Bu siyasətin məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında və terrorçuluğun maliyyələşdirilməsində Bankdan bir vasitə kimi istifadə olunmasının qarşısının alınmasından ibarətdir.
Müştərilərə təklif olunan əməliyyat və xidmətlərin risk baxımından davamlı olaraq təkmilləşdirilməsi və Bankın məruz qaldığı risklərin aradan qaldırılması üçün müvafiq nəzarət tədbirlərinin təmin edilməsi Siyasətin ikinci əsas məqsədlərindən biridir.
Siyasətin əsas prinsipini ÇPY/TMM sahəsindəki Azərbaycan Respublikası qaninvericiliyinin tələblərinə və ”Müştərini tanı” prinsipinə riayət etmək, bankın daxili risk qiymətləndirilməsi metodlarının tətbiq edilməsi təşkil edir. Çirkli Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı bankın bütün əməkdaşlarının öz məsuliyyətlərindən xəbərdar olması və müvafiq təlimlər təşkil olunması siyasətin prinsiplərindən biridir.