قَصْع» «qəs’» kəlməsi lüğətdə gövşəmək mənasındadır. Deyirlər ki: Bu xütbənin «Qasiə» adlandırılmasının səbəbi budur ki, İmam əleyhis-salam onu Kufə əhlinə buyurarkən gövşəyən bir dişi dəvəyə minibmiş. Digər bir dəstə isə deyib ki: «Qəs’» lüğətdə təhqir etmək və alçatmaq mənasında da gəlib. Buna görə də onun bu cür adlandırılmasının səbəbi, o Həzrətin onda şeytanı təhqir etməsi, alçaltması və xar etməsidir. Xütbənin adı barəsində digər səbəblər də deyilib. Amma həqiqətə ən yaxın nəzər birinci, onların ən gözəli isə ikinci nəzərdir.
|