NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə55/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   51   52   53   54   55   56   57   58   ...   85

İmam Əli əleyhis-salam (itaətə rəğbət göstərmək barəsində) buyurmuşdur:


Səfərin (axirət səfərinin) uzaqlığı yadında olan kəs hazırlıq görər (təqva pərhizkarlığı öz şüarı edər).
273

İmam Əli əleyhis-salam (ağla tabe olmaq barəsində) buyurmuşdur:

Görmək (qəlbin xəbərdar agah olması) gözlə deyil. Çünki bəzən gözlər öz sahibinə yalan deyir. Amma ağıl ondan öyüd-nəsihət istəyənə xəyanət etmir (onu səhvə düçar etmir).1
274

İmam Əli əleyhis-salam (öyüd-nəsihətə qulaq asıb tabe olmaq barəsində) buyurmuşdur:

Sizinlə moizə və nəsihət (onlara qulaq asıb tabe olmaq) arasında qəflət və xəbərsizlik pərdəsi vardır.2
275

İmam Əli əleyhis-salam (ifrat səhlənkarlıq barəsində) buyurmuşdur:

Nadanınız (işi nadanlıq ucbatından) çox edir, aliminiz isə (işi öz vaxtından) təxirə salır.1
276

İmam Əli əleyhis-salam (elmin bəhanə yollarını bağlaması barəsində) buyurmuşdur: Elm və (dinin hökmlərini) bilmək Allah kərimdir, rəhimlidir, bizim əziyyət çəkməyimizə bəndəlik etməyimizə ehtiyacı yoxdur» deyən) bəhanə axtaranların yolunu bağlayır. (Buna görə din, kitab Peyğəmbərlə tanış olan şəxsin bəhanəsi qəbul deyil.)


277

İmam Əli əleyhis-salam (işi vaxtında yerinə yetirməyən şəxsin məzəmmətində) buyurmuşdur:

Kimi tələsdirirlərsə (ölümü tez çatırsa) möhlət istəyir (ki, ibadət bəndəlik etsin), kimə möhlət verirlərsə və tələsdirmirlərsə (ömrü uzundursa, ölümün) təxirə düşməsi ilə vaxtım var gələcəkdə yerinə yetirərəm», deyib) bəhanə axtarır (bu günün işini sabaha saxlayır).
278

İmam Əli əleyhis-salam (şadlığa ürək bağlamamaq barəsində) buyurmuşdur:

Ruzigar xalqın «xoş halına» dediyi hər bir şey üçün bir pis gün gizlədib. (Zəmanə insanda gördüyü nemətə paxıllıq edər onu, onun əlindən alar. Buna görə ağıllı adam dünyanın şadlıqlarına ürək bağlamaz rahat oturmaz.)

279

İmam Əli əleyhis-salamdan qəzavü-qədər (onun necəliyi) barəsində sual soruşdular. O Həzrət (onun barəsində düşünməkdən çəkindirərək belə) buyurdu:

O, qaranlıq bir yoldur, onunla getməyin (ki, şübhələr nəticəsində onların həllində aciz sərgərdan qalar, yolunuzu azarsınız); dərin bir dənizdir, ona daxil olmayın (ki, müxtəlif düşüncələrdə qərq olarsınız); Allahın sirridir, özünüzü onda (onu aydınlaşdırmaq üçün) əziyyətə salmayın (ki, xeyir görməz bir yerə çatmazsınız).
280

İmam Əli əleyhis-salam (itaətsizliyin ziyanı barəsində) buyurmuşdur: Allah bir bəndəni (günahı nəticəsində) alçaldanda elm və biliyi ona qadağan edər.1


281

İmam Əli əleyhis-salam (gözəl xasiyyətlərə həvəsləndirərək) buyurmuşdur:



Keçmiş zamanlarda mənim Allah yolunda (Əbuzər Qəffari ya Osman ibn Məzun adlı) bir qardaş və dindaşım var idi ki, dünyanın onun gözündə kiçik olması, onu mənim gözümdə böyüdürdü. Qarnı ona hakim deyildi. Beləliklə, tapmadığı şeyi arzulamır, tapanda isə onu çox işlətmirdi. Günün çoxunu sakit idi (danışmırdı), danışanda isə danışanlara qalib gəlir (başqasının danışmasına yer qoymurdu) və soruşanların susuzluqlarını (elm suyundan olan moizə öyüd-nəshətlə) yatırdardı. (Allaha itaət bəndəlik, xalqla səbrlilik nəticəsində) zəifləmiş, əldən düşmüşdü və onu zəif sanırdılar. Amma (hər hansı bir işdə) səy və təlaş etmək zamanı çatanda qəzəbli aslan və çox zəhərli səhra ilanı (kimi) idi. (İşi mütləq yerinə yetirir ya düşməni məğlub edirdi; biri ilə mübahisə edəndə səbrsizlik etməzdi. Vaxtından qabaq) qazının yanına gedənə kimi dəlil-sübut gətirməzdi (dəlilini qazının yanına getdikdən sonra açıqlayardı. Bu, insanın nəzər düşüncəsinin düzlüyünə bir dəlildir); bənzərində bəhanə yeri tapdığı işlərdə, şəxsin üzr və bəhanəsini eşitməyincə heç kəsi məzəmmət etməzdi ( bu üsul, ədalət insafın zərurətlərindəndir); sağalmayınca (düçar olduğu) xəstəlikdən (heç kəsə) şikayətlənməzdi (sağalandan sonra da şikayətlənmək üçün deyil, başına gələnlərdən xəbərdar etmək məqsədi ilə deyərdi). Dediyini edərdi və etməyəcəyini deməzdi (çünki düzlük doğruluğu öz şüarı etmişdi). Əgər sözdə ona qalib gəlirdilərsə də, sükutda məğlub edə bilmirdilər onu. (Yersiz danışıq söhbətlərdə sakit idi.) Danışmaqdansa qulaq asmağa həris idi (faydalanmağı söyləməkdən üstün tutardı). Əgər qəflətən (düşünülmədən) ona iki iş üz tutsaydı, onların hansının nəfsi istəyə daha yaxın olmasına baxar və onunla müxalifət edərdi. Odur ki, siz də bu sifət və xislətlərə yiyələnin və onlara rəğbət göstərin. Əgər onların hamısına gücünüz çatmırsa, bilin ki, azı əldə etmək çoxu tərk etməkdən daha yaxşıdır. (Buna görə heç olmasa həmin xüsusiyyətlərin bəzilərinə olsa yiyələnin.)
282

İmam Əli əleyhis-salam (günahı tərk etmək barəsində) buyurmuşdur:

Əgər Allah (insanları peyğəmbərlər vasitəsi ilə) Ona qarşı günah və itaətsizlik etməkdən çəkindirməsəydi də, nemətlərinə şükr üçün Ona qarşı günah işlətməmək vacib olardı. (Çünki ağıl baxımından həm söz, həm əməllə nemətə görə şükr etmək vacibdir. Buna görə itaət şükrün zərurət tələblərindən olan günahın tərk edilməsi vacib olacaqdır.)
283

İmam Əli əleyhis-salam (öz səhabə yoldaşlarının münafiq simalarından olmuş) Əş’əs ibn Qeysə övladının ölümünə görə baş sağlığı verib onu səbr və dözümlülüyə təşviq edərkən (dözümsüzlük etməmək barəsində) buyurmuşdur:

Ey Əş’əs! Əgər oğluna (onun ölümünə) görə kədərlənsən, (onunla) bağlılığına görə qəmlənməyə haqlısan (sənin övladının ölümünə görə kədərlənməyin yersiz deyil). Amma səbr etsən Allah yanında hər bir müsibət və kədərin canişini (əvəz mükafatı) vardır. Ey Əş’əs! Əgər səbr etsən sənin barəndə qəza-qədər cari olacaq və sən savab və mükafat alacaqsan, amma dözümsüzlük etsən sənin barəndə ilahi hökm cari olacaq və sən həmin halda günahkarsan. Ey Əş’əs! Oğlun (dünyaya gələn zaman) səni şad etdi, halbuki o, (sənin üçün) bəla və çətinlik idi və (ölümü ilə) səni kədərləndirdi, halbuki (sənin üçün) mükafat və mərhəmət vardır. (Buna görə onun müsibətində səbrli olmağın daha münasibdir.)
284

İmam Əli əleyhis-salam Allahın Peyğəmbərini (səlləllahu əleyhi alih) dəfn edən zaman o Həzrətin qəbrinin üstündə (onun vəfatının böyük itki olması barəsində) buyurmuşdur:

Səbr gözəldir, amma səndən (ayrılmaqdan) başqa şey üçün, dözümsüzlük pisdir, lakin sənin (ölümün) üçün yox!1 Sənə görə (sənin vəfatın səbəbindən) yaranmış qəm-kədər böyükdür; səndən qabaqkı və səndən sonrakı kədər (sən Həzrətin qəminə nisbətdə) asan və kiçikdir.
285

İmam Əli əleyhis-salam (axmaqla yoldaşlıq etməyin ziyanı barəsində) buyurmuşdur:

Axmaqla yoldaşlıq etmə. Çünki o (öz ağılsızlığı ucbatından) işini sənin nəzərində bəzəyib gözəlləşdirir və sənin də onun kimi olmağını (onun axmaqlıqlarına tabe olmağını) istəyir.
286

İmam Əli əleyhis-salamdan şərqlə qərb arasındakı məsafənin nə qədər olmasını soruşdular. O Həzrət (onların arasındakı məsafənin müəyyənləşdirilməsi barəsində belə) buyurdu:

Günəşin bir günlük hərəkət və fırlanması miqdarında!1
287

İmam Əli əleyhis-salam (dost düşmən barəsində) buyurmuşdur:

Dostların da üçdür, düşmənlərin də: dostların sənin öz dostun, dostunun dostu və düşməninin düşmənidir. Düşmənlərin isə sənin öz düşmənin, dostunun düşməni və düşməninin dostudur.
288

İmam Əli əleyhis-salam gördü ki, bir kişi düşməninə ziyan vurmaq üçün elə bir işdə səy və təlaş edir ki, özünə ziyan vurur. (Ziyan vurmağın məzəmmətində) buyurdu:

Sən tərkinə minmiş şəxsi öldürmək üçün özünə nizə batıran kəs kimisən2.
289

İmam Əli əleyhis-salam (öyüd-nəsihət qəbul etməmək barəsində) buyurmuşdur:



(Ruzigar öyüd verənlərdən götürülməli) ibrət və öyüdlər nə qədər də çoxdur, öyüd qəbul etmək isə nə qədər də az!
290

İmam Əli əleyhis-salam (dava-dalaşın məzəmmətində) buyurmuşdur:

Çəkişmə və dava-dalaş istiqamətində çalışaraq israrlı olan kəs günah edib. Onda səhlənkarlıq və təmkinlilik göstərən isə zülmə məruz qalar. (Başqası ilə) dava-dalaş edən kəs (dava-dalaş əsnasında günahdan uzaq olub) pərhizkar ola bilməz. (Çünki dava-dalaşda təqva pərhizkarlığın zərurətlərindən olan ədalətlilik həddi aşmamaq çətindir.)
291

İmam Əli əleyhis-salam (tövbə etməyə həvəsləndirərək) buyurmuşdur:

O günah ki, ondan sonra iki rəkət namaz qılmaq və Allahdan onu (o günahı) bağışlamasını istəmək miqdarında fürsət tapdım (qəflətən ölmədim), məni kədərləndirmədi.1
292

İmam Əli əleyhis-salamdan soruşurlar ki: Allah bu qədər çox məxluqla (qiyamət günü) necə hesab aparacaq və sorğu-sual edəcəkdir? O Həzrət (Allahın hər şeyə qadir olması barəsində belə) buyurdu:

Bu qədər çoxluqla onlara ruzi verdiyi kimi! Soruşdular: Onlar Onu görməyə-görməyə onlarla necə sorğu-sual aparacaq? Buyurdu: Onlar Onu görməyə-görməyə onlara ruzi verdiyi kimi!1

293

İmam Əli əleyhis-salam (xəbər göndərmək barəsində) buyurmuşdur:



Sənin qasidin (başqası üçün) sənin ağlını bəyan edir. (Buna görə gərək zirək bilikli olsun ki, sənin məqsədini şirin kəlmə dolğun sözlərlə tərəf müqabilə başa sala bilsin.) Həmçinin sənin məktubun sənin tərəfindən danışan ən yetərli şeydir. (O, sənin dilin kimidir. Artıq-əskik danışaraq çətinliklərə düçar olmaq məhvə gətirib çıxarmaq ehtimalı olan elçi kimi deyil.)
294

İmam Əli əleyhis-salam (dua etməyə həvəsləndirərək) buyurmuşdur:

Dərd-qəmin çətinliyə salmış olduğu giriftar kəs, duaya bəla və dərddən amanda olmayan sağlam şəxsdən daha möhtac deyil. (Əksinə, onların hər ikisi Allaha dua edib Ondan kömək istəməyə möhtacdırlar. Biri sağalmasını, digəri isə sağlamlığının davamlı olmasını istəməyə möhtacdır.)
295

İmam Əli əleyhis-salam (dünyapərəstlərin məzəmmətində) buyurmuşdur:

İnsanlar dünyanın oğullarıdır və kişini anasını sevməyə görə məzəmmət etməzlər. (Bu o sözə oxşayır ki: «pis əməl çirkin işlər filankəsin təbiətinə çevrildiyi üçün onu məzəmmət etməzlər.»)
296

İmam Əli əleyhis-salam (ehtiyaclılara əl tutmaq barəsində) buyurmuşdur:



Yoxsul və fəqir Allahın elçisidir. (Çünki Allahın onu ruzidən az bəhrələndirməsi buna oxşayır ki, varlı imkanlı bəndəsini öz elçisi ilə sınamaq üçün yoxsulu onun yanına göndərib.) Buna görə də onu (yoxsulu) məhrum edən (ona kömək etməyən) Allahı məhrum edib (Onun, varlıların yoxsullara kömək etmələrinin zəruriliyi göstərişinə əməl etməyib.) Ona (yoxsula) bir şey verən isə Allaha verib (Onun göstərişinə əməl edib).

297

İmam Əli əleyhis-salam (zina barəsində) buyurmuşdur:

Qeyrətli şəxs heç vaxt zina etməz. (O, kiminsə onun yaxınları ilə zina etməsini qəbul etmədiyi kimi, qeyrəti, onun özünün ona haram olan qadınla yaxınlıq etməsinə icazə vermir.)
298

İmam Əli əleyhis-salam (ömrün başa çatması barəsində) buyurmuşdur:



(İnsanı hər bir hadisədən) qorumaq üçün əcəl (ömrün sona çatma müddəti) kifayətdir. (Əcəl çatmayınca heç kəsin ölməməsi buna bənzəyir ki, əcəl onun qoruyucusudur.)
299

İmam Əli əleyhis-salam (mal sərvətə bağlılıq barəsində) buyurmuşdur:

İnsan övlad ölümündə yatar (səbr edər), mal və sərvətinin oğurlanmasında isə yatmaz (dözümsüzlük edərək çalışar)! (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bu kəlamın mənası budur ki, insan övladlarının öldürülməsinə səbr edir, sərvətinin oğurlanmasına isə səbr etmir. (Çünki ölümdən sonra övladın qayıtması mümkün deyil, var-dövlətin qayıtması isə mümkündür.)


300

İmam Əli əleyhis-salam (dostluq barəsində) buyurmuşdur:



Ataların dostluğu (dostluqlarının əsəri) oğullar arasında qohumluqdur (qohumluq kimidir. Çünki oğullar ataları arasında olan dostluq düşmənçiliyi irs aparırlar onların bir-birlərinə kömək etmələrinin kökü dostluqdur qohumluq onun amillərindəndir). Və (buna görə ) qohumluq dostluğa, dostluğun qohumluğa ehtiyaclı olmasından daha möhtacdır. (İbn Əbil Hədid burada belə yazır: Birindən soruşurlar ki: «Qardaşını çox istəyirsən, yoxsa dostunu? Deyir: Əgər dost olsa qardaşımı.»)
301

İmam Əli əleyhis-salam (möminin zirəkliyi barəsində) buyurmuşdur:

Möminlərin gümanlarından çəkinin (ona əhəmiyyət verin). Çünki Allah haqq və düzlüyü onların dillərində qoyub.1
302

İmam Əli əleyhis-salam (Allaha təvəkkül etmək barəsində) buyurmuşdur:

Bəndənin eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın (qüdrət) əlində olan şeyə arxayınçılıq və inamı öz əlində olan şeyə inamından çox olmayınca, onun imanı doğru deyil.2
303

İmam Əli əleyhis-salam Bəsrəyə gələndə (Həzrət Peyğəmbərin səhabələrindən olmuş rical alimlərinin məzəmmət etdikləri) Ənəs ibn Maliki Təlhə və Zübeyrin yanına göndərdi ki, (o Həzrətin yanında) Allahın Peyğəmbərindən (səlləllahu əleyhi alih) onların barəsində eşitdiyi sözü Siz Təlhə Zübeyr Əli ilə müharibə edəcəksiniz ona qarşı zalımsınız» hədisini) onların yadına salsın. Ənəs isə bu barədə şəhadət verməkdən boyun qaçırdı və o Həzrətin yanına gələndə dedi: Peyğəmbərin o sözü mənim yadımdan çıxıb. Həzrət (ona qarğış edərək) buyurdu:

Əgər yalan deyirsənsə, Allah sənə elə bir parlaq ağlıq vursun ki, əmmamə və çalma onu örtməsin (sənin üzünə elə ləkələr salsın ki, əmmamə onu xalqın gözündən gizlədə bilməsin. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Həmin ağlıqdan məqsəd qoturluqdur ki, ondan sonra Ənəsin hər iki üzündə zahir oldu və o, (xəcalətindən el arasında) ancaq rübənd ilə görünürdü.


304

İmam Əli əleyhis-salam (vacibata əhəmiyyət vermək barəsində) buyurmuşdur:

Qəlblərin üz tutma və üz döndərmələri (hazırlıq əzginlikləri) vardır. Buna görə də üz tutma zamanı onları (vacibatdan əlavə) müstəhəbbiləri də yerinə yetirməyə vadar edin. Üz döndərəndə isə vacibatın yerinə yetirilməsi ilə kifayətlənin. (Çünki vacibatı heç bir halda, hətta insanın qəlbi özünü Allah dərgahında lazımı səviyyədə hiss etməsə belə tərk etmək olmaz.)
305

İmam Əli əleyhis-salam (Qur'anı oxumağa dərk etməyə təşviq edərək) buyurmuşdur:

Sizdən qabaq olanların xəbəri (keçmişlərin əhvalatları), sizdən sonra olacaq şeylərin (qəbr, Bərzəx qiyamətin necəliyi) xəbəri və sizin aranızda olanların (vacib, haram müstəhəb, məkruh mübah şeylərin) hökmü Qur’andadır.
306

İmam Əli əleyhis-salam (şərin geri qaytarılması barəsində) buyurmuşdur: Daşı gəldiyi yerə qaytarın. (Pisliyi, həddi aşmamaq dinin hökmlərinə zidd olmaması şərti ilə öz misli ilə cəzalandırın, əvəz çıxın.) Çünki şər və pisliyi şərdən başqa bir şey aradan aparmaz.1



307

İmam Əli əleyhis-salam (səhabələrinin xaslarından, şiələrinin ləyaqətlilərindən o Həzrətə tabe olanlardan olmuş) katibi Ubeydullah ibn Əbu Rafeyə (xəttin gözəlliyi barəsində) buyurmuşdur:

Mürəkkəbqabını (onda olan rəngi toz-torpaq çirkdən) təmizlə, qələminin ucunu uzun et (ki, mürəkkəb ondan kağız üzərinə yaxşı axsın), sətirlərin arasını geniş götür və hərfləri bir-birinə yaxın yaz ki, bu üsul xəttin gözəlliyi üçün daha uyğun və münasibdir.
308

İmam Əli əleyhis-salam (öz məqamı barəsində) buyurmuşdur:

Mən möminlərin başçısı və rəhbəriyəm, mal və sərvət isə pis əməllilərin rəhbəridir. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)

Bu kəlamın mənası budur ki, bal arısı öz başçısına tabe olduğu kimi möminlər də mənə tabedirlər, pis əməllilər isə var-dövlətə.


309

Yəhudilərdən biri İmam Əli əleyhis-salama dedi: Siz (müsəlmanlar) peyğəmbərinizi torpağa tapşırmamış onun barəsində ixtilaf və ziddiyyətə düşdünüz. Həzrət (yəhudilərin məzəmmətində) ona belə buyurdu:



Biz onun barəsində deyil, ondan olan şey barəsində (onun ümmətində canişinlik məsələsinə görə) ixtilafa düşdük. (Onun peyğəmbərliyi, Allahın birliyi buyurduqları barəsində fikir ayrılığımız yox idi.) Amma sizin ayağınızın dəniz suyundan olan yaşlığı qurumamış (Allah siz yəhudiləri fironçulardan nicat verərək dənizi sizin üçün yaranda siz oradan keçəndə, fironçuları isə suda batıranda, bütün bu tovhid nişanələrini görməyinizə baxmayaraq, dənizin sahilinə çatıb orada bütlərə pərəstiş edən bir dəstəni görən kimi nadanlıq itaətsizlik səbəbindən) öz peyğəmbərinizə (Həzrət Musa əleyhis-salama) dediniz: «اجْعَل لَّنَا إِلَـهًا كَمَا لَهُمْ آلِهَةٌ قَالَ إِنَّكُمْ قَوْمٌ تَجْهَلُونَ» (Əraf-138) «Bizim üçün onlarınkı kimi (görünən) bir tanrı düzəlt. Musa dedi: Siz doğrudan da çox nadan bir tayfasınız ( azğınlığa qərq olubsunuz ki, bu qədər tovhid nişanə əlaməti görməyinizə baxmayaraq, yenə bu cür yaramaz sözlər danışırsınız.)
310

İmam Əli əleyhis-salama dedilər ki: (Döyüşlərdə) igidlərə nə ilə qalib gəldin (onları necə xar etdin ya öldürdün)? O Həzrət (öz heybəti camaatın ondan qorxması barəsində belə) buyurdu:



(Döyüşdə) qarşılaşdığım hər bir kəs mənə öz ziyanına (onu öldürməyimə) kömək edirdi. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Həzrət bu sözü ilə özünün heybət və qorxusunun qəlblərdə yer almasına (ki, igidlər ona görə özlərini itirərək məğlub olurdular) işarə edib.


311

İmam Əli əleyhis-salam oğlu Məhəmməd ibn Hənəfiyyəyə (fəqirlik yoxsulluğun məzəmmətində) buyurmuşdur:



Ey oğlum! Sənin üçün yoxsulluqdan qorxuram (ki, məbada yoxsulluq ucbatından camaata tamah əli açaraq Allahın verdiyinə razı olmayasan). Buna görə də ondan (onun şərindən) Allaha pənah apar ki, yoxsulluq dində məğlubiyyət və nöqsan yeridir. (Çünki yoxsulluq insanı xəyanətə, yalan danışmağa, alçaqlığa haqqa kömək göstərməməyə vadar edə bilər bunlar dində nöqsandır.) Həmçinin ağlın sərgərdanlıq yeridir (çünki səbrsiz yoxsul düz yolu itirər görəcəyi barəsində ağlı çaş-baş, düşüncəsi sərgərdan qalar). O həm də düşmənçiliyə səbəb olar.1

312

Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin