NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə62/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   58   59   60   61   62   63   64   65   ...   85

424

İmam Əli əleyhis-salam (Allahın dostlarının bəzi xislətləri barəsində) buyurmuşdur:



Allahın dostları camaat dünyanın zahirinə (zinət bəzəyinə) baxanda onun batininə (yox olacağına) baxanlar, camaat onun bu günü ilə məşğul olanda (dünya malı əldə etmək fikrində olanda) onun sonu ilə məşğul olanlardır (ölüm səfəri üçün azuqə toplayanlardır). Beləliklə, onlar dünyanın onları öldürməsindən qorxduqları şeyi öldürərlər (ilahi əzab cəzaya səbəb olan şeydən çəkinərlər), onun onları tərk edəcəyini bildikləri şeyini tərk edərlər (onlardan ayrılacağını bildikləri üçün onun malına ürək bağlamazlar), dünyadan başqalarının çox bəhrələnmələrinin (axirət bəhrələrinə nisbətdə) az olmasını və dünyanı əldə etmələrinin (əbədi səadəti) itirmək olduğunu (əbədi səadəti əldən çıxarmağa səbəb olmasını) görərlər. Onlar camaatın barışdığı şeylə düşmən, camaatın düşmən olduğu şeylə isə barışıqdadırlar (nəfsi istəklərdən çəkinərək onun müqabilində müqavimət göstərərlər). Kitab onların vasitəsi ilə tanındı (xalq Qur'anın hökmlərini dərk etdi) və onlar da həmin kitabla tanıdılar; kitab onların vasitəsi ilə öz yerində qaldı (dəyişdirilmək azalıb-çoxalmaqdan qorundu) və onlar həmin kitabla qaldılar (malik olduqları bütün şeyləri ondan götürdülər). Öz ümid və arzularından (eyb nöqsan sifətlərindən pak uzaq Allahın savabından) üstün ümid, qorxularından (ilahi cəzadan) üstün qorxu görmürlər.
425

İmam Əli əleyhis-salam (ölümü yada salmaq barəsində) buyurmuşdur:

Ləzzət və şadlıqların kəsilməsini və günahların qalmasını yada salın. (Ölümün fikrində olun. Çünki onun çatması ilə bir neçə günlük ləzzətlər aradan gedəcək günahların cəzası həmişəlik olaraq qalacaqdır.)
426

İmam Əli əleyhis-salam (insanları sınayaraq imtahan etmək barəsində) buyurmuşdur:



(İnsanları) sına ki, (onları) düşmən biləsən. (Çünki zahirdə insanların çoxu pis deyildirlər. Amma sınayanda pislikləri üzə çıxır. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bəziləri bu kəlamı Peyğəmbərdən (səlləllahu əleyhi alih) nəql ediblər. Amma bu kəlamın Əmirəl-möminin əleyhis-salamdan olması nəzərinin dəlili, Sə’ləbin bu bəyanıdır: İbn Ə’rabi bizə nəql etdi ki, Mə’mun dedi: Əgər Əli əleyhis-salam «sına ki, düşmən biləsən» buyurmuş olmasaydı mən deyərdim ki, «insanları düşmən bil ki, onları sınayasan».1



427

İmam Əli əleyhis-salam (şükr etmək, dua tövbə barəsində) buyurmuşdur:

Ola bilməz ki, Allah bəndənin üzünə şükr qapısını açsın (şükr etməyə əmr etsin), amma artım qapısını onun üzünə bağlasın (neməti artırmasın); dua və istəmək qapısını açsın (Ondan istənilməsinə əmr etsin), amma rəva olmaq qapısını üzünə bağlasın (onun istəyini qəbul etməsin); tövbə qapısını açsın, amma bağışlamaq qapısını onun üzünə bağlasın (günahlarını bağışlamasın).
428

İmam Əli əleyhis-salam (comərdlik barəsində) buyurmuşdur:

İnsanların comərdliyə ən layiqlisi comərdlərin onda kök atdığı (ata-babaları yaxşı comərdlərdən olmuş) kəsdir.1
429

İmam Əli əleyhis-salamdan soruşdular ki, ədalətlilik üstündür, yoxsa səxavətlilik? O Həzrət (ədalətin səxavətdən üstün olması barəsində belə) buyurdu:

Ədalət işləri öz yerinə qoyur, səxavət isə onları öz yerindən çıxardır. (Çünki səxavətli şəxs lazım olandan artıq bağışlayır.) Ədalət hamını saxlayır, səxavət isə ancaq bəxşiş edilmiş şəxsə xeyir verir. Buna görə də ədalət daha şərəfli və daha üstündür.
430

İmam Əli əleyhis-salam (nadanlığın məzəmmətində) buyurmuşdur:

İnsanlar bilmədikləri şeyin düşmənidirlər. (Çünki nadanlar bildikləri şeyi elm, ondan qalan şeyləri isə səhv sanarlar, necə ki, Qur'ani-Kərimin Yunus surəsinin 39-cu ayəsində buyurulur: «بَلْ كَذَّبُواْ بِمَا لَمْ يُحِيطُواْ» «Qavraya bilmədikləri şeyi inkar edirlər.»)
431

İmam Əli əleyhis-salam (pərhizkarlıq zahidlik barəsində) buyurmuşdur:

Zahidlik və pərhizkarlığın hamısı Qur’anın iki kəlməsində xülasə edilib. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Hədid surəsinin 23- ayəsində) buyurmuşdur: «لِكَيْلَا تَأْسَوْا عَلَى مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا بِمَا آتَاكُمْ» «ki, heç vaxt əlinizdən çıxana kədərlənməyəsiniz və sizə verilənə sevinməyəsiniz.» Keçmişə heyfslənməyən və gələcəyə sevinməyən kəs, zahidliyi onun iki tərəfindən (keçmişə gələcəyə etinasızlıqla) əldə edib.

432

İmam Əli əleyhis-salam (hökmdarlar barəsində) buyurmuşdur:

Hökumətlər kişilərin (sınaq) meydanlarıdır. (Yarış atları müsabiqə meydanında tanındığı kimi insanların yaxşı ya pis olmaları da onlar hakimiyyətə gələndə üzə çıxır.)

433

İmam Əli əleyhis-salam (işdə süstlük barəsində) buyurmuşdur:

Yuxu gündüzün qərarlarını necə də çox pozur və məhv edir. (Bu kəlamın şərhi xütbələr fəslində 211-ci kəlamın şərhində deyildi.)
434

İmam Əli əleyhis-salam (yaşayış yeri barəsində) buyurmuşdur:

Sənin üçün şəhərin biri digərindən daha münasib deyil. Şəhərlərin ən yaxşısı səni çiyinlərinə alan (əhalisi səni istəyən yaşayışında rifah asayişdə olduğun) şəhərdir.
435

Əştərin (Allah onu bağışlasın) ölüm xəbəri İmam Əli əleyhis-salama çatanda (o Həzrət onun böyüklüyü cəsurluğu barəsində belə) buyurmuşdur:

Malik getdi, amma nə idi Malik! Allaha and olsun ki, əgər dağ idisə, ayrı qalmış və əzəmətli bir dağ idi; əgər daş idisə, elə möhkəm daş idi ki, (böyüklük möhkəmliyindən) heç bir dırnaqlı heyvan ondan yuxarı qalxa bilmir və heç bir quş onun üzərindən uçmurdu. (O, tək misilsiz idi, heç kəs ona qalib gələ bilməzdi. Seyyid Rəzi əleyhirrəhmə deyir:)

(Əsas mətndəki) «فِنْد» «find» kəlməsi digər dağlardan ayrı olan dağ mənasındadır.
436

İmam Əli əleyhis-salam (işdə əzmkarlıq göstərərək onu davam etdirməyin mədhində) buyurmuşdur:

Davam etdirilən az iş yorğunluq gətirən çox işdən daha yaxşıdır. (Bu kəlam elə 270-ci kəlamdır, amma kəlmələrində olan bir az fərqlə ki, onun şərhi orada deyildi.)
437

İmam Əli əleyhis-salam (sifətlərin inkişaf etməsi barəsində) buyurmuşdur:

Birində (yaxşı pisliyindən asılı olmayaraq) təəccüblü bir sifət və xislət olsa, onun bənzərlərini gözləyin. (Əgər həmin sifət yaxşı idisə daha yaxşı, pis idisə daha pis olacaq.)
438

İmam Əli əleyhis-salam söhbət əsnasında (şair) Fərəzdəqin atası Qalib ibn Sə’sə’əyə dedi:

Çoxsaylı dəvələrini neylədin? Qalib dedi: Haqlar (xalqın onda olan haqları) onları dağıtdı (sədəqə, zəkat, qohum-əqrabaya kömək borcun ödənilməsi kimi xeyirli yollarda işlədildi). O Həzrət əleyhis-salam (xalqın haqqını ödəməyin mədhində) buyurdu: Bu dağılmaq o dəvələrin dağılma yollarının ən tərifə layiqidir.
439

İmam Əli əleyhis-salam (dinin hökmlərini bilməməyin ziyanı barəsində) buyurmuşdur:

Dinin hökmlərini bilmədən alver edən kəs ribaya (borcda harama ilahi cəzaya səbəb olan faiz alıb verməyə) batar (düçar olar).
440

İmam Əli əleyhis-salam (naşükrlüyün ziyanı barəsində) buyurmuşdur:

Kim kiçik müsibət və kədərləri böyük saysa, Allah onu onların daha böyüyünə düçar edər.1
441

İmam Əli əleyhis-salam (şərəf heysiyyət barəsində) buyurmuşdur:

Kimin nəfsi möhtərəm və uca olsa (kim özünü şərəfli bilsə), şəhvətləri onun yanında xar olar (zillət xarlığa düşməmək üçün onlara tabe olmaz).
442

İmam Əli əleyhis-salam (zarafatın ziyanı barəsində) buyurmuşdur:

Növündən asılı olmayaraq zarafat etmiş hər bir şəxs mütləq ağlının bir hissəsini müəyyən şəkildə itirəcəkdir. (Zarafat ağlın yüngülləşməsinə səbəb olur.)
443

İmam Əli əleyhis-salam (qarşılıqlı ünsiyyətdə olmaq barəsində) buyurmuşdur:

Sənin, sənə rəğbəti olan kəsə etinasızlığın pay və qismətin azlığıdır (azalmasına səbəb olur). Sənə etinasız olan kəsə rəğbət göstərməyin isə nəfsin zilləti və xarlığıdır (xarlığına səbəb olur).


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin