11. Yekun müddəalar Bu Siyasətin tələblərinin yerinə yetirilməsinə görə bütün müvafiq struktur səviyyələrində Bankın bütün əməkdaşları Azərbaycan Respublikasının Qanunlarına uyğun məsuliyyət daşıyırlar.
Bu siyasət Bankın Müşahidə Şurası tərəfindən təsdiqlənir və hər hansı dəyişikliklər yalnız yazılı müraciət əsasında Müşahidə Şurasında təsdiq olunduqdan sonra aparıla bilər.
Bu Siyasət qüvvəyə mindiyi tarixdən MŞ nin 128 saylı 31.12.2004 cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Rabitəbank Səhmdar Kommersiya Bankının çirkli pulların yuyulmasına qarşı Siyasəti” qüvvədən düşmüş hesab edilir.
”Rabitəbank” ASC
“Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Siyasət”in təsdiqinə dair rəylər