NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları


İmam əleyhis-salam sonra belə buyurdu



Yüklə 15,72 Mb.
səhifə4/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   2   3   4   5   6   7   8   9   ...   85

İmam əleyhis-salam sonra belə buyurdu:
Allah haqqı görüb ona kömək edəni (ona qarşı bir söz danışmayıb bir addım atmayanı) və ya gördüyü zülmün qarşısını alıb zalıma qarşı məzluma yardımçı olanı bağışlasın!
197- ci xütbə
İmam Əli əleyhis-salamın Siffeyn müharibəsi günlərində səhabələrindən bir dəstənin Şam qoşununu söyməsini eşidərkən buyurduğu kəlamlarındandır.

Mən sizin (Şam əhalisinə qarşı) söyüş söyməyinizi bəyənmirəm.1 (Sonra İmam əleyhis-salam buyurur:) Amma əgər onların əməllərini açıqlasanız və vəziyyətlərini (zülm sitəmlərini, şəhvət nəfsi istəklərə tabe olmalarını, haqq yoldan çıxmalarını bu kimi sözləri) xatırlatsanız, bu, danışarkən (söyməkdən) daha yaxşı və (etiraz edərək «onlarla üçün müharibə edir, vuruşursunuzdeyən kəsə) dəlil gətirmək məqamında daha tutarlı və yetərli olar. Yaxşı olar ki, onları söyməyin əvəzinə belə deyəsiniz: Allahım! Bizim və onların qanlarını tökülməkdən qoru; bizimlə onların aralarını düzəlt; onlara azğınlıqlarından nicat ver ki, haqdan xəbərsiz olan onu tanıya bilsin və azğınlıq və düşmənçilik hərisi və vurğunu olan kəs ondan əl çəksin.

198- ci xütbə
İmam Əli əleyhis-salamın Siffeyn müharibəsi günlərinin birində oğlu Həsən əleyhis-salamın döyüş meydanına tələsdiyini görərkən buyurduğu kəlamlarındandır.

Mənim yerimə bu gəncə sahib durub onu saxlayın (onun döyüşməsinin qarşısını alın). Məbadə məni kədərləndirsin. Çünki mən bu iki gəncin yəni, Həsənlə Hüseyn əleyhimas-salamın ölümünə xəsislik edirəm (razı deyiləm) ki, onların ölümü ilə Allahın Peyğəmbərinin (səlləllahu əleyhi alih) nəsli kəsilməsin. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)

O Həzrət əleyhis-salamın «إمْلِكُوا عَنِّى هذَ الْغُلامَ» «mənim yerimə bu gəncə sahib durun» kəlamı ən gözəl və fəsih kəlamlardandır.
199- cu xütbə
İmam Əli əleyhis-salamın (Siffeyn müharibəsində), səhabələri onunla «həkəmiyyət» (döyüşən tərəflər arasında hakim təyin etmək) məsələsi barəsində müxalifət edərkən buyurduğu kəlamlarındandır.1

Camaat! Mənim əmr və fərmanım həmişə - indi müharibə sizi zəif və aciz salana kimi - özüm istəyən şəkildə olub. Allaha and olsun ki, siz müharibəyə könüllü gəlmisiniz, (onu) tərk edən də sizsiniz, halbuki o, düşmənlərinizi daha zəif və aciz salıb. (Buna görə əgər müxalifət etməsəydiniz Müaviyəyə Şam qoşununa qalib gələrdiniz zəfər sizinlə olardı. Amma edim?!) Dünən əmr verən idim, bu gün isə əmr edilən; dünən çəkindirən və qadağan edən idim, bu gun isə çəkindirilərək saxlanılan. Siz sağ qalmağı sevdiniz. Mən sizi xoşlamadığınız bir şeyə məcbur etmək istəmirəm. (Sizi müharibə aparmağa məcbur etməyə gücüm çatmır ya məcbur etməyim məsləhət deyil.)


200- cü xütbə
İmam Əli əleyhis-salamın Bəsrədə səhabələrindən olmuş Əla ibn Ziyad Harisi xəstə ikən Əlanın yanına gedəndə, onun evinin genişliyini görüb buyurduğu kəlamlarındandır.

Dünyada bu evin genişliyi ilə nə etmisən? Halbuki sən onun genişliyinə axirətdə daha möhtacsan. (Çünki bu evdə bir neçə gündən artıq qalmayacaqsan. O birində isə həmişəlik qalacaqsan.) Bəli, əgər bu evin genişliyi ilə axirət evinin genişliyini də əldə etmək istəyirsənsə, onda qonaq qəbul edərək qohum-əqrabanla əlaqədə ol, ondan şəriətin (xums, zəkat, sədəqə digər vacibi müstəhəbbi) haqlarını ver ki, belə olan halda, bu evin genişliyi vasitəsi ilə axirət evinin genişliyini də qazanmı(ş olar)san.

Sonra Əla o Həzrətə dedi: Ey Əmirəl-möminin, qardaşım Asim ibn Ziyaddan sənə şikayət edirəm. O Həzrət buyurdu: Nə üçün? Dedi: O, (tərkidünya rahiblər kimi) cod paltar geyinərək dünyadan uzaqlaşıb. Həzrət buyurdu: Onu mənim yanıma gətirin. O gələndə (Həzrət ona belə) buyurdu: Ey özünün düşmənciyəzi! Murdar və xəbis (şeytan) səni avara edib ( səni bu yola sövq edərək onu sənin gözündə gözəlləşdirib). (Təklik dərvişliyi öz peşən etməklə) arvad-uşağına rəhm etmirsən? Belə güman edirsən ki, Allah pak şeyləri sənə halal edib, amma sənin onlardan bəhrələnməyini xoşlamır?1 Sən, Allahın bir neməti sənə halal edərək sənin ondan bəhrələnməyini istəməməsindən aşağısan! (Çünki bu, peyğəmbərlərin onların canişinlərinin məqamıdır.)

Asim dedi: Ey Əmirəl-möminin, mənim işim səninki kimidir ki, paltarın cod, yeməyin isə bərk və dadsızdır! Həzrət buyurdu:

Vay olsun sənə! Mən sənin kimi deyiləm. Çünki Allah-təala haqq rəhbər və imamlara özlərini yoxsullarla bir tutmağı vacib edib ki, yoxsul və kasıbın qəm-qüssəsi onu sıxıb narahat etməsin.
201- ci xütbə
İmam Əli əleyhis-salamın, bir şəxs xalqın əlində olan və onların arasında yayılmış (bir-birinə zidd) uydurma hədislər və müxtəlif rəvayətlər barəsində sual edərkən buyurduğu kəlamlarındandır. İmam əleyhis-salam (onun cavabında) buyurdu:

Həqiqətən xalqın əlində olan hədislər haqq və batil, doğru və yalan, nəsx (ləğv) edən və nəsx edilən, ümumi (hamıya şamil olan) və xüsusi (bəzilərinə şamil olan), möhkəm (mənası aşkar olan) və mütəşabih (mənası aydın olmayan), (səhv yanlışlıqdan) qorunmuş və mövhumdurlar (güman xəyala əsaslanırlar). Doğrudan da Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) öz zamanında o Həzrətə yalanlar quraşdırdılar və nəhayət, o qalxıb xütbə oxuyaraq buyurdu: «Kim qəsdən və bilərəkdən mənə yalan nisbət versə, yanını mütləq oda (Cəhənnəm oduna) qoyacaqdır.»



Həqiqətən sənə hədisi (Həzrət Peyğəmbərdən) dörd nəfər (dörd dəstədən biri) nəql edəcək ki, beşincisi yoxdur:

(Birincisi:) İkiüzlü şəxs ki, zahirdə iman gətirərək özünü İslamın qaydaları ilə nümayiş etdirir, (halbuki) günahdan çəkinmir və qəsdən Həzrət Peyğəmbərə (səlləllahu əleyhi alih) yalan nisbət verir. Əgər camaat onu münafiq və yalançı hesab etsəydi hədisini qəbul etməz və dediklərinə inanmazdılar. Lakin (onun batinindən xəbərdar olmadıqları üçün barəsində belə) deyirlər: O, Həzrət Peyğəmbərin-səlləllahu əleyhi və alih - səhabələrindəndir ki, onu görüb və hədisi ondan öyrənib. Beləliklə (bu səbəbdən), onun dediklərini qəbul edirlər. Həqiqətən Allah sənə münafiq və ikiüzlü adamlar barəsində xəbər verib, onları vəsf edib və səni ondan agah edib.1 Həzrət Peyğəmbərdən sonra qalmış münafiqlər azğınlıq başçılarına və (insanları) yalan və böhtanla oda (Cəhənnəmə) çağıran kimsələrə (Müaviyə başqaları kimilərinə) yaxınlaşdılar. Sonra (hədis uydurmaqla) onları işlərin ixtiyar sahibi və xalqın mal və canına hakim etdilər. Və onların vasitəsi ilə dünyanı yedilər (onun malını zülm ilə əldə etdilər). (Şeytanın şərindən pisliklərə əmr edən nəfsdən) Allahın qoruduqlarından başqa insanlar həmişə şahlar və dünya ilə yoldaşdılar. (Buna görə Allahın Peyğəmbərin razılığının əksinə olan heç bir işdən çəkinmirlər.) Beləliklə, bu münafiq dörd nəfərdən biridir.

(İkincisi:) O şəxsdir ki, Allahın Peyğəmbərindən bir şey eşidib və onu düzgün əzbərləməyib; onda səhvə düçar olub, amma bilərəkdən yalan deməyib. Beləliklə, o, əlində olanı nəql edir, ona əməl edir və belə deyir: Mən onu Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi alih) eşitmişəm. Buna görə də əgər müsəlmanlar bilsəydilər ki, o, hədisi səhv başa düşüb, (həmin hədisi) ondan qəbul etməzdilər. Əgər o özü də səhv etməsini bilsəydi, onu tərk edər, nəql etməzdi.

(Üçüncüsü) O şəxs ki, Allahın Peyğəmbərindən (səlləllahu əleyhi alih) bir şey əmr etməsini eşidib. (O Həzrət) sonra həmin şeyi qadağan edib, o isə həmin qadağadan xəbərsizdir. Yaxud qadağan etdiyi bir şeyi eşidib. (Peyğəmbər) sonra həmin şeyi əmr edib və o, bunu bilmir. Beləliklə, o, nəsx edilmişi yadında saxlayıb, nəsx edəni isə əldə etməyib. Amma əgər həmin hədisin nəsx edilmiş olmasını bilsəydi, onu nəql etməzdi. Həmçinin müsəlmanlar da onu ondan eşidən zaman hədisin nəsx edilmiş olduğunu bilsəydilər, ona əməl etməzdilər.

(Dördüncüsü) Digər şəxs isə Allaha və Peyğəmbərə yalan nisbət verməyib, Allahın qorxusundan və Həzrət Peyğəmbərə (səlləllahu əleyhi alih) ehtirama görə yalana nifrət edib, səhv və xəta da etməyib, əksinə, eşitdiyini olduğu kimi əzbərləyib; ona bir şey artırmayıb və ondan bir şey azaltmayıb; nəsx edəni əzbərləyərək ona əməl edib və nəsx edilmişi nəzərdə saxlayaraq ondan çəkinib, ümumi və xüsusini tanıyaraq hər birini öz yerinə qoyub (ümumini xüsusinin, xüsusini ümuminin yerində işlətməyib); onun mütəşabih və möhkəmini bilib (mütəşabihdə diqqətli ehtiyatlı olub möhkəmə mənası aşkar olan hədisə əməl edib). (Bəzən zamanın tələbinə uyğun olaraq) Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) iki mənası olan bir söz deyirdi. Biri müəyyən şey və zamana məxsus olan, digər biri isə hər şey və bütün zamanlara şamil olan söz. (O sözlərin hər ikisi bir şəkildə görünürdü. Amma deyilmə yerindən digər cəhətlərdən məqsəd məlum olurdu səhv aradan qalxırdı.) Buna görə də Allah və Onun Peyğəmbərinin (səlləllahu əleyhi alih) həmin sözdən məqsədinin nə olmasını bilməyən kəs onu eşidirdi və başa düşmədiyi üçün onu olduğunun əksinə, nəzərdə tutulanın ziddinə və deyiləndən başqa cür izah edirdi. Allahın Peyğəmbərinin (səlləllahu əleyhi alih) səhabələrinin (heç ) hamısı o Həzrətdən (bir şey) soruşub onu başa düşmək üçün səy göstərmirdi. (O Həzrətdən bir şey soruşmamaları çalışqanlıq göstərməmələri o həddə idi ki,) hətta bədəvi ərəb və bir qəribin gəlib o Həzrət əleyhis-salamdan onların eşitmələri üçün bir şey soruşmasını istəyirdilər. Amma mən bu barədə qarşıma çıxanların hamısını o Həzrətdən soruşaraq əzbərlədim. Deməli, insanların ixtilafları və onların rəvayət və hədislərdə çaşbaş qalmalarına bu amillər səbəb olur.
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin