NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə83/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   77   78   79   80   81   82   83   84   85
لَمَظَ» «ləməz» kəlməsinin izahında bu hədisi nəql etdikdən sonra belə yazır: «الْإيمانُ يَبْدُو لُمْظَةً» «iman, qəlbdə nöqtə kimi üzə çıxır» cümləsində, «iman» kəlməsinin təqdirində «əlamət» kəlməsi vardır o «عَلامَةُ الاِيمانِ» şəklindədir. ni imanın əlamət nişanəsi ilk dəfə iman gətirən şəxsin qəlbində nöqtə kimi zahir olur, yaranır. Sonra, dil ilə iqrar etdikdən sonra o nöqtə artır, çoxalır. Həmçinin bədən üzvləri ilə saleh əməl gözəl işlər görəndə həmin nöqtə daha da çoxalır. Eləcə «məsələn dünyaya onun malına ürək bağlamayanda da həmin nöqtə çoxalırBuna görə naçar qalıb izafət tərkibinin təyin edilən tərəfi, yəni, «əlamət nişanə» kəlməsini təqdirdə nəzərdə tuturuq. Çünki iman bütün əmr qadağalarda Allahı Onun peyğəmbərini təsdiq etməkdir bunda artma çoxalma təsəvvür edilməzdir.

1 Bu kəlamın zahiri müctəhidlərin fitvalarına ziddir. Onlar deyirlər ki: borcun zəkatı, nəinki onu alıb-almayacağı barəsində gümanda olanda, hətta borcu alacağını biləndə belə borc verən kəsə vacib deyil. Bəziləri deyiblər ki: Bu o vaxt belə olur ki, borcun alınmasında olan gecikdirmə borc verən tərəfdən olmuş olsun. Yəni, o özü onu almasın alıb-almamaqda tərəddüddə olsun ki, əgər alsa keçən ilin zəkatını vermək ona vacib olacaq. Bu nəzər məşhur nəzərə, hətta müasir alimlərin yekdil nəzərinə ziddir, necə ki, mərhum Şeyx Məhəmmədhəsən (rəhiməhullah) «Cəvahirul-kəlam» kitabında buyurub mərhum Hacı Ağarza Həmədani (qüddisə sirruh) «Misbahul-fəqih» kitabında onun dediklərini təsdiqləyib.

1 Buna görə dünya nemətindən bəhrəsi az olan kəs başqalarına paxıllıq edib həsəd aparmamalı, əksinə, həmişə uduş gözləyən mahir qumarbaz kimi bəxtin ona üz tutması üçün qəm-kədərə tutulmamalı çalışmalıdır.

1 Çünki onların batildən uzaqlaşmaları, ona kömək etməmək məqsədi ilə deyil, haqq barəsində şəkk tərəddüddə olmalarına görə idi. Buna görə sən onlara tabe olmamalısan. Şərhçi Bəhrani (rəhiməhullah) burada belə yazır: Osman öldürülən kimi 'd ibn Əbi Vəqqas bir neçə qoyun alaraq səhraya getdi, ölüncə həmin qoyunlarla yaşadı Əli əleyhis-salama bey'ət etmədi. Abdullah ibn Ömər Əmirəl-mömininə beyət etdi ondan sonra Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) zövcəsi olmuş bacısı Həfəsəyə sığınaraq Cəməl müharibəsində iştirak etmədi dedi: İbadət bəndəlik mənim at minmək müharibə etmək qüdrətimi alıb. Əli ilə varam, onun düşmənləri ilə. Mühəddis Hacı Şeyx Abbas Qumi (əleyhirrəhmə) «Səfinətu biharil-ənvar»kitabında nəql edir ki: Həccac Məkkəyə daxil olub İbn Zübeyri dar ağacından asanda Abdullah ibn Ömər axşam vaxtı onun yanına gəlib dedi: Əlini ver, Əbdülməlik üçün sənə beyət edim. Çünki Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) buyurub ki: «مَنْ ماتَ وَ لَمْ يَعْرِفْ إِمامَ زَمانِهِ ماتَ مِيْتَةً جاهِلِيَّةً» «hər kim öz zamanının imamını tanımadan ölsə, cahiliyyət dövründəki kimi ölübSonra Həccac ayağını uzadıb dedi: Ayağımı götür beyət et, çünki əlim məşğuldur. İbn Ömər dedi: Məni ələ salırsan? Həccac dedi: Ey Ədiyy qəbiləsinin axmağı! Əli əleyhis-salamla beyət etmədin, amma bu gün bu sözləri danışırsan. Məgər Əli sənin zəmanənin imamı deyildi? Allaha and olsun ki, mənim yanıma Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) buyurduğu kəlama görə deyil, İbn Zübeyrin asıldığı bu ağacın qorxusundan gəlmisən.

1 Qiyamət gününün çətinliyindən qurtulmaq üçün bir görmür həmin günün yoxsulluğunun fikrində deyil. Yaxud məna belədir ki: Övladları üçün mal sərvət toplamaq istiqamətində özünün sıxıntılara düçar olmasından qorxusu yoxdur.

1 Mühəqqiq Hillinin «Şəraiul-İslam» kitabında dediyi kimi, əgər onun əli kəsilsə ziyan, ziyan üstündən olar.

2 İbn Meysəm (əleyhirrəhmə) burada belə yazır: İmam onun əlini ona görə kəsib ki, o, qapısı bağlı olan beytulmaldan oğurluq edib oğurluğu müəyyən edilmiş miqdarda, yəni, qızıl dirhəmin dörddə biri qədər olub. Belə olan halda, əlin kəsilməsi vacib olur. Onun beytulmaldan payı da olmayıb. Amma əgər beytulmaldan payı olsa, oğurladığının ağırlığı payına düşən miqdardan çox olmuş olsa həmin artıqlıq əlin kəsilməsi üçün müəyyən edilmiş miqdara çatsa, oğrunun əli kəsilir. Lakin əgər oğurluğu payından çox olmasa əli kəsilmir.

1 Bu məsələ deyilən mətləb dua etməyə ruzi əldə etmək üçün səy təlaş göstərilməsinə əmr etməklə ziddiyyət təşkil etmir. Çünki ruzinin əldə edilməsi üçün olan dua səy, bəzən ruzinin təqdir edilmiş miqdarından çox olmasına səbəb olur.


1 Belə deyil ki, Allah insanların həmişə zülmət, zəlalət müxaliflərin azğınlıqlarında qalmalarını istəsin. Əksinə, haqq dövlətin zamanında İmami-Zamanın (əccələllahu fərəcəh) zuhurunda xalq, İslam həqiqətləri ilə tanış olaraq zülmətlərdən qurtulacaqdır. Bu gecənin səhəri var bu səhərin açılması yaxındır.

2 Bunun dəlili 38-ci 109-cu kəlamın şərhində deyilib.

1 Həqiqətləri dərk etmək üçün hisslərə deyil, ağla arxalanmaq lazımdır. Çünki çox hiss edilən aşkar şey ki, naməlumdur. Amma çox əqli nəzəri şeylər var ki, nurlu qəlblərdə bütün aşkar şeylərdən aydındır. Buna görə filosoflar deyiblər ki: Barəsində yəqinlik olan şeylər hiss olunanlar deyil, ağıl ilə dərk edilənlərdir. Çünki hissin hökmü səhv xəta etmək ehtimalına məhkumdur hisslər çox yalan deyir bizləri səhv inanclara sövq edir, necə ki, böyüyü kiçik kiçiyi böyük, hərəkətdə olanı dayanmış dayananı hərəkətdə olan sanırıq. Amma ağıl hər nəyə yol tapsa həmin şey onun yanında tam aşkar aydın olsa, onda səhv xəta ehtimalı yoxdur. Buna görə nadanların dedikləri «hissdən göz ilə görməkdən böyük dəlil yoxdur» cümləsi batil səhvdir.

2 Əgər şəhvətə tabe olmamaqla həmin pərdəni yırtıb işin sonu barəsində fikirləşsəniz öyüd-nəsihətdən nəticə çıxarar, faydalanarsınız.

1 Bu kəlam «Nəhcül-Bəlağə»nin bəzi nüsxələrində «جاهِلُكُمْ مُزْدادٌ مُسَوِّفٌ» şəklində, «عالِمُكُمْ» «aliminiz» kəlməsi olmadan nəql edilib ki, onda onun mənası belə olur: «Nadanınız (günahını bağışlayacaqlar fikri ilə günah etməkdə) ifrata varır (tövbə edərək Allaha tərəf qayıtmağı) təxirə salır

1 Onu səadət xoşbəxtliyə səbəb olan dini elm ilahi hökmlərdən bəhrələnməyə müvəffəq etməz. Bu kəlam nadanlığın ən pis bədbəxtçilik olmasına dəlildir.

1 Çünki o Həzrət dinin əsası onun rəhbəri idi. Buna görə onun müsibətində dözümsüzlük etmək pis deyil. Ona görə ki, bu dözümsüzlük həmişə o Həzrətin sifət davranışlarının yada salınmasına səbəb olur. Bu müsibətdə səbrli olmaq yaxşı deyil. Çünki bu, ondan qafil olmağa onu yaddan çıxarmağa səbəb olur.

1 Bu cür cavaba qane edici cavab deyirlər. Yəni, cavab, sual soruşanı məmnun edir. Bu ona görədir ki, soruşanın anlama qabiliyyəti soruşulan məsələnin həqiqətini dərk etmək səviyyəsinə çatmır.

2 Həmin kəs öz sinəsinə nizə sancır ki, nizə arxadan çıxıb tərkinə minmiş şəxsin sinəsinə çatsın onu öldürsün. Başqası üçün ziyanı ilk növbədə özünə dəyən pislik planlaşdıran kəs, ya çox xəbis nanəcibdir, ya da ağılsız nadan.

1 Çünki insan günah etdikdən sonra pak, düz doğru niyyətlə Allahın bağışlamasına ümidvar olsa, əməlindən peşman olub onu bir daha etməmək qərarına gəlsə günahın kəffarəsi olan namaza durub Allahdan bağışlanmasını istəsə, həmin günaha görə cəzalandırılmaz. Buna görə həmin günah onu kədərləndirməz. Qeyd etmək lazımdır ki, İmam əleyhis-salamın bu kəlamı başqasına öyrətmək, namazın günahın kəffarəsi olmasını, insanın günahdan uzaq olmasının zəruriliyini tövbədən qabaq baş verə bilən qəfil ölümdən qorxmasını başa salmaq üçündür, yoxsa o Həzrətin özü hər bir günahdan pak uzaqdır.

1 Buna görə təəccüblənməyə yer yoxdur. Çünki Allahın, bəndələrin Onu görməmələrinə baxmayaraq, onların hamısına ruzi verməsini gördüyün kimi, onlardan sorğu-sual etməyə qadirdir.

1 Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) buyurmuşdur: «إِتَّقُوا فِراسَةَ الْمُؤْمِنِ فَإِنَّهُ يَنْظُرُ بِنُورِ اللهِ» «Möminin zirəkliyindən onun zahirdən batini dərk etməsindən çəkinin onun dediklərini doğru sanın. Çünki o, Allahın nuru ilə baxır Onun dilinə cari etdiyi şeylə danışır.

2 Bəndənin, öz ruzisində qismətində Allahın əta bəxşişlərinə olan etimadı, əlində olan mal sərvətə arxalanmasından çox olmalıdır. Çünki əlində olan əldən çıxa, yox ola bilər, Allahın yanında olanlar isə həmişə qalan bərqərardır.

1 Bu o yerdədir ki, güzəşt etmək dözümlülük göstərmək xeyir vermək əvəzinə ziyanı daha da artırsın. Bundan başqa yerdə isə mütləq səbrli olmaq lazımdır, necə ki, İmam əleyhis-salam bir çox yerlərdə ona əmr təşviq edib.

1 Çünki xalq belə yoxsulla düşmənçilik edir ondan uzaqlaşır. Yaxud xəyanət yalançılıq kimi xoşagəlməz əməllərinə görə Allah onunla düşmən olur, yəni, rəhm mərhəmətindən məhrum edir. Yaxud da həsəd paxıllıq səbəbindən o, xalqın düşməni olur dost ya yad olmasından asılı olmayaraq hamıya qəzəblənir. Hədislərdə yoxsulluq varlılıq həm təriflənib, həm pislənib onların heç biri digəri ilə ziddiyyət təşkil etmir. Çünki onların yerləri müxtəlifdir.

2 Çünki mən hər bir işin xeyir ziyanını başqalarından daha yaxşı bilirəm fikir düşüncəm səhvə düçar olmur. Deyirlər ki: Həzrət zahiri xilafətdə olanda İbn Abbas belə məsləhət gördü ki, İmam əleyhis-salam ürəkləri ələ almaq üçün Şam hökumətini Müaviyəyə, Bəsrəni Təlhəyə Kufəni Zübeyrə həvalə etsin. O Həzrət isə razı olmadı buyurdu: Dini başqasının dünyasına görə məhv etməkdən Allaha pənah aparıram. Bundan sonra isə yuxarıdakı kəlamı xatırlatdı.

1 Əgər insan altmış yaşından qabaq nəfsi istəklərin ona qalib gəlməsi cismani qüvvələrin ağılına hakim olması barəsində bəhanə gətirsə üzrlü sayılar. Amma altmış yaşından, qüvvələrini əldən verdikdən əcələ yaxınlaşandan sonra yenə nəfsi istəklərə tabe olsa üzrü qəbul edilməz.

1 Bəhanə gətirməyə ehtiyacının olmaması çərçivəsində davranmağın, onu gətirməyə məcbur olmağından daha yaxşıdır, hətta düz desən bəhanən yerində qəbul olunsa belə. Çünki bəhanə üzr gətirmək bir növ zillət xarlıqdır.

2 Çünki Onun nemət verdiyi hər bir kəsə vacibdir ki, onları itaət bəndəlik yolunda sərf etsin bununla da şükr etmiş olsun nəticədə ona verilən nemət artırılsın. Əgər bu himmətə malik olmasa, ən azı, gərək onları günah itaətsizlik yolunda deyil, halal olan icazə verilmiş yerlərdə sərf etsin.

1 Əsas mətndəki «
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin