtular). Kim səhv və əyri yol ilə getsə (ayağını düz yoldan kənara qoysa), otsuz-susuz çöllüyə düşər (susuzluqdan ölər. Xülasə, kim Allah Peğəmbərin göstərişlərinə uyğun davransa, xoşbəxt olar. Şeytana pis işlərə əmr edən nəfsə tabe olan kəs isə əzaba düçar olacaq).


193- cü xütbə
İmam Əli əleyhis-salamın, xanımlar xanımı Fatimə əleyhas-salamı torpağa tapşırarkən buyurduğu nəql edilmiş kəlamlarındandır. O, sanki Allahın Peyğəmbəri (səlləllahu əleyhi alih) ilə, o Həzrətin məzarı müqabilində dayanıb sir danışırdı:

Salam olsun sənə, ey Allahın Peyğəmbəri, məndən və sənin kənarına enmiş (Bəqi qəbristanlığında, ya evində, ya da Həzrət Peyğəmbərin hərəmində dəfn edilmiş) və sənə tez qovuşmuş qızından! (Alimlərin məşhur nəzərinə əsasən, Həzrət Fatimə atasından sonra dünyada yetmiş beş gün yaşayıb.) Ey Allahın Peyğəmbəri! Mənim sənin seçilmişinə (onun ayrılığına) səbrim azaldı və ona (onun getməsinə) görə taqət və gücüm əldən çıxdı. Amma mənim üçün, səndən ayrılmağı və sənin müsibət və qəminin çətinliyini gördükdən sonra səbrliliyin yeri var.1 Halbuki sənin başını qəbirinin ləhədinə (çuxuruna) mən qoydum və ruhun bədənindən mənim boynumla sinəm arasında çıxdı. (Bu qədər məhəbbət bağlılıqla nələr çəkdiyim məlumdur. Amma yenə səbr dözümlülüyə yer var. Çünki) «Biz Allahınıq və Ona tərəf qayıdacağıq.»2 Həqiqətən əmanət (Fatimə əleyhas-salam) geri qaytarıldı və girov təhvil alındı. Amma (bu müsibətdə) bundan sonra həmişə qəm-qüssədə olacaq və Allah mənim üçün sənin məskunlaşdığın diyarı seçənə (məni sənə birləşdirənə) kimi gecəm oyaqlıqla keçəcək. Çox tezliklə qızın sənə, ümmətinin o məzluma zülm etməkdə birləşmələrindən (onun haqqını tanımamalarından, qabırğasını sındırmalarından, bətnindəki uşağı salmalarından Fədəyini qəsb etmələrindən) xəbər verəcək. Buna görə də ondan baş verənlərin hamısını soruş və bizimlə necə rəftar etmələrini xəbər al. Onlar bizə bu qədər zülm etdilər, halbuki sənin getməyindən bir (o qədər çox) müddət keçməmişdi və sənin xatirələrin unudulmamış, itməmişdi. Sizin hər ikinizə salam olsun, qəzəblənmiş, incimiş və qəlbi sıxılmış şəxsin deyil, (məhəbbət sevgi ilə) vidalaşanın salamı! Buna görə də getsəm, bu, məhəbbətin olmamasından deyil. Həmçinin əgər qalsam, bu, Allahın səbrlilərə vəd etdiklərinə qarşı pis gümanda olmaqdan deyil. (Sizin yanınızdan gedirəm. Amma hər yerdə sizi xatırlayacağam.)
194- cü xütbə
İmam Əli əleyhis-salamın (dünyaya ürək bağlamamaq itaət bəndəliyə həvəsləndirmək barəsindəki) kəlamlarındandır.

Ey insanlar! Həqiqətən dünya keçid evi, axirət isə qalmaq yeridir. Buna görə də keçid yerindən qərar tutulacaq yeriniz üçün (azuqə) götürün. ( qədər ki, dünyadasınız, axirətdə xoşbəxt olmağınız üçün Allaha ibadət xalqa xidmət edin.) Sizin sirlərinizi bilənin yanında pərdələrinizi tam götürməyin (Allaha itaətsizlik etməyin). Bədənləriniz dünyadan çıxarılmamışdan, qəlblərinizi ondan çıxardın. (Ölümü asanlıqla qarşılamaq üçün dünyaya ürək bağlayaraq vurğun olmayın. Çünki) siz dünyada sınaq qarşısındasınız və ondan başqası (axirət) üçün yaradılmısınız. Biri ölən zaman (dünyapərəst) insanlar deyirlər: (Mal-dövlətdən) yerdə nə qoydu? Mələklər isə deyirlər ki: Qarşıya (ibadət bəndəlikdən) nə göndərdi? Allah atalarınızı bağışlasın! Bir hissəni (mallarınızın bir hissəsini) qarşıya göndərin (Allahın göstərişi əsasında paylayın) ki, sizin xeyriniz ondadır. Hamısını yerdə qoymayın ki, sizin ziyanınızadır (bunun çoxlu çətinlikləri vardır).


195- ci xütbə
İmam Əli əleyhis-salamın (axirət səfəri üçün azuqə tədarükü görməyə həvəsləndirdiyi) kəlamlarındandır ki, öz səhabələrinə (işa namazından sonra) onunla öyüd-nəsihət verərdi:

Allah sizi bağışlasın! Səfər (axirət səfərinin) təchizatlarını hazır edin. Çünki aranızda köç etmək çağırışı ucalıb.1 Dünyada qalmağı az sanın (ona ürək bağlamayın) və əliniz çatan layiqli azuqə (itaət bəndəlik) ilə (Allaha tərəf) qayıdın. Çünki sizin qarşınızda kələ-kötür keçid və döngələr, qorxunc və dəhşətli mənzillər vardır (ölümün çətinlikləri, qəbr Bərzəx aləminin giriftarçılıqları qiyamət gününün sorğu-sual məntəqələri qarşınızdadır) ki, onlara daxil olmaq və onlarda dayanmaq məcburiyyətindəsiniz. Bilin ki, ölümün gözucu baxışları sizə tərəfdir və sanki onun sizə batırdığı caynaqlarında əsirsiniz (ondan qurtula bilməzsiniz). Çirkin, çox çətin və ağır işlər sizi ondan gizlədib. Buna görə də dünyaya bağlılıqları (özünüzdən) uzaqlaşdırın və özünüzü pərhizkarlıq azuqəsi ilə gücləndirin.2 (Seyyid Rəzi deyir:)

Bundan qabaq (84- xütbədə) bu kəlamın bəziləri bu rəvayətdən fərqli bir rəvayətdə keçdi.
196- cı xütbə
İmam Əli əleyhis-salamın Təlhə ilə Zübeyr onunla xilafətdə bey’ət edib onlarla məsləhətləşməyi tərk etməsi və işlərdə onlardan kömək istəməməsindən şikayətləndikdən sonra, onlara buyurduğu kəlamlarındandır.

Həqiqətən siz azdan (məsləhətləşməməkdən sizə böyük görünən meyl istəklərinizə uyğun davranmamaqdan) narazı idiniz və çoxu arxaya atdınız.1 Mənə deyin görüm, sizin nədə haqqınız olub və mən onu sizdən əsirgəmişəm? Yaxud (müsəlmanların beytülmalından) hansı payı özüm götürüb sizə verməmişəm? Yaxud hansı haqq və ixtilaflı məsələ olub ki, müsəlmanlardan biri onu mənim yanıma gətirib və mən onda (onun hökmünü bəyan etməkdə) aciz qalmışam və ya onu bilməyib hökmündə səhv etmişəm? (O adam məsləhətləşər ki, işin yolunu bilmir; köməyi o adam istəyər ki, aciz qalır.)



Allaha and olsun ki, mən xilafəti istəmirdim, hakimiyyətə meylim yox idi. Amma siz məni dəvət edərək ona məcbur etdiniz. Xilafət mənə çatandan sonra isə mən Allahın kitabına (Qurani-Kərimə) və bizim üçün (onda) müəyyənləşdirdiyi və onun əsasında hökm çıxarmağımızı əmr etdiyi göstərişlərə nəzər salaraq tabe oldum. Həmçinin Peyğəmbərin (səlləllahu əleyhi alih) qoyduğu sünnəyə baxıb (onun) arxasınca getdim. Bu barədə sizin və sizdən başqasının nəzər və fikirlərinə möhtac deyildim və elə bir hökm qarşıya çıxmayıb ki, onu bilməyib sizinlə və digər müsəlman qardaşlarla məsləhətləşmə aparım. Əgər belə olsaydı (hökmlərdən hansısa birini bilməsəydim) sizdən və başqalarından üz çevirməzdim (məsləhətləşmə aparardım). Beytülmalın bölüşdürülməsində bərabər və yeksan davranmağımın (sizi digər müsəlmanlarla bərabər bilib heç kəsi digərindən üstün tutmamağımın) səbəbi barəsində dediklərinizə gəldikdə isə (bilin ki): Mən bu məsələdə də öz nəzərim və nəfsi istəklərlə hökm çıxarmamışam. Allahın Peyğəmbərinin (səlləllahu əleyhi alih) gətirərək bərqərar etdiyi hökmlər həm mənim, həm də sizin əlinizdədir (onları dəyişdirmək, əvəz etmək olmaz). Allahın, bölüşdürülməsi və müəyyənləşdirilməsi barəsində göstəriş verdiyi və barəsində hökm imzaladığı şeydə də sizə ehtiyacım yox idi. Buna görə də Allaha and olsun ki, mənim yanımda sizin və sizdən qeyrisinin məndən şikayətlənərək məzəmmət etməyiniz üçün heç bir haqqınız yoxdur. Allah bizim və sizin qəlblərinizi haqqa yönəltsin (ki, söz əməldə Onun razılığını əldə edək) və həm bizə, həm də sizə səbr əta etsin (ki, nya onun malına görə Onun göstərişlərinə zidd davranmayaq).

Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin