ÇPY/TMM sahəsində normativ xarakterli aktların və daxili nəzarət sistemi çərçivəsində qəbul olunmuş qayda və prosedurların tətbiq olunmasının səmərəliliyini yoxlayan daxili auditin əsas məqsədi qaydaların tətbiqindəki potensial səhvlərin və nöqsanların vaxtında aşkar edilməsi və qarşısının alınması, habelə bununla bağlı risklərin minimuma endirilməsidir.
Daxili auditin məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:
bankın ayrı-ayrı əməkdaşları və xidmət strukturları tərəfindən icra olunan əməliyyatların qaydanın tələblərinə uyğun olaraq həyata keçirilməsini və müvafiq halda monitorinq olunmasını təmin etmək;
bankın əməkdaşları tərəfindən daxili nəzarət sisteminin tələblərinin pozulması faktlarını aşkar etmək və yol verilmiş qanun pozuntularını araşdırmaq;
aşkar edilmiş nöqsanların aradan qaldırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tövsiyələr işləyib hazırlamaq;
aparılmış yoxlamaların nəticələri və aşkar edilmiş hər bir faktın müvafiq qaydada sənədləşdirilməsini təmin etmək;
ÇPY/TMM sahəsində yeni fəaliyyət növlərinin planlaşdırılması prosesində və onların tətbiqinin müxtəlif mərhələlərində nəzarət mexanizmlərinin mövcudluğunu təmin etmək.
İldə ən azı bir dəfə ÇPY/TMM üzrə risk qiymətləndirilməsini aparmaq və nəzarət mexanizminin auditini təşkil etmək;