NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə45/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   41   42   43   44   45   46   47   48   ...   85

107

İmam Əli əleyhis-salam (hökm icra edən şəxs barəsində) buyurmuşdur:

Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hökmünü (barəsində ilahi hökm icra edilən şəxsə qarşı) mülayimlik və yumşaqlıq etməyən (yaxud ondan rüşvət tələb etməyən), (ona) təvazökarlıq göstərməyən və tamah və arzuların arxasınca getməyən kəsdən başqa heç kəs icra etməməlidir.
108

İmam Əli əleyhis-salam digərlərindən çox istədiyi Səhl ibn Hüneyf Ənsari o Həzrətlə Siffeyndən (müharibədən) qayıtdıqdan sonra Kufədə vəfat edən zaman (öz dostlarının çətinlikləri barəsində) buyurmuşdur:

Əgər məni dağ sevsə, parça-parça olub tökülər. (Seyyid Rəzi-əleyhirrəhmə deyir:)

Bu kəlamın mənası budur ki, imtahan çətinliklərlə və imkansızlıqla onu sıxar və qəm-qüssə sürətlə ona üz tutar. Bu ancaq yaxşı əməl sahibi olan pərhizkarlar və böyük məqama malik seçilmiş insanlar barəsində olur. Bu kəlam o Həzrət əleyhis-salamın bu buyuruğu kimidir ki: «Biz - Əhli-Beyti sevən kəs gərək yoxsulluq və kədər köynəyini geyinməyə (onlara səbr etməyə) hazırlaşsın. (Yoxsulluğa səbr etməyi ona görə köynəyə oxşadıb ki, köynək bədəni örtdüyü kimi səbrlilik yoxsulluğu gizlədir.) O Həzrətin əgər məni dağ sevsə parça-parça olub tökülər» ya yoxsulluq barəsindəki digər) kəlamı (kasıblıq imkansızlıq mənasında olan zahiri mənadan) ayrı bir mənaya yozulub ki, bura onu açıqlamaq yeri deyil.1


109

İmam Əli əleyhis-salam (bəyənilən sifətlərə yiyələnməyə həvəsləndirərək məğrurluğun məzəmmətində) buyurmuşdur:



Ağıldan faydalı heç bir var-dövlət yoxdur. (Çünki dünya axirət səadəti ağıl vasitəsi ilə əldə edilir.) Məğrurluqdan qorxulu tənhalıq yoxdur.1 Tədbir tökmək və düşünmək kimi ağıl yoxdur.2 Pərhizkarlıq kimi comərdlik yoxdur. (Çünki pərhizkar həm Xaliqin, həm xalqın yanında əziz möhtərəmdir.) Gözəl xasiyyət kimi yoldaş yoxdur. (Çünki gözəl xasiyyət qəlbləri ələ alır.) Ədəb kimi miras yoxdur. (Çünki ədəb insanı sevimli edir.) Müvəffəqiyyət və bir işə nail olmaq kimi rəhbər yoxdur. (Ona görə ki, müvəffəqiyyət insanı düz Allahın bəyəndiyi yola çəkir.) Gözəl əməl kimi ticarət və alver yoxdur. (Çünki o, əbədi səadətə səbəb olur.) (İlahi) savab kimi mənfəət yoxdur. (Çünki o, əbədi mənfəətdir.) Şübhə (naməlum şey) müqabilində özünü saxlamaq kimi pərhizkarlıq yoxdur. (Çünki şübhəli işlərə girişmək insanı haram işlərə çəkir.) Harama rəğbətsizlik kimi zahidlik yoxdur. (Çünki harama meyl göstərməmək gözəllik paklığa səbəb olur.) Təfəkkür və uzaqgörənlik kimi elm yoxdur. (Çünki insan onun vasitəsi ilə yaradılışın başlanğıcı sonunu dərk edir azğınlıqdan qurtulur.) Vacibatı yerinə yetirmək kimi ibadət yoxdur. (Çünki onun savabı müstəhəbbi əməllərdən çoxdur onu tərk etməkdə əzab cəza var.) Həya və səbr kimi iman yoxdur. (Çünki iman bu iki şeylə kamilləşir.) Təvazökarlıq kimi yüksəklik və baş ucalığı yoxdur. (Çünki təvazökar şəxsi hamı ürəkdən sevir.) Elm kimi şərəf və böyüklük yoxdur. (Ona görə ki, elm insanın bələdçisidir.) Dözümlülük kimi izzət yoxdur. (Çünki dözümlülük baş ucalığına səbəb olur.) Məşvərət kimi möhkəm arxa yoxdur. (Çünki məşvərət işin sonunu onun xeyir-ziyanını dərk etməyə səbəb olur.)
110

İmam Əli əleyhis-salam (bədbinlik nikbinlik barəsində) buyurmuşdur:

Yaxşılıq zəmanə və onun insanlarını bürüyən zaman rüsvayçılığı aşkar olmayan1 birinə qarşı bədbin olan kəs, ona zülm edib. Fitnə-fəsad və pozğunluq zəmanə və onun insanlarına hakim olan zaman başqasına nikbin olan şəxs isə özünü təhlükə və həlakətə atıb. (Çünki fitnə-fəsad hakim olan zəmanədə tərbiyə olunmuş pozğun insanlarla əlaqə ünsiyyətdə olmuş adamdan yaxşılıq gözləmək olmaz.)
111

İmam Əli əleyhis-salama dedilər ki: Ey Əmirəl-möminin, özünü necə hiss edirsən? O Həzrət (dünyanın çətinlikləri barəsində) buyurdu:

Öz varlığı ilə yox olan (varlığı yoxluğa doğru çəkən), sağlamlığı ilə xəstələnən (sağlamlığı qocalıq xəstəliyinə doğru aparan) və ölümün, sığınacağında (dünyada) yaxaladığı şəxsin halı necə olar?
112

İmam Əli əleyhis-salam (bəndələrin imtahan edilmələri barəsində) buyurmuşdur:

Nə çox adam ki, ona edilən ehsan və yaxşılıqla (Allahın ona verdiyi nemətlərlə) əzab və cəzaya yaxınlaşıb (Allah ona yaxşılıq etdikcə, o, itaətsizliyini artıraraq nankorluq edib). Nə çox adam ki, (pisliklərinin) gizli qalması ilə aldanıb. (Çünki hər qədər çirkin görübsə rüsvay olmayıb.) Nə çox adam ki, onun barəsindəki xoş sözlər (xalqın onun haqqında yaxşı danışması) nəticəsində fitnə və çətinliyə düşüb.2 Allah heç kəsi ona (dünyada) möhlət vermək kimi (başqa bir şeylə) imtahan etməyib. (Çünki həyat yaşamaq neməti bəndənin imtahan edildiyi ən böyük nemətdir.)
113

İmam Əli əleyhis-salam (öz dost düşməni barəsində) buyurmuşdur:

Mənim yolumda iki nəfər həlak oldu. (Biri məni sevməkdə) ifrata varan (məni vilayət məqamından daha yüksək bilən) dost və (digəri) düşmənçiliyində həddini aşan (mənim məqam dərəcəmi inkar edən) düşmən.
114

İmam Əli əleyhis-salam (fürsəti əldən vermək barəsində) buyurmuşdur:

Fürsəti əldən vermək (işə münasib vaxtında başlamamaq) qəm-qüssədir (qəm kədərə səbəb olar).
115

İmam Əli əleyhis-salam (dünya barəsində) buyurmuşdur:



Dünyanın misalı əl vuranda yumşaq, qarnında isə öldürücü zəhər olan ilan kimidir. Aldanmış nadan ona tərəf gedir, uzaqgörən ağıllı isə ondan uzaqlaşır.
116

İmam Əli əleyhis-salamdan Qureyşin (sifətləri) barəsində soruşdular ( o Həzrət belə) buyurdu: (Qureyş tayfalarından olan) Bəni-Məxzum Qureyşin xoş ətirli gülüdür. (Çünki kişiləri zirək qadınları gözəldirlər.) Kişilərinin sözlərini (şirindil olduqlarına görə) və qadınları ilə evlənməyi (gözəlliklərinə görə) sevərsən. (Qureyşin digər bir tayfası olan) Bəni-Əbd Şəms nəzər və düşüncə baxımından Qureyşin ən uzaqgörəni, arxalarında olan şeyin qarşısını ən yaxşı alanlarıdır. (Hadisələrdə təkdirlər, bərabərləri yoxdur.) Amma (Qureyşin digər bir tayfası olan) biz (Bəni Haşim) əlimizdə olanları (var-dövləti) bağışlamaqda ən səxavətli və ölüm zamanı can verməkdə ən comərdik (döyüş meydanında ölməkdən qorxumuz yoxdur). Onlar (Bəni Üməyyənin mənsub olduğu Bəni Əbd Şəms isə say baxımından) daha çox, (münasibətlərdə) daha hiyləgər və çirkinsifətdirlər. Biz (danışıqda) daha fəsahətli (dolğun yetərli danışan), daha xeyirxah və (ünsiyyətdə olarkən) daha gülərüzük.
117

İmam Əli əleyhis-salam (bəndəliyə təşviq edərək) buyurmuşdur:

İki əməl - ləzzəti keçib gedən və ziyanı (cəzası) qalan əməl (itaətsizlik) ilə zəhməti ötüb gedən və savab və mükafatı qalan əməl (itaət bəndəlik) arasında nə qədər də uzaq fasilə var!
118

İmam Əli əleyhis-salam (qəbristanlığa aparılan) bir cənazənin arxasınca gedirdi və bir nəfərin gülüş səsini eşitdi. Sonra (bəyənilən xislətlərə yiyələnməyə həvəsləndirərək) buyurdu:

Sanki ölmək dünyada bizdən başqası üçün yazılıb. Sanki haqq (ölüm) dünyada bizdən ayrı biri üçün vacib olub. Sanki (hər gün getdiklərini) gördüyümüz ölülər, tezliklə bizə tərəf qayıdacaq müsafirlərdir! Onları qəbrlərinə qoyur və var-dövlətlərini yeyirik. Biz onlardan sonra əbədi qalacağıq kimi öyüd verənləri (ölən kişi qadınları) unutmuşuq və hər cür bəla və ziyana düçar olmuşuq. Xoş o adamın halına ki, nəfsi ram olub (təvazökralığı özünə peşə edib), əməl və hərəkətləri pak və layiqli, niyyəti (etiqadı) bəyənilən və xasiyyəti gözəl olub; mal və var-dövlətinin artığını (Allah yolunda ehtiyacı olanlara) bağışlayıb, dilini çox danışmaqdan saxlayıb (yersiz danışmayıb), pisliyini camaatdan uzaqlaşdırıb (onları incitməyib), sünnə (Həzrət Peyğəmbərin davranış üsulu) ona ağır gəlməyib və bid’ətə nisbət verilməyib. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Deyirəm: Bəziləri bu kəlamı, eləcə də bundan qabaqkı kəlamı Həzrət Peyğəmbərə (səlləllahu əleyhi alih) nisbət veriblər.


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin