NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə9/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   5   6   7   8   9   10   11   12   ...   85

215- ci xütbə
İmam Əli əleyhis-salamın (öz vəsfindəki) kəlamlarındandır (ki, onda zülm, sitəm haqsızlıqdan uzaq olmasını bəyan edib).

And olsun Allaha ki, gecəni (iti tikanları olan) dəvətikanının üstündə oyaq keçirməyim və (əl, ayaq boynumun) zəncirlə bağlanaraq öldürülməyim, mənim üçün qiyamət günü Allah və Peyğəmbərə, bəndələrin bəzilərinə zülm edib dünya malından bir şey qəsb etmiş halda qovuşmaqdan daha xoşdur. Sürətlə köhnəlməyə və çürüməyə doğru gedən (cavanlıq güclülüyü çox tez qocalıq zəifliklə əvəz olan) və torpaq altında qalması uzun çəkəcək nəfsə görə kiməsə necə zülm edim?!



And olsun Allaha, (qardaşım) Əqili çox yoxsul və pərişan halda gördüm və məndən sizin buğdanızdan (beytülmaldan) bir batman istədi. Həmçinin onun uşaqlarını qəm-kədərdən tutqun rəngdə, toz-torpaqlı saçlarla gördüm, sanki üzləri mavi rənglə (indiqo ilə) qaraldılmışdı. Əqil öz istəyində təkid edərək sözünü təkrar edirdi və mən onun söhbətinə qulaq asırdım. Güman edirdi ki, mən öz dinimi ona sataraq öz yolumdan əl götürüb onun arxasınca gedəcəyəm (hər desə yerinə yetirəcəyəm). Buna görə də onun üçün bir dəmir parçası qızdırıb bədəninə yaxınlaşdırdım ki, ibrət götürsün. O, qızarmış dəmir parçasının ağrısından xəstənin nalə etməsi kimi nalə edib fəryad qopardı və az qalmışdı ki, ondan yansın. Ona dedim: Ey Əqil, analar matəmində ağlasınlar! İnsanın oynamaq üçün qızdırdığı dəmir parçasından nalə qoparırsan, amma məni qüdrətli Allahın qəzəbindən yandırdığı oda tərəf çəkirsən?! Sən bu (az) əziyyətə görə nalə qoparırsan, amma mən Cəhənnəm odundan fəryad qoparmayım?! Əqilin əhvalatından daha təəccüblüsü bir şəxsin1 axşam, ağzıbağlı qabdakı hədiyyə ilə və nifrət edib barəsində bədbin olduğum, sanki ilanın tüpürcəyi və ya qusmağı ilə qatışdırılmış halva ilə yanımıza gəlməsidir. Ona dedim: Bu hədiyyədir, zəkatdır, yoxsa sədəqə? Zəkat ilə sədəqə biz əhli-beytə haramdır. Dedi: Sədəqə və zəkat deyil, hədiyyədir. (Bu hədiyyəni gətirməkdən məqsədi batil olduğu əslində onun hədiyyə adlandırdığı şey rüşvət olduğu üçün) dedim: Anan matəmində ağlasın. Məni Allahın dininin yolu ilə gəlib aldadırsan? (Məni bu yolla aldatmaq istədiyini) dərk edib anlamırsan, yoxsa dəlisən və yaxud boş-boş danışırsan? Allaha and olsun, əgər yeddi iqlimi onların göylərinin altında olan bütün şeylərlə birlikdə mənə versələr ki, bir qarışqanın ağzından arpanın qabığını çıxarmaqla Allaha itaətsizlk edim, etmərəm. Həqiqətən sizin dünyanız mənim yanımda çəyirtgənin ağzında çeynədiyi yarpaqdan da ucuz və dəyərsizdir. Əlinin əldən çıxan nemət və qalmayacaq ləzzətlə nə işi? Ağlın yuxuya getməsindən ( onun dünyanın fitnə-fəsadlarını başa düşməkdən xəbərsiz qalmasından) və sürüşmənin (və azğınlığın) çirkinliyindən Allaha pənah aparıram və (bütün hallarda) ancaq Ondan kömək diləyirəm.
216- cı xütbə
İmam Əli əleyhis-salamın (var-dövlətli olmağı istəmək yoxsulluğa düçar olmamağı diləmək üçün olan) dualarındandır.

Allahım, mənim abrımı varlılıqla qoru və şəxsiyyətimi yoxsulluqla alçaltma ki, Sənin ruzi verdiklərindən ruzi istəməyim, yaratdıqlarının pis əməllərində mehribançılıq axtarmayım, mənə bir şey əta edən kəsi mədh etməyə məcbur olmayım və mənə bir şey verməyən kimsənin pisliyinə danışmağa düçar olmayım.1 Bütün bunlardan sonra Sən verib verməməkdə ixtiyar sahibisən. Çünki hər bir şeyin ixtiyar və qüdrəti Sənin əlindədir.


217- ci xütbə
İmam Əli əleyhis-salamın (dünyanın məzəmməti ölülərin hallarının bəyanı barəsindəki) xütbələrindəndir.

Dünya, (əhli) qəm-qüssəyə bürünmüş, hiylə və xəbisliklə məşhurlaşmış (vəfasızlığı gözüaçıq insanlara gizli olmayan) bir evdir. O, həmişə bir halda qalmır.2 Ona gələnlər (onun yanmaq, batmaq, uçmuş tavanlar altında qalmaq müxtəlif xəstəliklərə düçar olmaq kimi dərd əziyyətlərindən) salamat qalmazlar. Onun halları müxtəlifdir və növbələri dəyişməkdədir (bəzən nemət verər, bəzən zəhmət). Onda kef çəkmək (nəfsin istəklərinə tabe olmaq) məzəmmət edilib və onda rahatlıq tapılmır. Onun əhli, onda bəla oxlarına hədəfdir ki, dünya öz oxlarını onlara tərəf atır (hər birini bir dərdə düçar edir) və ölümlə məhv edir.



Ey Allah bəndələri! Bilin ki, həm siz və həm də bu dünyada sizi əhatə edən şeylər (onun mal, bina bər-bəzəyi) sizdən qabaq keçənlərin yolundasınız. Onların ömürləri sizinkindən daha uzun, şəhərləri daha abad və nişanələri daha mühüm idi. Onların səsləri kəsilib (danışmırlar), küləkləri yatıb (təkəbbür məğrurluqları aradan gedib), bədənləri çürüyüb, şəhərləri boş qalıb və nişanələri yoxa çıxıb. Ucaldılmış qəsrlər, möhkəm tikililər və böyük balışları möhkəm daşlar və ləhədə (qəbrin içində olan çuxura) birləşmiş qəbirlərlə əvəz ediblər. O qəbirlər ki, onların astanası viran olub və binası torpaq ilə möhkəmlənib. Həmin qəbirlər bir-birlərinə yaxındırlar. Amma sakinləri qərib və tənhadırlar. (Hər birinin qəbrinin digərinin qəbrinə yaxın olmasına baxmayaraq, onlar bir-birləri ilə görüşmürlər.) Onlar elə bir məhəllə sakinləri arasında məskunlaşıblar ki, (bir-birləri ilə qaynayıb-qarışmadıqları üçün) qorxu içindədirlər; zahirdə rahat olan bir dəstənin içindədirlər, amma əzab-əziyyətdədirlər (bir işləri yoxdur, amma əslində saysız zəhmət məşəqqətlərə düçardırlar). Vətənlərə (özlərinin həmişəlik yaşayış yerlərinə) uyuşmurlar. Yaxın və qonşu olmalarına baxmayaraq, qonşular kimi bir-birləri ilə qaynayıb-qarışmırlar. Çürüntü onları öz sinəsi ilə yediyi və daş-kəsək onları udduğu (məhv etdiyi) halda onların arasında necə görüş ola bilər?! Özünüzün onların getdikləri yerə getmiş olduğunuzu, həmin yatağın (qəbrin) sizi girov götürməsini və həmin əmanət yerinin sizi qoynuna almasını təsəvvür edin. Belə isə (ey dünyaya aldananlar) əgər sizin işləriniz (qəbir Bərzəx aləmi) sona çatsa və ölüləri qəbirlərdən (hesabları araşdırmaq üçün) çıxarsalar, sizin vəziyyətiniz necə olacaq? (Qurani-Kərimin Yunus surəsinin 30-cu ayəsində deyilir ki:) «هُنَالِكَ تَبْلُو كُلُّ نَفْسٍ مَّا أَسْلَفَتْ وَرُدُّواْ إِلَى اللّهِ مَوْلاَهُمُ الْحَقِّ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ» «Həmin vaxt hər bir kəs əvvəlcədən qabağa göndərdiyi şey (yerinə yetirdiyi əməl) ilə imtahan ediləcək (onun xeyir-ziyanını görəcək) və həqiqi ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqdır. Onların uydurduqları şey (bütləri Allahın şəriki bilib onların şəfaətlərinə göz dikmələri) işlərinə yaramayacaq».
218- ci xütbə
İmam Əli əleyhis-salamın (Allahın mədhi əfv edilərək bağışlanma istəmək barəsindəki) dualarındandır.

Allahım, Sən öz dostlarınla bütün dostlardan çox dostsan və onların Sənə təvəkkül etdikləri işlərinin islah edilməsinə onların özlərindən də hazırsan (hər bir şeyə qadir olduğun üçün istəyən kimi hər bir işi görürsən). Batinlərini görür, düşüncələrindən xəbərdarsan və gözüaçıqlıq və ağıllarının miqdarını bilirsən. Beləliklə, onların sirləri Sənin yanında aşkardır və qəlbləri Sənə doğru yönəlib. Tənhalıq onları vahiməyə salanda Sənin zikrin onlarla ünsiyyətdə olur, qəm-qüssə onlara qalib gələndə Sənə pənah aparmağa sığınırlar. Çünki bilirlər ki, işlərin sükanı Sənin (qüdrət qüvvət) əlindədir və onların mənşəyi Sənin qəzavü-qədərindir.

Allahım, əgər nə istəyəcəyimi bilməsəm və öz istəyimdə çaş-baş qalsam, məni xeyrim olan şeyə yönəlt və qəlbimi xeyir və yaxşılığım olan şeyə tərəf döndər ki, əgər məni istiqamətləndirsən, bu Sənin hidayət etmələrinin münasib olmayanı və istəkləri rəva etməklərinin qəribə və təəccüblüsü deyil. (Çünki Sən hidayət edən istəkləri rəva edənsən.)

Allahım, mənimlə ədalətinlə deyil, əfv və bağışlamanla davran. (Çünki ədalətlə rəftar etmək cəzalanmağıma çətinliyə düşməyimə səbəb olar.)


219- cu xütbə
İmam Əli əleyhis-salamın (Ömər barəsində tövriyə yolu ilə buyurduğu, yəni, zahirdə onu tərifləməsi kimi görünən, amma batində onu məzəmmət etdiyi buna görə üçüncü xütbədə buyurduqları ilə heç bir ziddiyyət təşkil etməyən) kəlamlarındandır.

Allah filankəsin (Ömər ibn Xəttabın) şəhərlərinə bərəkət versin və qorusun ki, o, (Bəzilərinin fikrincə) əyriliyi düzəltdi (azğınları yola gətirdi), xəstəliyi müalicə etdi (bir sıra şəhərlərin əhalisini İslam dininə qovuşdurdu), sünnəni bərqərar etdi (Peyğəmbərin hökmlərini icra etdi) və fitnə-fəsadı arxaya atdı (onun zamanında bir fitnə baş vermədi). Dünyadan pak paltar və az eyblə getdi (Osman kimi özünü çirkinliklərə bulaşdırmadı). Xilafətin xeyrini əldə etdi və onun şərini qabaqladı ( qədər ki, var idi xilafət işi nizam-intizamda idi onda heç bir pozğunluq yaranmadı). Allahın itaətini yerinə yetirərək itaətsizlikdən çəkinib Onun haqqını əda etdi. O (dünyadan) köçdü, (lakin) onları (müsəlmanları) elə haçalanmış yollarda qoyub getdi ki, o yollarda yolunu azan hidayət, hidayət edilmiş isə yəqinlik tapmaz.



220- ci xütbə
İmam Əli əleyhis-salamın xalqın onunla bey’ətinin necəliyi barəsindəki kəlamlarındandır və bundan qabaq (əlli üçüncü yüz otuz yeddinci kəlamda) bunun bənzəri başqa kəlmələrlə keçdi.

(Mənimlə beyət etmək üçün) əlimi açdınız, mən yumdum, onu çəkdiniz, mən saxladım. Ondan sonra susuz dəvələr su nohurlarına daxil olanda basabas saldıqları kimi izdihamla üstümə töküldünüz. Nəhayət, ayaqqabının ipi (ayaqlardan) açıldı, əba (çiyindən) düşdü, zəif ayaq altında qaldı və xalqın mənimlə bey’ət səbəbindən sevinci o həddə çatdı ki, uşaqlar şad oldular və zəif qoca, çətinlik və məşəqqətdə olan xəstə və yeni yetişmiş qızlar rübəndsiz onun tamaşasına gəldilər.1
221- ci xütbə
İmam Əli əleyhis-salamın (pərhizkarlığa yiyələnmək ölüm haqqında, eləcə dünyaya aldanmamaq barəsində buyurduğu) xütbələrindəndir.

Pərhizkar olmaq və Allahdan qorxmaq (dünya axirətdə) hidayət və nicat açarı, qiyamət günü üçün azuqə, hər bir əsirlikdən (şəhvətlər nəfsi istəklərdən) azadlıq vasitəsi və hər bir məhvdən qurtuluşdur. Təqva ilə hacət istəyənin diləyi rəva olur, (əzab çətinlikdən) qaçan nicat tapır və (Allah-təaladan) çoxlu əta və bəxşişlər əldə edilir. Buna görə də indi ki, əməl yuxarı qalxır (qəbul edilir), tövbə və (günahdan) qayıdış xeyir verir, dua eşidilir (hacətləri qəbul edirlər), dinclik və rahatlıq vaxtıdır (arada ölüm iztirabı nigarançılıq yoxdur) və qələmlər (yaxşı pis əməlləri yazanların qələmləri) işləyir (öləndən sonra işdən düşən kimi deyil) iş görün (axirət səfəri üçün azuqə götürün). (Cavanlıqdan qocalığa, güclülükdən zəifliyə) dəyişən ömrün, yaxud (işdən) saxlayan xəstəlik və dərdin və ya (həyatı) oğurlayan ölümün müqabilində ibadət və itaətə tələsin! Çünki ölüm sizin sevinc və ləzzətlərinizi məhv edərək istəklərinizi yox edəcək və düşüncələrinizi uzaqlaşdıracaq. O, sevilməyən görüşçü, (hər qədər şücaətli güclü olsan da) məğlub olmayan mübariz və sorğu-suala tutulmayan intiqamçıdır. Onun tələləri sizi tutub, qəm-qüssə və həlakətləri sizi əhatə edib, (oxlarının) ucları sizi hədəf alıb, üstünlük və qüdrəti aranızda əhəmiyyətlidir və zülmü ardıcıl olaraq sizə çatır. Qılıncının zərbəsinin boşa çıxması çox az mümkündür. Buna görə də kölgələrinin qaranlığının, dərdlərinin şölələnməsinin, çətinliklərindən yaranan özündən getmələrin tutqunluqlarının, dərdlərin canı almalarının, qara geyindirmələrinin və pis dadı daddırmasının sizi haqlaması yaxındır. (Ölüm istəyib-istəməməkdən asılı olmayaraq hamını tapacaq) sanki qəflətən sizin yanınıza gəlib, sir danışanlarınızı susdurub, müşavirlərinizi dağıdıb, nişanələrinizi məhv edib, şəhərlərinizi sahibsiz qoyub və varislərinizi, irslərinizi (həmin vaxt sənə) xeyri olmayan məxsus qohumlar, (sənin ölümünün) qarşısını almayan qəmli qohumlar və (sənin ölümündən) kədərlənməyən xoşhallar arasında bölüşdürmək üçün göndərib. Belə isə (itaət bəndəlikdə) səy və təlaş edin və azuqə götürülən yerdə (axirət səfərinə) hazır olaraq azuqə götürün. Dünya həyatı keçib gedənlərinizi aldatdığı kimi sizi aldatmasın. O kəslər ki, onun südünü sağdılar (ondan çox bəhrələndilər), ona aldandılar (ləzzət şadlıq onları qiyamət gününün hesabından qafil etdi), onun sayını ləğv etdilər (günlərini qəflət xəbərsizliklə sona çatdırdılar) və onun təzəsini köhnəltdilər (cavanlığı qocalığa çatdırdılar). Evləri gorlar, var-dövlətləri isə başqalarının mirası oldu.Qəbrlərinin üstünə gələni tanımazlar, onlara ağlayana əhəmiyyət verməzlər və onları çağırana cavab verməzlər. Buna görə də dünyadan çəkinin. Çünki o, çox hiyləgər, aldadan və ələ salandır. O, bağışladığını geri alan və geyindirdiyini soyundurandır.1 Onda olan rahatlıq həmişəlik deyil və onun çətinlikləri sona çatmır, dərd-bəlası sakitləşmir. (Buna görə ağıllı adam belə bir dünyaya ürək bağlamaz mümkün olan qədər Allah Peyğəmbərin razılığını əldə edər.)
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin