Неофициальный перевод



Yüklə 159,5 Kb.
səhifə7/11
tarix10.01.2022
ölçüsü159,5 Kb.
#107694
1   2   3   4   5   6   7   8   9   10   11
7. Eyniləşdirmə  verifikasiya sənədlərinin və əməliyyatlara dair

sənədlərin saxlanması

Bank eyniləşdirmə sənədlərini və əməliyyatlara dair sənədləri aşağıda göstərilən müddət ərzində məlumat daşıyıcılarında və ya elektron formatda saxlanmasını təmin etməyi müəyyən etmişdir:



    1. Müştərinin, benefisiar mülkiyyətçinin və ya səlahiyyətli nümayəndənin eyniləşdirilməsi və verifikasiyası zamanı əldə olunmuş bütün məlumatlar və sənədlər, işgüzar yazışmalar və hesabın rəsmiləşdirilməsi üçün digər sənədlər - müştərinin hesabının bağlanılmasından və ya müştəri ilə hüquqi münasibətlərə xitam verildikdən sonra ən azı beş il;

    2. Məbləğ və valyuta növü də daxil olmaqla, hər hansı bir fərdi əməliyyatın yenidən bərpa edilməsinə imkan verəcək həcmdə, müştəri tərəfindən həyata keçirilmiş pul vəsaitləri və ya digər əmlakla ölkədaxili və ya beynəlxalq əməliyyatlara dair məlumatlar və sənədlər - əməliyyat başa çatdıqdan sonra ən azı beş il;

    3. Qeyri-adi əməliyyatların təyinatının və mahiyyətinin aydınlaşdırılması üçün aparılmış təhlilin nəticələri də daxil olmaqla, nəzərdə tutulan əməliyyatlara dair sənədlər və məlumatlar - müştəri ilə hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı beş il.

8. Məsul şəxs



  1. Bankda rəhbərlik , habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, maliyyə monitorinqi xidməti ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə məsul şəxs təyin edilir.

  2. Məsul şəxs digər strukturlardan müstəqil olaraq fəaliyyət göstərir və birbaşa İdarə Heyətinin Sədrinə,tabe olduğu sahə kuratoruna hesabat verir;

  3. Məsul şəxs Bankda bütün məlumatlara, o cümlədən monitorinq subyekti ilə əqd bağlanmış və onun vasitəsilə əməliyyatları aparan bütün şəxslərin və monitorinq subyektinin bütün əməkdaşlarının şəxsi işlərinə qabaqcadan razılaşdırmaqla birbaşa çıxışın olması, habelə məsul şəxs tərəfindən bu səlahiyyətin tabeçiliyində olan digər əməkdaşlara ötürmə səlahiyyətinə malikdir;

  4. Məsul şəxs bankın daxili audit xidmətinin və müştərilərə xidmət bölməsinin əməkdaşı ola bilməz.

  5. Bank rəhbərliyinin üzvləri ilə yaxın qohumluq münasibətlərində olan şəxslər məsul şəxs ola bilməz

  6. Məsul şəxs aşağıda qeyd edilən səlahiyyətlərə malikdir:

  1. Bankın fəaliyyət istiqamətinə uyğun olaraq əməkdaşlar tərəfindən Qanunun, habelə daxili nəzarət sistemi çərçivəsində qəbul edilmiş qayda və prosedurlar tələblərinə əməl edilməsinə nəzarət etmək;

  2. Bank tərəfindən həyata keçirilən əməliyyatların gündəlik monitorinqini aparmaq və cari və şübhəli əməliyyatlar barədə müvafiq hesabatların hazırlanaraq Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmasını təmin etmək;

  3. Qanunvericiliklə nəzərdə tutulmuş hallarda Maliyyə Monitorinqi Xidmətinin həyata keçirilmiş əməliyyatlara dair məlumatların və sənədlərin təqdim olunması barədə sorğularının cavablandırılmasını təmin etmək;

  4. ÇPY/TMM ilə bağli əməkdaşlara mütəmadi təlimlərin keçirilməsini təşkil etmək və prosesdə meydana çıxa biləcək problemlərin həlli istiqamətində tədbirlər görmək

  5. ÇPY/TMM sahəsində əməkdaşların yol verdikləri qanun pozuntuları barəsində bankın rəhbərliyini məlumatlandırmaq;

  6. Bankda daxili nəzarət sisteminin tətbiqi,aşkar olunan əskikliklər haqqında dövri olaraq hesabat formasında müvafiq rəhbərinə məruzə etmək.



Yüklə 159,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin